Məhkəmə qərarları › İş №2(102)-5120/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5120/2019

16.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5120/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Maraqlı şəxs X1, nümayəndəsi və vəkili Yusifov Araz Arzu oğlunun Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-7/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim E.H.Məmmədov) 2(033)-1849/2016 nömrəli, 12 oktyabr 2016-cı il tarixli qətnaməsi i lə iddiaçı Bank «xxxx (Azərbaycan)» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 16113,01 ABŞ dolları məbləğində əsas borc, 1107,82 ABŞ dolları məbləğində faiz borcu, 30,68 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 17251,51 (on yeddi min iki yüz əlli bir ABŞ dolları əlli bir sent) ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu günə olan məzənnə ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Bank «xxxx (Azərbaycan)» ASC-in xeyrinə tutulması və tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “CHEVROLET ORLANDO-minik” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, tərəflər arasında bağlanmış 19 noyabr 2012-ci il tarilxi xxxxxxxxxxx nömrəli avtomobil krediti müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev) 2(107)-7/2019 nömrəli, 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə cаvаbdeh Cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin, maraqlı şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(033)-1849/2016 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla tutularaq iddiаçı Bank «xxxx (Azər baycan)» ASC-yə verilməli olan faiz borcunun məbləği 778,42 ABŞ dolları, cəmi borcun məbləği isə 16.922,11 ABŞ dolları müəyyən edilməsi, ipoteka premeti kimi Cavabdeh məxsus 2012-ci il buraxılışlı, universal tipli, “CHEVROLET ORLANDO- minik” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərracda ilkin satış qiymətinin 18000 (on səkkiz min) mаnаt məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 170 (bir yüz yetmiş) manatın Cavabdeh tutularaq dövlət büdcəsinə verilməsi (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK xxxxxxx) qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Bank «xxxx (Azərbaycan )» ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16113,01 ABŞ dolları məbləğində əsas borc, 1107,82 ABŞ dolları məbləğində faiz borcu, 30,68 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə 17251,51 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu günə olan məzənnə ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Bank «xxxx (Azərbaycan)»ASC-in xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdehına məxsus “CHEVROLET ORLANDO- minik” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılması, onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun və ödənilmiş dövlət rüsumunun ödənilmə si, 19 noyabr 2012-ci il tarilxi xxxxxxxxxx nömrəli avtomobil kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs X1, nümayəndəsi və vəkili Yusifov Araz Arzu oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-7/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyası na iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)7/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozul masına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Bank «xxxx (Azərbaycan)»ASC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2012-ci il tarixli avtomobil krediti müqaviləsindən görünür ki, iddiaçı Bank «xxxx (Azərbaycan)»ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 23889 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank «xxxx (Azərbaycan)»ASC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2012-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus “CHEVROLET ORLANDO- minik” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 25 avqust 2015-ci il tarixli 19 noyabr 2012-ci il tarixli avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmadan görü nür ki, Cavabdeh 16614,95 ABŞ dolları mbləğində borcu 27 ay müddətinə 19 noyabr 2017-ci il tarixədək illik 18 faiz hesablanmaqla kapitallaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə tələbinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməl i, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442 və 443.1-ci maddələrinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsində isə göstərilir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 741-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. “İpoteka Haqqında” Azərb aycan Respublikasının 15 aprel 2005-ci il tarixli 883-İİQ №li Qanunun 36cı maddəsinə görə isə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, o cümlədən ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 37-ci maddəsinə əsasən ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 39-cu maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.2-ci maddəsinin tələbin ə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Apellyasiya isntansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit və ipoteka müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da borclu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onun Banka 16113,01 ABŞ dolları məbləğində əsas kredit borcu yaranmışdır. İşə əlavə edilmiş sənədlərdən aydı n olur ki, Cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 18 faizlə) ödəməyi öhdəsinə götürmüşdür (Kredit müqaviləsinin 2.1-ci bəndi). İşdə olan cavabdehin kredit borcunun hesablanmasına dair arayışdan görünür ki, onun 1107,82 ABŞ dolları məbləğində faiz borcu və 30,68 ABŞ dolları məbləğində cərimə borcu təşkil etmişdir. İş materiallarında olan sübutlardan görünür ki, məlum kredit müqaviləsi ipoteka ilə təmin edilmişdir. Hansıki tərəflər arasında bağlanmış cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan “CHEVROLET ORLANDO- minik” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması barədə 19 noyabr 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İşdə olan sənədlərdən müəyyən edilmişdir ki, ipotekaya tutmanın yönəldilməsi barədə cavabdehə bildiriş göndərilmiş və həmin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının tələblərinə tam əməl olunmuş, lakin cavabdeh həmin qanunla ona verilmiş hüquqdan istifadə edərək tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdən 21 gün müddətində məhkəməyə şikayət verməmiş və bununla da irəli sürülmüş tələblə razı olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik münasibətlərini tənzimləyən MM-in 269.7-ci maddəsində göstərilir ki, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edil miş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh 16113,01 ABŞ dolları məbləğində əsas borc, 1107,82 ABŞ dolları məbləğində faiz borcu, 30,68 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 17251,51 ABŞ dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan məzənnə ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Bank «xxxx (Azərbaycan)» ASC-in xeyrinə tutulmalı, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “CHEVROLET ORLANDO- minik” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcu ödənilm əli, tərəflər arasında bağlanmış 19 noyabr 2012-ci il tarilxi xxxxxxxxxxxxx nömrəli avtomobil krediti müqaviləsi ləğv ediləməlidir. Şəki Apellyasiya Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(107)-319/2018 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bank «xxxx (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2012-ci il tarilxi 108729-1-4404 nömrəli avtomobil kredit müqaviləsi üzrə cavabdeh tərəfindən edilən ödənişlər nəzərə alınmaqla cаvаbdehin 15 avqust 2016-cı il tаrixə əsas borc, faiz borcu və cərimə borcu ayrılıqda göstərilməklə cəmi nə qədər borcu olduğunu müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 13 dekabr 2017-ci il tarixli xxxxxx nömrəli məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 19 noyabr 2012-ci il tarixli, 108729-1-4404 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh Bank «xxxx» ASC-yə olan borcu 17.112,31 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: - əsas kredit borcu -------------16.333,89 ABŞ dolları; - faiz borcu-------------778,42 ABŞ dolları. Qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 21.10.2016-cı il tarixə 295,00 ABŞ dolları mələğində ödəniş aparılmışdır. Lakin, ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 15.08.2016-cı il tarixə göstərildiyindən 295,00 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. (Apa rılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır) X4 Məhkəməsinin 03 dekabr 2018-ci il tаrixli, 2(107)-190/2018 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarında olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 24 yanvar 2019-cu il tarixli №xxxxxxxxxxolan ekspert rəyində göstərilmişdir ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli üçün, Mərkəz tərəfindən verilmiş şifahi sorğuya əsasən tədqiq edilən ipoteka qoyulmuş, Cavabdeh məxsus “Chevrolet Orlando minik” markalı, **-DJ-*** dövlət nö mrə nişanlı avtomobili tədqiqata təqdim etmək mümkün olmadığından onun hazırda qiymətini müəyyən etmək mümkün olmadı. Aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən eyni il buraxılışiı, eyni texniki göstəricilərə malik, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 2012-ci il buraxılışiı “Chevrolet Orlando minik” markalı avtomobilin, 2019-cu ilin yanvar ayına, təxminən 8 il istismar müddətini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 18000,00 manat müəyyən edilir. (Aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manatdır) «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi h aqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4 -cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-7/2019 nömrəli iş üzrə 27 fev ral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı şəxs X1, nümayəndəsi və vəkili Yusifov Araz Arzu oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-7/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar