Məhkəmə qərarları › İş №2(102)-5136/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5136/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5136/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “xxxx” Firmasına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit borcun ipoteka predmetinə yönəldilməsi, ipotekanın qeydiyyatı, cərimənin tutulması, zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızında n və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1474/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə iddia ərizəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Ləğv prosesində olan “xxxx” ASC (bundan sonra – iddiaçı) və Cavabdeh1 (bundan sonra – cavabdeh) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 409 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 22% hesablanmaqla 6400 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus olan “xxxx” xxx yerləşə n 24 kv.m.-dən ibarət olan 167/169 saylı ticarət obyekti “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Həmçinin bank, borcalan və “xxxx” Firması arasında zaminlik müqaviləsi bağlanmış, sonuncu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasına zamin olmuşdur.

4. İddiaçı tərəfindən təqdim edilmiş xx xxx 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə xx xxx 2019-cu il tarixə 6121 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 2439,21 manat faiz borcu, 3273,21 manat cərimə, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 761,60 manat faiz borcu, cəmi 12595,19 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “xxxx” firmasından 6121 manat əsas borc, 2439,21 manat faiz borcu, 3273,21 manat cərimə, Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən hesablanan 736,10 manat faiz borcu olmaqla, cəmi 12596,69 manatın və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan “xxxx” Ticarət Mərkəzində yerləşən ünvan 1 ticarət obyektinə tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və fai zləri vaxtında ödəməmişdir.

7. Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(050)-1800/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim H.X.Bəhmənov) iddia qismən təmin edilmiş, Cavabdeh1 6121 manat əsas borcun, 2439,21 manat faiz borcunun, 320 manat cərimənin, cəmi 8820,21 manatın və 30 manat dövlət rüsumunun alınaraq Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın 736,10 manat faiz borcu, tutmanın Cavabdeh1 məxsus olan “xxxx” Ticarət Mərkəzində yerləşən ünvan 1 ticarət obyektinə yönəldilməsi, ticarət obyektinin açıq hərracdan satılmaqla, əldə olunan vəsaitin iddiaçının xeyrinə ödənilməsi tələblərinin, o cümlədən cavabdeh “xxxx” Firmasına münasibətdə təmin olunmaması qət olunmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit müqavi ləsi bağlanmış və Cavabdeh1 üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. O, kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, bunun nəticəsində kredit borcu yaranmışdır.

9. Məhkəmə hesab etmişdir ki, işin hallarına görə 3273,21 manat cərimə pulu əsas borca müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb olmaqla yanaşı, borclu şəxsin mülkiyyətinə müdaxilə ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 320 manat həcmində tutulmasını daha ədalətli hesab etmişdir.

10. Gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 736,10 manat faiz tələbinə münasibətdə məhkəmə qeyd etmişdi r ki, həmin tələb gecikdirmə ilə bağlı ziyan mahiyyətindədir. Cərimənin tələb olunması dəyən ziyanı əvəzləmək məqsədi daşıyır. Həmin cərimə məbləğindən daha çox dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Ona görə məhkəmə tələbi əsassız hesab etmişdir.

11. Məhkəmə həmçinin borcun ipotekaya yönəldilməsi, əmlakın hərracdan satılması və satışdan əldə olunmuş pulun borca tutulması tələbini əsassız hesab etmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli ipoteka haqqında 409 saylı müqavilədən müəyyən olunur ki, həmin müqavilə notariat kontorunda təsdiq olunmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlak barəsində bağlanmışdır. Belə olan halda həmin müqavilə qanuna zidd olduğu üçün etibarsız hesab olunur və heç bir hüquqi nəticə yara tmır.

12. Cavabdeh hüquqi şəxs “xxxx” Firmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyinin yarandığı andan əmələ gəlmişdir. Əsas öhdəliyinin icrası vaxtı xx xxxxxx 2016-cı il tarixdə başa çatmış, lakin iddiaçı xx xxxx 2019-cu il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminə qarşı iddia sürməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

13. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1474/2020 nömrəli qətnaməsi ilə(hakim N.F.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.B.Kərimovdan və Z.B.Babayevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(050)-1800/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. İddiaçı kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1474/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbini tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir.

17. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə cavabdeh öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı qanunvericiliklə olan verilmiş hüquqdan istifadə edərək 3273,21 manat cərimə borcu və 736,10 manat kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan borcun tutulmasını xahiş etmişdir. Lakin məhkəmə həmin tələbl əri təmin etməmişdir.

18. Həmçinin cavabdeh ona məxsus olan ticarət obyektini girov ilə yüklü etmiş, bank qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və girov obyektinə kreditorun tələblərinin yönəldilməsi üçün əsaslar yaranmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçının vəkili X2 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər, onların nümayəndələri və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-c ü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən m üəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətini iddiaçı vermiş və cərimə borcunun azaldılmasını, illik 5 % dərəcəsi ilə tələb olunan faiz borcunun tutulmamasını, habelə borcun zamindən də tutulmasından və tələbin ipoteka predmetinə yönəltməkdən imtinanı mübahisələndirmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yalnız mübahisələndirilən hissələrdə (iddianın təmin olunmayan hissələrində) yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti et məyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.3-cü maddəsinin birinci cümləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədik də və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2, 466.2.1-466.2.3-cü maddələrinə əsasən qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 2. dəbbə pulundan artıq zərər tam məb ləğdə tutula bilər; 3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1.-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şə xslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kasasiya şikayətinin dəlilləri ilə bağlı ilk olaraq qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən analoji olan apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmişdir.

29. Bununla belə məhkəmə kollegiy ası bir daha qeyd edir ki, birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən səlahiyyətləri çərçivəsində dəbbə pulu borcunu azaltmışdır. Məhkəmənin müəyyən etdiyi cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur.

30. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dəbbə pulu borcu üzrə tələbi qismən təmin edildiyi üçün Mülki Məcəllənin 466-cı maddəsinə əsasən məhkəmə zərər tələbini rədd etməkdə haqlı olmuşdur.

31. Bundan əlavə, iş materiallarına əsasən kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddəti xx xxxxxx 2016-cı il tarixdə başa çatdığından, iddiaçı isə hazırki iddia ilə Mülki Məcəllənin 477.0.4-cü maddəsi ilə müəyyən olunmuş müddəti ötürməklə, məhkəməyə müraciət etdiyindən borcun zamindən də tələb olunmasından i mtinaya dair apelyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

32. Nəhayət, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmamış və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən həmin müqaviləyə istinad edərək, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia əsassızdır.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1474/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmamış hissələrində) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar