Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5140/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli, 2(106)-51/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qəbulu məsələsinə baxılması barədə Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-69/2018 saylı 14 sentyabr 2018-ci il tarix li qətnaməsi ilə (hakim M.Ə.Rzayev) iddia qismən təmin ediərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 12 avqust 2013-cü il tarixli, *** saylı kredit razılaşması üzrə 53.834,25 ABŞ dolları məbləğində kredit borcu, 14.941,71 ABŞ dolları məbləğində faiz borcu və 10.000 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 78.775,96 ABŞ dolları məbləğində borcun, 28 fevral 2014-cı il tarixli, 08R000017042 saylı kredit razılaşması üzrə 21.816,05 ABŞ dolları məbləğində kredit borcu, 5.772,85 ABŞ dolları məbləğində faiz borcu və 4000 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 31.588,90 ABŞ dolları məbləğində borcun, hər iki kredit razılaşması üzrə ümumilikdə 110.364,86 ABŞ dolları kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yön əldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutularaq «xxxx» QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulacaq 110.364,86 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada «xxxx» QSC-nin xeyrinə tutulmalı olan cəmi 110.364,86 ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı üzrə tutmanın «xxxx» QSC qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh 1 məxsus Lənkəran şəhəri, X1 küçəsində 0.10 ha torpaq sahəsi ilə birlikdə 35 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Lənkəran şəhəri, X1 küçəsində 0.10 ha torpaq sahəsi ilə birlikdə 35 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 115.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması və iddiaçı «xxxx» QSC-yə təhvil verilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pulun iddiaçıya aid edilməklə iddiaçı “xxxx” QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnam ədən Cavabdeh2 verdiyi apelyasiya şikayətində qətnamənin ona münasibətdə ləğv edilməsini və ona qarşı yönəldilmiş tələbin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli, 2(106)51/2020 saylı qətnaməsi ilə (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), F.K.Soltanov və İ.H.Əhmədov), Cavabdeh2 apelyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-69/2018 saylı 14 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 (apelyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının h akiminin kassasiya şikayətinin icraata qəbul olunması haqqında 15 sentyabr 2020ci il tarixli qərardadı ləğv olunmalı və iş Cavabdeh1 kassasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsini müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən müzakirə olunmadan ha zırkı kassasiya şikayətinə məhkəmə iclasında baxıla bilməz və ona görə də icraata qəbul qərardadı ləğv olunaraq Cavabdeh1 kassasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün iş materialları Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 411, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin müraciəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli, 2(106)51/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin 15 sentyabr 2020-ci il tarixli, 2(102)-5140/2020 saylı qərardadı ləğv edilsin və iş Cavabd eh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5140/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5140/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver