Məhkəmə qərarları › İş №2(102)-5132/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5132/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5132/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Cəfərov Ramiz İsmayıl oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5132/21 (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil1, Cavabdeh: Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)92/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən ona vurduğu maddi zərərə görə 17.765 manat, göstərilmiş hüquqi xidmətə görə ödədiyi 600 manat, cəmi 18.395 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) iddia qismən təmin edilərək, cavabdehdən ona vurduğu maddi zərərə görə 14.406 manat, göstərilmiş hüquqi xidmətə görə 50 manat pulun tutulub iddiaçıya öd ənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 26 yanvar 2016-cı il tarixdə iddiaçının idarə etdiyi “Nissan X-Trail” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “VAZ 21123” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və cavabdehin idarə etdiyi “X1” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arasında yol nəqliyyat hadisəsi baş verib və bunun nəticəsində iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinə 14.406 manat məbləğində maddi zərər dəyib. Həmin yol nəqliyyat hadisəsinin baş verməsinə görə isə cavabdeh təqsirli bilinib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüqu q normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər T.M.Əliyev sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsinə dəyişiklik edilərək, cavabdehdən maddi zərərin əvəzinə görə 12.906 manat, göstərilmiş hüquqi xidmətə görə 50 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər M.T.Əhmədova sədrlik edən, məruzəçi, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2017-ci il tarixli qətnaməsi ləğv edilib, mülki yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, S.F.Hacıyev və F.Ş.Talışinski) apellyasiya şikayəti qismə n təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsinə dəyişiklik edilərək, cavabdehdən iddiaçının xeyrinə tutulacaq maddi zərərin 1.511 manat məbləğində müəyyən edilməsi qət edilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və T.A.Qoldman) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsinə dəyişiklik edilib, cavabdehdən dəymiş maddi zərərə görə 3.646 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 26 yanvar 2016-cı ildə cavabdeh idarə etdiyi “X1” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iddiaçının idarə etd iyi “Nissan X-Trail” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol yan hissəsi ilə toqquşub və nəticədə cavabdeh həmin yol nəqliyyat hadisəsinə görə təqsirli bilinib, lakin müddətin keçməsi ilə əlaqədar olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Cavabdehin 26 yanvar 2016-cı ildə törətdiyi hüquqazidd hərəkəti (yol nəqliyyat hadisəsi) nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinin sol yan hissəsinin zədələnməsi və bunlar arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə istisna edilmir. Lakin birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin bütövlükdə cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qənaətə gələrkən, baş vermiş yol nəqliyyat hadisəsində yalnız cavabdehin deyil, həmçinin iddiaçının da təqsirli olduğunu nəzərə a lmayıb. Belə ki, işə əlavə edilmiş “İnzibati xəta haqqında” Protokola əsasən, “Nissan X-Trail” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İddiaçı 21 yanvar 2016-cı ildə, saat 18:50 radələrində Bakı şəhəri H.Əliyev prospektində hərəkət edərkən yol və meteoroloji şəraiti nəzərə almayaraq və normal sürət həddi seçməyərək, eyni istiqamətdə qarşı yolda hadisə törətmiş “VAZ 21123” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, sonuncu nəqliyyat vasitəsinin sahibi Sahib Salahova maddi zərər vurub və həmin inzibati xətaya görə o, 40 manat cərimə edilib. Deməli, iddiaçı qeyd edilən yol nəqliyyat hadisəsini törədərək həmin istiqamətdə hərəkət edən cavabdehin hərəkət yoluna çıxıb, cavabdeh isə idarə etdiyi nəqliyyat vasitəsi ilə yol və m eteoroloji şəraiti nəzərə almayaraq və normal sürət həddi seçməyərək ona ziyan vurub. Qeyd olunanlara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində həm iddiaçı, həm də cavabdeh təqsirli olduğundan, iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəyən 7.292 manat zərərin miqdarı da onlar arasında bərabər bölünməlidir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1096.1, 1108.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Hər iki kassator kassasiya şikayətlərini belə əsaslandırıblar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 öz kassasiya şikayətində göstəri lənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və vəkili Vəkil2 məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döv riyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 110 8.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə v ə i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin f aktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddiaçı kassasiya şikayətində iddianın tam təmin edilməsi, cavabdeh isə kassasiya şikayətində iddianın rədd edilməsi üçün əsasların olmasını göstərsələr də kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, yol polisi tərəfindən tərtib edilmiş 26 yanvar 2016-cı il tarixli “İnzibati xəta haqqında” Protokola və “İnzibati xəta haqqında” iş üzrə 05 fevral 2016-cı il tarixli Qərara əsasən, “Nissan X-Trail” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İddiaçı 21 yanvar 2016-cı ildə, saat 18:50 radələrində Bakı şəhəri, H.Əliyev prospekti ilə hərə kətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almayıb və normal sürət həddi seçməyərək, eyni istiqamətdə qarşı yolda hadisə törətmiş “VAZ 21123” markalı, **BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “VAZ 21123” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Sahib Salahova maddi zərər vurub. Bu yol-nəqliyyat hadisəsinə görə İddiaçı İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilib. Eyni zamanda, “İnzibati xəta haqqında” iş üzrə 29 iyul 2016-cı il tarixli Qərara əsasən, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, lakin işə baxılan zaman inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində 26 yanvar 201 6-cı il tarixli “İnzibati xəta haqqında” Protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Sözügedən Protokoldan və hadisə yerinin sxemindən də görünür ki, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin məhz sol yan hissəsi ilə toqquşub. Göründüyü kimi, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin sol yan hissəsi ilə toqquşması və nəticədə tərəflərin hər ikisinin yol nəqliyyat hadisəsinə görə təqsirli bilinmələri mülki iş materialları ilə istisna edilmir. Hazırki işdə də iddiaçının cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü t əsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sah ibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi hüquq normalarının tələbləri ni hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, yalnız aşağıdakı üç şərt məcmu halda mövcud olduqda mülki hüquq pozuntusu baş vermiş sayılır: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcud olması. Səbəbli əlaqə hadisələr arasında elə bağlılığı nəzərdə tutur ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səb əbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları, o cümlədən çoxsaylı ekspert rəylərini araşdırıb qeyd etmişdir ki, cavabdehin törətdiyi hüquqazidd hərəkət (yol nəqliyyat hadisəsi) nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinin sol yan hissəsinin zədələnməsi və zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcud olması işə əlavə edilmiş sübutlarla tam təsdiq olunur. Lakin, birinci instansiya məhkəməsi vurulmuş maddi zərərin əvəzinin bütövlükdə cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qənaətə gələrkən, baş vermiş yol nəqliyyat hadisəsində yalnız cavabdehin deyil, eyni za manda iddiaçının da təqsirli olmasını nəzərə almayıb. Belə ki, yol polisi tərəfindən tərtib edilmiş 26 yanvar 2016-cı il tarixli “İnzibati xəta haqqında” Protokola və “İnzibati xəta haqqında” iş üzrə 05 fevral 2016-cı il tarixli Qərara əsasən, “Nissan X-Trail” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İddiaçı 21 yanvar 2016-cı ildə, saat 18:50 radələrində Bakı şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almayıb və normal sürət həddi seçməyərək, eyni istiqamətdə qarşı yolda hadisə törətmiş “VAZ 21123” markalı, **BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “VAZ 21123” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Sahib Salahova maddi zərər vurub. Bu yol-nəqliyyat h adisəsinə görə İddiaçı İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilib. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb, mülki iş materiallarını araşdırıb müəyyən etmişdir ki, iddiaçı qeyd edilən yol nəqliyyat hadisəsini törədərək həmin istiqamətdə hərəkətdə olan cavabdehin hərəkət yoluna çıxmış və nəticədə cavabdeh də idarə etdiyi nəqliyyat vasitəsi ilə yol və meteoroloji şəraiti nəzərə almayaraq və normal sürət həddi seçməyərək ona ziyan vurub. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, sözügedən yol nəqliyyat hadisəsinin baş verməsində həm iddiaçı, həm də cavabdeh təqsirli olduğundan, iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəyən zərəri n miqdarı onlar arasında bərabər şəkildə bölünməlidir. Apellyasiya instansiyası məhkəməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 oktyabr 2020-ci il tarixli rəyinə əsasən, 2010-cu il buraxılışlı “Nissan X-Trail” markalı, **TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol yan hissəsinin təmir-bərpa xərcinin aşınma xərci nəzərə alınmaqla 7.292 manat müəyyən edildiyini, baş vermiş yol nəqliyyat hadisəsində həm iddiaçının, həm də cavabdehin hər ikisinin təqsirli olduğunu nəzərə alıb düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya vurulmuş maddi zərər 7.292:2=3.646 manat məbləğində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, tərəflərin ayrı- ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri əslində maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı deyil, işin hallarının sübut olunmaması, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Halbuki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)-92/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar