Məhkəmə qərarları › İş №2(102)-512/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-512/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-512/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və cavabdehin vəkili X5 oğlunun iştiraki ilə, İddiaçı Cavabdeh İKB ASC-nə qarşı “borcun silinməsi və pul” tələbinə dair mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-11042/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İd diaçı Cavabdeh İKB ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-dən səhhətində yaranan problemlərlə və şikəst olması ilə bağlı 300.000 manat, mənəvi ziyana görə 100.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 400.030 manat pulun alınıb ona verilməsi və qalan kredit pulunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx xxx 2006-cı il tarixdə 365 k(fş)-1000 saylı kredit müqaviləsi bağlayaraq 12 ay müddətinə 23000 manat kredit götürmüş, müqavilə təminatı kimi ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 147 kv.metr yaşayış, 47 kv.metr köməkçi sahəsi olan 6 otaqdan ibarət fərdi yaşayış evini girov qoymuşdur. İlkin mərhələdə müqavilə öhdəliyinə əməl etsə də, sonralar ödəmədə ondan a sılı olmayan səbəbdən problem yaranmış və bank istədiyi möhləti verməmişdir. Elə həmin ildən başlayaraq bank evin dəfələrlə qiymətləndirilməsinə, hərraca çıxarılmasına nail olmuş, hərrac da daxil 15-ə kim məhkəmə proseslərinə onu cəlb etmiş, qanunsuz olaraq evi ucuz qiymətə əlindən almağa uğursuz cəhd etmiş, hərracda satılmayan evi özü götürüb pulunu çıxıb qalanını ona vermək əvəzinə müxtəlif bəhanələrlə məsələnin qanuni həllindən yayınmışdır. Əgər mənzil ipoteka ilə yüklü olması səbəbi ilə hərraca çıxarılsa idi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına və “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə əsasən 2 dəfədən artıq hərrac keçirilə bilməzdi. Lakin cavabdeh hərracın 4 dəfə keçirilməsinə nail olmuş, satılmayan mənzili özü götürməmiş, nə də ona qaytarmamışdır. Hətta məhkəmədən sonra yeni qiymətləndirmə edib hərrac keçirmiş, 3 hərrac keçirdiyi halda bunu inkar edib xx.xx.2009-cu il tarixli, 217 saylı rəsmi məktubunda 2 dəfə keçirməsini iddia etmişdir. Evinin əsassız olaraq qiymətindən ən azı 2 dəfə ucuz, yəni 140.000 manata qiymətləndirilməsinə nail olmuşdular. Onun şikayətindən sonra evinin dəyərinin 400.000 manat olması müəyyən edilmiş, nəhayət onun haqlı iddiası Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(103)1244/2016 saylı qətnaməsi ilə təmin edilərək hərracın nəticələri ləğv edilmiş, cavabdehin verdiyi kassasiya şikayəti Ali Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli 2(102)3721/2016-cı il saylı qərarı ilə təmin edilməmiş, bununla da mübahisəyə son qoyulmuşdur. Lakin cavabdeh yenə ondan əl çəkməmiş, o, Azərbaycan Respublikası Maliyyə X3 müraciət etməli olmuşdur. Bu quruma cavabdehin verdiyi xx xxxx 2019-cu il tarixli 15/4632 saylı cavab məktubundan görünür ki, məhkəmə qətnamələri olsa da öz günahlarından yaranan borcu hələ də silməmişlər. Bütün bunlar səhhətində ciddi problemlər yaratmış, sağalmaz şəkər xəstəliyinə tutulmasıyla nəticələnmişdir. xx xxxxxxx 2016-cı il tarixdə şəkərin təsirindən sağ ayağı amputasiyası edilmiş, xx xxxx 2017-ci il tarixli qiymətləndirmə ilə İİ qrup müddətsiz əlil olmuşdur. Sol ayağında da kəsik əməliyyat aparılmışdır. Məhz şəkərin təsirindən gözündə 8 dəfə əməliyyat aparılmış, bununla belə görməsi cəmi 15 faizdir. Sol qulağı təmiz eşitmir. Hazırda insulin iynəsi ilə güclə yaşayır. Əlillik sənədində şəkərin miqdarının 598.4 olması öz əksini tapıb. Cavabde hin son 13 ildə etdikləri, borcu müxtəlif bəhanələrlə qeyri-qanuni üsullarla qaytarmağa və evini ələ keçirtməyə cəhd etməsi, onu çoxsaylı şikayətlər etməyə, dövlət orqanlarına müraciət etməyə, çoxsaylı məhkəmə çəkişmələrinə, hərrac və qiymətləndirməyə cəlb etməsi, 10 illik bitib-tükənməyən get-gələ düçar etməsi sağalmaz şəkər xəstəliyi tapmağı, əlil olmağı, ayaq, göz və qulaq kimi həyatı əhəmiyyətli orqanlarının funksiyasını itirməsi ilə nəticələnmişdir. Müalicə, əməliyyat, yol xərci, dərmanlara güclü xərci çıxmış, analiz və uzilərə, rentgenə və başqa xidmətlərə əlavə pul vermişdir. Onun hesabına yaxın qohumları da xərcə və əziyyətə düşmüşdür. Hər ay müayinəyə gedir. Qeyd olunanlar mənəvi sarsıntı keçirməsi ilə nəticələnmiş, ona mənəvi ziyan da dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi nin (hakim Solmaz Mustafayeva) 2(006)-3475/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov sədrliyi və məruzəsi ilə, İsmayıl Xəlilov və Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli 2(103)-11042/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3475/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİ NİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin 2 dəfə əvəzinə 4 dəfə hərrac keçirilməsinə, 400 min manat dəyərindəki əmlakın 140 min manata qiymətləndirilməsinə nail olunmasını, girov evi özü götürmədiyi təqdirdə sənədləri geri qaytarmaqla evi girovluqdan azad etməli olduğu halda bu gündə girovluqda saxlamasını, onun qanunsuz hərəkət və hərəkətsizliyi olmasını nəzərə almamış, bu dəlilləri rədd etmək üçün təşəbbüs belə göstərməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb və sarsıntı keçirmiş və bu səbəbdən səhhətində ciddi problemlər yaranmışdır. 1-ci instansiya məhkəməsi kimi Apellyasiya məhkəməsi də Mülki Prossesual Məcəlləsinin 220.4-cü maddəsinin tələblərini kobud surətdə pozaraq təqdim edilən sübutlara və istinad edilmiş qanunlara toxunma mış və bu sübutları rədd etmək üçün dəlillər gətirməmişdir. Cavabdehin son 14 ildə qanun pozuntularına yol verməsi, borcu müxtəlif bəhanələrlə qeyri-qanuni üsullarla qaytarmağa və evi ələ keçirtməyə cəhd etməsi, iddiaçını çoxsaylı şikayətlər etməyə, dövlət orqanlarının qapısını döyməyə təhrik etməsi, çoxsaylı məhkəmə çəkişmələrinə, hərrac və qiymətləndirməyə cəlb etməsi, 10 illik bitib-tükənməyən get-gələ düçar etməsi, icra məmurlarının rəhbərliyi altında dəfələrlə evinə gəlib qonşuların yanında evdən çıxmağının tələb etmələri sağalmaz şəkər xəstəliyi tapmağı, əlil olmağı, ayaq, göz və qulaq kimi həyatı əhəmiyyətli orqanlarımın funksiyasını itirməsi ilə nəticələnmişdir. Cavabdeh tərəfindən müxtəlif təşkilatların qapısını döyməyə məcbur edilməsi, bütün bunların əsəblərini tarıma çəkməsi, ge t-gələ salınması, 10 ildən artıq götür-qoy edib bu işin nə ilə nəticələnəcəyini düşünməyi, çoxsaylı məhkəmə çəkişmələrinə cəlb edilməyi, icra məmurlarının qonşuların yanında yersiz hədələmələri mənəvi sarsintı keçirməyi nəticələnmiş, ona mənəvi ziyan dəymişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi iddia tələbinin təmin edilməməsi qanuni və əsaslı sayıla bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini x ahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh İKB ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh İKB ASC-dən 12 ay müddətinə 23000 manat məbləğində kredit götürmüş və kredit müqaviləsinin təminatı kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx xxxxxx 2008-ci il tarixli, 2(103)-560/08 saylı qətnaməsinə əsasən, Cavabdeh İKB-nin cavabdehlər İddiaçı və X1 qarşı borcun ipoteka predmeti və digər əmlak hesabına təmin edilməsi ilə cavabdehlərin və qeyrilərinin mübahisəli evdən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı və X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2-1512/07 saylı mülki iş üzrə xx xxxxxxx 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2008-ci il tarixli, 2(102)-1595/08 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx xxxxxx 2008-ci il tarixli, 2(103)-560/08 saylı qətnaməsindən cavabdeh xxx kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəmə sinin MİÜMK-nın xx xxxxxx 2009-cu il tarixli, 2(103)-4732/2009 saylı qətnaməsi ilə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 2(005)-1499/2009 saylı qətnaməsindən iddiaçı Cavabdeh İKB tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 2(005)-1499/2009 saylı qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, ilkin iddianın təmin olunması, cavabdeh Azərbaycan Respublikasının Xammal və əmtəə birjası tərəfindən X1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 220000 manat məbləğində qiymətləndirilməsinə dair dəyər göstəricisinin ləğv edilməsi və həmin evin yenidən bazar qiymətinin müəyyən edilməsinin Azərbaycan Respubl ikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılması, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 2(005)-1499/2009 saylı qətnaməsinin digər hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2010-cu il tarixli, 2(102)-1504/10 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2009-cu il tarixli qətnaməsindən cavabdeh X2, İddiaçı və vəkil xxx oğlunun kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(103)-1244/2016 saylı qətnaməsinə əsasən, iddiaçıl ar İddiaçı və X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2895/2015 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh İKB ASC-nin 1 saylı filialı ilə İddiaçı və X2 arasında bağlanmış xx xxx 2006-cı il tarixli ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş ünvan 4 ünvanında yerləşən 0.054 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 147 kv.metr yaşayış, 47 kv.metr köməkçi sahəsi olan 6 otaqdan ibarət fərdi yaşayış evinə dair ipotekaya xitam verilməsi qət edilmiş, Ali Məhkəmənin mülki kollegiyasının 2(102)-3721/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən isə Cavabdeh İKB ASC-nin X6 Hüquqi Məsələlər üzrə X5 Xankişi oğlunun kassasiya şikayətinin təmin edilməməs i, Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq müəyyən etmişdir ki, məhkəmə qərarına əsasən ipotekaya xitam verilsə də, iddiaçı tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyindən, icra olunmamış məhkəmə qətnaməsi və icra vərəqəsi olduğundan borcun silinməsi barədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş ünvan 4 ünvanında yerləşən 0.054 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 147 kv.metr yaşayış, 47 kv.metr köməkçi sahəsi olan 6 otaqdan ibarət fərdi yaşayış e vinə dair ipotekaya xitam verilmişdir. Buna baxmayaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçının yerinə yetirilməmiş öhdəlikləri mövcuddur, belə olan halda Kollegiya qeyd edir ki, məhkəmə iddiaçının borcun silinməsi barədə tələbini təmin etməməkdə haqlı olmuşdur. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzə rdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh ed ilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfı psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İş materialları ilə iddiaçının səhhətində yaranmış problemin cavabdehlərin hər hansı birbaşa təqsirli hərəkəti və ya hərəkətsizliyinin olması, həmin hərəkət və ya hərəkətsizliklə iddiaçının sağlamlığına dəymiş ziyan arasında səbəbli əlaqənin olması təsdiq olunmur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən prosessual normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq, bu qənaətə gəlmişdir ki, cavabdehin hərəkətlərinin qanunsuzluğu sübuta yetirilməmişdir. İddiaçının maddi və mənəvi ziyan tələbinin əsası olan cavabdehin təqsiri üzündən iddiaçıya ziyan vurulması halı iş üzrə sübut olunmadığından, maddi və mənəvi ziyanın məbləği ilə bağlı əlavə araşdırma aparılmasına zərurət qalmır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Azərb aycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)11042/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar