Məhkəmə qərarları › İş №2(102)-5123/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5123/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5123/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5123/21 (Açar sözlər: borcun ödənilməsi, tələbin qismən sübut edilməsi) Bakı şəhəri, 18 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3347/2021 nömrəli, 08 aprel 2021-ci i l tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 07.03.2017-ci il tarixli, 03/4263 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, 10-098 Türkan Dəniz kənarı ünvanında ev üzrə təbii qazdan istifadə edir.

2. Cavabdeh kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiyi üçün iddiaçı tərəfindən dəymiş ziyanla bağlı cavabdehə təbii qazın sərfiyatına görə cərimə hesablanıb.

3. Cavabdehin sayğac üzrə də borcu olub. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni (qaz sayğacından kənar) istifadəyə görə itirilmiş təbii qazın dəyəri qismində hesablanm ış 3511,40 manat məbləğində dəymiş zərərin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 3541,40 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı 07.03.2017-ci il tarixli, 03/4263 saylı təbii qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana iddiaçı tərəfindən **********03530 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz sayğacı quraşdırılmışdır.

6. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin və “X1”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətl ərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbili qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir.

7. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbil X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 28.12.2018-ci il tarixli ******* saylı akta əsasən 853,20 manat, 10.01.2019-cu il tarixli ******* saylı akta əsasən 853,20 manat, 28.02.2019cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,20 manat, 29.11.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, 17.03.2020-ci il tarixli ******* saylı akta əsasən 167,30 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə 3445,10 manat dəymiş ziyan məbləği hesablanmışdır. Bundan öncə isə istehlakçının Birliyə 66,30 manat borcu var idi.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 385.1, 442, 448.1-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh Cavabdeh iddia tələbi ilə bağlı bildirib ki, imkansızlıqdan bir dəfə özbaşına olaraq qaz xəttinə qo şulmaqla təbii qazdan istifadə edib.

10. Xəzər Rayon Məhkəməsinin 2(003)-2946/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 1194,44 manat və 10 manat məbləğində dövlət rüsumunun, cəmi 1204,44 (bir min iki yüz dörd manat 44 qəpik) manatın tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 20 (iyirmi) manatının İddiaçınə aid edilməsi qət edilmişdir. (hakim Zaur Tağıyev)

11. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün, 10.01.2019cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün, 30.09.2019-cu il tarixli ******* saylı akt əsas ında itirilmiş qaz sərfiyyatı 90 gün müddət üçün hesabat aparılaraq təbii qazın itkisi hesablanmışdır. Lakin qeyd edilən aktlar arasında mövcud olan gün fərqləri üzrə hesabat 30 gün aparılmalı olduğu halda hesabatlar müxtəlif gün fərqləri ilə hesablanmışdır ki, bu da istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab edib ki, İddiaçı tərəfindən tərtib edilmiş 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün yox, 30 günlük hesabat aparılmaqla (1.2x6x30=216 m3, 1.5x10x30=150 m3, 1.4x18x30=756), 10.01.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün yox, 30 günlük hesabat aparılmaqla (1.2x6x30=216 m3, 1.5x10x30=150 m3, 1.4x18x30=756), 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün yox, 30 günlük hesabat aparılmaqla (1.2x4x30=144 m3, 1.5x4x30=180 m3) təbii qazın itkisi ilə bağlı cərimə borcu hesablanmalı idi.

13. Həmçinin birinci instansiya məhkəməsi qeyd edib ki, İddiaçı tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020ci il tarixli ******* saylı və 17.03.2020-ci il tarixli ******* saylı aktlara əsasən hesabatlar digər eyni mövsümlü hesabatlardan fərqli olaraq PQ4-ün maksimal qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat yox, 24 saat, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 10 saat yox, 24 saat, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 18 saat yox, 24 saat hesablanmışdır.

14. Birinci instansiya məhkəməsi tərtib edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul edib, eyni zamanda hesab edib ki, 28.12.2018-ci il tarixli ******* saylı akta əsasən142,20 manat, 10.01.2019-cu il tarixli ******* saylı akt əsasən 142,20 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasən 32,40 manat, 30.01.2020-ci il tarixli ******* saylı akta əsasən (1.2x6x30=216 m3, 1.5x10x30=450 m3, 1.4x18x30=756) hesabat üzrə 142,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən (1.2x6x30=216 m3, 1.5x10x30=450 m3, 1.4x18x30=756) hesabat üzrə 142,20 manat, 17.03.2020-ci il tarixli ******* saylı akta əsasən (1.2x6x17=122,4 m3, 1.5x10x17=255 m3, 1.4x18x17=428,4) hesabat üzrə 80,74 manat, 30.10.2019-cu il tarixli ******* saylı akta əsasən 32,20 manat, 29.11.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, 28.02.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, 29.03.2019cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat olmaqla, cəmi 1128,14 manat, həmçinin 66,30 manat cari borc olmaqla ümumilikdə 1194,44 manat İddiaçı İB-nin xerinə tutulmalıdır.

15. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, “Qaz təchizatı haqqında” Qanunun 20, 21.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın müvafiq bəndləri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apelyasiya şikayəti verib, iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv, həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apelyasiya şikayətinin dəlilləri: - cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş zərər məbləğidir; - məhkəmə cavabdeh barəsində tərtib olunmuş aktlar üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış aylarına təsadüf etməsi durumuna görə ağlabatan məblə ğdə hesablamaqla qiymətləndirmişdir. Məhkəmə tərəfindən həmin qaydada hesablama aparılması qanuni və əsaslı deyildir; - cavabdeh tərəfindən itkiyə yol verilmiş təbii qaza görə yaranmış borc məbləği müəyyən edilmiş, lakin iddia tələbi tam təmin edilməmiş və iş üzrə qanunların müddəaları tətbiq edilməmişdir. Hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3347/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şika yəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2946/2020 nömrəli 25 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) Xəyal Sarıyev, Emin Mehdiyev)

19. Apellyasiya məhkəməsi iş materiallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə, tətbiq etdiyi maddi hüquq normları və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini qəbul etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verib, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi, iddianın təmin olunmayan hissəsində işin yeni apellyasiya baxışına qaytarılmasının xahiş etmi şdir.

21. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsinin iclası barədə bildiriş məhkəmə iclasının tarixinə 3 gün qalmış təqdim edilib, bu səbəbdən iclasda iştirak edə bilməyiblər. Halbuki MPM-in 138.3cü maddəsinə görə ən azı 10 gün qalmış iclas barədə xəbər verilməli idi; - cavabdeh birinci instansiya məhkəməsində iddianı tam etiraf etsə də, məhkəmə iddianı qismən təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı tərəin etirazının dəlilləri

22. Kassasiya şikayətlərinə qarşı tərəfin etirazları daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

24. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh m əhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi “Qaz təchizatı haqqında” Qanun Maddə

20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. 1-ci hissə Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1» Bənd 6.5 və 6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının iddianın təmin edilməyən hissəsində ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsindən də iddiaçı apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də iddiaçının apellyasiya şikayəti üzrə həmin hissə olub. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

29. Baxılan i ş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

30. İddia tələbi cavabdehin təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsinə görə hesablanmış cərimənin və cari borcunun ödənilməsi barədədir.

31. Məhkəmə kollegiyası iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin (hazırki qərarın 11-14-cü bəndləri) iddia tələbi ilə bağlı mövqeyini düzgün hesab edən apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməyən hissəsində məhkəmələr işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəliblər.

33. Apellyasiya məhkəməsi bütün sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

34. Buna görə də hazırda qiymət verilməli olan kassasiya şikayətinin dəlillər idir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Apellyasiya məhkəməsinin iclası barədə bildirişin məhkəmə iclasının tarixinə 3 gün qalmış təqdim edilməsi, bu səbəbdən iddiaçı təşkilatın nümayəndəsinin məhkəmə iclasda iştirak edə bilməməsi dəlili ona görə əsassızdır ki, ən azı iddiaçı təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunub, lakin nə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin edib, nə də ki, iclasın təxir salınması barədə vəsatət verilib. Halbuki iddiaçı təşkilatın belə bir prosessual imkanı olub. Mülki prosessual Məcəllənin 185.6-cı maddəsinə görə də hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

35. Cavabdeh birinci instansi ya məhkəməsində iddianı tam etiraf etsə də, məhkəmənin iddianı qismən təmin etməsi barədə dəlilə gəldikdə qeyd edilməlidir ki, əvvəla bu dəlili iddiaçı apellyasiya məhkəməsində bildirməyib. Həmçinin iddianın etiraf edilməsi yazılı ərizədə və ya da məhkəmə iclasının protokoluna yazılmaqla cavabdeh tərəfindən imzalanmalıdır. (MPM, 191.1-ci maddə) İşdən isə görünür ki, cavabdeh iddianı etiraf etməsi barədə yazılı ərizə verməyib və bu barədə məhkəmə iclas protokolunda da cavabdehin imzası ilə təsdiqlənən hər hansı qeyd yoxdur. Bu baxımdan, cavabdehin iddianı etiraf etməsi prosessual qaydalara uyğun olmamışdır.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şi kayəti təmin olunmamalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3347/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar