Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5126/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Lətifov Zöhrabı Sabir oğlu və Cavabdeh2 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5126/20 (Açar sözlər: kredit borcunun tutulması, zaminlik müqaviləsi üzrə müddət ) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Lətifov Zöhtabi Sabir oğlu və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1267/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 02 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. «xxxx» ASC xx.xx.2014-cü il tarixli, ********* saylı ssuda hesablı kredit müqaviləsinə əsasən cavabdeh Lətifov Zöhtabi Sabir oğluna illik 32 faizlə 18 ay müddətinə, 1900 manat məbləğində kredit vermişdir.
2. Cavabdeh2 xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi əsasında Lətifov Zöhtabi Sabir oğlunun öhdəliyinin icrasına zamin durmuşdur. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Lətifov Zöhtabi Sabir oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1351,76 ABŞ dolları məbləğində əsas, 602,71 ABŞ dolları məbləğində faiz, 1096,20 ABŞ dolları məbləğində cərimə, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 152,36 ABŞ dolları borc olmaqla, cəmi 3203,03 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutuması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmirlər.
5. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 445.7, 448.1, 465.2, 472.1 və 472.2-ci maddələrinə istinad et mişdir.
6. Cavabdehlər iddiaya etirazında borclarının olmadığını bildirmişlər.
7. Lənkəran Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, cavabdehin xx xxxxx 2016-cı il tarixinə borcunun nə qədər olması barədə sual qoyulmuşdur. 8.Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 20542 saylı ekspertiza rəyinə əsasən Lətifov Zöhtabi Sabir oğlunun xx xxxxx 2016-cı il tarixinə “xxxx” ASC-yə 1351,98 ABŞ dolları əsas, 386,97 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 1738,95 ABŞ dolları təşkil edir.
9. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1058/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Lətifov Zöhtabi Sabir oğlundan xx.xx.2014-cü il tarixli, ********* saylı krediti müqavilə si üzrə 1351,76 ABŞ dolları məbləğində əsas, 386,97 ABŞ dolları məbləğində faiz, 10 ABŞ dolları məbləğində cərimə, cəmi 1748,73 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub Ləğv Prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, həmin qətnaməyə əsasən cavabdeh Lətifov Zöhtabi Sabir oğlundan tutulacaq 1748,73 ABŞ dolları məbləğində kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması qət edlmişdir. (hakim Toğrul Məmmədov)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, “xxxx” ASC ilə cavabdeh Lətifov Zöhtabi Sabir oğlu arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi əsasında bank tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 32 faizlə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri dayandıraraq həmin müqavilənin şərtlərini pozmuş və icrasını təmin etməmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.
11. Zaminə qarşı iddia tələbi üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 əsas öhdəliyin icrasına zamin durmuş, əsas öhdəliyin icra müddəti xx.xx.2016-cı ildə bitmişdir. Lakin iddiaçı bank zaminə qarşı bir ildən çox müddət keçdildən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə iddia irəli sürərək məhkəməyə müraciət etmişdir. Buna görə də Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, Cavabdeh2 zaminliyinə xitam verilməlidir.
12. Borc məbləğinə münasibətdə birinci instans iya məhkəməsi əsas borcu iddia tələbi həddində, faiz borcunu ekspertiza rəyinə uyğun olaraq qismən təmin emtişdir.
13. Cavabdehdən tələb edilən dəbbə pulunu azaldıb, dəbbənin 10 ABŞ dolları müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb, ki, dəbbə pulu tənasübsüz surətdə yüksək hesablanıb.
14. Birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 152,36 ABŞ dolları borcun tutulması hissəsində ona görə rədd edib ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli Qərarına əsasən iddiaçı təşkilat ləğv edildiyindən, faktiki olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti bank kimi fəaliyyət göstərmədiyindən və gəlir əldə etmək imkanı olmadığından cavabdehə xx.xx.2019-cu il tarixin ə kimi gecikdirmiş vaxt üçün illik beş faiz olmaqla 152, 36 ABŞ dolları borc hesablanması da əsassızdır.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 430.1, 445.1, 470.1, 448.1, 467, 472, 477.0.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Ləğv Prosesində olan “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondu qətnamədən apelyasiya şikayəti verib, iddianın tam təmin olunmasını xahiş etmişdir.
17. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, zaminə qarşı iddianın rədd edilməsi düzgün olmayıb. Cavabdeh2 ilə bank qarşısında zaminlik müqaviləsi bağlanıb. İddia müddəti yalnız tərəflərin verdiyi ərizə əsasında tətbiq edilir.
18. Məhkəmə faiz borcunu azaldarkən, ziddiyyətli olan ekspert rəyinə istinad etmişdir. Halbuki ekspertin rəyi məhkəmə üçün əsas deyildir.
19. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilib ki, Mülki Məcəllənin 339.4-cü maddəsinə görə müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri məsuliyyətdən azad etmir.
20. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1267/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev)
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, tətbiq edilən qanunvericilik normalarını işin hallarına uyğun hesab etmiş, əlavə olaraq gəldiyi nəticəni Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələri ilə də əsasla ndırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. Ləğv Prosesində olan “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apelyasiya şikayətini dəlillərinə uyğun əsaslandırılıb (hazırki qərarın 17-19-cu bəndləri) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 24 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclası na gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdir mə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlı q qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində iddiaçı iddianın tam təmin olunmasını xahiş etməklə, qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Bu baxımdan, hazırki kassasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsi təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
30. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, Cavabdeh2 əsas öhdəliyin icrasına zamin durmuş, əsas öhdəliyin icra müddəti xx.xx.2016-cı ildə bitmişdir. Lakin iddiaçı bank zaminə qarşı bir ildən çox müddət keçdildən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə iddia irəli sürmüşdür. Bununla da Cavabdeh2 zaminliyinə xitam verilmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissə də apelyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
32. İstinad edilən kredit və zaminlik müqavilələrində (i.v.8, 11) kredit öhdəliyinin və zaminliyin müddəti 18 ay müəyyən edilmişdir. Belə olan halda, hər iki müqavilənin başa çatma tarixi, xx xxxxx 2016-cı ildir.
33. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gün dən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
34. Qanunvericilik zaminlik müqaviləsinə xitam verilməsinin üç halını müəyyən etmişdir. Hazırki iş üzrə bu hallardan biri zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarması, digəri isə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsidir.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə də Cavabdeh2 zamin durduğu əsas öhdəliyin icra müddəti və zaminlik xx.xx.2016-cı ildə bitmişdir. İddiaçı bank zaminə qarşı bir ildən çox müddət keçdildən sonra iddia qaldırmaqla Cavabdeh2 zaminliyinə xitam verilmişdir.
36. Belə olan halda da, yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin 477.04-cü maddəsinə əsasən za minlik müqaviləsi özü-özlüyündə ləğv olunmuşdur. Mülki Məcəllənin 424.2-ci maddəsinə görə isə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Qeyd olunan normanın tələbindən də görünür ki, öhdəliyə həmçinin Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə də tamamilə və ya qismən xitam verilir.
38. Mülki Məcəllənin 477.04-cü maddəsinə əsasən zaminlik müqaviləsi xitam olunduğu üçün Cavabdeh2 zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə də öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. İddiaçı Bankın məhkəməyə hazırki iddia ilə müraciət etdiyi vaxt Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə xitam verildiyi, başqa sözlə, iddia qaldırılan vaxt bankla zamin arasında öhdəliyə əsas olan zaminlik müqaviləsi mövcud olmadığı üçün iddia tələbi zaminə qarşı təmin edilə bilməzdi. Buna görə də məhkəmələr işin müəyyən edilmiş hallarına görə iddianı zaminə qarşı təmin etməməklə düzgün nəticəyə gəliblər.
40. Məhkəmə kollegiyası bu hissədə kassasiya şikayətinin dəlilini – zaminə qarşı iddianın rədd edilməsi üçün iddia müddətinin tətbiqi barədə ərizə verilməli olması – əsaslı saymır.
41. Zaminə qarşı olan iddia tələbinə iddia müddətinin tətbiq edilməsi və bu barədə ərizə verilməsinə zərurət yoxdur. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliyə xitam verilməsinin müddəti imperativ qaydada müəyyən edilmişdir. Qanunun müəyyən etdiyi həmin qaydaya uyğun olaraq, müddətin keçməsi zaminlik müqaviləsinin özü-özlüyündə xitamına səbəb olur və buna görə də zaminə münasibətdə iddia müddətinin tətbiqi və bunun üçün ərizənin verilməsi də istisna olunur.
42. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında zaminlik müqaviləsi xitam olunduğu üçün iddiaçının zaminə qarşı həmin müqavilədən gələn iddiası da mövcud deyil və mövcud olmayan iddiaya iddia müddətinin tətbiqi yolverilməzdir.
43. Faiz borcunun azaldılması hissəsində də apelyasiya şikayətinin dəlilləri əsaslı deyil.
44. İş materiallarından görünür ki, faiz borcunun məbləği mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilib. Məhkəmələr, o cümlədən apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 152,36 ABŞ dolları borc hissəsində iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla da apelyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
46. Həmin hissədə iddia rədd edilərkən ona istinad edilib ki, iddiaçı bank Bakı Apelyasiya Məhkəməs inin xx xxxxxx 2017-ci il tarixli Qərarına əsasən ləğv edilib, həmin vaxtdan faktiki olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti bank kimi fəaliyyət göstərmir və gəlir əldə etmir. Gəlir əldə etmək imkanı olmadığından, iddiaçının əldən çıxmış fayda qismində cavabdehdən müqavilə müddəti bitəndən xx.xx.2019-cu il tarixinə kimi faiz də tələb edə bilməz.
47. Məhkəmə kollegiyasi gəlinən bu nəticəni və dəyərləndirməni düzgün hesab etdiyi üçün, həmin hissədə kassasiya şikayətini dəlillərinə əlavə qiymət verməyə zərurət görmür.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO “xxxx” ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1267/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.