Məhkəmə qərarları › İş №2(102)-5130/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5130/2019

23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5130/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı1 vəkili Babayev Turqay Ariz oğlunun iştirakı ilə, Cavabdeh1 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verə rək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “ipoteka predmentinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmenti olan fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Nizami rayon məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Eyvazov, iş 2(044)-110/2018) iddia qismən təmin edilmiş, Cavabdeh2 01.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 44364.19 ABŞ dolları əsas borc, 9784.14 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları dəbbə pulu, cəmi 54158.33 ABŞ dolları borcun qətnamə icra olunan günə Azərba ycan manatına məzənnəsi ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 manat məbləğində çəkilmiş xərclər, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” Bankı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 0,0498 ha torpaq sahəsinin və həmin torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, 67,2 kv.m yaşayış, 85,3 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 152,5 kv.m təşkil edən 6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 125000 manat dəyərində müəyyən edilməsi, bu əmlakın açıq hərracdan-satılması və onun satışından əldə olunmuş p ul vəsaiti hesabına Cavabdeh2 01.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 54158.33 ABŞ dolları boreun və ayrı-ayrı xidmətlər üçün ödənilmiş cəmi 76 manat məbləğində pulun iddiaçı “xxxx” Bankı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinin təmin edilməsi, ipoteka predmeti, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ‘ünvan 1 ünvanda yerləşən 0,0498 ha torpaq sahəsinin və həmin torpaqsahəsindəki 1 mərtəbəli, 3 otaqlı, 67,2 kv.m yaşayış, 85,3 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 152,5 kv.m təşkil edən 6 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və hərrac vasitəsilə satıldıqdan sonra bir ay müddətində mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim lər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradovvə Ş.Əliyeva, iş № 2(104)-1093/2019) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı1 vəkili Babayev Turqay Ariz oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərin ə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ASC “xxxx” Bankı ilə Cavabdeh2 arasında bağlanmış 01.10.2014-cü il tarixli **********94214 saylı kredit müqaviləsinə görə, bank tərəfindən borcluya illik 19 faiz olmaq şərti ilə 48 ay müddətinə 77000 ABŞ dolları məbləğində kredit verilmişdir. ASC “xxxx” Bankı ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2014-cü il tarixli **********94214/İP/01 saylı ipoteka müqaviləsinə görə, 01.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin təminatı kimi sonuncuya ünvan 1 ünvanda yerləşən 0,0498 ha torpaq sahəsinin və həmin torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, 67,2 kv.m yaşayış, 85,3 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 152,5 kv.m təşkil edən 6 nömrəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanda yerləşən 6 nömrəli fərdi yaşayış evinin ASC “xxxx” Bankına ipotekaya qoyulmasına razılıq vermiş və həmin əmlaka tutma yönəldiləcəyi halda evi qeyd şərtsiz tərk edəcəyi barədə öz üzərinə öhdəlik götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39.1, 59.3-cü maddələrini tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəmə si “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1, 59.3, 59.3.1, 59.3.2, 59.2-ci maddələrinin tələbini pozmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində mübahisəli hüquq münasibətinə hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...ipoteka predmeti olan fərdi yaşayış evi onun mülkiyyətçisi olan apelyator Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş, digər apelyator, Cavabdeh2 isə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldiyi halda fərdi yaşayış evini qeyd şərtsiz tərk edəcəyi barədə yazılı öhdəlik götürmüşdür. İddiaçı Bankın tələbinin bu hissəsinin təmin edilməsi üçün qanuni əsaslar «İpoteka haqqında» Azərbaycan Respubl ikası Qanununun qeyd olunan müddəalarında nəzərdə tutulmuşdur.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar