Məhkəmə qərarları › İş №2(102)-5129/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5129/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5129/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh Hacıbala oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddət; buraxılmış prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOK-un Cavabdeh Hacıbala oğluna qarşı “əldən çıxmış faydanın və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-733/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı QSC BOKT (bundan sonra – iddiaçı) Cavabdeh Hacıbala oğlundan (bundan sonra – cavabdeh) 4185.81 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4366/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim İla hə Abbasova) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-733/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı kassasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-733/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər: Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Namiq cəfərov) kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti iddiaçının elektron kabinetinı xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Beləliklə, iddiaçı tərəfə məhkəmə aktı həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Lakin, iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti və prosessual müddət in bərpasına dair ərizə vermişdir.

9. Məhkəmə kollegiyası onu da əlavə etmişdir ki, iddiaçı müddətin bərpası barədə ərizədə qətnamənin onlara xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, hazırkı ərizənin verilməsi ilə iddiaçı əslində prosessual müddəti buraxdığını qəbul edir və məhkəmədən buraxılmış müddətin üzrlü sayılmaqla bərpa olunmasını xahiş edir. Lakin, cavabdeh prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı digər əsaslara istinad etməmiş, ərizəyə bununla əlaqədar hər hansı sübut əlavə etməmişdir

10. Apellyasiya instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.5, 134.1, 134.1.5, 135.6-cı maddələrinə istinad edərək əsasl andırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 24 yanvar 2022-ci ildə elektron kabinetə yerləşdirilsə də, iddiaçının elektron imzasında yaranmış texniki problemlərə görə qətnamə 24 aprel 2022-ci il tarixdə oxunmuşdur. Belə olan halda, qətnamə iddiaçıya 24 yanvar 2022-ci ildə deyil 24 aprel 2022-ci ildə təqdim edilmiş kimi hesab edilməli idi.

13. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

16. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

17. Maddə 130.1.Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. M addə 133.1.Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə mə lumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

21. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

22. Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində

23. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:

24. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

28. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında ş ikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

29. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir.

30. Hazırki işin material larından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2022-ci ildə yerləşdirilmişdir. İddiaçı hüquqi şəxs olmaqla məhkəmə iclaslarında vəkil və nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. 17 iyun 2022-ci il tarixdə müddətin bərpa edilməsinə dair ərizə və kassasiya şikayəti təqdim edilmişdir.

31. İddiaçı göstərir ki, qətnamə “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2022-ci ildə yerləşdirilsə də onun oxunuşu xx.xx.2022-cildə baş vermiş, bu halı üzürlü səbəb kimi qəbul olunmasını xahiş edir. Qeyd edilməlidir ki, həmin halın üzrlü səbəb hesab edilməsi yolverilən hesab edilmir.

32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası izah edir ki, iddiaçı müddətin bura xılmasının üzrlü olmasını əsaslandırmamış və buna dair hər hansı sübutu apellyasiya məhkəməsinə verməmişdir.

33. Bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilməsindən və bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

34. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)-733/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar