Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5126/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1306/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 41500 manat məbləğində pulun, 13070 manat məbləğində faiz borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 və atası Cavabdeh2 Pirallahı qəsəbəsinin sakinləri kimi tanıyır. Əvvəllər tanıdığı Cavabdeh1 ilə çox yaxın münasibətləri olub. Dəfələrlə ondan kömək məqsədi ilə bir neçə dəfə pul götürmüş və sonradan həmin pulu qaytarmışdır. 2013-cü ildə tarixdə Rasimə 8000 manat və 3500 manat pulu 3 il müddətinə versə də, Rasim həmin pulu qaytarmamışdır. 2014-cü ilin dekabr ayında Rasim əvvəllər işlətdiyi Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsindəki dükanın yanına gələrək problemə düşdüyünü bildirdi. O, onda nə məsələ olması ilə maraqlandıqda Rasim ona bildirdi ki, Bakı şəhərində Fərid Əliyev adlı şəxsin evindən oğurluq elədiyinə görə barəsində polis idarəsində cinayət işi başlanılmışdır. Əgər həmin pulu qaytardığı təqdirdə şikayət ərizəsini geri götürəcək və cinayət məsuliyyətindən azad olunacaq. Buna görə ona təcili 25000 manat lazımdır. O, da öz növbəsində ona həmin məbləğin olmadığını dedi. Rasim isə ona onların ümumi tanıdıqları Bəxtiyar adlı şəxsin evini satdığını və əlində nağd pulun olduğunu bildirdi. O, ona inanmadı, lakin atası Cavabdeh2 dəfələrlə Rasimə onun yanında zəng vuraraq əgər s abah 08:00-da pulu qaytarmasaq, ərizəçinin şikayətinə baxılacağı və sonra gec olduğunu bildirdi. Rasim isə cavabında indi Elşən Bəxtiyardan götürüb verəcək arxayın ol ata Sabah aparıb verərsən sözlərini atasına bildirdi. Rasimin çətin vəziyyətdə olduğunu başa düşdü. O, Rasimə bildirdi ki, əgər pulu Bəxtiyardan götürüb ona versə, necə həmin pulu Bəxtiyara qaytaracaq. Rasim bildirdi ki, çıxarışla olan torpaq sahələri, həmçinin idarə etdiyi «Hyundai Sonata» markalı nəqliyyat vasitəsini sataraq və ya yaşadığı evi girov qoyaraq ona verilən pulları Bəxtiyara tez bir zamanda qaytaracaq. O, Rasimin bu söz arxayın olub Bəxtiyarla əlaqə yaratdı və Bəxtiyardan ona təcili 25000 manat pul lazım olduğunu bildirdi və 3-4 ay ərzində tezliklə qaytaracağını dedi. Onu qeyd edir ki, o, Rasimdən nə səbəbdən öz ünün Bəxtiyardan pul istəmədiyini soruşanda Rasim ona bildirdi ki, Bəxtiyarla aralarında hal hazırda soyuq münasibət var və Bəxtiyar ona pul verməyəcək. Bundan sonra o, yuxarıda qeyd olunan kimi Bəxtiyar müraciət etdi və Bəxtiyar ona hal hazırda onda yalnız 20000 manat pul olduğunu və ona verə biləcəyini bildirdi. O, onunla razılaşdı və Bəxtiyar pulu dükanın yanında gətirib ona verdi. O, isə həmin pulu Rasimə verdi. Rasimdə atasına zəng edərək 20000 manat pulu onun ona verdiyini bildirəndə onlara daha 5000 min manat lazım olduğunu bildirdi. Rasim əlavə 5000 manat pul tapmağı xahiş etdi. Bundan sonra o, Rasimlə təqribən gecə saat 1-2 arası dostu Albertə zəng vuraraq vəziyyəti başa saldı. Albert isə əlində nağd pul olmadığını, lakin özünə məxsus Unibank kartlarında hərəsində 2000 manat olmaq la cəmi 4000 manat olduğunu bildirdi. Onlar onun maşını ilə Mərdəkan qəsəbəsində yerləşən Unibank terminalından pulu nağd şəkildə çıxararaq Rasimə verdilər. Rasim bu pulları aldıqdan sonra bir daha söz verdi ki, özünə məxsus çıxarışla olan torpaq sahələri, həmçinin idarə etdiyi «Hyundai Sonata» markalı nəqliyyat vasitəsini sataraq, yadakı yaşadığı evi girov qoyaraq pulları qaytaracaq. Pul verilməsi məsələsinin üstündə təqribən 1-2 ay keçdikdən sonra Albertlə qəsəbədə olan zaman Rasimlə görüşdülər. Rasim şəhərdə olan oğurluq məsələsini artıq həll etdiyini və özünə məxsus olan çıxarışla olan torpaq sahələri, həmçinin idarə etdiyi «Hyundai Sonata» markalı nəqliyyat vasitəsini satışa çıxardığını bildirdi. O, ona satışı tezləşdirib camaatın pulunu tez qaytarmasını bildirdi. Rasim heç bir proble m olmayacağını bildirdi. Həmçinin söhbət zamanı Rasim bildirdi ki, yaxşı tanışları var neftdə kim işə düzəlmək istəyərsə, ona yaxınlaşsın. Albert isə onun tanışı Samir adlı şəxsin qaynaqçı olmasına baxmayaraq, heç bir yerdə işləmədiyini Rasimə bildirdi. Rasim Albertin tanışı Samirin neft şirkətinə qaynaqçı vəzifəsinə düzəlməsi üçün onlardan 6000 manat pul istədi. 2015-ci ilin mart ayının 20-də Albertlə o, Rasimə işə düzəltmək məqsədi ilə Samirdən 6000 min manat pulu, qaynaqçı sənədinin və səxsiyyət vərəqəsinin üzlüyünü alıb Rasimə verdilər. X8 Neft Şirkətinin tərkibində olan TQİ-si adlanan təşkilata aparsa da, son nəticədə işə düzəltmədi və işə düzəltmək məqsədi ilə aldığı pulu da qaytarmadı. 2015-ci ilin sentyabr ayında o, Rasimin atası Tofiqin iş yerinə gedərək onlara verilən pulu niyə b u vaxtda kimi qaytarmadıqlarını soruşanda evi banka qoyub 40000 manat pul götürəcəkləri kimi cavabını eşitdi. Bəs niyə indiyənə kimi həll etməmisiniz cavabında "banklar dolların qalxması ilə əlaqədar bütün kreditlərin dayandırılmasını bildirdi". Ona narahat olmamağını, Bəxtiyarın pulunu tezliklə qaytaracağını bildirdi. Dəfələrlə həmin söhbətdən sonra bir neçə dəfə ondan götürdükləri pulların qaytarmağını istəsə də, ona həmin 20000 manat Bəxtiyardan, 4000 manat Albertdən və 6000 manat Samirin işə düzəltmək adı ilə verilən pulları bu günə kimi qaytarmayıblar. Onu qeyd edir ki, o, Bəxtiyara 20000 manat, Albertə 4000 manat və Samirə 6000 manat pulu özü vermiş və cavabdehlər bu pulu 18 ay müddətində qaytarmağı öhdəsinə götürmüşlər. Bundan əlavə Rasim 2013-cü ildə borca aldığı 11500 manat pulu da, halhazıradək qaytarmamışdır. Bundan başqa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun pul vəsaitini qanunsuz saxlamaqla və vaxtında qaytarmaqdan boyun qaçırmaqla həmin puldan faydalanmışlar. Cavabdehlər 11500 manat pulu 2016-cı ilin yay ayından qaytarmadığından bank uçot dərəcəsi 2016-cı il üçün ortalama 8,7 faiz olmaqla 500 manat, 2017-ci il üçün 15 faiz olmaqla 1725 manat, 2018-ci il üçün 10,94 faiz olmaqla 1258 manat, cəmi 3983 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Cavabdehlər 30000 manat pulu 2016-cı ilin iyul ayından qaytarmadığından bank uçot dərəcəsi 2016-cı il üçün ortalama 8,7 faiz olmaqla 1305 manat, 2017ci il üçün 15 faiz olmaqla 4500 manat, 2018-ci il üçün 10,94 faiz olmaqla 3282 manat, cəmi 9087 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etməyərək və ərizə təqdim edərək qeyd etmişlər ki, Cavabdeh1 sonuncu dəfə 2014-cü ilin dekabr ayında Elşəndən 8500 manat borc pul almış və hər ay 5 faiz olmaqla 12 ay müddətində 2015-ci ilin sonunadək hər ay 1000 manat pul ödəmişdir. Borcunu tam olaraq ödədiyi üçün ondan sonra heç bir ödəniş etməmişdir. Həmin vaxtdan da, üç ildən çox vaxt keçmişdir. İddiaçı borcun ödənilməsi tələbinə dair iş üzrə iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iş üzrə iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd olunmasını xahiş etdilər. Məhkəmə iclasında şahid X6 göstərdi ki, iddiaçı olan Elşən ona zəng edərək 5000 (beş min) manat pul lazım o lduğunu bildirmişdir. O, Rasim və Elşən maşınla Mərdəkana getdilər və o, kartla bankamatdan 4000 (dörd min) pul çıxardıb verdi Rasimə. Rasimə pul problem olduğu üçün lazım olduğunu bildirmişdir. Bakı şəhəri Pirallahı RPŞ-də verdiyi izahatdan görünür ki, Cavabdeh1 İddiaçı borca götürdüyü pulun bir hissəsini özü, qalan hissəsini 2018-ci ilin avqust ayında atası bankdan götürərək Elşənə verdiyini və ona heç bir borcu olmadığını bildirmişdir. Samir adlı şəxsi tanıdığını və onun işə düzəlməsi üçün pul almadığını qeyd etmişdir. Albert adlı şəxsin kartdan hər hansı bir məbləğdə pul çıxarıb ona vermədiyini bildirmişdir. Bakı şəhəri Pirallahı RPŞ-də verdiyi izahatdan görünür ki, X1 Elşən Kamal oğlundan borca götürdüyü pulun bir hissəsini oğlu, qalan hissəsini 2018-ci ilin avqust ayında öz adına ban kdan götürərək Elşənə verdiyini və ona heç bir borcu olmadığını bildirmişdir. 10 may 2016-cı il tarixli qərardada əsasən X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 06 dekabr 2018-ci il tarixli qərardada əsasən İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından həmin fakta görə Azərbaycan Respublikası CM-nin 39.1-2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim Əkrəm Qəhrəmanov) 22 sentyabr 2020-ci il tarixli 2(094)-257/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı qanunla müəyyən olunmuş 3 illik iddia m üddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 375-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(094)-257/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə iclasında iştirak edə n İddiaçı bildirmişdir ki, 1-ci cavabdehə cəmi 41.500 manat pul verib. 1-ci dəfə 2013-cü ilin avqust ayında 11.500 manat, 2-ci dəfə 2014-cü ilin dekabr ayında 20.000 manat, 3-cü dəfə həmin gün (2-ci pulun verildiyi gün) 4.000 manat, 4-cü dəfə 19.03.2015ci ildə 6.000 manat pul verib. Pulu faizsiz verib. 1-ci cavabdeh 2018-ci ilin avqust ayında 1.500 manat pulu geri qaytarıb. Qalan borc 40.000 manat təşkil edir. Ona görə də 40.000 manatın qaytarılmasını tələb edir. Pulu 1-ci cavabdehə versə də 2-ci cavabdeh pulu şəxsən özünün qaytaracağını ona vəd edib. Odur ki, pulun qaytarılmasını hər iki cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, 2013-cü ildə iddiaçıdan faizlə 11.500 manat borc pul alıb. Sonra iddiaçıdan yenə borc pul istəyib, iddiaçı başqa şəxsdən 20.000 manat pul alıb, həmin pulun hesabına onun iddiaçıya olan 11.500 manat borcu bağlanıb, qalan 8.500 manatı iddiaçı faizlə ona verib. Pulun qaytarılması üçün müddət təyin olunmamışdı. Aldığı pulu tam qaytarıb, faizləri də ödəyib. İddiaçıdan başqa pul almayıb, ona görə də hesab edir ki, iddia əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, şəxsən özü iddiaçıdan borc pul almayıb. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Emin Mehdiyev) 2(103)-1306/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Pirallahı Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianin qismən təmin edilərək Cavabdeh1 1 8.500 (on səkkiz min beş yüz) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmiş, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi cəmi 45 (qırx beş) manat Cavabdeh1 İddiaçı xeyrinə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin materiallarına Cavabdeh1 Pirallahı Rayon Polis Şöbəsinə verdiyi yazılı izahatın surəti əlavə olunub (iş v. 11). Həmin izahatdan görünür ki, cavabdeh iddiaçıdan cəmi 20.000 manat pul aldığını etiraf edir, lakin pulu tam qaytardığını bildirir. Belə ki, cavabdeh bildirir ki, iddiaçıdan 2013-cü ildə 11.500 manat pulu faizlə borc alıb, daha sonra 2014-cü ilin dekabr ayında iddiaçıdan əlavə olaraq 20.000 manat pul istəyib, iddiaçı isə on a bildirib ki, Bəxtiyar adlı şəxsdən 20.000 manat pul ala, həmin puldan öz pulunu (11.500 manatı) götürə, qalan pulu (8.500 manatı) ona verə bilər. O, razılaşaraq iddiaçıdan 8.500 manat pulu götürmüşdür. Cavabdeh1 2013-2014-cü illərdə 20.000 manat borc aldığını etiraf edir. Ona görə də iddiaçı 20.000 manat borc verdiyini sübut etmə yükündən azaddır. İddiaçı 1.500 manatın ona qaytarıldığını etiraf edir. Ona görə də cavabdeh 1.500 manat pulun qaytarıldığını sübut etmə yükündən azaddır. Qalan 18.500 manatın qaytarıldığı sübut olunmur. Belə ki, iddiaçı 18.500 manatın ona qaytarılmadığını bildirir, cavabdeh isə 18.500 manatın qaytarıldığını təsdiq edən sübut təqdim edə bilmir. Pulun qaytarılma müddəti tələbetmə məqamı ilə müəyyənləşdirildiyinə görə iddia müddəti keçməyib. Ona görə də iddiaçı 18.500 manatın qaytarılmasını tələb etməyə haqlıdır. İddianın qalan hissəsi sübut olunmur. Belə ki, Cavabdeh1 iddiaçıdan 20.000 manatdan başqa pul almadığını bildirir, iddiaçı isə cavabdehə 20.000 manatdan başqa pul verdiyini sübut edə bilmir. O cümlədən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 pul verməyib. Belə ki, tərəflər özləri bunu təsdiq edirlər. Cavabdeh2 şifahi formada Cavabdeh1 borcunun qaytaracağını vəd etməsi onun üçün öhdəlik yartamayıb. Bundan başqa, iddiaçı cavabdehin puldan faydalanmasına görə faiz ödənilməsini tələb etsə də, cavabdehin puldan faydalandığı sübut olunmur. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 425, 449 və 739-cu maddələrinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq nor masını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1306/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsinin qismən iddianın təmin edilməmiş hissəsində ləğv etməklə, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1306/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İd diaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından və işin faktiki hallarından görünür ki, ata-bala olan cavabdehlər iddiaçıdan şifahi borc müqaviləsinə əsasən 2013-cü avqust ayında cəmi 11500 manat 3 il müddətinə borca pul götürmüşlər. 2014-cü ilin dekabr ayında isə yeni şifahi razılaşma əsasında əlavə 24000 manat borca pul götürmüşlər. Bələliklə yeni şifahi razılaşma əsasında onların iddiaçıya birgə 35500 manat borcları yaranmışdır. 2015-ci ilin əvvəllərində isə 6000 manat pul götürmüşlər. Cəmi 41500 manat miqdarında pul vəsaitini müxtəlif bəhanələrlə 2018-ci ilin sonunadək möhlət istəməklə, hətta mənzillərini satıb qaytaracaqları barədə vədlər vermişlər. Cavabdeh2 2018-ci ilin avqust ayında oğlu Rasim vasitəsi ilə borclarından 1.500 manat pulu geri qaytarmışdır. Cavabdeh2 da borcun qaytarılması öhdəliyi olmasa idi, o, cavabdehlərə heç vaxt 1 (bir) manat belə borca pul verməzdi. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Pirallahı RPŞ-nin 06.12.2018-ci il tarixli qərarındakı izahatlar cavabdehlər özlərini müdafiə etmək üçün təhrif edilərək verilmişdir. Lakin, hər iki cavabdehlərin borcların etiraf etməsini göstərən bu hərəkətləri və davranışları ona dəlalət edir ki, dəfələrlə birgə borcun qaytarılması üçün möhlət istəmiş digər Cavabdeh2 şifahi borc müqaviləsinin iştirakçısı olmuş və birgə borcun qaytarılmasına öhdəlik götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin öz qətnaməsində göstərdiyi Cavabdeh2 şifahi formada 1-ci cavabdehin borcunun qaytaracağına vəd etməsi onun üçün öhdəlik yaratmaması qənaəti yanlışdır. Bakı Apellyasiya Məhkəməsində Cavabdeh1 yalnız 20.000 manat borc almasının etiraf etməsi üçün iddiaçının 20.000 manat borc verdiyini sübut etmə yükündən azad olması qənaəti ilə razılaşmamaq olmaz. Lakin, iş materiallarında olan digər mötəbər sübutlarla cavabdehlərin 20.000 manat pul məbləğinin borca almasından əvvəl iddiaçıdan 11.500 manat məbləğində də pulun borca aldıqları sübuta yetir. Bundan başqa onlar 4.000 və 6.000 məbləğdə borc götürmüşlər. Məhkəmə kollegiyasının cavabdehin puldan faydalandığı sübut olunmur fikri tam əsassız və qərəzlidir. Cavabdehlərdən Mülki Məcəllənin 449.1-ci maddəsini rəhbər tutaraq 13070 manat miqdarında faiz də tələb edilmişdir. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə tamamilə əsassız olmaqla iş mater iallarına uyğun deyildir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsi arasında olan ziddiyyətləri araşdırmamışdır. İddiaçı Bakı Apelyasiya Məhkəməsində ona 1-ci dəfə 2013-cü ilin avqust ayında 11.500 manat, 2-ci dəfə 2014-cü ilin dekabr ayında 20000 manat, 3-cü dəfə həmin günü 4000 manat, 4-cü dəfə 19 mart 2015-ci ildə 6000 manat pul vermişdir. 1-ci dəfə 2018-ci ilin avqust ayında Rasim 1500 manat pulu geri qaytarmış, qalan pulu halhazıradək qaytarmamışdır. Lakin İddiaçı Pirallahı rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində və həmin məhkəmədə ifadəsində göstərmişdir ki, 1-ci dəfə 2013-cü ildə tarixdə Rasimə 8000 manat və 3500 manat pulu 3 il müddətinə vermişdir. 2-ci dəfə 2014-cü ilin dekabr a yında Bəxtiyar adlı şəxsdən 20.000 manat pul alaraq ona vermişdir. 3-cü dəfə səhərisi gün, yəni 2014-cü ilin dekabr ayında Albert adlı şəxsdən 4000 manat alaraq ona vermişdir. 4-cü dəfə 2015-ci ilin mart ayının 20-də İddiaçı Samir adlı şəxsdən 6000 manat pul alıb Samiri işə düzəltmək məqsədi ilə Albertlə birlikdə Rasimə vermişdir. İddiaçı Bəxtiyardan 20000 manat, Albertdən 4000 manat, Samirdən 6000 manat pul alaraq ona verdiyini və Rasimin həmin pulu 18 ay müddətində qaytarmağı öhdəsinə götürdüyünü və həmin pulu qaytarmadığını qeyd etmişdir. Bundan əlavə Rasimin 2013-cü ildə borca aldığı 11500 manat pulu da, hal-hazıradək qaytarmadığını demişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə Bakı Apelyasiya Məhkəməsində verdiyi ifadəsi ziddiyyət təşkil edir. Lakin Bakı Apel yasiya Məhkəməsində bu ziddiyyətlər araşdırılmamış və heç bir hüquqi qiymət verilməmişdir. Çünki Bakı Apelyasiya Məhkəməsi işi araşdırmamaqla yanaşı qanunsuz qətnamənin qəbul edilməsinə çalışmışdır. Məhkəmə qeyd etmişdir ki, pulun qaytarılma müddəti tələbetmə məqamı ilə müəyyənləşdirildiyinə görə iddia müddəti keçməmişdir. İddiaçının dediyinə görə başqa şəxslərdən borca pul alıb Rasimə veribsə deməli pulun qaytarılması müddəti müəyyən olunmuşdur. Çünki 1-2 ay sonra iddiaçı pulu geri tələb etdiyini qeyd etmişdir. Həmçinin İddiaçı ərizədə Bəxtiyardan 20000 manat, Albertdən 4000 manat, Samirdən 6000 manat pul alaraq ona verdiyini və Rasimin həmin pulu 18 ay müddətində qaytarmağı öhdəsinə götürdüyünü və həmin pulu qaytarmadığını qeyd etmişdir. Göründüyü kimi pulun verilmə müddəti 18 ay müəyyən ləşdirilmişdir. Məhkəmənin pulun qaytarılma müddətinin tələbetmə məqamı ilə müəyyənləşdirildiyinə görə iddia müddətinin keçmədiyi barədə gəldiyi nəticə göründüyü kimi tamamilə əsassızdır. İddiaçı onun 41500 manat pul aldığını və həmin puldan ödəniş etmədiyini bildirsə də, Bakı Apellyasiya Məhkəməsində 2018-ci ilin avqust ayında 1500 manat pul qaytardığını etiraf edərək iddia müddətinin keçmədiyi görünüşünü yaratmaq istəmişdir. 30000 manat pulu 2016-cı ilin iyul ayından qaytarmadığından həmin borc üçün iddiaçı cəmi 9087 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. Burdan da, göründüyü kimi pulun verilmə müddəti müəyyənləşdirilmişdir. Cavabdeh1 sonuncu dəfə 2014-cü ilin dekabr ayında iddiaçıdan 20.000 manat borc pul almış və hər ay 5 faiz olmaqla 12 ay müddətində 2015-ci ilin sonunadək hər ay 1000 manat pul ödəmiş, borcunu tam olaraq ödədiyi üçün ondan sonra heç bir ödəniş etməmiş, həmin vaxtdan da, 3 ildən çox vaxt keçmişdir. Kassasiya şikayətində Mülki Məcəllənin 373.2, 377.2, 375.2-ci maddələrinə istinad olunmuşdur. Həmçinin kassasiya şikayətində qeyd olunmuşdur ki, İddiaçı faizə pul verməklə məşğul olur. Bununla bağlı İddiaçı borc tələbinə dair Pirallahı və Xəzər rayon Məhkəmələrində onlarla iddia ərizələri və onların nəticələrinə dair qətnamələr vardır. Hər bir qətnamədə cavabdehlər pulu iddiaçıdan faizə götürdüklərini bildirmişlər. Həmçinin Pirallahı qəsəbəsində Lombarda fəaliyyət göstərmiş Etibar adlı şəxs 2020-ci ildə özünü öldürərkən əlyazma yazaraq onun ölümünə səbəb Elşən və Nadir Ələkbərov qardaşlarının olduğunu bildirmişdir. Bununla bağlı Xəzər ra yon Prokurorluğunda araşdırma aparılır. Bunları nəzərə alaraq hesab edir ki, işin nəticəsinə dair İddiaçı barəsində xüsusi qərardad çıxarılaraq barəsində cinayət işi başlanması üçün aidiyyəti orqanlara göndərilməlidir. Kassasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini cavabdehin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 və vəkili X11 Məhkəməyə ayrı-ayrılıqda teleqram ünvanlayaraq səhhətlərində olan problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd edərək məhkəmə iclasının başqa vaxtda təxirə salınmasını xahiş etmişlər. Lakin məhkəməyə səhhətlərində problem olması barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, onların vəsatəti təmin edilməmişdir. İşlə əlaqədar digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müva fiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2.(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada) Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşd irilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddət i tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərar ın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətləri əsasında apelyasiya instansiyası məhkəməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərba ycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1306/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.