Məhkəmə qərarları › İş №2(102)-5115/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5115/2020

03.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5115/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli, 2(104)787/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(023)-918/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Musayev) İddiaçı Cavabdeh qarşı “aliment in miqdarının artırılaraq hər ay, hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin tutulması” barədə iddiası qismən təmin edilərək, həmin məhkəmənin 03 aprel 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər ay, hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat alimentin tutularaq 29 aprel 2005-ci ildə doğulmuş Fidanın və 02 mart 2009-cu ildə doğulmuş Aysunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli, 2(104)787/2020 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən, məruzəçi, R.Ş.Mur adov və F.Ə.Mehtiyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Qazax Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kasasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonundan tutulan alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutl ara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı və Cavabdeh vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları o lmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya ş ikayətini təmin edilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmiş və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, i şin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər faktiki nikah münasibətinə girmiş və onların birgə nikahından 20 aprel 2005-ci ildə Fidan, 02 mart 2009-cu ildə Aysun adlı iki uşaqları doğulmuşdur. Hazırda iddiaçı, Qazax rayon məhkəməsinin 03 aprel 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, iki uşağın saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay, hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını iddia etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq e dib müəyyən etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilməsi üçün faktiki və hüquqi əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi bar ədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə tam uyğundur və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apel yasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün valideynlərin aliment öhdəliklərinin yerinə yetirilməsinə cəlb edilmələri və bu zaman uşaqların maraqlarını və mənafelərini əks etdirən bütün diqqətəlayiq halların nəzərə alınması, xüsusilə atanın bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsinə daha aktiv şəkildə cəlb edilməsi zəruridir. Çünki, alimentin miqdarının artırılması və artırılması zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Digər tərəfdən, alimentin miqdarının dəyişdirilməsi məsələsi mübahisələndirilən zaman əsas meyar kimi tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması əsas götürülməlidir. Birinci instansiya məhkəməsi al imentin miqdarını artıran zaman uşaqların tərbiyəsində və saxlanılmasında ananın üzərinə daha çox yükün düşməsini, habelə tərəflərin maddi vəziyyəti ilə əlaqədar halları tam nəzərə almışdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayətində daimi iş yerinin olmaması, muzdlu işlə məşğul olması, aylıq gəlirinin 300-320 manat təşkil etməsi, alimenti ödəməyə maddi imkanının olmamasına dair və sair dəlillərini əsassız hesab edir. Beləliklə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, apelyasi ya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli, 2(104)-787/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar