Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5118/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2204/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: İddiaçı «xxxxxxxxx» ASC-nin iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxxxxxxx» ASC ilə cavabdeh Ə.S.Mirzəliyev arasında xx.xx.2014-cü il tarixli № 22072014/194883 saylı əsas kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2015-ci il tarixli № 27042015/194883 saylıəlavə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı 60 ay müddətinə Cavabdeh1 illik 21 faizlə 26000 ABŞ dolları kredit vermişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində istifadədə olan daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 43 nöm rəli vərəqində qeydiyyata alınmış, 0,03 ha torpaq sahəsində yerləşən, 133,3 kv.m. ümumi, 94,2 kv.m. yaşayış, 39,1 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı ev ipoteka ilə yüklü edilmişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 Cavabdeh1 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özünün icra edəcəyini üzərinə götürmüşdür. Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş, «xxxxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 22072014/194883 saylıəsas kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24154 ABŞ dolları əsas, 14959 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə - cəmi 40113 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxxxxxxx» ASC-nin xeyrinəödənilməsi, tutmanın «xxxxxxxxx» ASC iləCavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 22072014/194883 saylı ipoteka müqaviləsinəəsasən Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində istifadədə olan daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmış, 0,03 ha torpaq sahəsində yerləşən, 133,3 kv.m. ümumi, 94,2 kv.m. yaşayış, 39,1 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı evə yönəldilərək açıq hərracdan satılmasına, borcun ödənilməsinə yönəldilməsinə vəən geci 1 (bir) ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Niftəliyev, iş № 2(013)-491/2019) iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 22072014/194883 saylı əsas kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 24153,93 ABŞ dolları əsas, 9806,49 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə cəmi 34160 (otuz dörd min yüz altmış) ABŞ dolları 42 (qırx iki) sentin və ödənilmiş dövlət rüsumu əvəzində 30 manatın «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində istifadədə olan daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmış, 0,03 ha torpaq sahəsində yerləşən, 133,3 kv.m. ümumi, 94,2 kv.m. yaşayış, 39,1 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı evə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 «xxxxxxxxx» ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan və borcun ödənilməsinə yönəldikdən sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, aparılmış ekspertiza tədqiqatına dəyəri olan 145 (yüz qırx beş) manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmiş, iddianın əsas borc tələbinin qalan 0,07 ABŞ dolları hissəsi, faiz borcu tələbinin qalan 5152,51 ABŞ dolları hissəsi, cərimə borcu tələbinin qalan 800 ABŞ dolları hissəsi rədd edilmişdir Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2014-cü il tarixli əsas kredit, zaminlik və xx.xx.2015-ci il tarixli əlavə kredit müqavilələrinə görə, iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 21 faizlə 26000 ABŞ dolları kredit verilmiş və Cavabdeh1 öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə görə, borc üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində istifadədə olan daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmış, 0,03 h a torpaq sahəsində yerləşən, 133,3 kv.m. ümumi, 94,2 kv.m. yaşayış, 39,1 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı evi ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 70000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX 0395730, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014 olan çıxarışa görə, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində Cavabdeh1 adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX 0283607, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013 olan çıxarı şa görə, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində istifadədə olan 0,03 ha torpaq sahəsində yerləşən, 133,3 kv.m. ümumi, 94,2 kv.m. yaşayış, 39,1 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı evin ipotekaya qoyulması daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydə alınmışdır. «xxxxxxxxx» ASC-nin təqdim etdiyi maliyyə sənədlərinə görə, xx.xx.2017-ci il tarixə Cavabdeh1 əsas borcu 24154 ABŞ dolları, faiz borcu 14959 ABŞ dolları, cərimə borcu isə 1000 ABŞ dolları təşkil edir. xx xxxxxx 2019-cu il tarixli 20518 saylı ekspertiza rəyinə görə, Cavabdeh1 əsas borcu 24153,93 ABŞ dolları, faiz borcu 9806,49 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqə dar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zamin liklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 421.2-ci maddəsinə əsasən tərəflərdən biri nin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borc lu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov, iş № 2(104)2204/2019) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(013)-491/2019 saylı qətnaməsi ipoteka predmeti olan evin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş və həmin məbləğin 110.000 (yüz on min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, mütəxəssis rəyinin əldə edilməsi üçün qiymətləndirmə haqqı 400 (dörd yüz) manat məbləğində vəsaitin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “xxxxxxxxxxxx” MMC-in VÖEN ********** “xxxxxxxxx” ASC- nin VÖEN: **********, M/h:AZ89NABZ******************** Kodu:503314, S.W.İ.F.T. BİC:AMRAAZ22, H/h AZ40AMRA******************** hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllə 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MM-in 443.2-ci maddəsinə əsasən isə zərər həmin Məcəllənin 21ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-in 445.1-ci maddəsinə əsasən öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası MM-in 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Azərbaycan Respublikası MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bil dirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmam yönəltməyə başlaya bilər. Həmin qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə a lmamış, ipoteka predmetinin ilkin satış qiymətini mütəxəssis rəyi əsasında müəyyən etməmişdir. Apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərardadı ilə, məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ipoteka predmetinin hazırki bazar qiyməti mütəxəssis rəyinə əsasən 110.000 manat müəyyən edilmişdir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş qiymətdən artıq təşkil etmişdir. Ona görə də apelyasiya instansiya məhkəməsi ipoteka predmetinin qiymətinin də mütəxəssis rəyinə əsasən hazırki bazar qiymətinə uyğun müəyyən edilməsi qənaətinə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(013)-491/2019 saylı qətnaməsi ipoteka predmeti olan evin ilkin s atış qiymətinin 70.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və həmin məbləğ 110.000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2204/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz da xil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2010-cu il tari xli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Cavabdehin kas sasiya şikayətində göstərilənlər eyni ilə apelyasiya şikayətində göstərilən dəlillərlə eynilik təşkil etmiş və məhkəmələr tərəfindən həmin dəlillər tam olaraq araşdırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2204/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.