Məhkəmə qərarları › İş №2(102)-5124/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5124/2019

08.08.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5124/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, katib E.Şirinovun iştirakı ilə, Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(024)-875/2018 nömrəli qətnaməsi ilə (hakim M.Qarayev) iddia tələbi təmin edilmiş, X3 məxsus olan Qax rayonu Sarıbaş kəndində yerləşən iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinə müvafiq çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(103)-1134/2019 saylı qətnaməsi ilə (hakimlər: M.Əsədil, İ.Quliyev və F.Mabudov) Qax Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(024)-875/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(103)-1134/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X5 məhkəməyə iddia ərizə si ilə müraciət edərək ona məxsus olan Qax rayonu Sarıbaş kəndində yerləşən iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinə müvafiq çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(103)-1134/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qax rayonunun Sarıbaş kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti X4r. İşdə olan Qax RİHB-nın Sarıbaş kənd İƏD-nin verdiyi 03.10.2018-ci il tarixli, 354 s aylı arayışın surətindən görünür ki, həqiqətən də, 2011-2015-ci illər üzrə 28 №-li təsərrüfatbaşına kitabın 01 saylı səhifəsində 1930-cu ildə inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi və 0.01 ha həyətyanı torpaq sahəsi X2 adına qeyd edilmişdir. İşdə olan Qax rayon Sarıbaş Bələdiyyəsinin verdiyi 10.10.2008-ci il tarixli, 35 saylı arayışın surətindən görünür ki, həqiqətən də, X2 Sarıbaş kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı evi və 0.01 ha torpaq sahəsi vardır. İşdə olan Qax rayon Dövlət Arxivinin verdiyi Sarıbaş kənd 26 komissar adına kolxozun qaytanlanmış torpaq kitabının 16.09.2012-ci il tarixli, №283 saylı arxiv arayışının surətindən görünür ki, Rəşid Novruzov və Mülayim Novruzovaya 0.01 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin 30 oktyabr 2018-ci il tarixli, **********70 saylı bildirişindən görünür ki, Mülayim Novruzovanın həmin orqana yazdığı ərizənin icrası məqsədi ilə sözügedən fərdi yaşayış evinə müayinə ölçü işlərinin aparılmasına imkan verilmədiyindən ərizənin icrası mümkün olmamışdır. İşdə olan Sarıbaş Bələdiyyəsinin verdiyi 03.10.2008-ci il tarixli, 62 saylı arayışdan görünür ki, iddiaçı Mülayim Novruzovanın həyat yoldaşı X14 25.05.1992-ci ildə vəfat etdikdən sonra Sarıbaş kəndində yerləşən torpaq sahəsinə olan gəlir vergisi borcunu Mülayim Novruzova özü ödəmişdir. İşdə olan Sarıbaş Bələdiyyəsinin verdiyi 03.10.2008-ci il tarixli, 63 saylı arayışdan görünür ki, iddiaçı X2 Qax rayonu Sarıbaş kəndində 0.01 ha həyətyanı torpaq sahəsi vardır. İşdə olan Qax RİHB-nın Sarıbaş kənd İƏD-nin verdiyi 12.06.2018-ci il tarixli, 212 saylı arayışdan görünür ki, X1 rayonunun Sarıbaş kəndində yaşayır və onun ailə tərkibi onun özündən, gəlini X12, nəvələri X13 və X7 ibarətdir. İşdə olan Cavabdeh etiraz ərizəsindən görünür ki, iddiaçı Mülayim Novruzovanın razılığı əsasında 2004-cü il tarixdə həmin evi təsərrüfatbaşına kitabda Mülayim Novruzovanın adına olmasına baxmayaraq onun oğlu Elçin Novruzova həmin dövrün məzənnəsinə uyğun olaraq 20.000.000 manat pul ödəyərək aldığını, bu barədə şahidlərin iştirakı ilə akt tərtib edildiyini, akta imza edənlərin imzasının Sarıbaş kənd İƏD-də təsdiqləndiyini göstərmişdir. İşdə olan 18 aprel 2006-cı il tarixdə tərtib edilmiş aktının surətindən görünür ki, həmin aktda Cavabdeh, 2004-cü il tarixdə Qax rayonu Sarıbaş kəndində yerləşən təsərrüfatbaşına kitabda iddiaçı Mülayim Novruzovanın adına qeydiyyatda olan fərdi yaşayış evini almaq üçün onun oğlu Elçin Novruzova həmin dövrün məzənnəsinə uyğun olaraq 20.000.000 manat pul ödəmişdir. İşdə olan Qax Rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli, 2(024)-362 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən X2 Cavabdeh qarşı “özünə məxsus olan Qax rayonu Sarıbaş kəndində yerləşən yaşayış evinə qanunsuz daxil olub orada qanunsuz olaraq yaşayan Sarışbaş kənd sakini Cavabdeh məcbri qaydada çıxarılması tələbinə dair” iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsin Mülki Kollegiyasının 14 yanvar 2014-cü il tarixli, 2(024)-135/2014 saylı qətnam əsinin surətindən görünür ki, Qax Rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli, 2(024)-362 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Qax RİHB-nın Sarıbaş kənd İƏD-nin verdiyi 06.12.2018-ci il tarixli, 416 saylı arayışdan görünür ki, Cavabdeh 2002-ci il tarixdən Qax rayonunun Sarıbaş kəndində yerləşən X3 məxsus evdə yaşayır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Sarıbaş kəndində qeydiyyatdadır. İşdə olan 14 noyabr 2018-ci il tarixli, № ********* saylı qəbzdən görünür ki, iddiaçı X6 10 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəs inə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, ocümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. H əmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materialları ilə müəyyən edilir ki, Qax rayonu Sarıbaş kəndinin 2011-2015-ci illər üzrə 28 №-li təsərrüfatbaşına kitab ın 01 saylı səhifəsində 1930-cu ildə inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi və 0.01 ha həyətyanı torpaq sahəsi 2004-cü ildə X2 adına qeyd edilmişdir. İddiaçıya həmin evə dair fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İddiaçı sözügedən daşınmaz əmlaka mülkiyyət hüququna dair Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinə ərizə ilə müraciət etmiş, həmin idarə tərəfindən iddiaçıya 30 oktyabr 2018ci il tarixli, **********70 saylı bildiriş göndərilərək iddiaçı həmin orqana yazdığı ərizənin icrası ilə məqsədi ilə sözügedən fərdi yaşayış evinə müayinə ölçü işlərinin aparılmasına imkan verilmədiyindən ərizənin icrasının mümkü n olmadığı bildirilmişdir. Apellyasiya instansiyası qeyd etmişdir ki, Daşınmaz əmlaka hüququn əmələ gəlməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1 və 146.2ci maddələrinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Belə olan halda cavabdehin göstərdiyi akt alqı-satqı müqaviləsi hesab edilə bilməz. İş materialları ilə Cavabdeh sözügedən mübahisəli yaşayış evinə müvafiq hüquqi sənədlərin alınması üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin əməkdaşlarına maneçilik törədilməsi sübuta yetirlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıd ır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar