Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5121/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5121/20 (Açar sözlər: kredit məbləğinin geri qaytarılması, iddia müddəti) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, İddiaçı lə ğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1323/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 02 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2013-cü il tarixli, 2016 nömrəli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh illik 28 faizlə 24 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. 2. xx.xx.2013-cü il tarixli, 113 nömrəli ipoteka müqa viləsinə əsasən Cavabdeh Əli oğluna məxsus Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 118.2 kv.m olan fərdi yaşayış evi kredit öhdəliyinin təminatı kimi “xxxx” ASC-nin qarşısında yüklü edilmişdir.
3. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət müraciət edərək, cavabdehdən 4386,328 manat məbləğində əsas, 2466,57 manat məbləğində faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1007,72 manat məbləğində faiz (5 faiz) borcu, 3053,44 manat məbləğində cərimə bo rcu olmaqla, cəmi 10914,05 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, ipotekaya qoyulmuş Cavabdeh məxsus Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 1 mərtəbəli (ümumi sahəsi 118,2 kv.m, yaşayış sahəsi 46,3 kv.m, yardımçı sahəsi 71,9 kv.m) 2 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır.
6. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 317.1, 317.2, 442, 445.1, 445.2, 448.1 və 739.1-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib, ərizəsini də onunla əsaslandırıb ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi 24 aylığa bağlanıb, iddiaçı təşkilat tərəfindən 3 illik iddia müddəti ötürülüb.
8. Tovuz Rayon Məhkəməsinin 2(062)-2060/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Rəşad Məmmədov)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, xx.xx.2013-cü il tarixli 2016 nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə başa çatmışdır. Hazırki iddia ərizəsi xx.xx.2019-cu il tarixdə imzalanmaqla məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyə n olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1, 373.2, 375.2, 376, 377.2, 378, -ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verib və iddia tələbinin təmin olunmasını xahiş edib.
13. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, iddia müddətinin tətbiq edilməsi barədə ap elyasiya məhkəməsi səhv nəticəyə gəlib. Azərbaycan Respublikası Mərkəzi Bankının «Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları»nın təsdiq edilməsi barədə xx.xx.2014-cü il tarixli Qərarına əsasən borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc məbləğləri restrukturizasiya olunmaqla borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilir və ya yeni öhdəlik kimi borc öhdəliyi rəsmiləşdirilir.
14. Mərkəzi Bankın tövsiyyəsinə əsasən cavabdeh problemlərlə üzləşdiyindən ödənişlərində çətinliklər yaşadığı üçün cavabdehin «xxxx» ASC-yə olan borcu ilə bağlı restrukturizasiya edilməsi üçün müəyyən işlər görülməyə başlanmışdır. Lakin Azərbaycan Respublikası X2 X1 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə etdi yi müraciət ərizəsinə əsasən xx.xx.2016-cı il tarixli 2-1(081)-3620/2016 saylı qətnaməsi ilə xx.xx.2016-cı ildən etibarən Əmanətlərin Sığortalanması Fondu «xxxx» ASC-nin məcburi ləğvedicisi elan edilmişdir.
15. Bu səbəbdən və cavabdehin borcu ilə bağlı restrukturizasiya edilməsi məsələsi üzrlü səbəbdən dayandırılmışdır.
16. Respublikada 13 bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmuş və bütün səlahiyyətlər onun tərəfindən həyata keçirilmişdir. Banklar üzrə hər bir müştərinin problemləri onların ödənişlərinə, müqavilə müddətlərinin keçməsinə və digər bu kimi hallara nəzarət edilməsi əlbətdə ki müəyyən bir vaxt tələb edir.
17. Cavabdehin banka olan borcu sonradan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmüş və iddiaçı tərəfind ən cavabdehə restrukturizasiya müqaviləsi təklif edilmişdir. Lakin cavabdeh banka yaxınlaşmadığı üçün iddiaçı borc tələbinə dair hazırki iddianı vermişdir.
18. Yuxarıda qeyd edilən bu kimi hallar iddiaçının iddia müddətini üzrlü səbəbdən ötürməsinə gətirib çıxarmışdır.
19. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1323/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-2060/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Nuru Quliyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Əlizamin Abdullayev)
20. Apelyasiya məhkəməsi müəyyən etmişdir kİ, müqavilənin müddəti xx.xx.2015ci il tarixdə başa çatmış, iddia ərizəsi xx.xx.2019-cu il tarixdə imzalanmaqla məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. İddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən başlamışdır ki, iddiaçı həmin vaxtdan etibarən üç il müddətində iddia qaldıra bilərdi. İddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən başlamış və iddiaçı həmin tarixdən hesablanmaqla üç illik iddia müddətini ötürmüşdür.
21. Apelyasiya məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlilini, yəni Əmanətlərin Sığortalanması Fondunun «xxxx» ASC-nin ləğvedicisi kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə təyin edilməsi və buna görə də həmin vaxtdan hesablanmaqla iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə dəlini əsassız sayıb və qeyd edib ki, hətta xx.xx.2016-cı il tarixədək keçən müddət nəzərə alınmasa belə iddiaçı yenə də, id dia müddətini ötürmüşdür. Belə ki, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixədən hesablansa belə, iddiaçı həmin vaxtdan etibarən üç il müddətində iddia qaldıra bilərdi. Lakin iddia ərizəsi xx.xx.2019-cu il tarixdə imzalansa da, iş iddia ərizəsi rabitə orqanına xx.xx.2019-cu il tarixdə təqdim olunmuş, məhkəməyə isə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apelyasiya şikayətini dəlillə rinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə
378. Öhdəlikdə şəxslə rin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
28. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
31. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipotekaya yönəldilməsi barədədir.
32. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, xx.xx.2013-cü il tarixli 2016 nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə başa çatmış, hazırki iddia ərizəsi isə xx.xx.2019-cu il tarixdə imzalanmaqla mə hkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməməklə qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
33. Apelyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.
34. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddiaçı təşkilat məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
35. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrin in şərh edilməsinə dair” x xxxx 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi h ər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
36. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğ un olmaqla qanuni və əsaslı olmuşdur.
37. Kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçünjü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayjan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" xx xxxxxx 2001-ci il tarixli Qərarı).
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1323/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.