Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5138/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli 2(103)-8753/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.E.Rəhimov, iş № 2(009)-172/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 5 000 manat tutulması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı borca görə 6000 manat, qəbzə görə verdiyi 1200 manatın və ondan məcburi alınmış 10.000 manatın tutulması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.A.Mərdanova və X.Ə.Sarıyev) cavabdeh R.H. Mirzəquliyevanın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 13 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC tərəfindən İddiaçı iki otaqlı mənzil satılmış və mənzilin dəyəri sonuncu tərəfindən MMC-yə ödənilmişdir. 2016-cı ilin noyabr ayında iddiaçı həmin mənzili Cavabdeh 76.000 manata satmaq barədə razılaşmış və sonuncu tərəfindən İddiaçı 58.000 manat, 3000 manat isə MMC-yə ödənilmiş, qalan 15.000 manata dair onlar arasında 11 noyabr 2016-cı il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqavilədə borcun 01 yanvar 2017-ci il tarixə kimi qaytarılması nəzərdə tutulmuşdur. Sonradan Cavabdeh borcun 10.000 manatını qaytarmış, qalan 5.000 manat ödənilməmiş qalmışdır. İddiaçı ona ödənilməmiş 5000 manatın Cavabdeh tutulması barədə məhkəmədə iddia qaldırmışdır. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı siqnalizasiya, qaz, su və işıq sayğaclarının quraşdırılması üçün 1200 manat ödəməsinə baxmayaraq sonuncu tərəfindən həmin işlərin görülməməsini, mənzildəki çatışmazlıqların aradan qaldırılması üçün İddiaçı bir dəfə 10.000 m anat, bir dəfə isə 3000 manat ödəməsini, eləcə də ona 6000 manat məbləğində borc verməsini əsas göstərməklə həmin pul məbləğlərinin İddiaçı alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsi xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinə görə tərəflər arasında borc müqaviləsi bağlanmış və Cavabdeh həmin müqaviləni imzalamaqla iddiaçıdan 15.000 manat məbləğində borc almasını etiraf etmiş və həmin borcu 01 yanvar 2017-ci il tarixə kimi qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərb aycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müəyyən olunduğu kimi Cavabdeh borcun qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, borcun 5000 manat məbləğində olan hissəsini iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görmə li, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448-ci maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldı ra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin təmin olunmasının qanuni və əsaslı olması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh qarşılıqlı iddia tələbinin əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilən səbəbdən apellyasiya instansiyas ı məhkəməsi qarşılıqlı iddianı əsassız saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5138/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5138/2019
24.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver