Məhkəmə qərarları › İş №2(102)-5140/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5140/2019

08.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5140/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, İddiaçı vəkili Muradov Altay Oqtay oğlunun, Cavabdeh vəkili Quliyev Nazir Nuruş oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(011)5439/2018 saylı qətnaməsi ilə (hakim İ.Abbasova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh iddiaçı X9 xeyrinə maddi zərərə görə 53000 man at, mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin tutulması, həmçinin iddia qısmən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyxxxx Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)-2232/2019 saylı qətnaməsi ilə (hakimlər: X.Sarıyev, E.Şamayev və Ş.Məhərrəmova) Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(011)-5439/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassxxxx şikayəti verərək Bakı Apellyxxxx Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)-2232/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi kimi 174000 manat məbləğində pulun, eyni zamanda tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ona vurulmuş mənəvi ziyanın kompensxxxxsı kimi 20000 manat pulun, ümumilikdə 194.030 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ilin fevral ayında əvvəllər tanıdığı Cavabdeh qardaşının problemləri olmasını deyərək ondan 20000 manat məbləğində borc almışdır. Aldığı borcu həmin ilin may ayınadək qaytaracağına söz versə də, borcunu qaytara bilməmiş, əvə zində özünə məxsus “xxxx” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Murtuza Muxtarov, L.Tolstoy, Z.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 14 mərtəbəli yaşayış binasındakı 149 kv.m sahəsi olan mənzilin ona satılmasını təkidlə xahiş etmişdir. Bundan sonra Cavabdeh sözügedən mənzili ona satacağına vəd verərək, 2010-cu ilin iyun ayından ondan əlavə 40000 manat məbləğində pul almış və evə görə ödəməli olduğu qalan vəsaitin 1 kv.m sahəsinin 800 manat hesabı ilə bina tikilinə qədər 1000-2000 manat ödəmə öhdəliyi əsasında ödəməsinə razılıq vermişdir. 2010-2015-ci illər ərzində tərəfindən sözügedən mənzilin onun adına rəsmiləşdirilməsi üçün Cavabdeh ümumilikdə 119000 manat məbləğində vəsait ödənilmişdir. 2016-cı ilin dekabr ayında Cavabdeh mənzilin sənədlərinin onun adına dəyişilməsi ü çün ondan əlavə olaraq 5000 manat məbləğində pul almışdır. 21 fevral 2017-ci il tarixdə Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizə ilə “xxxx” MTK-ya müraciət edərək, “xxxx” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Murtuza Muxtarov, L.Tolstoy Z.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 14 mərtəbəli yaşayış binasındakı özünün adına olan 140 kv.m sahəsi olan 34 saylı mənzilin dəyərinin tərəfindən ona tam şəkildə ödənildiyini göstərmişdir. Lakin bundan sonra da, Cavabdeh müxtəlif bəhanələrlə ona satdığı mənzili onun adına keçirməkdən imtina etmişdir. Bu səbəbdən də, tərəfındən müvafiq şikayət ərizəsi ilə Səbail rayon Prokurorluğuna müraciət edilmişdir. İş Səbail rayon Polis İdarəsində araşdırılarkən Cavabdeh ona mənzilə görə 124000 manat məbləğində pulu ödəmişdir. O, hesab edir ki, cavabdeh 2010-cu ildən 2016-cı ilədək ödədiyi vəsait hesabına qeyd etdiyi ünvanda yerləşən binadakı sahəsi 149 kv.m olan mənzil əldə edə bilərdi. Lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi müvafiq məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin onun vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. Hazırda Bakışəhəri, Murtuza Muxtarov, L.Tolstoy Z.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 14 mərtəbəli yaşayış binasındakı sahəsi 149 kv.m sahəsi olan mənzilin dəyərı 298000 manat təşkil edir. Belə olan halda aydın olur ki, cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmiş olsaydı, o, həmin ərazidə istədiyi mənzili almaq üçün indiki vəziyyətdə əlavə pul sərf etmək məcburiyyətində qalmazdı, yaxud cavabdehdən aldığı mənzili daha baha qiymətə sata bilərdi. G öründüyü kimi o, əlavə zərərə düşmüş, yaxud da əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Ona görə də, o, hesab edir ki, ona vurulmuş maddi zərərın əvəzi kımi 174000 manat (298000124000=174000) məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, o, cavabdehə pul verməklə özünün və yaxınlarının evə olan ehtiyacını ödəmək istəyirdi. Lakin pulu verdikdən sonra cavabdehin ona qarşı etdiyi hərəkətlər, onu müxtəlif üsul və vasitələrlə aldatması, ona qarşı saymazyana münasibət bəsləməsi, onu get-gələ salması və s. hərəkətləri onu mənən alçatmış, özünə etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Odur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həm də mənəvi zərər vurulmuşdur. Ona vurulmuş mənəvi ziyanı 20000 manat məbləğində qiymətləndirir. İş üzrə y uxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassxxxx şikayətinin dəlilləri: Cavabdeh kassxxxx şikayətini onunla əsaslandırmışdır ki, apellyxxxx instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyxxxx Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)-2232/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh vəkili Quliyev Nazir Nuruş oğlu kassxxxx şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassxxxx şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Muradov Altay Oqtay oğlu kassxxxx şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən sax lanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassxxxx instansiyası məhkəməsi apellyxxxx instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassxxxx şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassxxxx şikayəti təmin edilməməlidir. Apellyxxxx instansiyası məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında ilkin olaraq borc müqaviləsi bağlansa da, sonradan onlar qarşılıqlı razılıqla həmin borc müqaviləsi əsasında yaranmış tələbi mənzilin şıfahı alğı-satqısı müqaviləsı ilə əvəz etmışlər. Belə kı, cavabdeh məhkə məyə təqdım etdiyi etiraz ərızəsındə iddiaçı ilə dostluq münasibətlərində olduğunu, 2010-2015-ci illər ərzində 124000 manat pul vəsaitinın borc aldığını, sonra borcun müqabilində “xxxx” MTK ilə bağladığı müqavilə əsasında əldə etdiyi mənzıli ıddiaçının adına keçirilməsi ilə bağlı “xxxx” MTK-ya ərızə göndərdiyinı, daha sonra həmin ərızənin etibarsız hesab edilməsı ilə bağlı ərizə göndərdiyinı, iddiaçı prokurorluğa şikayət etdikdən sonra ona 124000 manat pul qaytardığını etiraf etmişdir. Mülki işdə olan qətnamələr və tərəflərin izahatları ilə təsdiq edilir kı, cavabdeh iddiaçıdan 119000 manat borc almış, sonra borcun müqabilində “xxxx” MTK ilə bağladığı müqavilə əsasında əldə etdiyi mənzili iddiaçıya satmağı vəd etmiş, bununla bağlı onun arvadı X5 adına etibarnamə vermiş, sonradan etibarnamə ni ləğv etmişdir, həmçinin “xxxx” MTK ilə bağladığı müqavilə əsasında əldə etdıyı mənzili iddıaçının adına keçirilməsı ilə bağlı iddiaçıdan əlavə 5000 manat almış və “xxxx” MTK-ya ərızə göndərmış, sonradan həmin ərizənin etıbarsız hesab edılməsı ilə bağlı “xxxx” MTK-ya ərızə göndərmişdır. İşin bu halı cavabdehin məhkəməyə təqdim etdıyi etiraz ərizəsində əksini tapmışdır. Belə ki, cavabdeh ərizədə qeyd etmışdir kı, həmin mənzilin Akifin ailəsinın külli mıqdarda borclu olduğu şəxslər tərəfındən satdırılıb əldə olunan bütün vəsaitin öz aralarında borc əvəzi kimi bölüşdürülməsı planının olmasını bilib etibarnaməni ləğv etmışdir. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəfindən 124000 manat 07 aprel 2018-ci il ıl tarixdə iddiaçının şıkayət ərizəsi üzrə Səbail rayon Pol ıs İdarəsinin İstintaq şöbəsində araşdırma aparıldığı vaxt qaytarılmışdır. İşdə olan X2 tərəfindən verilmış ərizənin surətindən görünür ki, X3 bildırmişdir ki, 26 oktyabr 2016-cı il tarıxdə satıcı Cavabdeh və alıcı X10 arasında "xxxx" MTK-nın Bakı şəhəri, Murtuza Muxtarov, L.Tolstoy, Z.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsində inşa etdiyi bınadan sahəsi 149.0 kvadrat metr olan mənzilin alqı-satqısı barədə müzakirələrində dəvətli olaraq iştirak etmiş, tərəflər imzaları ilə təsdiq etmişlər ki, şifahi razılaşma əsasında 2010-2015-cı illər ərzində ərizəyə əlavə edilmiş cədvəl üzrə X11 həmin cədvələ uyğun olaraq nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh ödəmişdir. Tərəflərlə bərabər o, da faktiki cədvəl üzrə razılaşmanı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan cədvəldən görün ür ki, İddiaçı 03 iyul 2015-ci il tarixə qədər ümumilikdə 119000 manat məbləğində pul vəsaiti ödənilmişdır İşdə olan Cavabdeh tərəfindən verilmış ərizənin surətindən görünür ki, Cavabdeh “xxxx” MTK tərəfindən Bakı şəhəri, Murtuza Muxtarov, L.Tolstoy, Z.Tağızadə və Zərgərpalan küçəsində yerləşən sahəsi 0,5388 kv.m təşkil edən 252 saylı məhəllədə inşa edilən 14 mərtəbəli binada onun adına 10 mart 2004-cü il tarıxli müqavilə ilə qeydiyyata alınmış 4 otaqlı, 140 kv.m sahəsı olan 10-cu mərtəbədə yerləşən 34 saylı mənzili müqaviləsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etməmişdır. Eyni zamanda qeyd edilmişdır ki, mənzilin dəyəri ona tam olaraq ödənilmişdir. Adıçəkilən mənzilin müqaviləsinin dəyişdirilməsilə onun adına yeni müqavilə verilməsinə, onun tərəfindən özünküləşdirilməsinə və ya d igər şəxsin adına qeydiyyata alınmasına nə indi, nədə gələcəkdə iddiası, şikayətı və tələbi olmayacaqdır. İşdə olan Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş Daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsı barədə arayışdan görünür ki, Bakı şəhəri, Murtuza Muxtarov, L.Tolstoy, Z.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəkı 252 saylı məhəllə və yaxın ətraf ərazıdə inşa edilmiş 14 mərtəbəli yaşayış binalarında 149,0 kv.metr sahəsi olan təmirsız mənzillərin orta bazar dəyərı 298000 manat təşkil edir. İşdə olan 10 mart 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, “Payçı” adlandırılacaq "xxxx" MTK-nın üzvü Cavabdeh ilə "Sifarışçi" adlandırılacaq “xxxx” MKT, Kooperatıvin Nizamnaməsinə əsasən fəaliyyət göstərən onun İdarə heyətinin sədri A.Mədətovun şəxsində və digər tərəfdən is ə “Podratçı” adlandırılacaq “xxxx” MMC-sı arasında müqavilə bağlanmış, bu müqaviləyə görə Podratçı Bakı şəhəri, M.Muxtarov, L.Tolstoy, Z.Tağızadə və Zərgərpalan küçəsində yerləşən sahəsi 0,5388 kv.m təşkil edən 252 saylı məhəllədə Sifarişçi üçün 14 mərtəbəli yaşayış binalarının tikintisini həyata keçırməyi, Sifarışçi isə tikintinin dəyərini və tikinti ilə bağlı Podratçının çəkdiyi dıgər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş Daşınmaz Əmlakm Qiymətləndırılməsi barədə Hesabatdan görünür ki, Bakı şəhəri, Murtuza Muxtarov, L.Tolstoy, Z.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 14 mərtəbəli binanın 34 saylı mənzılinin 05 oktyabr 2018-ci il tarixinə bazar dəyəri 230000 manat- 252000 manat arasında təşkil edir. İşdə olan Bakı şəhəri, Xətai rayon M əhkəməsinin 2(011)-11066/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 Cavabdeh və qeyrisinə qarşı Cavabdeh tərəfindən “xxxx” MTK-ya ünvanlanan 41 saylı notariat kontorunun 7E-803 reyestri ilə təsdiq edilmış 21.02.2017-ci il tarixli ərizənin mənzil satılmasına dair ilkin müqavilə hesab edilməsi, 41 saylı notariat kontorunda 7-E-6021 reyestrlə 26.09.2017-cı il tarıxdə təsdıqlənmiş ərizə ilə Cavabdeh bütün səlahiyyətli orqanlara 41 saylı notariat kontorunun 7E-803 reyestrı ilə qeydə alınmış 21.02.2017-cı il tarixli ərizənin etibarsız hesab edilməsi, Cavabdeh üzərinə 21.02.2017-ci il tarixlı müqavilə xarakterli ərizə əsasında 10.03.2004-cü il tarixli müqavilə ilə 4 otaqlı 140 kv.m sahəsi olan mənzilin və ya o dəyərdə olan dıgər ona məxsus mənzilin iddiaçıya təhvil verilməs i öhdəliyinin qoyulması tələbinə dair iddiası rədd edilmişdır. Göründüyü kimi, sözügedən mülki iş üzrə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” MTK-ya qarşı olan tələbləri ilə hazırki iş üzrə İddiaçı eyni cavabdehə qarşı iddia tələbləri fərqli olmaqla iddianın mahiyyəti maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə olmuşdur. Belə olan halda cavabdeh tərəfin “məhkəmənin iddianı yolverilməz iddia kimi qəbul etməkdən imtina etməli olduğu” barədə kassxxxx şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən s übut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd o lunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə, faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülk i qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv h ədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. Mülki prosessual qanunvericilikdə məhkəmənin hüquqi mövqeyinin preyudisiallığı, yaxud məhkəmə aktlarının presedent əhəmiyyəti nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyxxxx Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3142/2018 saylı, 18 aprel 2018-cı il tarıxli qətnaməsi və Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-11066/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsində tərəflər arasında qeyd edilən mənzil və ya hə r hansı bir başqa mənzilə dair öhdəliyin əmələ gəlməsi ilə bağlı müqavilə olmamasının qeyd edilməsi işə baxan məhkəmələrin hüquqi mövqeyidir ki, bu mövqeyin preyudisiallığı, yaxud sözügedən məhkəmə aktlarının presedent əhəmiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna görə də apelyxxxx instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsini hazırki mübahisəyə tətbiq etməməkdə haqlı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Xətai rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsinə nəzər yetirildikdə də görünür ki, məhkəmə tərəfindən yalnız irəli sürülmüş tələblərə münasibət bildirilmiş, tərəflər arasında hansı münasibətlərin olması, İddiaçı tərəfindən Cavabdeh pulun verilib-verilməməsi, pulun hansı məqsədlə verilməsi və s. məsələlərə hər han sı bir hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassxxxx şikayətinin əsas dəlili kimi iddiaçının ona verdiyi pulun mənzil almaq üçün deyil, borc olaraq verməsinə əsaslanması onun subyektiv mülahizəsi kimi qiymətləndirilir. Belə ki, işin materiallarından mübahisəsiz olaraq müəyyən edilir ki, tərəflər arasında mənzil verilməsinə dair öhdəliyin əmələ gəlməsi ilə bağlı müqavilə olmamasına baxmayaraq cavabdehin istər birinci instansiya məhkəməsində verdiyi etirazında, istərsə də, apellyxxxx instansiyasında faktiki olaraq 2014-cü ildə və 2017-ci ildə cavabdeh və onun arvadı tərəfindən iddiaçıya və onun arvadına iki ayrı-ayrı mənzilin baş etibarnamələr verməsi faktı cavabdehin iddiaçıdan aldığı pulların qarşılığında həqiqi niyyətinin nədən ibarət olmasını açıq-aşkar büruzə verir. Cavabdehin bu etibarnamə ilə iddiaçı və ya onun arvadının adına verildiyi halda etibarnamələrdə qeyd edilən mənzilləri nə öz mülkiyyətinə, nə də başqasının mülkiyyətinə keçirməmələrinin göstərməsi bu qənaətə gəlməyə əsas verir ki, iddiaçı ona verilən etibarnamələrdən sərbəst və maneəsiz olaraq istifadə edərək həmin mənzil (və ya mənzillər) üzərində sərəncam verdiyi halda cavabdeh buna etiraz etməyəcəkdi və yaxud bu etibarnamə əsasında bağlanmış əqdləri mübahisələndirmək hüququndan istifadə edə bilərdi. İddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdehə 2010-cu ildən 2016-cı ilədək ödədiyi vəsait hesabına qeyd etdiyi ünvanda yerləşən binadakı sahəsi 149 kv.m olan mənzil əldə edə bilərdi, yəni, həmin vəsaitdən faydalana bilərdi. Tələbdə həmçinin göstərilmişdir ki, cavabdehin üzərin ə götürdüyü öhdəliyi icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin onun iddiaçıya vurduğu digər zərərləri ödəmək vəzifəsini də əmələ gətirmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. İş materiallarından görünür ki, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş “Daşınmaz Əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışdan da görünür ki, hazırda Bakı şəhəri, M.Muxtarov, L.Tolstoy, Z.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 14 mərtəbəli yaşayış binasın dakı sahəsi 149 kv.m sahəsi olan mənzilin dəyəri 298000 (iki yüz doxsan səkkiz min) manat təşkil edir. Belə olan halda aydın olur ki, cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmiş olsaydı, iddiaçı həmin ərazidə istədiyi mənzili almaq üçün indiki vəziyyətdə əlavə pul sərf etmək məcburiyyətində qalmazdı, yaxud cavabdehdən aldığı mənzili daha baha qiymətə sata bilərdi. Göründüyü kimi iddiaçı əlavə zərərə düşmüş, yaxud da əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Ona görə də iddiaçı hesab etmişdir ki, ona vurulmuş maddi zərərin əvəzi kimi 174.000 (yüz yetmiş dörd min) manat (298.000-124.000= 174.000) məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. İş materiallarında Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisinin adına yazılmış 07.04.2018-ci il tarixli ərizəni n məzmunundan göründüyü kimi, həmin ərizədə Səbail rayon Polis İdarəsinin İŞ-də aparılan araşdırma zamanı Cavabdeh barəsində yazmış olduğu ərizə əsasında başlanılmış araşdırmanın dayandırılması, iddiaçının cavabdehə qarşı heç bir şikayəti və tələbinin olmamasını göstərilməsi, sonuncunun cinayət məsuliyyətindən azad edilməsi məqsədilə verilmişdir. Kollegiya qeyd edir ki, cinayət mühakiməsi qaydasında araşdırılan iş üzrə verilən ərizə, ərizə müəllifinin onun hüququnu pozmuş və ya pozmaqda davam edən şəxsə qarşı mötəbər və tutarlı sübutlar qarşılığında mülki məsuliyyətə cəlb edilməməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedıkdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdıyı və ya çəkməli olduğu x ərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektıv hüququnu pozur Bununla yanaşı mülkı hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsu liyyətin həcmini müəyyənləşdirmək olmur. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs y alnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas X1” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzə rə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 449.3-cü maddəsinə görə əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Mülki Məcəllənin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildi rsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Mülki Məcəllənin 459.7-ci maddəsinə əsasən zərərin həcmi müəyyənləşdirilərkən öhdəliyin lazımınca icrası barəsində kreditorun mənafeləri də nəzərə alınmalıdır. Zərərin həcminin müəyyənləşdirilməsi üçün müqavilənin icrası yeri və vaxtı da nəzərə alınmalıdır. Mülki Məcəllənin 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nın 41-ci maddəsin ə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb ola n istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyxxxx instansiyası məhkəməsi iş üçün əhəmiyyəti olan bütün halları araşdıraraq iddiaçıya cavabdeh tərəfindən maddi zərər vurulması fa ktının mövcud olması ilə yanaşı ona həmin zərərin vurulmasında özünün də müəyyən mənada təqsiri olmasını düzgün vurğulamış və buna görə də ədalətlilik və ağlabatanlılıq prinsiplərindən çıxış edərək maddi zərərin 53000, mənəvi zərərin isə 5000 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyxxxx məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassxxxx şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassxxxx şikayəti təmin edilməsin. Bakı Apellyxxxx Məhkəməsi Mülki Kollegiyasının 27 fevra l 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar