Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5114/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5114/20 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, ekspert rəyinə uyğun əsas borcun dəyişməsi, ekspert xərcinin bölüşdürülməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülk i iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-299/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” QSC-nin kassasiya şikayətinə 02 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. «xxxx» QSC xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları miqdarında kredit xətti açıb.
2. Kredit xətti müqaviləsi üzrə «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən, sonuncuya aylıq 2.1667 faizlə 24 ay müddətinə, 10000 manat məbləğində kredit verilib.
3. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit öhdəliyi üzrə zamin durub. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı «xxxx» QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8916,84 manat əsas, 1403,90 manat faiz, 1663,20 manat cərimə borcu olmaqla, cəmi 11983,94 manat kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar.
6. Borc xx.xx.2017-ci il tarixədək hesablanıb.
7. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472 və 501-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı qismən qəbul edərək, göstərmişdir ki, kredit borcundan bir hi ssəsini ödəmiş, qalan borcunu isə maddi imkanı olmadığından ödəyə bilməmişdir.
9. Həmçinin Cavabdeh1 ərizə verərək, iddianı əsas və faiz borcu hissəsində qəbul etdiyini, cərimə borcunu qəbul etmədiyini bildirmiş, cərimə borcunun silinməsini xahiş etmnişdir. 10.Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-3176/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli, 25L000001219 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx xxxxxxx 2014-cü il tarixli, 025R********** nömrəli razılaşma üzrə 8916,84 manat əsas, 1403,90 manat faiz, 3,20 manat cərimə olmaqla, cəmi: 10323,94 (on min üç yüz iyirmi üç manat 94 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Cavid Tağıyev)
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, «xxxx» QSC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi, həmin müqavilə çərçivəsində xx.xx.2014-cü il tarixli kredit razılaşması bağlanıb, Cavabdeh1 hissə-hissə ödənilməklə aylıq 2.1667 faizlə 24 ay müddətinə, 10000 manat məbləğində kredit verilib. Cavabdeh Cavabdeh2 da zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliyinə zamin durub. Cavabdehlər öhdəliklərinin bir qismini icra etsələr də, qalanını icra etmirlər.
12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlib ki, əsas və faiz borcu cavabdehlərdən tam tutulmalıd ır.
13. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilmələrini onların əmlak mənafelərinə mənfir təsir edəcəyini nəzərə alaraq 1663,20 manat cərimə məbləğini azaldıb, cəriməni 3,20 manat müəyyən etmişdir.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 427.3, 442, 443.1, 448,1,467, 470.1, 472.2 və 739, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh1 apelyasiya şikayəti verib, faizin və ödədiyi pulların borcdan çıxılmaqla qətnamənin dəyişilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə prosesi gedəgedə 1000 manata yaxın pul ödəmişdir. Bütün ödənişləri nəzərə alınmamışdır
17. Gəncə Apelyasiya Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərardad la məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında kredit müqaviləsinin müdddətini bitdiyi xx.xx.2017-ci il tarixə cavabdehin borcunun nə qədər olması barədə sual qoyulmuşdur.
18. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 13188 saylı rəyində qeyd edilib ki, Cavabdeh1 oğlunun xx.xx.2017-ci il tarixinə əsas borcu 8786,67 manat, faiz borcu 1827,63 manat, cərimə borcu 1105,92 manat olmaqla, cəmi borc 11720,21 manatdır. Cavabdeh1 xx xxx 2017-ci ildən sonra banka ödədiyi 1500 manat nəzərə alınarsa, cəmi borcun məbləği 10220,21 manat manat təşkil edir.
19. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-299/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tari xli, 2(021)-3176/2017 saylı qətnaməsi qismən, cavabdehlərdən müştərək qaydada 8916,84 manat əsas, 1403,90 manat faiz, 3,20 manat cərimə olmaqla, cəmi:10323,94 (on min üç yüz iyirmi üç manat 94 qəpik) manat kredit borcunun tutularaq iddiaçı «xxxx» QSC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli,25L000001219 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx xxxxxxx 2014cü il tarixli,025R********** nömrəli kredit razılaşması üzrə 8693,77(səkkiz min altı yüz doxsan üç manat yetmiş yeddi qəpik) manat əsas kredit borcunun tutulub «xxxx» QSC-yə verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması, iş üzrə ekspertiza xərcinin tərəflərə aid edilməsi qət etmişdir. (hakimlər Nuru Quliyev (sədrlik edə n və məruzəçi), Rəhman Muradov, Şamil Rzaquliyev)
20. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2014-cü il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə yaranmış 1403.90 manat faiz və 3.20 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, kredit müqaviləsi üzrə 8916,84 manat əsas borcun cavabdehlərdən tutulması hissəsində səhvə yol vermişdir.
21. Apelyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 8916,84 manat əsas borcun cavabdehlərdən tutulması ilə bağlı iddia tələbini ətraflı araşdırmamış, borcun məbləğini dəqiq müəyyən etmək üçün müvafiq ekspertiza təyin etməmişdir.
22. Apelyasiya məhkəməsi mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edib ki, iddiaçı bank hazırkı iddia tələbini hazırlayıb məhkəməyə təqdim etdikdən sonra Cavabdeh1 borcundan ümumilikdə 1500 manat ödəniş etmişdir.
23. Apelyasiya məhkəməsi işin müəyyən edilmiş bu halına uyğun olaraq hesab etmişdir ki, cavabdehin ödədiyi 1500 manat tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 025R********** nömrəli kredit razılaşmasının 3.2-ci bəndi və Mülki Məcəllənin 432.4cü maddəsi ilə müəyyən edilmiş ardıcıllığa uyğun olaraq cərimənin, faiz məbləğinin və sonda əsas məbləğin ödənilməsinə yönəldilməli (1500 manat-3.20 manat-1403.90 manat=92,90; 8786,67-92,90=8693,77 manat) və buna görə də əsas borcun məbləği dəyişdirilib 8693,77 manat olmalıdır.
24. Apelyasiya məhkəməsi mövqeyini birinci instansiya məhkəməsini istinad etdiyi maddi hüquq normaları ilə yanaşı, əlavə olaraq Mülki Məcəllə nin 432.4-cü və Mülki Prosessual Məcəllənin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı “xxxx” QSC (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya iş materiallarında olan hesabdan çıxarış və ekspert rəyinə möhtəbər sübut kimi yanaşmamış, yalnız öz hesabları əsasında nəticəyə gələrək sonda xüsusi bilik tələb edən riyazi hesablamaları öz üzərinə götürmüşdür.
27. Həmçinin apelyasiya instansiyası ekspert xərcinin yarısını bankdan tutmaqla Mülki Prosessual Məcəllənin 119.1.-ci maddəsini düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun i sə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə
442. Öhdəliyin icra edilməməsi de dikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsi diar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götür ür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, apelyasiyanın qətnaməsi yalnız əsas borcun azaldılması və ekspert xərcinin bölşüşdürülməsi hissəsində mübahisələndirilir. Bu baxımdan hazırki kassasiya baxışının predmetini yalnız əsas borcun apelyasiya məhkəməsi tərəfindən azaldılması və ekspert xərcinin bölşüşdürülməsi təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
34. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Cavabdehin xx.xx.2017-ci il tarixinə əsas borcu 8786,67 manatdır, Cavabdeh1 xx xxx 2017-ci ildən sonra banka 1500 manat ödəniş edib.
35. Əsas borc məbləğinin azaldılmasının düzgün olmaması barə də kassasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, apelyasiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etmiş və cavabdehin xx.xx.2017-ci il tarixinə 8786,67 manat əsas borcunun olmasını, xx xxx 2017-ci ildən sonra isə Cavabdeh1 banka 1500 manat ödəniş etməsini də məhz ekspert rəyinə əsasən müəyyən etmişdir.
36. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi xx xxx 2017-ci ildən sonra isə Cavabdeh1 banka 1500 manat ödəniş etməsini, həmin tarixədək əsas borcun 8786,67 manat olmasını nəzərə alaraq, ödənilmiş 1500 manat pulu Kredit razılaşmasının 3.2-ci bəndi və Mülki Məcəllənin 432.4-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllığa uyğun şəkildə olaraq cərimənin, faiz məbləğinin və sonda əsas məbləğin ödənilməsinə yönəldilməli olması (1500 manat - 3.20 manat - 1403.90 manat=92,90; 8786,67-92,90=8693,77 manat) qənaətinə gəlmişdir.
37. Mülki Məcəllənin 432.4-cü maddəsinə görə də əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
38. Göründüyü kimi apelyasiya məhkəməsinin əsas borc məbləğinin azaldılması ilə bağlı gəldiyi nəticə ekspert rəyinə əsasən işin müəyyən edilmiş halına və Mülki Məcəllənin 432.4-cü maddəsinin tələblərinə uyğun olmuşdur.
39. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.
40. Mülki Prosessual Məcəllənin 119.1.-ci maddəsini düzgün tətbiq edilməməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası bu dəlili də qəbul etmir.
41. İş materiallarından görünür ki, apelyasiya məhkəməsi ekspertiza təyin etmiş və ekspert rəyinə əsasən iddianı əsas borc hissəsində azaltmışdır.
42. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Əsas borc hissəsində iddia tələbi qismən təmin edildiyi üçün Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tətbiqi də işin hallarına uyğun olmuşdur.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyi şdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” QSC-nin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-299/2020 nömrəli, xx xxxxxx 2020-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.