Məhkəmə qərarları › İş №2(102)-5112/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5112/2019

24.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5112/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli 2(104)-1317/2019 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy rayon məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.S.Kazımov, iş № 2(042)-798/2018) İddiaçı1 Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.İ.Məmmədov, R.Ş.Muradov və Ş.M.Əliyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy rayon məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən 0,30 ha ölçüdə torpaq sahəsini zəbt edərək onun həmin sahədə kartof əkməsinə icazə vermədiyi üçün ona məxsus torpaq sahəsi üçün hazırladığı toxumluq kartofun xarab olub yararsız hala düşməsi səbəbindən ona 4500 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin ziyanın cavabdehdən tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstə rilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı1 kassasiya şikayəti verərək mübahisəli torpaq sahəsinin ona məxsus olmasını, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işə sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə baxılaraq işin həqiqi hallarına uyğun olmayan qətnamə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmas ına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən 0,15 ha ölçüdə torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli qərarı ilə İddiaçı1 ayrılmış dır. Həmin kənddə yerləşən 0,3294 ha ölçüdə torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1 və onun ailə üzvlərinə məxsus olmaqla onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Mütəxəssis rəyinə görə həmin torpaq sahələri biri-digərindən təcrid olunmuş şəkildə olmaqla üst-üstə düşmür. İddiaçı1 ona məxsus torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsi nəticəsində orada kartof əkmək imkanından məhrum olmaqla ona 4500 manat məbləğində ziyan dəyməsini iddia etsə də, işə məhkəmə instansiyalarında baxılarkən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi faktı müəyyən olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin zəbt olunması faktın ın müəyyən olunmasına dair iddiaçının dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və müəyyən olunmuşdur ki, həmin qətnamə ilə iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi faktı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.2.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsinin müəyyən olunmaması ona cavabdeh tərəfindən maddi ziyan vurulmasını istisna etdiyindən, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını qanuni və əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 22 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar