Məhkəmə qərarları › İş №2(102)-513/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-513/2023

15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-513/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu, (məruzəçi) Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5764/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Kia Rio” minik markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir.

2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes-Benz V 220 V Klasse minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 MMC-nin adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. AB № 080/18 saylı etibarnaməyə əsasən Cavabdeh2 MMC cəmiyyəti "Mercedes Benz" V220 V-Klasse minik” markalı, buraxılış ili 2018, rəngi qara metalik, dövlət qeydiyyat nömrəsi **-AS-*** olan avtomaşının idarə edilməsini Cavabdeh1 həvalə etmişdir. Sürücülük vəsiqəsi AC 325536, xx.xx.2014-cü il tarixdə verilmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddətə verilmişdir. 3. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “MercedesBenz V 220 V Klasse minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı idarə etdiyi “Kia Rio” minik markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, İddiaçı maddi zərər dəymişdir.

4. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 barəsində inzibati tənbehin verilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, xx.xx.2021-ci il tarixdə saat 23-15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə şəhər mərkəzindən M.Hadi küçəsi istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Kia Rio minik” markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomobilə dəymiş 9115,46 (doqquz min yüz on beş manat, qırx altı qəpik) manat məbləğində maddi zərərin əvəzinin, 30,0 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, 200,0 (iki yüz) manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, 50,0 (əlli) manat məbləğində evakuasiya şirkətinə ödənilmiş xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istin ad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 23-15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə şəhər mərkəzindən M.Hadi küçəsi istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi və digər Cavabdeh2 MMC-nin mülkiyyətində olan “MercedesBenz V 220 V-Klasse minik" markalı, **-AS-*** qeydiyyat nişanlı avtomobil ilə İddiaçı məxsus “Kia Rio minik” markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 qəbul etdiyi 31 may 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarının ikinci hissəsinə əsasən, “MercedesBenz V 220 V-Klasse minik” markalı, **-AS-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərb aycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmış və qərarın surəti Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh1 barəsində Xətai rayon DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı “Mercedes-Benz V 220 V-Klasse minik" markalı, **-AS-*** qeydiyyat nişanlı avtomobilin sığortaçısı qismində çıxış edən "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabata əsasən İddiaçı məxsus “Kia Rio minik" markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomobillə dəymiş ümumi zərər məbləği 12317 (on iki min üç yüz on yeddi) manat təşkil edir. Qeyd olunan məbləğdən 3201,54 (üç min iki yüz bir manat, əlli dörd qəpik) manat məbləğin sığorta ödənişinin olduğunu nəzərə alsaq, yerdə qalan və cavabdehlər tərəfindən ödənilməli olan zərər məbləği 9115,46 (doqquz min yüz on beş manat, qırx altı qəpik) manat təşkil edir. İşin faktiki hallarından da göründüyü kimi, cavabdehlərin iddiaçı qarşısında sonuncunun əmlakına dəymiş zərərlə bağlı məsuliyyəti və həmin zərərin əvəzinin ödənilməsi öhdəliyi vardır.

7. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi izahat verərək göstərmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil, avtomobilə baxış keçirilmədiyindən təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Lakin iş üzrə ekspertiza rəyi verildikdən sonra məhkəmə iclasında iştirak etməmişdir.

8. Birinci instansiya m əhkəməsi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:15 radələrində Cavabdeh1 idarə etdiyi "Mercedes-Benz V 220 V-klasse minik" markalı 10-AS737 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri. Xətai rayonu. Babək prospekti ilə şəhər mərkəzindən M.Hadi küçəsi istiqamətində saatda 60-70 km sürətlə hərəkətdə olduğu zaman idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan "Kia Rio minik” markalı **-OJ-*** qeydiyyat nişanlı, Mercedes-Benz 190 minik markalı **-UA-*** qeydiyyat nişanlı, Mercedes-Benz markalı **-Sİ-*** qeydiyyat nişanlı və köpünün üzərində yolun sağ kənarında dayanmış vəziyyətdə olan "Khazar LX minik markalı **-PZ-*** qeydiyyat nişanlı, avtomobillərin zədələnməsi həm çinin “Kıa Rio minik" markalı **-OJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı və sərnişini X1 xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsinə dair məlumat Xətai RPİ-nin «Cinayətlər Haqqında Ərizələr və X3»-nda 315 nömrə ilə qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8263 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün olmamışdır. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələr i ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə-Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Rio" markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissə lərinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9326,0 manat müəyyən edilir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1359 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Rio” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9326,0 manat müəyyən edilir. Qeyd edilmişdir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015ci il tarixli 422-li m əktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2014- cü il buraxılışlı “Kia Rio” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-203/2022 №-li mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli nöqsan aktı əsasında hesablanır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-203/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavab deh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada maddi zərərin əvəzi kimi 6124,46 (altı min yüz iyirmi dörd manat, qırx altı qəpik) manat, 30,0 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, 200 (iki yüz) manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqı, 50 (əlli) manat məbləğində evakuasiya şirkətinə ödənilmiş xidmət haqqının tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən hallar: 1) cavabdehlərin hərəkətlərində hüquqazidd əməllərin olub olmaması və bu əməllərlə iddiaçının əmlakına vurulmuş zərərin arasında səbəbli əlaqənin olub-olmaması; 2) əmlaka dəymiş zərərin məbləğinin müəyyən edilməsidir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 MMC-nin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəyməsi halı mülki işin araşdırılmış halları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və onun idarə edilməsi üçün verilmiş etibarnamə ilə müəyyən edilmişdir ki, “Mercedes Benz V 220 V klass minik” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətində olmuş və iş üzrə digər cavabdeh fiziki şəxs Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobili idarə edən Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığından xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai RPİ-nin qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində həmin maddə üzrə inzibati tənbeh vermə barədə qərar (xx.xx.2021-ci il / TP 4430269) çıxarılmışdır. Məhkəmə iş üzrə mübahisəli halları qiymətləndirərkən Cavabdeh1 səbəb olduğu zərərə görə cavabdeh təşkilat məsuliyyət daşıyır.

14. Məhkəmə qeyd etmişdir ki, işəgötürənin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır. Belə ki, qanunla zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (§ 26). Bu halda işəgötürənin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki yuxarıda sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən hüquqi və ya fiziki ş əxsin üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyini yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmişdir. Göründüyü kimi işçi çalışdıran şəxsin məsuliyyəti öz nəzarət (hakimiyyət) sahəsində baş verən hadisələrə görə cavabdehlik əsasına söykənir (§ 28). Yəni, hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyatlılığı göstərmə öhdəliyini daşıyır. Belə ki, işçisini seçərkən, ona işi ilə əlaqədar təlimat verərkən və onun işinə nəzarət edərək yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi, eləcə də əmək şəraiti zərərin yaranmasına əlverişli olduğundan işəgötürənin məsuliyyəti qaçılmazdır.

15. Məhkəmə iddiaçının əmlakına dəymiş zərərin məbləğini müəyyən edərkən ekspert rəyini və "xxxx" ASC tərəfindən 3201,54 manat məbləğində edilmiş sığorta ödənişini əsas tutaraq iddia ərizəsinin cavabdehlərdən 9115,46 manat maddi zərərin tutulması hissəsində qismən təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, iddiaçı avtomobilə dəymiş zərəri əsaslandırarkən – avtomobilə ümumilikdə 12317 manat məbləğində zərər dəydiyini göstərmiş və ödənilmiş 3201,54 manat məbləğində sığorta ödənişini həmin məbləğdən çıxmaqla 9115,46 manat məbləğində qalan zərərin ödənilməsini tələb etmişdir. Lakin məhkəmə qeyd edilən hesablama ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün iki dəfə ekspertiza təyin edilmiş və hər iki rəy əsasında avtomobilə dəymiş zərər köhnəlmə faizi tətbiq edilməklə 9326 manat məbləğində dəy ərləndirilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, hər iki ekspert rəyi ilə müəyyən edilmiş məbləğ işin mübahisəsiz halı kimi qiymətləndirilməli və 9326 manatdan "xxxx" ASC tərəfindən ödənilmiş 3201,54 manat məbləğində sığorta ödənişi çıxılmaqla dəymiş zərər 6124,46 manat məbləğində müəyyən edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 1096, 1097.1, 1108.1, 1115, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1, 101.3, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğ v edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla MMC arasında əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmayıb. İşdə cavabdehlər arasında əmək və ya mülki hüquqi müqavilənin mövcudluğuna dair sübut olmadığı halda məhkəmə işçinin törətdiyi mülki hüquq pozuntusuna görə işəgötürəni məsuliyyətə cəlb etməklə Mülki Məcəllənin 1099, həmçinin MPM-in 14.2 və77-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə məhkəmə iki dəfə ekspertiza təyin etmiş, avtomaşına baxış keçirilmədən rəy verilmişdir. Təkrar ekspertizanın rəyində də əvvəlki rəydəki kimi zərər 9326,0 manat müəyyən olunmuşdur. Məhkəmə bunu nəzərə almamışdır.

20. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin q ətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və MMC arasında əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmamışdır. İşdə cavabdehlər arasında əmək və ya mülki hüquqi müqavilənin mövcudluğuna dair sübut olmadığı halda məhkəmə işçinin törətdiyi mülki hüquq pozuntusuna görə işəgötürəni məsuliyyətə cəlb etməklə Mülki Məcəllənin 1099, həmçinin MPM-in 14.2 və77-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdeh1 avtomaşını etibarnamə əsasında, yəni yol-nəqliyyat hadisəsi baş verəndə qanuni əsaslarla idarə etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5764/2022 nömrəli mülki iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)- 203/2022 saylı qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh2 MMC-yə aid qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməmiş, qətnamə ekspertiza tədqiqatının dəyərinin Cavabdeh2 MMC-dən tutulması hissəsində ləğv edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gə ldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi avtomaşına dəymiş zərərin müəyyən edilməsi ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisəsinin arayışı əsasında əmtəəşünaslıq və təkrar əmtəəşünaslıq ekspertizaları keçirilməklə müəyyən olunmuşdur. Apellyator ziyanın müəyyən olunması ilə bağlı ixtisaslaşdırılmış servis müəssisəsinin arayışı və ekspert rəylərini şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir. Buna görə də, apellyatorun avtomaşına dəymiş zərərlə bağlı hissədə dəlili əsaslı hesab edilə bilməz.

24. Kollegiya həmçinin qeyd etmişdir ki, apellyator Cavabdeh1 digər apellyator Cavabdeh2 MMC-yə aid hissədə qətnaməni mübahisələndirmək üçün subyektiv hüququ yaranmır.

25. Apel lyasiya instansiyası məhkəməsi apellyator Cavabdeh2 MMC-nin dəlilini əsaslı hesab edərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 MMC-yə aid iddianın qismən təmin edilən və rədd olunan hissələrində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

26. Kollegiya Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən qeyd etmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərər in əvəzini ödəməlidir. Hazırkı halda Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olmamaqla, onlar arasında işçi işəgötürən münasibətlərini tənzimləyən əmək müqaviləsi mövcud deyildir. Cavabdeh1 Cavabdeh2 MMC-yə məxsus avtomobili etibarnamə əsasında idarə etmiş, hadisə günü avtomobil Cavabdeh1 qanuni sahibliyində və istifadəsində olmuşdur. Digər tərəfdən Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, Cavabdeh1 mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs olması, hüquqi şəxs olan Cavabde h2 MMC-nin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməsi halları məhkəmə araşdırması zamanı müəyyən olunmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

27. Kollegiya hesab etmişdir ki, apellyator Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Mercedes-Benz V 220 V Klasse minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi digər Cavabdeh1 sahibliyinə və istifadəsinə verildiyindən, bunu təsdiq edən etibarnamə iş materiallarında mövcud olduğundan, baş vermiş yol-nəqliyyat hadisəsinə görə mülkiyyətçi Cavabdeh2 MMC hər hansı maddi məsuliyyət daşımadığından, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 MMC-yə aid hissədə qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi və iddianın bu hissədə təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin olunmuş ekspertizanın xx.xx.2022-ci il tarixli 9/8263-8/2992 №-li rəyinə əsasən **-OJ-*** qeydiyyat nişanlı KİA RİO markalı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9326 manat müəyyən edilmişdir. Həmin ekspertiza tədqiqatı aparılarkən ekspert tərəfindən zədələnmiş və təmirə ehtiyacı olan hissələrin müəyyən olunması üçün nəqliyyat vasitəsinə baxış keçirilməmiş, zərər yalnız iş materiallarında olan xx.xx.2021-ci il tarixli nöqsan aktı (sığortaçının zərərin qiymətləndirilməsinə dair hesabatı) əsasında hesablanmışdır. Halbuki ekspertizanın təyin olunması barədə qərardada əsasən avtomobil təmir olunmadığından ona baxış keçirilməsinin mümkünlüyü ekspert tərəfindən nəzərə alınmalı idi. Bundan başqa, rəydə avtomobilin təmir-bərpa xərci müəyyən olunarkən bazardakı qiymətlər nəzərə alınmaqla ətraflı tədqiqat aparılmamış və yalnız sığortaçının zərərin qiymətlən dirilməsinə dair hesabatında göstərilən xərcləri mexaniki surətdə rəyə köçürməklə kifayətlənmişdir ki, bu da rəyin əsaslı və obyektiv olduğunu şübhə altına alır. Məhkəmənin təyin etdiyi təkrar ekspertiza da nəqliyyat vasitəsinə baxış keçirilmədən aparılmış, əvvəlki rəydə göstərilən və təkrar ekspertizan ın təyin olunmasına səbəb olmuş qüsurlar aradan qaldırılmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almayaraq sübutların qiymətləndirilməsinə dair MPM-in tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

31. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

32. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və y a çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır.

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) əsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam də ödənilməlidir.

37. M addə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahib lik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MPM

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasland ırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 4

7. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfində n iddianın ona aid təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instans iyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin ol unmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5764/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar