Məhkəmə qərarları › İş №2(102)-5139/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5139/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5139/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, məhkəmə-mühasibatlıq ekspertizası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)1485/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya ş ikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. xx xxxxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 30% hesablamaqla 3820 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı tərəfindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən xx xxxxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh 132,75 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 1036,17 ABŞ dolları məbləğində cərimə, müqavilə müddəti bitdiyi tarixdən xx xxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 73,85 ABŞ dolları borc, cəmi 1242,77 ABŞ dolları məbləğində borcu vardır.

3. İş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xxx oğlunun iddiaçı “xxxx” ASC-yə xx xxxx 2016-cı il tarixə cəmi borcu 606,12 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 893,75 ABŞ dolları, faiz borcu üzrə 12,37 ABŞ dolları. İş materiallarında xx xxxxxx 2019-cu il tarixli Fərmana əsasən Cavabdeh hesablanmış 941,74 ABŞ dolları məbləğində kompensasiya ödənişinin əsas borca yönəldilməsi ilə bağlı hesabdan çıxarış sənədində xx xxxxx 2019-cu il tarixində silinməsi barədə məlumat mövcuddur. Aparılan ekspertiza tədqiqatı zamanı cavabdehin iddiaçı banka olan hazırki borcun məbləği, hesablanmış kompensasiya çıxıldıqdan sonra 114,38 ABŞ dolları məbləğində müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 132,75 ABŞ dolları məbləğində faiz borcunun, 1036,17 ABŞ dolları məbləğində cərimənin, xx xxxx 2019cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 73,85 ABŞ dolları borcun, cəmi 1242,77 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdi r.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və beləliklə də borcu yaranmışdır.

6. Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(049)2373/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.M.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 114,38 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub, Ləğv Prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh tutulacaq 114,38 ABŞ dolları məbləğində kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutulub dövlət büdcəs inin hesabına köçürülməsi qət edilmişdir.

7. Birinci instansiyası məhkəməsi həmin mövqeyini iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat

8. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1485/2020 nömrəli qətnaməsi ilə(hakim Q.B.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.B.Babayevdən, N.F.Mirzəyevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(049)-2373/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayətinin dəlillərini əs assız hesab etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri 10.İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbini tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsi əsassız ekspert rəyinə əsaslanmışdır. Belə ki, cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublika sı Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının şərtlərinə uyğun olaraq müəyyən olunmuş müddət ərzində borcun restrukturizasiyası üçün banka müraciət etməmiş və bu səbəbdən borcun güzəşt olunması və faizin silinməsi üçün hüquqi əsas yoxdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 13.İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 14.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: 15.Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması h üququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. 16.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətini iddiaçı vermiş və borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun azaldılaraq müəyyən edilməsini mübahisələndirmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yalnız mübahisələndirilən hissələrdə (iddianın təmin olunmayan hissəsində) yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 17.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər o lmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 18.“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019cu il tarixli Fərmanının 6.1-ci bəndinə əsasən Banklara tövsiyə edilir bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməli, 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həm in kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X1 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. 6.2-ci bəndində banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktu rizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. 8.8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçün güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulması qeyd olunmuşdur. 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud oldu ğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhk əmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: 20.Məhkəmə kollegiyası hesab edir ki, apelya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 21.Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş üzrə ekspertiza tədqiqatı iddiaçının təqdim etdiyi məlumatlar (hesabdan çıxarış, maliyyə arayışı və s.) əsasında aparılmış və ekspert rəyinin qeyri mötəbər olmasına dair əsaslar iş materiallarında mövcud deyil və iddiaçı tərəfindən buna dair sübutlar təqdim olunmamışdır. 22.Əksinə qeyd olunmalıdır ki, iddiaçı əsas borc üzrə tələbi irəli sürməsə də, ekspert rəyi ilə belə borc da müəyyən edilmişdir. (bir daha da qeyd olunmalıdır ki, cavabdeh qətnaməni mübahisələndirməmişdir). 23.“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019cu il tarixli Fərmanının hazırki mübahisəyə tətbiq edilməli olmamasına dair kasasiya şikayətinin dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının təqdim etdiyi hesabdan çıxarışa əsasən xx xxxxx 2019-cu il tarixdə “Fərmana əsasən Nəzarətdən ödəniş” qismində 491,74 manat cavabdehin hesabına köçürülmüş və borcdan silinmişdir. 24.Prezidentin Fərmanına uyğun olaraq həmin Fərmanı icra edən orqan tərəfindən cavabdehin borcunu n kompensasiyası qismində iddiaçıya 491,74 manat köçürüldüyü halda, cavabdehin yeni müqavilə bağlamaması əsası ilə həmin məbləğin nəzərə alınmalı olmadığına dair kasasiya şikayətinin dəlili əsassızdır. 25.Eyni əsasla məhkəmə kollegiyası hesab edir ki, Prezidentin Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı ilə əlaqədar faiz borclarının silinməsi nəzərdə tutulduğundan, cərimə borcunun və əlavə faizlərinin tutulmasından imtinaya dair kasasiya şikayətinin dəlillərinə əlavə hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipinə əsasən zərurət yoxdur. 26.Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamal ıdır. 27.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1485/2020 nömrəli qətnaməsi mübahisələndirilən (iddianın təmin olunmamış) hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar