Məhkəmə qərarları › İş №2(102)-513/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-513/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-513/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məzahir qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2576/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 26 sentyabr 2014-cü il tarixli il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, aylıq 29 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10300 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2, habelə Cavabdeh3 arasında eyni il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 3. 03.07.2015-ci il tarixli əlavə sazişə əsasən cavabdehin 9084,05 ABŞ dolları təşkil edən qalıq borcunun ödənilməsi müddəti 03.07.2018-ci il tarixədək uzadılmışdır.

4. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, ək s halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir.

5. Bank 02.12.2016-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məzahir qızına qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 26 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8648.39 ABŞ dolları əsas, 424.97 ABŞ dolları faiz, 391.28 ABŞ dolları cərimə olmaqla, cəmi:-9464.64 (doqquz min dörd yüz altmış dörd ABŞ dolları 64 sent) ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-in xeyrinə verilməsinə dair əmr çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı i şin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalıdır.

8. Cavabdeh1 birinci instansiya məhkəməsindəki icraatda iddianı qismən qəbul edərək bildirmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Kredit borcundan əsas və faiz borcunu banka hissə-hissə ödəyəcəkdir. Tələbin cərimə hissəsində təmin olunmamasını xahiş etmişdir.

9. Cavabdeh3 birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh1 ilə eyni məzmunda izahat vermişdir.

10. Bərdə Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 18 aprel 2018-ci il tarixli, 2(021)-754/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Ca vabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26 sentyabr 2014-cü il tarixli, 284/34-XB nömrəli kredit müqaviləsi üzrə 8648.39 ABŞ dolları əsas, 424.97 ABŞ dolları faiz, 1,28 ABŞ dolları cərimə olmaqla, cəmi;-9074.64 (doqquz min yetmiş dörd ABŞ dolları 64 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilməmiş 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit razılaşması və zaminlik müqaviləl əri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və Ç.Məmmədov) 12 iyun 2020-ci il tarixli, 2(104)-338/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)754/2018 saylı mülki iş üzrə 18 aprel 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun 9074,64 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun məbləği 7054,26 (yeddi min əlli dörd) manat 26 qəpik məbləğində müəyyən edilməsi, Cavabdeh1 aid olan qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) 2(102)-2015/2021 nömrəli iş üzrə 06 aprel 2021ci il tarixli qərarı ilə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-338/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Bərdə Rayon Məhkəməsinin qətnaməsini dəyişdirərkən sübut kimi cavabdehin nümayəndəsinin izahatına istinad etmişdir, lakin məhkəmə həmin izahatın səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsinə diqqət yetirməmiş, nümayəndənin MPMnin 69.2. maddənin tələblərinə uyğun olaraq səlahiyyətli olub-olmamasını yoxlamamışdır. İddiaçını təmsil etdiyi göstərilən Rinat Hüseynov məhkəməyə ərizə göndərərək cavabdehin borcunun Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi dairəsinə düşdüyünü bildirərək borclu ilə yeni müqavilə bağlanması üçün işin təxirə salınmasını xahiş etmiş, 28 fevral 2020-ci il tarixli iclasda iştirak etmiş, işin təxirə salınması barədə fikri dinlənilərək işin baxılması 12 iyun 2020-ci il tarixə təxirə salınmış, 12 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə prosesində nümayəndə kimi iştirak etmiş, onun mövqeyi nəzərə alınaraq yekun qətnamə çıxarılmışdır. Nümayəndə kimi iştirak edən şəxs cavabdehin borcunun Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi dairəsinə düşdüyünü və cavabdehə kompensasiya ödənildiyini, hazırda cavabdehin borcunun 7054.26 manat təşkil etdiyini bildirmiş, məhkəmə həmin izahatı rəhbər tutaraq qətnamə qəbul etmişdir. X1 həmin tarixlərdə, ümumiyyətlə həmin işdə bankı təmsil etmək səlahiyyətinə malik olmasını təsdiq edən sübutlar yoxdur. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və Ə.Abdullayev) 23 iyun 2021-ci il tarixli, 2(104)-2576/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(013)-208/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26 sentyabr 2014-cü il tarixli, 284/34-XB nömrəli kredit müqaviləsi üzrə 8648.39 ABŞ dolları əsas, 424.97 ABŞ dolları faiz, 1,28 ABŞ dolları cərimə olmaqla, cəmi;-9074.64 (doqquz min yetmiş dörd ABŞ dolları 64 sent) ABŞ dolları öd əniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi hissəsində dəyişdirilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26 sentyabr 2014-cü il tarixli, 284/34-XB nömrəli kredit müqaviləsi üzrə 7460,05 (yeddi min dörd yüz altmış manat beş qəpik) manat alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdehin borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir əhatəsinə düşüb-düşməməsini araşdırmamışdır. Kassasiya şikayətlərinin və onlara etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

18. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, dollarla kredit götürməmişdir, manatla ona kredit verilmişdir. Kreditin çox hissəsini ödəmişdir. Dolların məzənnəsi dəfələrlə qalxdıqda bank ondan istifadə etməyə çalışmışdır. Hazırda götürdüyü krediti ödəməkdən də imtina etmir, lakin bankın tələb etdiyi formada borcunu ödəyə bilmir. İşə baxan məhkəmələr işin bu kimi hallarını nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Bundan əlavə, o, iş üzrə dəfələrlə mühasibatlıq ekspertizası keç irilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də iş üzrə mühasibatlıq ekspertizası keçirilməlidir. 20. "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ünvanlanmış bildirişdə kreditin illik faiz dərəcəsi 1 faiz olmaqla, 5 il (1 illik güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Lakin bununla bağlı Cavabdeh1 Əmanətlərin Sığortalanması Fonduna heç bir müraciəti daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərinin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərini nəzərə almayaraq Cavabdeh1 LPO "xxxx" ASC-yə kredit müqaviləsi üzrə borcunun tərkib hissələri olan faiz və cərimə borcunu əsassız olaraq silmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, cavabdehin verdiyi kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayara q işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 35. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağ lanmış 26 sentyabr 2014-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 illik 29 faizlə 36 ay müddətinə 10300 ABŞ dolları məbləğində kreditin verilməsi barədə bağlanmışdır. İşdə olan kassa məxaric orderinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 26 sentyabr 2014-cü il tarixdə Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 10300 ABŞ dolları məbləğində krediti götürmüşdür.

36. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2 qzından və Cavabdeh3 Məzahir qızından müştərək qaydada 26 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8648.39 ABŞ dolları əsas, 424.97 ABŞ dolları faiz, 391.28 ABŞ dolları cərimə olmaqla, cəmi:-9464.64 (doqquz min dörd yüz altmış dör d ABŞ dolları 64 sent) ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-in xeyrinə verilməsinə dair əmr çıxarılmasını xahiş etmişdir.

37. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 26 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanaraq sonuncuya illik 29 faizlə 36 ay müddətinə 10300 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə iddiaçı yuxarıda qeyd olunan tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş və iddia tələbi qismən təmin edilmişdir.

38. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdehin borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir əhatəsinə düşüb -düşməməsini araşdırmamışdır. Həmin Fərmanın 1.2-ci bəndinə əsasən, banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir.

39. Həmin Fərmanın 2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilmə sinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir.

40. İddiaçı bank tərəfindən təqdim edilmiş sənədlərdən və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 4388,26 (dörd min üç yüz səksən səkkiz manat iyirmi altı qəpik) ABŞ dolları məbləğində borcu qalmışdır.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 4388,26 ABŞ dolları pulun hazırki günə manata olan məzənnəsi 7460,05 (yeddi min dörd yüz altmış manat beş qəpik) manat təşkil edir və həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə tutulmalıdır.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2576/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar