Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-514/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimaya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi, öhdəliyin icra edilməməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimaya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı “müqavilən in ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4774/2024 nömrəli 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 35% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Khutsishvili Patima (və Cavabdeh1) bağlanmış xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741+BAKU1-78437 nömrəli Zaminlik müqaviləsinə sonuncu borcalan Cavabdeh1 bank qarşıs ındakı öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi üçün kreditor qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir.
3. Maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh1 Banka 10000 manat əsas borc, 1244,44 manat faiz borcu, 627,52 manat cərimə borcu olmaqla, cəmi 11871,96 manat məbləğində borcu mövcuddur; 4. xx.xx.2023-cü il tarixli bildiriş məktubuna əsasən, cavabdehlər Cavabdeh1 xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741 saylı Kredit müqaviləsi üzrə 10000 manat əsas borcu, 379,17 manat faiz borcu və 26,37 manat dəbbə borcu olmaqla, cəmi 10405,54 manat borcunun yaranması barədə məlumatlandırılmış və onlardan 5 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İdd iaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimaya qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2734/2024 saylı iş üzrə 21 may 2024- cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimadan müştərək qaydada 10000 manat əsas borc, 379,17 manat faiz borcu və 26,37 manat dəbbə borcu ol maqla, cəmi 10405,54 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 121,22 manat hissəsinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia ərizəsisinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tələb də məhz pretenziya məktubunda qeyd olunan məbləğlər hissəsində təmin edilməlidir.
9. Məhkəmə qeyd etmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi ic ra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 448.1, 470.1, 472, 739.1, 739.2-ci maddələrinə, “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi nin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız, qanunsuz olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində icraat cavabdehlərin iştirakı olmadan, etiraz, mülahizə təqdim etmək imkanı təmin edilmədən həyata keçirilmiş, işin halları araşdırılmamış, yekun məhkəmə aktı ən azı bir mötəbər sübutla belə əsaslandırılmamışdır. Məhkəmə sadəcə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 Murad oğlu arasın 27 oktyabr 2023-cü il tarixli BAKU1-7843523741 saylı kredit müqaviləsi bağlanmasına və iddiaçı tərəfindən cavabdehə göndərildiyi iddia olunan, lakin cavabdehlərə təqdim olunmamış pretenziyaya istinad etməklə iddi anın qismən təmin olunması qənaətinə gəlmişdir. Tərəflər arasında mövcud olan münasibətlərin həqiqi halları ondan ibarətdir ki, Cavabdeh1 Murad oğlu yaxın dostunun xahişi ilə onun mənzili üçün televizor, soyuducu, kondisioner, paltaryuyan kimi məişət avadanlıqlarının alınması üçün fərdi sahibkar (VÖEN **********) X7 adlı şəxs tərəfindən idarə olunan mağazaya yaxınlaşmış, Ağazadə malların kreditlə satışının mümkün olduğunu, bunun üçün mütəmadi işlədikləri «TBC X10 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlana biləcəyini, kreditin birbaşa mağazanın bank hesabına köçürüləcəyin bundan sonra məişət avadanlıqlarının onlara təhvil veriləcəyini izah etmişdir. Cavabdeh1 Murad oğlunun yaxın dostu başqa banklar qarşısında borclu olduğundan ona yeni kredit verilməyəcəyini bildir ərək kredit rəsmiləşməsinin Xəlilovun adına həyata keçirilməsini xahiş etmişdir. X4 müraciəti əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Xəlilovun adına oktyabr 2023-cü il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin kredit müqaviləsinin predmet hissəsinin 1.3-cü bəndində “Kredit “borcalan”a X7, VÖEN ********** tərəfindən təqdim edilmiş qaimədə göstərilmiş Televizor Sony KD-65X80L 3100.00 AZN, Soyuducu LG GR-X29FTQEL 5000.00 AZN, X2 71VA İnverter 3100.00 AZN, Paltaryuyan AEG L8VVBC61SR 2000.00 AZN nağd qiymətə alınmasını maliyyələşdirmək məqsədi ilə verilir” göstərilmişdir. Müqavilənin 3.1.1-ci maddəsində göstərilmişdir ki, “... bu müqavilə ilə alınması maliyyələşdirilən əşya “borcalan”ın sahibliyinə və istifadəsinə verilməsini təsdiq edən sənədin “kredit verən”ə təqdim edilm əsindən sonra krediti bu Müqavilənin 1.3-cü bəndində göstərilən şəxsin (yəni X4) AZ06PAHA41040AZNSC********** bank hesabına köçürməklə verir. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin qeyd olunan müddəalarını nəzərə almamış və kreditin borcalan - Cavabdeh1 Murad oğlum nağd və ya bank hesabı vasitəsilə təqdim edilmədiyini ümumiyyətlə araşdırmamışdır. Yəni cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlansa da, kredit cavabdehə təqdim edilməmişdir. İddiaçı da belə hala istinad etməmiş, işin real vəziyyətini məhkəmədən gizlətmişdir. Nəticədə, kredit müqaviləsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan avadanlıqlar cavabdehlərə təqdim edilməmiş, çoxsaylı müraciətlərinə fərdi sahibkar Ağazadə tərəfindən cavab verilməmişdir. Ağazadə gah pulun bankdan ona köçürülmədiyini, gah hesabında b lok olduğunu, gah da malların idxal olunmasının mümkün olmaması kimi müxtəlif bəhanələrlə avadanlıqları cavabdehlərə təqdim etməmişdir. Yəni cavabdeh nə kredit məbləğini, nə də kredit müqaviləsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan avadanlıqları ala bilməmişdir. Cavabdeh bununla bağlı iddiaçı bank olmayan kredit təşkilatına məlumat versə də, iddiaçı Xəlilovun müraciətlərini nəzərə almadan və cavabdehə heç bir məlumat vermədən məhkəməyə müraciət etmişdir. Habelə, iddiaçı tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq 27 oktyabr 2023-cü il tarixli Girov müqaviləsinin imzalanmasını da məhkəmədən gizlətmişdir. Belə ki, həmin müqaviləyə əsasən Televizor Sony KD-65X80L 3100.00 AZN, Soyuducu LG GRX29FTQEL 5000.00 AZN, X3 HJ 71VA İnverter 3100.00 AZN, Paltaryuyan AEG L8VVBC61SR 2000.0 0 AZN məbləğində avadanlıqlar kredit müqaviləsinin təmin kimi iddiaçı təşkilar qarşısında girov qoyulmuşdur. Borcun ödənilməsinin təmin edilməməsi halında iddiaçı təşkilatın həmin mallara qarşı tələb irəli sürməməsi də iddiaçının fərdi sahibkar X7 ilə əlbir olmasına və vətəndaş Xəlilovu aldatmaq yolu ilə nə kredit məbləğini, nə də məişət avadanlıqlarını təhvil verməməsinə, daha sonra məhkəməyə müraciət edərək cavabdehdən pul tutulmasına nail olmaqla əsassız varlanmağa yönəlmiş hərəkətlərinə dəlalət edir. Cavabdeh Xəlilov onun barəsində aparılan məhkəmə icraatından xəbər tutduqda, yenidən X5 müraciət etmiş, sonuncı mübahisəni həll edəcəyini vəd etsə də, nəticə əvvəlkindən fərqli olmamışdır. Habelə, iddiaçı tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq 27 oktyabr 2023-cü il tarixli Girov müqaviləsinin imzalanmasını da məhkəmədən gizlətmişdir. Belə ki, həmin müqaviləyə əsasən Televizor Sony KD-65X80L 3100.00 AZN, Soyuducu LG GR-X29FTQEL 5000.00 AZN, X2 HJ 71VA İnverter 3100.00 AZN, Paltaryuyan AEG L8VVBC61SR 2000.00 AZN məbləğində avadanlıqlar kredit müqaviləsinin təminatı kimi iddiaçı təşkilar qarşısında girov qoyulmuşdur. Borcun ödənilməsinin təmin edilməməsi halında iddiaçı təşkilatın həmin mallara qarşı tələb irəli sürməməsi də iddiaçının fərdi sahibkar X7 ilə əlbir olmasına və vətəndaş Xəlilovu aldatmaq yolu ilə nə kredit məbləğini, nə də məişət avadanlıqlarını təhvil verməməsinə, daha sonra məhkəməyə müraciət edərək cavabdehdən pul tutulmasına nail olmaqla əsassız varlanmağa yönəlmiş hərəkətlərinə dəlalət edir. Məhkəmə yalnız təqdim etdiyi pretenziyaya istinad e dərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmiş, kreditin həqiqətən cavabdehə verilib-verilməməsini araşdırmamaqla prosessual qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. İş üzrə mübahisənin mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən əsas məsələ kreditin Cavabdeh1 verilib-verilməməsini faktının sübuta yetirilməsi təşkil edir. Kredit müqaviləsinin imzalanması hələ pul vəsaitinin borclana verilməsi anlamına gəlmir. Məhkəmə ədalətli məhkəmə araşdırması vəzifəsini yerinə yetirmədiyindən bu halı təsdiqləyən hər hansı bir sübut olmadan borcun ödənilməsi vəzifəsini cavabdehlə onun zaminin üzərinə qoyulması barədə qətnamə çıxarmışdır. 27 oktyabr 2023-cü il tarixli girov müqaviləsi - tərəflər arasında girov müqaviləsi bağlanılması iddiaçı tərəfindən məhkəmədən gizlədildiyindən həmin müqavilənin apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi zərurəti yaranmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4774/2024 nömrəli 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən dəlillərə müvafiq qətnamənin ləğv edilməs i və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
15. Belə ki, xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 35% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, 1.3. Kredit "Borcalan”-a X6, VÖEN: ********** tərəfindən təqdim edilmiş qaimədə göstərilmiş Televizor Sony KD-65X80L. 3100.00 AZN, Soyuducu LG GR-X29FTQEL 5000.00 AZN, X2 HJ 71VA İnverter 3100.00 AZN, Paltaryuyan AEG L8WBC61SR 2000.00 AZN nağd qiymətə alınmasını maliyyələşdirmək məqsədi ilə verilir. 3.1.1-ci bəndində qeyd edilir ki, "Kredit verən”in tələb etdiyi KHUTSİSHVİLİ PATİMA (X1 yaşama i cazə vəsiqəsi: seriya 0******) şəxslər tərəfindən birgə məsuliyyət müəyyən edən Zaminlik müqavilələri bağlandıqdan və bu Müqavilə ilə alınması maliyyələşdirilən əşya "Borcalan”ın sahibliyinə və istifadəsinə verilməsini təsdiq edən sənədin "Kredit verən”ə təqdim edilməsindən sonra krediti bu Müqavilənin 1.3-cü bəndində göstərilən şəxsin AZ06PAHA41040AZNSC********** bank hesabına köçürməklə verir. Ağazadə Toğrul və Cavabdeh1 arasında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən müəyyən edilir ki, Televizor Sony KD-65X80L. 3100.00 AZN, Soyuducu LG GR-X29FTQEL 5000.00 AZN, X2 HJ 71VA İnverter 3100.00 AZN, Paltaryuyan AEG L8WBC61SR 2000.00 AZN dəyərində olan əşyaların Cavabdeh1 təhvil verilməsini sonuncu öz imzası ilə təsdiq etmiş, müqavilələri mübahisələndirməmişdir.
16. Apelly asiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi, habelə onun təminatı olan zaminlik və girov müqavilələri üzrə mülki məsuliyyət cavabdehlərə aid, girov predmetinə borcun yönəldilməsi isə iddiaçının hüquqlarına aiddir. Girov əşyalarını istehlak edən borcluya çatdırılmaması sübut edilmədiyindən kredit müqaviləsinin qüvvəsini və etibarlılığını şübhə altına alan dəlillər əsassızdır. Belə ki, cavabdeh kreditin iqtisadi dəyərini təşkil edən təhvil-təslim sənədi imzalamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin dəlilləri sübut edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.
17. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 269.9, 269.10, 285.1, 385.1, 421.1, 421.2,421.3, 448.1, 448.2, 448.3, 470.1, 472, 739.1, 739.2, 746-3.1, 746-3.2-ci, MPM-in 9.3, 77.1, 81, 82.1, 106.1 və 106.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 (Vəkill) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(103)- 4774/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “Məhkəmələr və haki mlər haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü, MPM-in 9, 88 və 217.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırlmışdır ki, apellyasiya instansiya məhkəməsi yalnız iddiaçının mənafeyinə xidmət edən hallara istinad etməklə, cavabdehin apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh israrla mübahisəli malların ona təhvil verilmədiyini, müqavilə bağlanan zaman həmin malların mağazada ümumiyyətlə olmadığını bildirsə də, məhkəmə guya üçüncü şəxs qismində cəlb etdiyi X4 məhkəmə iclasında iştirakını təmin etmədən, iş üzrə aydın olmayan mübahisənin əsasını təşkil edən halları araşdırmadan tələm-tələsik qərar çıxarmaqla ədalət mühakiməsi orqanı kimi vəzifələrinin layiqincə icrasını təmin etməmiş, apellyasiya instansiya tərəfindən işə yenidən baxılmasının vacibliyini heçə endirmişdir
20. Apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq qətnamə qəbul etməklə cavabdehin işə qərəzsiz, ədalətlə baxılmasını nəzərdə tutan məhkəmə müdafiəsi hüququnu heçə saymışdır. Belə ki, işdə sübuta yetirilməli olan hallar, hansıki mübahisənin həllində, işə mahiyyəti üzrə baxılmasında araşdırılması, tədqiq edilməsi mühüm olan hallar diqqətə alınmamış, əksinə iddiaçının irəli sürdüyü əsassız arqumentlərə istinad edilmişdir. Bu hal işə birtərəfli qaydada və lazımi qaydada araşdırma aparılmadan baxılmasına dəlalət edir
21. Məhkəmə iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş kreditin verilməsi ilə bağlı müqaviləyə əsasən cavabdehin borc öhdəliyinin yaranması faktını əsas kimi qəbul etmiş, qanunun tələbindən kənara çıxaraq iş üzrə zəruri olan halları araşdırmamışdır. Habelə, iş üzrə girov müqaviləsinin mövcud olmasına baxmayaraq, iddiaçının həmin müqavilə üzrə hüquqlarının realizəsini təmin etməməsi də məhkəmənin diqqətindən kənarda qalmışdır. Halbuki bu fakt iddiaçı ilə fərdi sahibkarın əlbir olmasına və malları cavabdehə faktiki olaraq təhvil vermədən, onun adından istifadə edərək pul vəsaitinin fərdi sahibkara ayrılmasına nail olunmasına dəlalət edir. Hazırda cavabdeh fərdi sahibkarın hesabına köçürülən pul vəsaitinin ödənilməsi ilə bağlı tələb ilə üz-üzə qalmaqla, həm sifariş etdiyi malları əldə edə bilməmiş, həm də əsassız olaraq pul tələbinə məruz qalmışdır. Odur ki, məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və prosessual qanunvericilyi kobud surətdə pozmuşdur.
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların həqiqiliyini əsaslandıra bilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Belə ki, Cavabdeh1 ilə X7 arasında əldə olunmuş razılığa əsasən, cavabdehin kreditlə Ağazadəyə məxsus mağazadan aldığı malların dəyərinin ödənilməsi üçün cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən kredit götürülməli, həmin kredit mağazaya ödənilməli və bunun qarşılığında müvafiq mallar ona çatdırılmalı idi. Cavabdehlə "xxxx" MMC arasında 27 oktyabr 2023-cü il tarixli, 78435-23741 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müq aviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədilə "xxxx" MMC, Cavabdeh1 və Khutsishvili Patima arasında 27 oktyabr 2023-cü il tarixli, 78435-23741+BAKU1-78437 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi 27 oktyabr 2023-cü il tarixli, 7843523741+C********** nömrəli girov müqaviləsi imzalanmışdır. 27 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi ilə 10.000 (on min) manat məbləğində kredit alınaraq birbaşa mağazanın hesabına köçürülmüş, lakin mağaza tərəfindən müvafiq mallar cavabdehə çatdırılmamışdır. Həmin dövrdə müqavilə üzrə cavabdehə təqdim edilməli olan mallar ümumiyyətlə mağazada mövcud olmamışdır. Apellyasiya instansiya məhkəməsi malların cavabdehə çatdırılması ilə bağlı hər hansı bir araşdı rma aparmadan, ümumiyyətlə qeyd olunan malların həqiqətən də mağazanın anbarında olub-olmamasını müəyyən etmədən hansı şəraitdə imzalandığı bəlli olmayan təhvil-təslim aktı ilə çatdırılmanın həyata keçirildiyi qənaətinə gəlmişdir. Halbuki, cavabdehin iddia tələbinə irəli sürdüyü etirazda da qeyd olunduğu kimi kredit mağazanın hesabına köçürülsə də, mallar cavabdehə çatdırılmamış, cavabdeh ona təqdim edilmiş kredit müqaviləsi və digər sənədlərlə birgə mahiyyətinə varmadan və mallar ona təhvil verilmədən təhvil-təslim aktını imzalamışdır. Hazırki iş üzrə məhkəmə tərəfin irəli sürdüyü mövqeyi sübut etməli olması ilə bağlı mülki qanunvericiliyin tələblərinə riayət etməmiş, qanun normalarının təfsirində kobud yanlışlığa yol vermişdir. Bu məqamda məhkəmə əgər malların həqiqətən çatdırıldığını he sab edirdisə, bunu əsaslandırmalı və yekun məhkəmə aktında yalnız sübuta yetirilmiş hallara istinad etməli idi. Digər tərəfdən malların çatdırılması ilə bağlı halların sübuta yetirilməsi üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş fərdi sahibkar X4 izahatı alınmadan, işə cəlb edilməsinin əhəmiyyəti nəzərə alınmadan qətnamə çıxarılmaqla işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir. Təəssüf ki, apellyasiya instansiya məhkəməsi bu hallara heç bir hüquqi münasibət bildirmədən ötəri qətnamə qəbul etməklə qərəzsiz və ədalətli məhkəmə anlayışını təhrif etmişdir. Deməli, hazırki işə baxılması zamanı kredit müqaviləsində bilavasitə adı qeyd olunan və pul vəsaitlərini şəxsən qəbul edən fərdi sahibkar X4 məhkəmə iclasında iştirakının təmin olunması, izahat ının alınması və buna müvafiq olaraq iş üzrə qərar qəbul edilməsi zəruri əhəmiyyət kəsb edir. Əks halda çıxarılan məhkəmə qərarı qanuni və əsaslı hesab edilə, mübahisəyə düzgün və hərtərəfli baxılması anlamına gələ bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayd a nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəy yənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
31. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Madd ə
472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
34. Maddə 746-3.1. İstehlakçı istehlak krediti müqaviləsi üzrə pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində heç bir səbəb göstərmədən istehlak krediti müqaviləsindən imtina edə bilər. Bu halda, istehlakçı müqavilə üzrə verilmiş pul vəsaitini və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəməlidir. Borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarının məbləği istisna olmaqla, istehlakçıdan kompensasiya və hər hansı digər ödənişlərin alınması yolverilməzdir.
35. Maddə 746-3.2. İstehlakçı bu Məcəllənin 746-3.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etdikdə, istehlak krediti müqaviləsi ilə bağlı borcverənlə və ya borcverənlə bağladığı müqavilə əsasında xidmət göstərən üçüncü şəxslə bağlanmış əlavə xidmət müqavilələrinə xitam verilir və istehlakçı həmin müqavilələr üzrə hər hansı öhdəlik daşımır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi borcun müəyyən edilməsi və borc məbləğinin Cavabdeh1 tutulması hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin malların çatdırılması ilə bağlı halların sübuta yetirilməsi üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş fərdi sahibkar X4 izahatı alınmadan, işə cəlb edilməsinin əhəmiyyəti nəzərə alınmadan qətnamə çıxarılmaqla işin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, iş materialları, o cümlədən apellyasiya instansiyası məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir.Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsində də nəzərdə tutulmuşdur ki, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada x əbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə hesab edir ki, apellyasiya məhkəməsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X4 izahatı alınmadan qətnamə qəbul etməsi prosessual hüquq normalarının pozuntusu kimi qəbul edilə bilməz.
50. Kollegiya bildirir ki, yoxlanılan hissə üzrə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi borcun müəyyən edilməsi və borc məbləğinin Cavabdeh1 tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2024-cü il tarixli 2(103)-4774/2024 nömrəli qətnaməsi borcun müəyyən edilməsi və borc məbləğinin Cavabdeh1 tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.