Məhkəmə qərarları › İş №2(102)-5130/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5130/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5130/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5130/20 (Açar sözlər: borcun tutulması, iddianın qismən etirafı) Bakı şəhəri, 02 noyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2020-ci il tarixli, 2(106)1562/2020 nömrəli qətnaməsindən Cavab deh kassasiya şikayətinə 02 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” MMC-nin Beyləqan filialı ilə Cavabdeh arasında “2017-cı il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” xx xxxx 2016-ci il tarixli, ********* saylı müqavilə bağlanmışdır.

2. Müqaviləyə əsasən Cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 40 ton xam pambıq istehsal edib MMC-yə satmağı öhdəsinə götürmüşdür.

3. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh MMC-dən 14536,98 manat məbləğində avans götürmüşdür. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Beyləqan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4065,17 manat məbləğində əsas, 191 3,30 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 6028,47 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Bu məqsədlə Cavabdeh MMC-dən 14536,98 manat məbləğində avans götürmüşdür.

6. Cavabdeh 10089,80 manat dəyərində, yəni 20667,49 kq xam pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur.

7. Bununla da, cavabdehin avans vəsaitə görə iddiaçıya 4065,17 manat məbləğində borcu qalmışdır.

8. Cavabdehin borclu qalması hesabl aşma qeydiyyat vərəqəsi ilə təsdiq olunur.

9. Cavabdehə xəbərdarlıq edilsə də, ona göndərilən pretenziyaya cavab verməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığın 1-ci növ qiymətilə 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1913,30 manat təşkil edir. 10.Cavabdeh birinci instansiya məhkəməsinin icraatında iddianı qismən qəbul edərək, göstərmişdir ki, MMC-dən 14536,98 manat avans götürüb. Həmin vəsaitdən MMC-yə 10089,80 manat dəyərində 20667,49 kq xam pambıq təhvil verib. Hazırda 4065,71 manat borcu var. Amma ona əssasız olaraq şişdirilmiş məbləğdə dəbbə pulu hesablanıb, dəbbə pulu silinməlidir.

11. Beylaqan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(020)-274/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 4065,71 manat əsas borc və 100 manat cərimə borcu, cəmi 4165,71 (dörd min bir yüz altmış beş manat, yetmiş bir qəpik) manat və 20 (iyirmi ) manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Ramiz Nurullayev)

12. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, xxxx” MMC-nin Beyləqan filialı ilə Cavabdeh arasında xx xxxx 2016-ci il tarixli müqavilə bağlanıb, müqaviləyə əsasən Cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 40 ton xam pambıq istehsal edib MMC-yə satmağı öhdəsinə götürüb, eləcə də müqavilənin icrası ilə əlaqədar Cavabdeh MMC-dən 14536,98 manat məbləğində avans alıb. Cavabdeh aldığı avansdan 10089,80 manat dəyərində, yəni 20667,49 kq xam pambıq təhvil verib və 4065,71 manat borcu qalıb.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir.

14. Bu əsasla məhkəmə hesab etmişdir ki, 1913,30 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğu üçün dəbbə pulu 100 manat saxlanmalıdır.

15. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385.1, 425.1,442, 445.2.1, 462.1 və 467ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası m əhkəməsindəki icraat

16. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırlıb ki, il ərzində aramsız yağan yağışlar, gecələr havanın soyuq olması kənd təsərrüfatının müxtəlif sahələrinə olduğu kimi pambıqçılığa da ziyan vurmuşdur. Məhsulun az olmasında təqsiri olmayıb.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsindəicra edilməzsə, bu gecikmə sayılmır.

19. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2020-ci il tarixli, 2(106)-1562/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(020)-274/2020 saylı qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır. (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi) Qəzənfər Kərimov, Zəki Babayev)

20. Apelyasiya məhkəməsi müəyyən etmişdir etmişdir ki, xx xxxx 2016-ci il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 40 ton xam pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 14536,98 manat məbləğində avans götürmüşdür. Bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmış, Cavabdeh qanunun tələblərini pozaraq müqavilə şərtlərinə əməl etməmişdir.

21. Apelyasiyanın mövqeyinə görə borclu Cavabdeh xx xxxx 2016-ci il tarixli, ********* saylı müqaviləyə əsasən kreditor “ xxxx” MMC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır.

23. Apelyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 448.1-ci maddəsinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verib qətnamənin ləğv, işin yeni apelyasiy a baxışına qaytarılmasını xahiş edib.

25. Kassasiya şikayətində apelyasiya instansiyasının maddi və prosessual hüquq normalarını pozmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəin etirazının dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edə rkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun ictanı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edili r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şi kayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

32. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, müqavilə üzrə ödənilmiş avansın qaytarılması barədədir.

33. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, tərəflər arasında “2017-cı il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” xx xxxx 2016-ci il tarixli, ********* saylı müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 40 ton xam pambıq istehsal edib MMC-yə satmağı öhdəsinə götürmüş, müqavilənin icrası ilə əlaqədar Cavabdeh MMC-dən 14536,98 manat məbləğində avans almışdır. Cavabdeh aldığı avansdan 10089,80 manatı (20667,49 kq xam pambıq) qaytarmış, 4065,17 manat borclu qalmışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları tətbiq edilən qanunvericilik normalarının dispozitiv şərtləri ilə uyğun gəlir.

35. Çünki işin mübahisə edilməyən halı kimi müəyyən edilib ki, iddiaçı ilə cavabdeh arasında xam pambığın alqı-satqısına dair müqavilə bağlanıb və müqavilə çərçivəsində qaytarmaq şərtilə cavabdehə avans verilib. Müqavilə üzrə aldığı avansı qaytarmaq Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır.

36. Apelyasiya məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmişdir.

37. Bu baxımından, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarını pozuntusu ulə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

38. Məhkəmə kollegiyası qeyd olunanlar əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2020-ci il tarixli, 2(106)1562/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar