Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5103/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, 3-şəxs X2 vəkili Həsənov Elçin Vaqif oğlunun iştirakı ilə, İddiaçı və Cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(061)-1893/2018 saylı qətnaməsi ilə (hakim N.Əsgərov) iddianın təmin edilməsi, cavabdeh 29 iyul 1987-ci il təvəllüdlü Cavabdeh 80000 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin ic ra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı 06 aprel 1988-ci il təvəllüdlü İddiaçı verilməsi, cavabdeh 29 iyul 1987-ci il təvəllüdlü Cavabdeh 80000 ABŞ dollarının (məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair tələbin Cavabdeh mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,6454 ha, 0,4302 ha və həmin torpaq sahəsinin 0,40 hektar hissəsində quraşdırdığı istilikxanaya tutma yönəldilməklə, həmin daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən Cavabdeh, İddiaçı borclu olduğu 80000 ABŞ dolları və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi, satışdan əldə olunmu ş qalan məbləğin Cavabdeh qaytarılması, Cavabdeh Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,6454 ha, 0,4302 ha torpaq sahələrindən və həmin torpaq sahəsinin 0,40 hektar hissəsində quraşdırdığı istilikxanadan çıxarılması, Tərtər Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qərardadı ilə qəbul edilmiş iddianı təmin etmə tədbirlərinin qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(104)-994/2019 saylı qətnaməsi ilə (hakimlər: A.Bayramov, L.Süleymanov və F.Mehtiyev) Tərtər Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(061)-1893/2018 saylı qətnaməsi qismən - tələbin Cavabdeh mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,6454 ha, 0,4302 ha və həmin torpaq sahəsinin 0,40 hekta r hissəsində quraşdırdığı istilikxanaya tutma yönəldilməklə, həmin daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən Cavabdeh İddiaçı borclu olduğu 80000 ABŞ dolları və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi, satışdan əldə olunmuş qalan məbləğin Cavabdeh qaytarılması, Cavabdeh Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,6454 ha, 0,4302 ha torpaq sahələrindən və həmin torpaq sahəsinin 0,40 hektar hissəsində quraşdırdığı istilikxanadan çıxarılmasının qət edildiyi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(104)-994/2019 saylı qətnaməsi nin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi, qətnamənin borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(104)-994/2019 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı onun borc aldığı 80000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi, borc tələbinin Cavabdeh mülkiyyətində olan Şəmkir rayonu, Düy ərli kəndində yerləşən 0,6454 ha, 0,4302 ha və həmin torpaq sahəsinin 0,40 hektar hissəsində quraşdırdığı istilikxanaya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehla 2000-ci ildə tanış olmuş və münasibətləri yaxın olmuşdur. Bu səbəbdən 2016-cı il avqust ayında Cavabdeh iş görməsi və qazanc əldə etməsi üçün ondan borc pul istəmişdir. Cavabdeh həmin pulu Şəmkir rayonunun Düyərli kəndində yerləşən və onun mülkiyyətində olan 0,4302 hektar sahədə istilikxana quraşdıraraq orada təsərrüfat məhsulları yetişdirməklə bazara çıxarmaqla satıb aldığı borcu qaytaracağına söz vermişdir. Cavabdehla olan səmimi münasibətimizə görə 2016-cı ilin avqust ayında 2017-ci ilin dekabr ayında qaytarmaq şərti ilə cəmi 90000 ABŞ dolları məbl əğində borc pul vermişdir. 2018-ci ilin may ayında Cavabdehla görüşüb üzərinə götürdüyü vədə əməl etməsini və pulun bir hissəsini qaytarmasını bildirmişdir. Cavabdeh pulu bütövlükdə təsərrüfata xərclədiyini, təsərrüfatdan isə qazanc əldə etmədiyini demişdir. Həmin vaxt Cavabdeh istifadəsində olan “MersedesGL-450” markalı avtomobili hər iki tərəfin razılığı ilə 10000 ABŞ dolları qiymətləndirərək götürmüşdür. Beləliklə Cavabdeh ona 80000 ABŞ dolları məbləğində borcu qalmışdır. Dəfələrlə Cavabdeh aralarında olan razılaşmaya əməl etməsini və qalan borcunu qaytarmasını tələb etsə də, müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan boyun qaçırmışdır. İddianın təmini tədbiri olaraq Cavabdeh mülkiyyətində olan torpaq sahələrinə (0,4302 ha və 0,6454 ha) və 0,40 hektar torpaq sahəsində onun vəsaiti hesabına quraşdırdığı istilikxanam özgəninkiləşdirməməsi üçün üzərinə həbs qoyulması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsi Tərtər Rayon Məhkəməsinin 27 avqust 2018ci il tarixli qərardadı ilə təmin olunmuşdur. Cavabdeh həmin qalan məbləği qaytarmadığından iddiasını müvafiq mülki və mülki-prosessual hüquq normaları ilə əsaslandıraraq, məhkəmə mühafizəsi hüququndan istifadə edərək, bu iddiada özünü haqlı sayaraq məhkəmədən Cavabdeh hazırda borclu olduğu 80000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019cu il tarixli, 2(104)-994/2019 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi, qətnamənin borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019cu il tarixli, 2(104)-994/2019 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: 3-şəxs X2 vəkili Həsənov Elçin Vaqif oğlu kassasiya şikayətlərinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, 3-cü şəxsin vəkilini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İş materiallarında olan 05 dekabr 2016-cı ildə İddiaçı tərəfindən icra edilmiş qəbzdən görünür ki, Cavabdeh mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,40 hektar torpaq sahəsində istilikxana quraşdırmaq üçün İddiaçı 90000 ABŞ dolları məbləğində borc pul almış və 1 il müddətinə qaytarmağa söz vermişdir. Əks halda həmin torpağı və üzərində quraşdırdığı istilikxananı Cavabdeh verəcəyinə söz vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən 29 aprel 2014-cü ildə tərtib edilmiş № AA 002140 saylı və № AA 002140 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin, seriya RX № ******* saylı və seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində Cavabdeh adına 0,4302 hektar və 0,6454 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli, 2(076)1872/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Aslanova Ləman Firudin qızı arasında Şəmkir rayon Düyərli kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 17.01.2013-cü il tarixli, 01 saylı nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 12.12.2018-ci il tarixli, (076)4327/2018 saylı qərardadının surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki işin icraatı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Tərtər Rayon Məhkə məsinin 27 avqust 2018-ci il tarixli, 2(044)-1893/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmışdır. Göründüyü kimi, İddiaçı Cavabdeh 2016-cı ilin avqust ayında 1 il müddətinə qaytarmaq şərti ilə 90000 ABŞ dolları pul vermişdir. İddiaçı ödənilməmiş 80000 ABŞ dolları məbləğində borcun ödənilməsini tələb etsə də, cavabdeh hal-hazıradək borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya dah a çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə aid şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsində deyilir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutu lan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haq qında müddəaları gözləməlidirlər. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər borc müqaviləsindən yaranmışdır. İş materiallarında olan 05 dekabr 2016-cı ildə İddiaçı tərəfindən icra edilmiş qəbzdən də görünür ki, cavabdeh Əzizov İddiaçı 90000 ABŞ dolları məbləğində borc almış və 1 il qaytarmağa söz vermişdir. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsi bağlanmış, onlar bu müqavilənin mühüm şərtlərində razılığa gəlmişlər. Cavabdeh İddiaçı borc müqaviləsi ilə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulmuş vaxtda və qaydada ödəməmişdir. Odur ki, məhkəmə kollegiyası həmin hissədə iddia tələbini təmin etmiş apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir Məhkəmə kollegiyası borcun Cavabdeh mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,6454 ha, 0,4302 ha və həmin torpaq sahəsinin 0,40 hektar hissəsində quraşdırdığı istilikxanaya yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, Cavabdeh 17 yanvar 2013-cü il tarixdə üçüncü şəxs X5 ilə nikahlarını rəsmiləşdirmiş, 12 fevral 2019-cu ildə nikahları pozulmuşdur. Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,6454 ha torpaq sahəsi 18.03.2014-cü il tarixdə, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,4302 ha torpaq sahəsi isə 30.04.2014-cü il tarixdə Cavabdeh adma qeydiyyata alınmışdır. Göründüyü kimi, tutmanın yönəldiyi torpaq sahəsi Cavabdeh ilə L.Aslanovanm birgə nikah dövründə əldə edilmiş əmlakıdır. Belə olan halda, məhkəmə aktı ilə tutmanın həmin əmlaka yönəldilməsi X2 qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, he kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prensipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan H üquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrəyə qarşı məhkəmə işində mülkiyyət hüququnun məzmunu barədə belə hüququ mövqe müəyyən etmişdir ki, həmin norma özündə: İ) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmə k və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini o nlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisələndirilən torpaq sahələri mülkiyyət hüququ əsasında həm də X4 məxsudur. O, həmin əmlak üzərində istifadə, sahiblik və sərəncam hüquqlarına malikdir. Qeyd edilən hissədə iddia tələbinin təmin edilməsi sonuncunun öz əmlakına münasibətdə mülkiyyət hüquqlarından məhrum edilməsi ilə nəticələnir. Odur ki, məhkəmə kollegiyası bu hiss ədə iddia tələbini təmin etmiş apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçı ilə cavabdeh arasında olan hər hansı əqdin təminatı kimi yüklü edilməmişdir. Belə olan halda cavabdehə məxsus əmlaka məhkəmə qətnaməsi ilə tutmanın yönəldilməsi heç bir halda əsaslı hesab edilə bilməz. Göstərilən məsələnin müstəqil tələb kimi müzakirəsi mümkün deyildir. Qeyd edilən məsələ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası mərhələsində həll edilən məsələlər kateqoriyasına aiddir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellya siya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5103/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5103/2019
01.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver