Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5138/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər A.A.A. və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1726/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(049)-537/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim M.A.İsayev) iddiaçı Ləğv prosesində olan “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər A.A.A. və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1726/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.B.Kərimov (sədrlik edən və məruzəçi), Z.B.Babayev və N.F.Mirzəyev) iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən veri lmiş apelyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(049)-537/2020 saylı qətnaməsi iddiaçı LPO “xxxx” ASC-nin ləğvediçisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər A.A.A. və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər A.A.A. və Cavabdeh2 2.286,89 manat əsas borc, 104.14 manat faiz, 355.20 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əs asən Azərbaycan Respublikası MPM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə cavabdeh A.A.A. arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4258 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 36% ödənilmək şərtilə 2.500 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli, 4258/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Lakin buna baxmayaraq cavabdeh A.A.A. kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin banka 2.286,89 manat əsas borc, 104.14 manat faiz, 355,20 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasan Azərbaycan Respublikası MPM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış borcu var. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının mənafeyini və cavab deh tərəfindən hüquqların pozulubpozulmasını araşdırmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər A.A.A. və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. xx xxxxxxxx 2014-cü il tarixli, 4258 saylı kredit müqaviləsinin işdə olan surətindən görünür ki, A.A.A. ilə “xxxx” ASC-nin Lənkəran filialı arasında 24 ay müddətinə, illik 36% olmaqla 2.500 manat məbləği üçün kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə tərtib edilmiş və işdə olan ödəniş cədvəlindən görünür ki, kredit alan A.A.A. 24 ay müddətində xx.xx.2014-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2016-cı il tarixdə etməklə götürülmüş kredit üzrə cəmi 3.542,88 manat məbləğində hesablanmış əsas borcu və faizi banka qaytarmalı idi. İddiaçı tərəfindən təqdim edilmiş və işdə olan xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki,xx.xx.2014-cü il tarixli, 4258 saylı kredit müqaviləsi üzrə A.A.A.nun banka xx.xx.2019-cu il tarixə 2.286,89 manat əsas borc, 104.14 manat faiz, 355.20 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış borc, cəmi 2746.23 manat borcu var. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli, 4258/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 “xxxx” ASC-nin Lənkəran filialı arasında bağladığı həmin müqaviləyə əsasən borclu A.A.A.nun kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC-nin Lənkəran filialı ilə cavabdeh A.A.A. arasında 24 ay müddətinə, illik 36% olmaqla 2.500 manat məbləği üçün xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən kredit alan A.A.A. xx.xx.2014-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2016-cı il tarixdə etməklə götürülmüş kredit üzrə cəmi 3.542,88 manat məbləğində hesablanmış əsas borcu və faizi banka qaytar malı idi. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə “xxxx” ASC-nin Lənkəran filialı arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsinə müvafiq olmaq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərim tamamilə icra etməsi üçün borclu ilə birlikdə birgə məsuliyyət dayışımağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh A.A.A. kredit müqaviləsinin şərtlərini pozmuş, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün banka 2.286,89 manat əsas borc, 104.14 manat faiz, 355.20 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 445.7-ci maddəsinə uyğun olara q) hesablanmış borcu yaranmış və bank həmin borcun cavabdehlər A.A.A.ndan və Cavabdeh2 müştərək qaydada tutulması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur, İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılan zaman cavabdeh A.A.A. məhkəməyə ərizə təqdim edərək iddiaçının hazırki mübahisə üzrə üzürsüz səbəbdən iddia müddətinin buraxdığını bildirərək iddia müddətinin tətbiq olunmasını xahiş etmiş və birinci instansiya məhkəməsi qeyd olunan ərizəni əsaslı olması qənaətinə gələrək mübahisə üzrə iddia müddətinin tətbiq olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun p ozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı hazırkı mübahisə ilə bağlı 3 illik iddia müddəti ərzində deyil, yalnız xx xxxxxx 2019-cu il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir əsas məhkəməyə təqdim olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərm işdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin idd iadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -376-cı maddəsinin tələbinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olarq iddia müddətinin keçməsini iddianın rədd edilməsinin əsası kimi qiymətləndirmiş və hazırki mübahisə üzrə iddia müddətinin tətbiq edərək iddianın təmin olunmaması barədə yekun nəticəyə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfi ndən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1726/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5138/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5138/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver