Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-511/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-511/2024 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1267/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şik ayətinə 20 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1-də yerləşən 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzillər İddiaçı məxsusdur.
2. Cavabdeh üzərinə, İddiaçı məxsus ünvan 1-də yerləşən 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzilləri təmir etmək öhdəliyi üzərinə götürmüş və tərəflər arasında razılaşma olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı Salyan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən təmirlə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 10.370 manat, mənəvi ziyana görə 50.000 manat, ödənilməmiş avadan lıqların pulu kimi 2.050 manat, zəhmət haqqı kimi ödənilmiş 20.000 manat pulun, hüquqi xidmətə çəkdiyi əvəzi olaraq 31 manat, cəmi 82.763 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi Vəkil1 məhkəməyə verdiyi digər ərizəsində cavabdehdən təmirlə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 15.700 manat, mənəvi ziyana görə 20.000 manat, ödənilməmiş avadanlıqların pulu kimi 2.050 manat, zəhmət haqqı kimi ödənilmiş 20.000 manat pulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 312 manat, iddianın verilməsi üçün ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 56.043 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi Vəkil1 məhkəməyə verdiy i digər ərizəsində cavabdehdən təmirlə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 10.436 manat, mənəvi ziyana görə 5.000 manat, ödənilməmiş avadanlıqların pulu kimi 6.499 manat, zəhmət haqqı kimi ödənilmiş 20.000 manat pulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 312 manat, iddianın verilməsi üçün ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 42.478 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 2 mənzili təmir etdirmək üçün tanışı usta Cavabdehla razılaşmışlar və evlərin təmiri üçün cavabdehə 20.000 manat pul verməli, cavabdeh də hər iki mənzili təmir edərək təhvil verməli idi. Onun qohumu malı usta ilə birlikdə bəyənərək a lmış və cavabdehə təhvil vermişdir. Təmir işləri təqribən il yarım davam etmiş, lakin təmir keyfiyyətsiz olmuşdur. Təmir işindən sonra cavabdehə 7.300 manat pul dəyərində 300.000 rus rublu göndərmiş və cavabdeh həmin pula ev üçün avadanlıqlar almalı olmuşdur. Cavabeh həmin pula evə kombi, qabyuyan və sair avadanlıqlar almış, lakin alınmış malların keyfiyyətsiz olduğunu gördüyü üçün qaytarılmasını xahiş etmişdir. Ona görə də cavabdeh qeyd olunan əşyaları qaytarmış və aldığı puldan 801 manatı qaytarmış, qalan pulu isə qaytarmaqdan imtina etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, təmiri mübahisələndirilən evdə qüsur olduğu üçün hazırda orada heç kim yaşamır, cavabdehlə usta özü bütün qüsurlara baxıb onları aradan qaldıracağı barədə razılığa gəlmişlər. Lakin usta təmir işlərinə baxdıqdan sonra söküntü işlərini görmədən onu edə bilməyəcəyini bildirmişdir. Söküntü apardıqdan sonra xərcin çox çıxacağını bildirmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında bildirmişdir ki, Elşad 2017-ci ildə evlərini ona təmir etdirmək istəmiş və bu barədə aralarında danışıq olmuş və razılığa gəlmişlər.Təmir işləri iki il davam etmiş və təmir işlərini qurtardıqdan sonra Elşad ona 300.000 rus rublu göndərmiş və həmin pula iddiaçı üçün hər birinin dəyəri 800 manat olmaqla 2 ədəd “Sparta” markalı 24 kv-q kombi, hər birinin dəyəri 260 manat olmaqla 2 aspirator, hər birinin dəyəri 800 manat olmaqla 2 ədəd qaz sobası, 880 manat dəyərində qabyuyan alıb quraşdırmışdır. Lakin sonradan iddiaçının oğlu həmin əşyaları bəyənməmiş və həmin səbəbdən qaytarmağa məcbur olmuşdur. Aldığı pullardan 800 manat, 1.700 manat, 800 manat qaytarmış və daha sonra 2.400 manat pulu Elşadın deməsinə görə Çingizə vermişdir. 1.500 manat pulu isə mətbəx mebelinə görə Zaur adlı ustaya beh kimi vermişdir. 500 manat da Cavid adlı taksi sürücüsünə Elşadın tapşırığı ilə vermişdir. 400 manat pulu isə aldığı avadanlıqların quraşdırılması üçün ustaya vermişdir. Ona qarşı verilmiş iddianı qəbul etmir, məbləğlər şişirdilmişdir və həmin səbəbdən rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmənin 07 oktyabr 2022-ci il tarixli iclasında cavabdeh bildirmişdir ki, təmiri mübahisələndirilən ev 4 il əvvəl təmir edilmiş, bu gün evin təmirində heç bir qüsur yoxdur. Evin təmiri üçün 20.000 manat almış, evin qapıları istisna olmaqla otaqları tam təmir olunmuş vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı kabellərin 2,5 mm diametrli naqlillə çəkildiyini göstərsə də, əslində 4 mm kabellə çəkilmişdir.
10. Məhkəmənin 18 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir, ödənilmiş avadanlıqların pulu kimi 2.050 manat tələbə gəldikdə iddiaçının şahidi Səxavət Abbasovun təqdim etdiyi “LİSTERİNE” yazısı olan vərəqənin arxasındakı əlyazma onun tərəfindən icra olunmuş, iddiaçı ona 300.000 rus rublu göndərmiş və onu azərbaycan manatına çevirdikdə 7.320 manata bərabər tutulur. Həmin məbləğdən iddiaçı üçün 6.519 manat məbləğində müxtəlif növ avadanlıqlar almış, yerdə qalan 801 manat pulu isə iddiaçının tapşırığını yerinə yetirən Səxavətə vermişdir. Aldığ ı avadanlıqları iddiaçı bəyənmədiyi üçün mağazaya qaytarmış və aldığı puldan hissəhissə iddiaçının vəkili Çingizə 2.400 manat, qalanını isə Səxavətə vermişdir. Lakin həmin pulların bir qismini Çingizə qaytarmağını iddiaçı ondan tələb etməmiş, həmin pulların onlara verilməsinə dair sübutu yoxdur. Aldığı avadanlıqların pulunu qaytardığı üçün iddiaçıya heç bir borcu qalmamışdır.
11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən X1 bildirmişdir ki, iddiaçı yeznələridir. Cavabdehə qarşı ədavət və düşmənçiliyi yoxdur. Yeznələri ona bildirmişdir ki, evlərini təmir etdirmək lazımdır. O, yeznəsinə cavabdehi məsləhət görmüşdür. Bundan sonra cavabdehlə görüşmüş, ona bildirmişdir ki, təmir edilməli iki ev vardır. Cavabdeh həmin evlərə baxdıqdan sonra zəhmət haqqı kimi 20.000 man at istəyərək hər iki evi tam təmir olunmuş vəziyyətdə təhvil verəcəyini bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, onun işi mal-material alınması üçün ona pul verməkdən ibarət olacaqdır. Buna görə də ilkin ödəniş olaraq cavabdehə 1.000 manat pul verib bu barədə qeydi dəftərə etlməklə imzalanmışdır. Günlərin birində təmir işinə baş çəkmək üçün getdikdə görmüşdür ki, cavabdeh döşəmənin altına atdığı atmaları bir xətlə atmamış, ona bildirmişdir ki, laminatlar ayaq altda “oynayırlar”. Bundan əlavə divarın bir başında divar kağızında gül naxışı göründüyü halda, digər başında gül naxışı “yoxa çıxmışdır”. Kabellər vurulanda otaqların diaqonallarına fikir verilməmişdir. 2017-2020-ci illərdə ümumilikdə materiala 28.000 manat pul sərf edilmişdir. Bu barədə olan qaimələri məhkəməyə təqdim etmişdir. İlk dəfə yeznəsi evin təmirinə baxıb onu bəyənməmiş, bunu görən cavabdeh bildirmişdir ki, onu bəyənəcəyi səviyyəyə gətirəcəkdir, lakin 2020-ci ildə yeznəsi təkrar olaraq təmir işinə baxdıqda görmüşdür ki, təmir işləri əvvəlkindən də pis aparılmışdır. Bunun səbəbini cavabdehdən soruşduqda, sonuncu bildirmişdir ki, “bacardığım budur”. İddiaçı cavabdehə avadanlıqların alınması üçün 7.320 manat pul vermiş və həmin pula cavabdeh iki “Sparta” markalı kombi, bir ədəd “Javel” markalı qabyuyan, iki nikel materialdan olan qab yumaq üçün yer, iki soba, iki sorucu almış və həmin materialların alınması üçün ona 7.320 manat pul verilmişdir. “Javel” markalı qabyuyanın qiyməti 467 manat olduğu halda 800 manat, sorucunun qiyməti 130 manat olduğu halda 260 manat, “moykalar”ı isə 75 manat olduğu halda hər bi rini 140 manat kimi qeyd etmişdir. Alınan malları iddiaçı tərəf bəyənmədiyi üçün qaytarılmış və qaytarılmış malların pulundan cavabdeh 801 manat qaytarmış, qalan pulları isə qaytarmamışdır. Elşad Eldara pulu kiməsə, başqa şəxsə verməsi barədə heç bir söz deməmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən mütəxəssis qismində dindirilmiş ekspert X2 göstərmişdir ki, təmiri mübahisələndirilən evin təmirində qüsurlar vardır. Həmin qüsurlar işlədilmiş materiallardan, məsələn divar kağızından və s. asılıdır. Digər qüsurları bir sıra söküntü işləri, məsələn döşəmənin söküntüsü apardıqdan sonra müəyyən etmək mümkündür. Həmin işləri görmədən ziyanı hesablamaq mümkün deyildir. Otaqlar tam təmir edilsə də, döşəmədə silkələnmə var, bunu ustanın özünə də göstərmişdir. Döşəmə iki ha lda silkələnə bilər: altına atılmış reykalar arasında normadan artıq ara məsafəsi qoyulduqda və ya laminat nazik olduqda. Həmin silkələnməni aradan qaldırmaq üşün laminat sökülməlidir. Söküləcəyi halda müvafiq rəyin verilməsi mümkündür. 13. "xxxx" MMC tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən 48 və 49 nömrəli yaşayış mənzillərinin təmiri nəticəsində dəymiş zərərin müəyyənləşdirilməsi barədə qiymətləndirmə rəylərinə əsasən, ünvan 1-də yerləşən 48 saylı 3 otaqlı yaşayış mənzilinin təmirdən sonra müştərini qane etməyən sahələrin yenidən təmiri və material xərclərinin dəyəri (dəymiş zərərin) cəmi 6.170 manat, ünvan 1-də yerləşən 49 saylı 2 otaqlı yaşayış mənzilinin təmirdən sonra müştərini qane etməyən sahələrin yenidən təmiri və material xərclərinin dəyəri (dəymiş zərərin) cəmi 4.200 man at təşkil etmişdir. Nəticədə ünvan 1 ünvanında yerləşən 48 və 49 saylı mənzillərinin təmirdən sonra müştərini qane etməyən sahələrin yenidən təmiri və material xərclərinin dəyəri (dəymiş zərərin) bütövlükdə cəmi 10.370 manat təşkil edir.
14. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar 2020-ci il tarixli, 24334 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonunda "xxxx" MTK-a tərəfindən İddiaçı aid mənzildə aparılan təmir işləri keyfiyyətsiz şəkildə aparıldığını nəzərə alaraq mənzildə aparılmış təmir işləri təmir tikinti normalarına uyğun olmadığı müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonunda "xxxx" MTK-a aid hündür mərtəbəli yaşayış evində İddiaçı aid mənzillərin daxilində müxtəlif növ və eləcə də, gizli təmir işləri aparıldığından həmin sahələrdə aparılmış təmir və ayrıla bilməyən yaxşılaşdırılmalarına sərf olunan vəsaitin miqdarını dəqiqliklə müəyyən etmək mümkün olmadığından, tədqiq olunan mənzillərin təmirlərinə dair "xxxx" MMC tərəfindən 28 və 29 mart 2019-cu il tarixli smeta cədvəlində göstərilən qüsurların aradan qaldırılması üçün aparılmalı təmir işlərinə 10.370 manat məbləğində vəsəitin tələb olduğu göstərilmişdir. 15. “X4” MMC tərəfindən verilmiş təmir işləri üçün sərf olunan vəsaitin miqdarının müəyyən edilməsinə dair qiymətləndirmə hesabatında qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonunda "xxxx" MTK-a tərəfindən İddiaçı verilmiş 2 və 3 otaqlı mənzillərdə aparılmış təmir işləri keyf iyyətsiz şəkildə aparıldığından həmin mənzillərdə görülmüş təmir işləri təmir-tikinti normalarına uyğun deyildir. Bakı şəhəri, Nərimanov rayonunda "xxxx" MTK-a tərəfindən İddiaçı verilmiş 2 və 3 otaqlı mənzillərdə aparılmış keyfiyyətsiz təmir işlərinin aradan qaldırılaraq yenidən təmir edilib yararlı vəziyyətə salınması üçün lazım olan vəsaitin ümumi miqdarı 15.700 manat təşkil edir.
16. Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2022-ci il tarixli, 10/780 saylı ekspert rəyininin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonunda "xxxx" MTK tərəfindən İddiaçı aid mənzildə aparılan təmir işləri keyfiyyətsiz şəkildə aparıldığını nəzərə alaraq mənzildə aparılmış təmir işləri təmir tikinti normalarına uyğun olmadığı müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı məxsus olan 2 və 3 otaq lı mənzillərdə görülmüş qüsurlu təmir tikinti işləri aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işləri dəyərinin dəqiqliklə müəyyən etmək mümkün deyildir. 17. "xxxx" MMC tərəfindən tərtib olunan mütəxəssis rəyinə əsasən, tədqiq olunan mənzillərdə aparılmış keyfiyyətsiz təmirin bərpası üçün 3 otaqlı mənzil üçün 4.200 manat, 3 otaqlı mənzil üçün isə 6.170 manat olmaqla ümumi dəyəri 10.370 manat vəsait tələb olunur.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 mart 2023-cü il tarixli, 10/7378 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan 48 və 49 saylı mənzillərində aparılmış tikintitəmiri üzrə aparılır. Tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmışdır. Tədqiq olunan mənzilə baxış keçirilən zaman mənzil təmirli vəziyyətdə olduğu və həmin mənzil faktiki olaraq 2 və 3 yaşayış otağından ibarət olduğu müəyyən edilmişdir. Tədqiq olunan, Bakı şəhəri Nərimanov rayonunda "xxxx" MTK-a aid hündür mərtəbəli yaşayış evində İddiaçı aid mənzildə aparılan təmir işlərinə baxış keçirilən zaman, yaşayış otaqlarının divarları divar kağızı ilə üzlənmiş, tavanı alçipan vurularaq boya ilə rənglənmiş, döşəməsinə laminat vurulmuşdur. Mətbəx və dəhlizin divarları divar kağızı ilə üzlənmiş, tavanı alçipan vurularaq boya ilə rənglənmiş, döşəmələrinə metlax vurulmuşdur. Hamam və ayaqyolu tikililərinin divarları kafellə, döşəmələri metlaxla üzlənmiş və tavanları aliminium materialından asmatavan quraşdırıldığı müəyyən olunmuşdur. Baxış zamanı dəhliz və yaşayış otaqlarının d ivarına vurulmuş divar kağızının bir hissəsinin qopmuş vəziyyətdə olduğu, 2 otaqlı mənzilin mətbəxinin döşəməsinin qabarması, tavanda yığılmış alçipanların kənarları nahamar şəkildə olduğu, hamam ayaqyolu tikilisinin döşəməsinə vurulan mərmər plitənin keyfiyyətsiz vurulduğu və qapıların divar səthindən aralı olduğu müəyyən edilmişdir: Eyni zamanda baxış zamanı mətbəxdə döşəmədə söküntü işləri aparılmış və müəyyən olunmuşdur ki, döşəmənin alt hissəsində taxtadan olan qabırğalar düzgün yığılmamışdır.
19. Salyan Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(057)-56/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia qismən təmin edilmiş, cavabdehdən Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 65-də yerləşən iddiaçıya məxsus olan 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzillərin təmir edilib, yararlı hala salınması üçün görülməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 10.436 manat, ödənilmiş avadanlıqların pulu kimi 6.499 manat, hüquqi xidmətə görə çəkilən xərcin əvəzi olaraq 312 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 12 manat alınıb iddiaçıya verilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya məxsus olan 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzilləri təmir etmək öhdəliyini üzərinə götürmüş və tərəflər aralarında razılaşma olmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, təmir etdiyi mənzilləri tikinti-texniki normalarına uyğun olmayan qaydada təm ir etmiş və nəticədə iddiaçı maddi zərər çəkmişdir. Buna görə də iddiaçı haqlı olaraq məhkəmədə iddia qaldırmaqla cavabdehə qarşı tələb irəli sürmüşdür. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsi bağlanmış və sifarişçi üzərinə düşən öhdəliyi icra etmiş, podratçı isə tam icra etməmişdir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıya məxsus olan mənzilləri lazımi qaydada təmin etməmiş və nəticədə iddiaçıya 10.436 manat məbləğində ziyan dəymişdir.
21. Eyni zamanda, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə 7.300 manat ekvivalentində 300.000 rus rublu göndərmiş və cavabdeh həmin pula iddiaçı üçün ev lavazimatları almış, lakin iddiaçı alınmış əşyaları bəyənmədiyi üçün cavabdeh həmin əmlakları geri qaytarmış, lakin qaytarılmış əmlakın pullardan 801 manat is tisna olmaqla qalan pulları iddiaçıya verməmişdir. Cavabdeh ev üçün alınmış avadanlıqlara görə aldığı pulları, yəni 7.300 manatı etiraf etmiş, lakin 801 manat istisna olmaqla digər pulların qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı da cavabdehin dedikləri ilə razılaşmamışdır. Bu halda qanunvericilik sübut etmə vəzifənin cavabdehin üzərinə düşdüyünü qeyd etdiyi üçün məhkəmə 801 manat istsna olmaqla qalan məbləğin cavabdehdən tutulmasını əsaslı hesab etmişdir.
22. İddiaçının tələb etdiyi hüquqi xidmətə görə 312 manat pul tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ona hüquqi yardımın göstərilməsi üçün vəkilə rəsmi qaydada 312 manat ödəniş etmiş və iş üzrə kifayət qədər araşdırma aparılmış və müdafiəçi hüquqi yardıma görə xeyli vaxt sərf etmişdir. O na görə də məhkəmə həmin məbləğin cavabdehdən tutulmasını əsaslı hesab etmişdir.
23. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının tələb etdiyi mənəvi ziyanın nədən ibarət olması barədə və həmçinin həmin tələbin təmin olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, qarşı tərəf isə iddianı həmin hissədə etiraf etməmişdir. Ona görə də iddia həmin hissədə rədd olunmalıdır.
24. İddiaçının tələb etdiyi zəhmət haqqı kimi ödənilmiş 20.000 manat pul tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin məbləği tələb etməkdə haqlı deyil. Belə ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər 10.436 manat olduğu üçün və həmin məbləğ məhkəmə tərəfindən təmin edildiyindən iddianın 20.000 manat tələbinə dair hissədə təmin olunması mümkün deyildir. Cavabdehin gördüyü işlərin bir qismi yararlı olmuş, keyfiyyətsiz təmir və mal-materiallar üçün ekspert 10.436 manat müəyyən etmişdir. Ona görə də məhkəmə haqlı olaraq 10.436 manat məbləği təmin etmişdir
25. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.2, 752.2, 752.3, 762.1-762.4, 764.1, 764.2, 768-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
26. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.
27. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
28. Apellyasiy a şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 765-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, evin təmirinə ilk dəfə baxdıqda qüsurlarına görə bəyənmədiyi üçün cavabdehdən təmiri bəyənəcəyi vəziyyətə gətirilməsini tələb etmişdir. Lakin cavabdeh qüsurları aradan qaldırmamış, əksinə təmir işləri əvvəlkindən də pis aparılmışdır. Odur ki, cavabdeh ona ödədiyi 20.000 manat zəhmət haqqının əvəzini də ödəməyə borcludur. Mülki Məcəllənin 1091.1-1091.2-ci və 1093.1-ci maddələrinin tələbləri pozulmuş - cavabdeh apardığı və öhdəsinə götürdüyü təmir işlərini vicdanla yerinə yetirməmişdir. Cavabdeh təmir zamanı etməli və görməli olduğu işləri yerinə yetirməmişdir ki, bu da onun əsassız varlamasına gətirib çıxamışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbi pozulmuş, müq avilədə zərərəin əvəzinin daha az miqdarda ödənilməsinə dair müddəa nəzərdə tutulmadığı üçün iddiaçı cavabdehə ödədiyi 20.000 manat zəhmət haqqının əvəzinin tam ödənilməsini tələb etməkdə haqlıdır və bu məbləğ iddiaçıya tam məbləğdə ödənilməlidir. Apellyasiya şikayətində MPM-nin 77.1, 88, 106.1, 175.1, 217-ci maddələrinin tələblərinin pozulduğu qeyd olunsa da bu pozuntunun nədən ibarət olması sadalanmamışdır.
29. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
30. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin tələblərini pozaraq işin hallarını araşdırmaq üçü n prosessual qanunvericiliyin imkanlarından istifadə etməmiş, məhkəməyə təqdim etdiyi sübutları qiymətləndirməməklə bərabər sanki iddiaçının vəkili kimi çıxış edərək iddiasını təmin etmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinin tələbləri pozulmuş - evin təmiri üçün ödənilən pul ona 2017-ci ildə ödənilmişdir. İddiaçının tələbi iddia müddəti buraxılmaqla irəli sürülmüşdür. Zərərin əvəzinin ödənilməsi, eyni zamanda pul tələbinə dair iddia müddəti 3 il müddətində irəli sürülə bilər. MPM-nin 9.1-ci maddəsinin tələbi pozularaq onun təqdim etdiyi sübutlara əhəmiyyət verilməmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbi pozularaq məhkəmə sanki iddiaçının əsassız tələbini qəbul edərək qətnamə çıxarmışdır. Məhkəmə MPM-nin 88-ci maddəsinin tələbini pozaraq sübutları qiymətləndirməmişdir.
31. Şirvan Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1267/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Tale Kərimov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutu r (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh vəkili X6 ilə birlikdə birinci instansiya məhkəməsində iştirak etsə də, iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir. Göstərilənlərə əsasən mə hkəmə kollegiyası hesab etmişdir ki, iddia müddətinin tətbiqi hissəsində apellyasiya şikayətinin dəlilləri əsassızdır.
34. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfin apellyasiya şikayətinin iddia tələbinin cavabdehə zəhmət haqqına görə ödənilmiş 20.000 manat pul hissəsində təmin edilməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 10/7378 saylı ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan 48 və 49 saylı, müvafiq olaraq 2 və 3 otaqlı mənzillərin təmir edilib yararlı hala salınması üçün görülməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10.436,0 manat məbləğində müəyyən olunur. Məhkəmə kollegiyası hesab etmişdir ki, təmir ti kinti işlərinin aparılmasına görə 10.436,0 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəf təmir-tikinti işlərinin aparılmasına görə cavabdehə 20.000 (iyirmi min) manat ödənilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmamış, həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ümumi ifadələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nəd ə ifadə olunmasına dair konkret dəlillərə istinad olunmamışdır.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir.
36. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 14.2.6, 21, 385, 442, 448, 752, 762, 764, 768, 1096, 1097, 1115-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106, 217, 115, 119, 384 və 385-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
37. Qətnamədən cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yenidən ar aşdırma aparılaraq şikayətin təmin edilməsinə dair yekun qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi həqiqəti müəyyən etmək əvəzinə, qanunvericliyin tələblərini ciddi şəkildə pozaraq qanuna zidd qətnamə çıxarmışdır. İddiaçı hüquqdan sui-istifadə edərək, məhkəməyə müraciət etmişdir. Məhkəmənin buna hüquqi qiymət verməməsi və həqiqəti müəyyən etməməsi Konstitusiyanın tələbinin pozulmasına gəlib çıxarmışdır. Birinci və apellyasiya instansiya məhkəmələri iddiaçının əsassız və qanunsuz iddia tələbini qismən təmin edərək cavabdehin hüquqlarını pozmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan əsassız qərar çıx armışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının heç bir əsaslı sübutunun olmamasına baxmayaraq işi onun xeyrinə nəticələndirmişdir. Göstərilən hal məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparılmamasını göstərir və məhkəmə tərəfindən Konstitusiyanın bu normasının pozulmasını təsdiq edir. Apellyasiya instansiya məhkəməsi işə baxarkən işin hallarını araşdırması üçün prosessual qanunvericiliyin imkanlarından istifadə etməmiş, məhkəməyə təqdim etdiyim sübutlatı qiymətləndirməməklə bərabər, sanki iddiaçının vəkili kimi çıxışedərək iddiasını təmin etmişdir. Eyni zamanda işin materiallarında olan sənədlər özlüyündə iddianın əsassızlığını təsdiq edir. İddiaçı əsassız söz toplusundan ibarət iddia ərizəsinə müraciət etmiş, işin faktiki halları barədə yalan m əlumatlar vermiş, hüquqdan sui-istfadə edərək, əsassız yerə məndən külli miqdarda pul tələb etmişdir. İddiaçının özlüyündə iddia tələbində üç dəfə dəyişiklik etməsi halı özü iddianın dəqiq və qanunsuz olmasını təsdiq edir. Belə ki, iddiaçı hər dəfətələb etdiyi məbləği öz istəyinə uyğun olaraq dəyişir, bununla da dəymiş maddi ziyanın əvəzini yox, istədiyi miqdarı tələb edirdi. Məhkəmə müvafiq araşdırma aparmış olsa idi iddiaçının qanundan sui-istifadə etdiyini müəyyən etmiş olardı. Göstərilən hal məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparılmamasını göstərir və hakim tərəfindən Konstitusiyanın bu normasının pozulmasını təsdiq edir. İşin faktiki hallarından da göründüyü kimi, evin təmiri üçün ödənilən pul cavabdehə 2017-ci ildə ödənilmişdir. İddiaçının təl əbi əsassız olmaqla bərabər eyni zamanda iddia müddəti buraxılmaqla irəli sürülmüşdür. Zərərin əvəzinin ödənilməsi, eyni zamanda pul tələbinə dair iddia müddəti qanunvericiliyin tələblərinə uyğun olaraq üç il müddətinə irəli sürülə bilər. İddiaçı isə iddia müddətini buraxmışdır. Apellyasiya instansiya məhkəməsi qətnaməni çıxararkən maddi və prosessual normaları tətbiq etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, yalnız birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunanları sadalamaqla qətnamə çıxarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdar da ödənilməsi nəzərdə tutulmasın.
40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. Maddə 21.3. Zərərin işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclu dan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
44. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
46. Maddə 752.1. Podrat müqavil əsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
47. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
48. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
49. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüs urlardan azad sayılır.
50. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
51. Maddə 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər.
52. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
53. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
54. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətb iq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
56. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iş tirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
62. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
67. Maddə 418.3. Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Apellyasiya instansiyası məhk əməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin bütöv yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
72. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və pro sessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
75. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
76. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
78. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkə mə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1267/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.