Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5141/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, İddiaçı vəkili Əhmədov Əjdər Sultan oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(009)-491/2018 saylı qətnaməsi ilə (hakim N.Bağırov) iddia tələbi təmin edilərək, 23000 manat məbləğində pulun və həmin məbləğə illik 7% dərəcəsi ilə hesablanmış 1610 manat məbləğində zərərin ( əldən çıxmış faydanın) əvəzi, ümumilikdə isə 24610 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı Şamil oğluna verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2(103)-409/2019 saylı qətnaməsi ilə (hakimlər: X.Sarıyev, M.Məmmədov və Ə.Qasımov) Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(009)-491/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 320 manat pulun Cavabdeh tutulması qət edilmşidir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2(103)-409/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı-Cavabde h qarşı “borcun tutulması və vurulmuş ziyanın əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23000 manat məbləğində borclu olduğu pul məbləğinin və vurulmuş maddi zərərə görə 1610 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh özünə mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 12 sot torpaq sahəsini satmaq istədiyini və satışa qoyduğunu bildirmişdir. O, torpaq sahəsi almaq istədiyindən onunla torpağın alğı-satqısı barədə razılaşmışdır. Cavabdeh ona satacağı 12 sot torpaq sahəsini yerində göstərmişdir. Torpaq sahəsinə o yerində baxıb qiymətinə və alğı-satqı qaydalarına dair razılığa gəlmişlər. Cavabdehlə razılaşmışlar ki, torpaq sa həsini 43000 manata satacaq. Torpaq sahəsinin dəyəri olan 43000 manat pulu hissə-hissə ödəcəyinə razılaşmışlar. O, ilkin ödənişi etdikdə torpaq sahəsini istifadə etməsi üçün ona verəcəkdir. 12 sot torpaq sahəsinin dəyəri 43000 manatı tam ödədikdə isə torpaq sahəsini alğı-satqı yolu ilə onun adına sənədləşdirəcəkdir. 12 sot torpaq sahəsini almaq üçün 07.09.2008-ci il tarixdə 7000 manat, 28.09.2008-ci il tarixdə 2500 manat, 31.10.2008-ci İl tarixdə 500 manat, 06.12.2008-ci il tarixdə 2000 manat, 14.12.2008-ci il tarixdə 2000 manat, 29.12.2008-ci il tarixdə 2500 manat, 28.02.2009-cu il tarixdə 3000 manat, 18.03.2009-cu il tarixdə 1000 manat, 29.03.2009-cu il tarixdə 2000 manat, 30.04.2009-cu il tarixdə 2000 manat, 07.05.2009-cu il tarixdə 2000 manat, 30.05.2009-cu il tarixdə 3000 manat, 28. 06.2009-cu il tarixdə 3000 manat, 10.01.2010-cu il tarixdə 3500 manat, 09.03.2010-cu il tarixdə 2500 manat, cəmi 43000 manatı cavabdehə ödəmişdir. Pulu ödəyib qurtarandan sonra alğı-satqı müqaviləsi bağlamalarını x3a təklif etmişdir. x3 ona bildirmişdir ki, sənədləri düzəldir, sənədlər hazır olanda alğı-satqı müqaviləsi bağlayacaqlar. O, x3a inandığı üçün onunla razılaşmışdır. Həmin vaxtdan sonra x3 onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Torpaq sahəsini adına sənədləşdirməkdən yayınırdı. 01.10.2012ci il tarixdə ondan 300 manat qaz pulu ödənilməsi üçün, 01.11.2016-cı il tarixdə 200 manat sənədlər alması üçün, 26.08.2017-ci il tarixdə 600 manat bağa rüsum ödənilməsi üçün ondan pul almışdır. Cavabdehə 12 sot torpaq sahəsi almaq üçün 44100 manat pulu ödəmişdir. O, razılaşdıqları 12 so t torpağın dəyəri olan 43000 manat pulu cavabdeh 09.03.2010-cu il tarixdə ödəyib qurtarmışdır. Sonra ona məlum olmuşdur ki, cavabdeh ona satacağı 12 sot torpaq sahəsinin bir hissəsini onun tanımadığı bir şəxsə satmış və ondan da pul almışdır. O, ondan pulunun qaytarılmasını tələb etməyə başlamışdır. Cavabdeh ona pulunun olmadığını, özündə olan torpaqları satıb pulunu ödəyəcəyini bildirmişdir. Cavabdeh onu aldadaraq pulunu əlindən aldığını ona satacağını söz verdiyi torpaq sahəsinin bir hissəsini satıb pulunu aldığını bildiyi üçün və torpaq sahəsini ona satmaqdan yayındığından 24.10.2016-cı il tarixdə cavabdeh, o, oğlu Abbasov Orxan razılığa gəlmişlər ki, torpağın 06 sotuna kupça çıxararaq ona satacaq, özünə qalmış 06 sot torpaq sahəsini satıb onun 43300 manat pulunu qaytaracaq. Həmin vaxtd an uzun müddət keçdiyindən Cavabdeh torpaq sahəsini adına sənədləşdirmədiyindən, torpağı satıb pulunu ödəmədiyindən, o, Daxili İşlər Nazirliyinin ünvanına şikayət ərizəsi yazmışdır. Həmin vaxt Cavabdeh torpaq sahəsinin bir hissəsinin adına sənədləşdirəcəyini vəd etmişdir. 27 avqust 2017-ci il tarixdə cavabdeh Sumqayıt şəhəri, Corat bağları 1864 ünvanda yerləşən, mülkiyyətində olan ümumi sahəsi 0,1327 torpaq sahəsinin 0,0527 ha sahəsini onun oğlu x1 adına Sumqayıt şəhəri, 4 saylı notariat kontorunda alğı-satqı müqaviləsi əsasında sənədləşdirmişdir. Torpaq sahəsi üçün ödədiyi 43300 manat pulun 20000 manatının torpağın verilməsi ilə razılaşmışlar. Aldadıb aldığı pulun 23000 manatı qısa müddətdə ödəyəcəyini bildirmişdir. İndi isə onda olan məlumata görə və özünün bildirdiyinə görə torpaq sahəs ini satmaq və harasa köçmək istəyir. Cavabdeh ona torpaq sahəsi satacağı adı ilə aldığı pulu qaytarmaqdan yayınır. O, ona dəfələrlə təklif etmişdir ki, borclu olması barədə notariat kontoruna getsinlər, ona borclu olması barədə müqavilə versin. Cavabdeh borclu olmasını sözlə ifadə etsə də, bir sənəd verməkdən imtina etmişdir. Bundan başqa qeyd edir ki, cavabdeh ona məxsus 43300 manat puldan istifadə etməsinə görə vurulmuş maddi zərər illik 7% dərəcəsi ilə hesablandıqda bir illik vurulmuş zərər 3031 manat təşkil edir. Cavabdehdən 23000 manat və vurulmuş maddi zərərə görə illik 1610 manat məbləğində pul tələb edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2(103)-409/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı Şamil oğlunun vəkili Əhmədov Əjdər Sultan oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ilə X3 arasında bağlanılmış və Sumqayıt şəhər 4 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 27.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 1864 ünvanında yerləşən, ümumi sahəsi 0,1327 ha olan torpaq sahəsinin 0,0527 ha hissəsini Orxan Abbasova satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX t ərəfindən verilmiş RX №1134253 seriyalı çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 1864E saylı, sahəsi 0,0527 ha olan torpaq sahəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 16.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşən və cavabdehə məxsus torpaq sahəsinin alğı-satqısı ilə bağlı 2008-ci il tarixdə razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən iddiaçı cavabdehə məxsus torpaq sahəsinə görə hissə-hissə ona pul ödəməyi öhdəsinə götürmüş, cavabdeh isə pul tam ödənildikdən sonra torpaq sahəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh alqı-satqının predmeti olmuş torpaq sahəsinin ölçüsünün 6 sot olmasını iddia etsə də, bu hal öz təsdiqini tap mamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi yuxarıda göstərilən həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Av ropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. İşdə olan cavabdehin etirafedici izahatı ilə iddiaçı tərəfindən ona 40000 manat məbləğində pulun verilməsi faktı öz təsdiqini tapmışdır. Lakin cavabdeh 40000 manat məbləğində pulun məhz 6 sot torpaq sahəsinin alqı-satqısı ilə bağlı ona verildiyini göstərsə də, məhkəmə kollegiyası cavabdehin bununla bağlı dəlillərini əsaslı hesab etməmişdir. Belə ki, məh kəmə alqı-satqının predmeti olmuş torpaq sahəsinin yerləşmə zonasını (Sumqayıt şəhərinin Corat qəsəbəsi olduğunu), satılmış torpaq sahəsində hər hansı tikilinin (yaşayış evinin) olmamasını, torpağın alğı-satqısı ilə bağlı razılaşmanın 2008-ci ildə olmasını nəzərə alaraq hesab edir ki, 6 sot torpaq sahəsinin dəyərinin 40000 manat (bir sot üçün 6666 manat) olması ağlabatan deyil. İşdə olan “xxxx” MMC-nin 22.01.2019-cu il tarixli, 22/01-19 saylı məhkəməqiymətləndirmə rəyinə əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin təklif olunan real bazar qiyməti 2008-ci ildə 0,1ha 3500-3800 manat arasında təklif olunmuş və bu hesabda (0,12 ha x 3600 manat) 43200 manat civarında olması müəyyən edilmişdir. 2017-ci ilin iyul-avqust aylarında (0,0527h a x 5500 manat) 28900,0 manat civarında olduğu, bu torpaqların 2018-ci ilin dekabr ayında bazar qiymətinin 6500-7000 manat təklif olunduğu nəzərə alınaraq (0,0527ha x 6800 manat) 35800 manat təşkil etdiyi müəyyən olunur. Qeyd olunan rəydən də göründüyü kimi, tərəflər arasında razılaşma olan vaxtı torpaq sahəsinin 0,12 ha torpaq sahəsinin qiyməti 43200 manat civarında olmuşdur. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya qəbz verilməsi ilə bağlı gətirdiyi dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər də öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəmələrə belə bir qəbzin olmasını təsdiq edəcək hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə torpağın alğısatqısına dair razılaşmanın olması və onun tərəfindən cavabdehə 43000 manat məbləğində pulun verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməsə də, iddiaçı tərəfindən cavabdehə 40000 manat məbləğində pulun ödənilməsi cavabdehin öz etiraf ilə təsdiqini tapmışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyin qismən icra edilməsi müəyyən edildiyindən, iddiaçı cavabdeh tərəfindən öhdəliklərin qismən icra edilməsi ilə əlaqədar 23000 manat məbləğində pulun tutulması ilə bağlı iddia qaldırmaqda tam haqlı olmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsas borc məbləğinə illik 7% dərəcəsi ilə hesablanmış 1610 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin tutulması hissəsi də düzgün olaraq təmin edilmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəl iyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə bor clu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.” Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliy inin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (www.cbar.az) aydın olur ki, 2017-ci və 2018-ci illər üzrə müəyyən edilmiş bank uçot dərəcəsi dəyişərək müvafiq aylar üzrə 10-15% təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 23000 manat məbləğində pulun qaytarılması üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən (alğı-satqı müqaviləsinin bağlandığı 27.08.2017-ci il tarixindən) sonrakı tarixədək olan dövr üçü n əsas borca 1015% təşkil faiz dərəcəsindən daha aşağı faiz, yəni 7% məbləği hesablanmaqla, əldən çıxmış faydaya görə 1610 manat məbləğində zərərin əvəzinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının oğlu Orxan Abbasovla Cavabdeh arasında 27.08.2017-ci il tarixdə torpağın alğı-satqısı ilə bağlı müqavilə bağlanılmış, cavabdeh mülkiyyətində olan 0,0527 ha torpaq sahəsini O.İddiaçı satmış və 16.09.2017-ci il tarixdən etibarən torpaq sahəsi sonuncunun mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında torpağın alğı-satqı ilə bağlı razılaşma 2008-ci ildə olsa da, cavabdeh tərəfindən həmin razılaşma 2017-ci il tarixdə qismən icra edilmişdir. Bununla da cavabdeh iddiaçı qarşısında öhdəliyin olmasını etiraf etmişdir. Bu səbəbdən iddia müddətinin 2017-ci ildə axımı yenidən başlanılmışdır. Belə olan halda cavabdeh tərəfindən hazırki münasibətlərə iddia müddətinin tətbiq edilməsi barədə vəsatəti düzgün olaraq əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normal arı düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5141/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5141/2019
08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver