Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5128/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli 2(104)-476/2019 saylı qətnaməsindən iş üzrə iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Ə.Allahverdiyev, iş 2(021)-402/2018) iddiaçı “xx xx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 3.407,37 manat əsas, 224.09 manat faiz, 24.59 manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.716,05 manat məbləğində kredit borcunun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə borcun ödənilməsinin ipoteka qoyulmuş Cavabdeh4 fərdi yaşayış evi tam, torpaq sahəsi 1/6 hissə, Cavabdeh3 1/6 hissə, Cavabdeh2 1/6 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh6 1/6 hissə, Cavabdeh5 1/6 hissə məxsus olan, Bərdə rayonu Hacallı kəndində 0.22 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 108.8 kv.m, y aşayış sahəsi 80 kv.m olan, 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinə 0.22 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin əmlak satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Şəfiyev, R.Z.Mamedov və A.H.Hüseynzadə) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bərdə rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 3400,35 manat əsas, 54,97 manat faiz, 34 manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3549,32 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borcun tutulması ipotekaya qoyulmuş hər birinin payı 1/6 hissə olmaqla cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 məxsus olan Bərdə rayonu Hacallı kəndindəki 0.22 ha torpaq sahəsinə və üzərində yerləşən tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus ümumi sahəsi 108.8 kv.m, yaşayış sahəsi 8 0 kv.m, 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 31.050 manat məbləğdə müəyyən edilməsi, Bərdə rayonu Hacallı kəndində yerləşən, ümumi sahəsi 108.8 kv.m, yaşayış sahəsi 80 kv.m, 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evi 0.22 ha torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, həmin evin satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənın qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evi açıq hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: “xxxx ” ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 30 ay müddətinə illik 6 faiz olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı kimi cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin dekabr ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin icrasını lazımınca təmin etməməsi səbəbindən banka cəmi 5156,05 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracdan satılaraq borcun ödəni lməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək ipoteka predmetinin ilkin satış qiymətinin evin real bazar dəyərindən qat-qat artıq müəyyən olunmasını və faiz borcunun əsassız olaraq azaldılmasını göstərərək qətnamənin həmin hissələrdə ləğv edilməklə işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin qanuniliyi yalnız ipoteka predmetinin ilkin satış qiymətinin məbləğinə və faiz borcuna münasibətdə mübahisələndirildiyindən, cavabdehlər tərəfindən isə kassasiya şikayəti verilmədiyindən, kollegiya hesab edir ki, qətnaməni n əsaslılığı yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi 15.11.2018-ci tarixli mütəxəssis rəyinə əsaslanmaqla əmlakın ilkin satış qiymətini 31.050 manat məbləğində müəyyən etmişdir. H əmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertin 21.01.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 16.09.2016-cı il tarixə əsas borcu 3400,35 manat, faiz borcu 0 manat, 23.12.2016-cı il tarixə əsas kredit borcu 3400,35 manat, faiz borcu 54,97 manat, 20.11.2017-ci il tarixə əsas kredit borcu 3400,35 manat, faiz borcu 190,29 manat olmuş və bu səbəbdən borcalandan tutulmalı olan borcun məbləği ekspert rəyinə uyğun müəyyən edilmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edildiyindən kassasiya şikayətinin dəl illəri qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5128/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5128/2019
24.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver