Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5135/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5135/21 (Açar sözlər: borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi, cərimənin azaldılması) Bakı şəhəri, 18 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması, tələbin ipotek a predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1198/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayətinə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" QSC ilə Cavabdeh1 arasında 28 iyun 2011-ci il tarixli 05L000002012 saylı kredit xətti müqaviləsi bağlanıb. Müqaviləyə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları kredit xətti açılıb. 2. 27 iyun 2013-cü ildə bağlanmış sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 100000 ABŞ dolları, müddəti isə 144 ay müəyyən edilib. 3. "xxxx" QSC 13 dekabr 2016-ci il tarixli 005R********** saylı kredit razılaşmasına müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddəti nə aylıq 2 faizlə 51000 manat miqdarında kredit verib. 4. "xxxx" QSC 13 dekabr 2016-ci il tarixli 005R********** saylı kredit razılaşmasına Cavabdeh1 36 ay müddətinə aylıq 2 faizlə 50000 manat miqdarında kredit verib.
5. Öhdəliyin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsi ilə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər.
6. İpoteka müqavilələri ilə Cavabdeh1 ünvan 1 ünvanındakı 50 nömrəli mənzili, Cavabdeh3 isə ünvan 2, 53 nömrəli mənzili kredit öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü ediblər. a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" QSC Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə 332578,32 manat əs as, 13273,30 manat faiz, 31569.73 manat cərimə borcu olmaqla, cəmi 77421,35 manat borcun və 13.12.2016cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə 48648,8 manat əsas, 24093,43 manat faiz, 39571.49 manat cərimə borcu olmaqla, cəmi 112313,72 manat borcun, ümumilikdə isə 189735,07 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472 və 501-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh1 iddiaya etiraz olaraq göstərib ki, tələ b edilən məbləğlə razı deyil. Məbləğin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası olmalıdır.
11. Birinci instansiya məhkəməsi 25 iyun 2019-cu il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında cavabdehin öhdəliyin icrası müddətinin bitdiyi tarixə borcunun nə qədər olması barədə sual qoymuşdur.
12. Məhkəmə Ekspertiza Mərkəzinin 21.01.2020-ci il tarixli, 975 nömrəli rəyinə əsasən Cavabdeh1 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə 13.12.2019-cu il tarixinə 32449,74 manat əsas, 20572,32 manat faiz borcu, 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə isə 48648,80 manat əsas, 31183,88 manat faiz borcu vardır.
13. İddiaçı "xxxx" QSC iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək, Cavab deh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 31578,32 manat əsas, 20572,32 manat faiz və 41301,33 manat cərimə borcu olmaqla, cəmi 93451,97 manat borcun, 005R********** saylı kredit razılaşması üzrə 48648,80 manat kredit borcu, 31183,88 manat faiz borcu və 54160,12 manat cərimə borcu olmaqla, cəmi 133992,80 manat borcun, ümumilikdə isə 227444,77 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri 30-cu məhəllədə yerləşən 13/9 nömrəli evin 50 saylı mənzilinə və Cavabdeh3 məxsus Sumq ayıt şəhəri 2-ci mikrorayonda yerləşən 46/42 nömrəli evin 53 saylı mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması, əldə olunan vəsait hesabına iddiaçı "xxxx" QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsi 18 may 2020-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertin qarşısında ipoteka predmetlərinin likvid qiymət barədə suallar qoyulmuşdur. 15. "xxxx" MMC-nin 29 okt yabr 2020-ci il tarixli 1633/20/AB və 1634/20/AB saylə rəylərinə əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri 30-cu məhəllədə yerləşən 13/9 nömrəli evin 50 saylı mənzilin bazar dəyəri 74 min manat, likvid dəyəri 67 min manatdır. Cavabdeh3 məxsus Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən 46/42 nömrəli evin 53 saylı mənzilin bazar dəyəri 45 min manat, likvid dəyəri 40 min manatdır.
16. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-16/2018 saylı, 24.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə 31578,32 manat əsas, 20572,32 manat faiz, 4000 manat cərimə borcu olmaqla, cəmi 56150,64 manat borcun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiri şin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu ilə 40 manat xidmət haqqının, 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə isə 48648,80 manat əsas, 31183,88 manat faiz, 5000 manat cərimə borcu olmaqla, cəmi 84832,68 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan və ilkin satış qiyməti (likvid dəyəri) 67000 (altmış yeddi min) manat məbləğində müəyyən edilmiş ünvan 1 ünvanındakı 5 mərtəbəli köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 58,8 m2 ümumi, 46,0 m2 yaşayış və 12,8 m2 yardımçı sahədə n ibarət 3 otaqlı 50 nömrəli mənzilə və ilkin satış qiyməti (likvid dəyəri) 40000 manat məbləğində müəyyən edilmiş ünvan 2 ünvanındakı 5 mərtəbəli köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən, Cavabdeh3 mülkiyyətində olan 41,33 m2 ümumi, 28,6 m2 yaşayış və 12,73 m2 yardımçı sahədən ibarət 2 otaqlı 53 nömrəli mənzilə yönəldilməsi, həmin evlərin açıq hərracda satılması və satışından əldə olunan vəsait hesabına qeyd olunan borc məbləğlərinin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xe yrinə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanındakı 5 mərtəbəli köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən, 58,8 m2 ümumi, 46,0 m2 yaşayış və 12,8 m2 yardımçı sahədən ibarət 3 otaqlı 50 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanındakı 5 mərtəbəli köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən, 41,33 m2 ümumi, 28,6 m2 yaşayış və 12,73 m2 yardımçı sahədən ibarət 2 otaqlı 53 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. (hakim Mehman Nuriyev)
17. Birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada qismən tə min edərkən işdəki sübutlara, o cümlədən ekspert rəylərinə istinad etmişdir. H
18. Birinci instansiya məhkəməsi 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə cəriməni 4000 manat, 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə isə cəriməni 5000 manat müəyyən edərkən hər iki müqavilə üzrə tələb edilən cərimə məbləğlərinin tənasübsüz olaraq yüksək hesablanmasına istinad etmişdir.
19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 317.1, 319.1, 319.4, 385.1, 425.1, 425.2, 442, 443.1, 445.1, 445.2, 448,1, 467, 472.1, 472.2, “İpoteka haqqında” Qanunun 4.1, 39.1, 39.3.3, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh1 apelyasiya şikayəti verib, qətnamənin dəyişdirilərək, faiz və cərimə borcunun azaldılmasını xahiş etmişdir.
21. Apelyasiya şikayətinin dəlilləri: - faiz məbləği düz hesablanmayıb. Məhkəməyə müraciət ediləndən sonra faiz dayandırlmalı idi. Məhkəmə buna əhmiyyət verməyib; - məhkəmə cərimə məbləğini müəyyən edərkən maddi vəziyyətlərini nəzərə almayıb.
22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1198/2021 nömrəli, 22 aprel 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cəbrayıl Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(072)-16/2020 saylı qətnaməsi 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə 4000 manat cərimə məbləği və 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə isə 5000 manat cərimə məbləğinin tutulması hissəsində dəyişdirilərək, 13.12.201 6-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə cərimə məbləğinin azaldılaraq 1000 (bir min) manat və 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə isə 5000 manat cərimə məbləğinin azaldılaraq 1000 (bir min) manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə 31578,32 manat əsas borc, 20572,32 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 53150,64 manat və 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə isə 48648,80 manat əsas borc, 31183,88 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 80832,68 manat kredit borcunun alınaraq "xxxx" QSC-nə verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmış dır. (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Tofiq Heydərov, Qəzənfər Kərimov)
23. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci insttansiya məhkəməsi tərəfindən hər iki müqavilə üzrə tutulan cərimə borcunun əsas məbləğə tənasübsüzlüyü nəzərə alınmamışdır.
24. Apellyasiya məhkəməsi qeyd etmişdir etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımın ca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır.
25. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə 4000 manat və 13.12.2016-cı il tarixli 005R********** saylı kredit razılaşması üzrə isə 5000 manat cərimə borcunun əsas borca tənasübsüzlüyü nəzərə alınmaqla cərimə borcu azaldılmalı və hər iki müqavilə üzrə cərimə borcu 1000 manat müəyyən edilməlidir.
26. Apellyasiya məhkəməsi faiz borcu ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə isə razılaşmışdır.
27. Apelyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 467-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçı larının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh Hüsenov Nəbi İsax oğlu (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılma sını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının qismən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcu və cərimənin məbləği hissəsindən Cavabdeh1 apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi yalnız cərimə borcunun məbləğini azaltmışdır. Buna görə də cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qətnamənin yalnız faiz və cərimə məbləğinə aid hissələrini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikay ətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
36. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
37. Cavabdeh1 apellyasiya şikayətində faiz və cərimə məbləğinin şişirdilməsini bildirmişdir.
38. Qeyd edilməlidir ki, iddiaçı bank hər iki müqavilə üzrə müvafiq olaraq 41301,33 manat və 54160,12 cərimə tələb etmiş, birinci instansiya məhkəməsi həmin məbləği tənasübsüz surətdə çox hesab edərək, bir müqavilə üzrə cəriməni 4000 manat, digər müqavilə 5000 manat müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsinbdə Cavabdeh1 həmin hissədə şikayətini əsaslı sayaraq, cərimə məbləğinin hər iki müqavilə üzrə 1000 manata endirmişdir.
39. Başqa sözlə, apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin təxminən 10 dəfə azaltdığı cərimə məbləğini müvafiq olaraq daha 4 və 5 dəfə də azaltmışdır.
40. Faiz məbləğinin şişirdilməsi barədə dəlil də əsasızdır. İşdən görünür ki, məhkəmələr faiz məbləğin ekspertiza rəyi ilə müəyyən etmişlər.
41. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, faiz və cərimə borcunun məbləği hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1198/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.