Məhkəmə qərarları › İş №2(102)-5127/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5127/2019

08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5127/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 2 fevral 2018-ci il tаrixli, 2(075)-2/2018 saylı qətnaməsi ilə (hak im K.Süleymanov) iddia tələbi qismən təmin edilmiş, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 17 iyun 2009-cu il tarixli, 28 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 70000 manat əsas borc və 15273,7 manat faiz borcu olmaqla, cəmi 85273,70 manat məbləğində borc Cavabdeh3ndan iddiaçının xeyrinə tutulması, iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu xərcinin 18 manatı özünə aid edilsin, 12 manatı isə Cavabdeh3-dən alınaraq iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı ödənilməli cəmi 180 manatın 108 manatı iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətindən, 72 manatı isə Cavabdeh3-dən alınaraq AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesabı AZE 41 NABZ **********000003944 SWİFT. BİK: CTREAZ 22 hesabına ödənilməsi, Cavabdeh3-dən tutulacaq 70000 manat əsas, 15273,70 manat faiz, 12 manat dövlət rüsumu və 72 manat ekspertiza xərci öhdəliyin təminatı kimi cavabdeh x2 tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu Orta Zəyzid kəndində mülkiyyətində olan 0,11 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 203,4 kvadrat metr yaşayış, 203,8 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh x2 tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu Orta Zəyzid kəndində mülkiyyətində olan 0,11 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 203,4 kvadrat metr yaşayış, 203,8 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 105000 manat müəyyən edilməsi və iddia tələbinin ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqda, cavabdehlər x2 və Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onlar həmin evdən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2(103)-44/2019 saylı qətnaməsi ilə (hakimlər: Ə.Məcidov, M.Əsədli və İ.Quliyev) Şəki Rayon Məhkəməsinin 2 fevral 2018-ci il tаrixli, 2(075)-2/2018 saylı qətnаməsi qismən yəni Cavabdeh3-dən tutulacaq 70000 manat əsas, 15273,70 manat faiz, 12 manat dövlət rüsum u və 72 manat ekspertiza xərci öhdəliyin təminatı kimi cavabdeh x2 tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu Orta Zəyzid kəndində mülkiyyətində olan 0,11 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 203,4 kvadrat metr yaşayış, 203,8 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh x2 tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu Orta Zəyzid kəndində mülkiyyətində olan 0,11 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 203,4 kvadrat metr yaşayış, 203,8 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 105000 manat müəyyən edilməsi və iddia tələbinin ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqda, cavabdehlər x2 və Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onlar həmin evdən məcburi qaydada çıxarılmaları hissəsində ləğv edilərək, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə təmin edilməmişdir. Qətnamə qalan hissədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 17 iyun 2009-cu il tarixli, 28 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 70000 manat əsas borc və 15273,7 manat faiz borcu olmaqla, cəmi 85273,70 manat məbləğində borcun Cavabdeh3ndan iddiaçının xeyrinə tutulması, iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu xərcinin 18 manatı özünə aid edilməsi, 12 manatın isə Cavabdeh3-dən alınaraq iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı ödənilməli cəmi 180 manatın 108 manatının İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 72 manatının isə Cavabdeh3-dən tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2(103)-44/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh3dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 105000 manat əsas, 53605 manat faiz və 74220 manat dəbbə pulu olmaqla, cəmi 197825 manat məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Şəki rayonu Orta Zəyzid kəndində mülkiyyətində olan 0,11 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 203,4 kvadrat metr yaşayış, 203,8 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, yaşayış evinin açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, Şəki rayonu Orta Zəyzid kəndində mülkiyyətində olan 0,11 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 203,4 kvadrat metr yaşayış, 203,8 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi satıldıqda, cavabdehlər Mikayılov Həmid Əliheydər oğlu və Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin 1 ay ərzində həmin fərdi ya şayış evini tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tututlması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2(103)-44/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallar ilə müəyyən edilir ki, 17 iyun 2009-cu il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti i lə Cavabdeh3 arasında 17 iyun 2009-cu il tarixli, 28 nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3-na həmin bank tərəfindən 70000 manat məbləğində kredit verilmiş və o, 24 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş qrafik üzrə ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh3-nun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə iddiaçı ilə cavabdeh x2 arasında 05 iyun 2009-cu il tarixdə 28 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 17 iyun 2009-cu il tarixli, 28 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi x2 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki rayonu Orta Zəyzid kəndində mülkiyyətində olan 0,11 hektar torpaq sa həsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 203,4 kvadrat metr yaşayış, 203,8 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuş və ipoteka predmeti olan evin ilkin satış qiyməti 105000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlə r göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməmə si bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəs inə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci ma ddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından göründüyü kimi Şəki Rayon Məhkəməsinin 30 mart 2018-ci il tаrixli, 2(075)-219/2018 saylı qətnaməsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmış və Şəki rayonu Orta Zəyzid kəndində mülkiyyətdə ol an 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 203,4 kvadrat metr yaşayış, 203,8 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə bağlı cavabdeh İddiaçı ilə Cavabdeh1 arasında 17 iyun 2008-ci ildə bağlanmış və cavabdeh Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 20 iyun 2008-ci ildə təsdiq edilmiş 27 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Şəki Rayon Məhkəməsinin həmin qətnaməsindən İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 30 mart 2018-ci il tаrixli, 2(075)-219/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 12 iyul tarixli qətnaməsindən İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv etməklə, iddia ərizəsinin həmin hissədə təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə b axılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar