Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5141/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5141/20 (Açar sözlər:kreditin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, dəbbənin yüksək hesablanması) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-64/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 oğlunun kassasiya şikayətinə 02 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. «xxxx» QSC ilə Cavabdeh1 oğlu arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 06L000003093 saylı kredit xətti müqaviləsinə əsasən, sonuncuya 120 (yüz iyirmi) ay müddətinə, 200000 ABŞ dolları məbləğində kredit xətti açılıb. 2. “xxxx» QSC ilə Cavabdeh1 oğlu arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 06R000012983 saylı kredit razılşmasına əsasən sonuncuya aylı q 1,5 faizlə 120000 ABŞ dolları məbləğində kredit verilib.
3. Cavabdeh3 və Cavabdeh4 xx.xx.2011-ci il tarixli 06S000006287 saylı və xx.xx.2013-cü il tarixli 06S000013320 saylı zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərə zamin durmuşlar.
4. Kredit müqaviləsini təminatı kimi Cavabdeh1 xx xxxxx 2011-ci il tarixli 06M00000628 sayl və xx xxxxx 2011-ci il tarixli 06M000000636 saylı ipoteka müqavilələri ilə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binası və Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilib. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı «xxxx» QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət edib.
6. İddiaç iddia ərizəsində aşağıdakı tələblər barədə qətnamə çıxarılmasını xahiş etmişdir: - cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 06R000012983 saylı kredit razılaşması üzrə 83756.03 ABŞ dolları məbləğində əsas, 17254.68 ABŞ dolları məbləğində faiz və 85425.23 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 186436.24 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması; - tələbin Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 42.1 kv.m ümumi sahədən ibarət 11 nömrə li qeyri-yaşayış binasına, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində mülkiyyətdə olan 0.064 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 4 otaqlı,106.6 kv.m yaşayış, 257.3 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; - həmin qeyri-yaşayış binasının və fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə açıq hərracdan satılması, ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-nin borcunun ödənilməsi; - hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutulması; - Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 42.1 kv.m ümumi sahədən ibarət 11 nömrəli qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaka istifadə hüququnun itirilməsi, qeyriyaşayış binasının və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi; - Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində mülkiyyətdə olan 0.064 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 4 otaqlı,106.6 kv.m yaşayış, 257.3 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, X1 və Cavabdeh7 həmin evə istifadə hüququnun itirilməsi,onların həmin evdən çıxarılması fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 06R000012983 sayı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 120000 ABŞ dolları məbləğində kredit götürüb. Tərəflərin imzaladılqları xx.xx.2015-ci il tarixli 06R000012983S saylı, xx.xx.2015-ci il tarixli 06R000012983SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
8. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krediti və faiz borcunu xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317.1, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, 501-ci, “İpoteka haqqında” Qanunun 34.1.1-34.1.3, 39.3 və 59.3-cü maddələrinə istinad etmişdir.
10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndələri ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekpertiza tə yin edilməsi barədə vəsatət veriblər.
11. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadı ilə ipoteka predmetlərinin qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilmişdir 12. “xxxx” MMC-nin xx xxxxx 2017-ci il tarixli rəyində Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binası 170000 manat, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evi 350000 manat qiymətləndirlimişdir.
13. İddiaçının nümayəndəsi vəsatət verərək, qiymətləndircinin rəyi ilə razı olmadığı üçün ipoteka predmetlərinin təkrar qiymətləndirilməsini xahiş etmişdir.
14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndələri iddia tələbini qismən, əsas və faiz borcu hissəsində qəbul etdiklərini, ipoteka predmetinə qoyulmuş qiymətl ə razı olduqlarını bildirmiş, eyni zamanda hesablanmış dəbbə pulu hissəsində köməklik göstərilməsini xahiş etmişlər.
15. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-920/2017 nömrəli, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 83756.03 ABŞ dolları əsas borc, 17254.68 ABŞ dolları faiz borcu, 10.000 ABŞ dolları dəbbə pulu, cəmi 111010.71 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının alınaraq iddiaçı“xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh 1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış binasına (ilkin satıl qiyməti 170000 manat müəyyən edilməklə) və Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşayış evinə (ilkin satış qiyməti 350000 manat müəyyən edilməklə) yönəldilməsi, həmin qeyri yaşayış binası və fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 106010.71 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının həmin əmlakların satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, ipoteka predmetləri Cavabdeh1 mülkiyyətində olan Gənc ə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış binasına və Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyri-yaşayış binasına və Cavabdeh1, Cavabdeh5, X2 və Cavabdeh7 fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin qeyri-yaşayış binası və fərdi yaşayış evindən çıxarılmaları və əmlakların boşaldılıb “xxxx” QSC-yə təhvil verilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 nmüştərək qaydada tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. (hakim Akif Eyvazo v)
16. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, etmişdir ki, borclu Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyini pozub, ödənişləri vaxtlı-vaxtında etməyib.
17. Məhkəmə hesab edib ki, borclu Cavabdeh1 kerdit müqaviləsindən irəli gələn öhdəliklər üzrə borcun ödənilməsi müddətini ardıcıl olaraq pozduğu üçün iddiaçının (ipoteka saxlayanın) ipoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ yaranıb.
18. Məhkəmədə müəyyən edilib ki, Cavabdeh1, Cavabdeh5, X2 və Cavabdeh7 Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşayış evində yaşayırlar.
19. İşin müəyyən edilmiş hallarına uyğun olaraq birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.
20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 269.4, 317.1, 319.1, 319.6, 385.1, 425.1, 442, 443.1, 448.1, 458.1, 467, 470.1, 472.2 739-cu, “İpoteka haqqında” Qanunun 6.1, 34.1.1, 36.1, 36.3, 39.3.3 və 59.3.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh (borclu, ipotekaqoyan) Cavabdeh1 apelyasiya şikayəti verib, faiz borcunun ekspertiza rəyinə əsasən hesablanması, hesablanmış 10000 ABŞ dolları dəbbə pulunun silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, krediti götürülən zaman dolların kursu 0,78 manat təşkil edirdi. Həmin vaxtı krediti rahat vaxtında ödəmişdir. Yaranmış devalvasiya ilə əlaqədar müqavilə öhdəliyini qrafik üzrə ödəyə bilmədiyini bildiyi halda bank məhkəməyə gec müraciə t edərək faiz və dəbbə pulunu suni surətdə şişirtmişdir. Birinci instansiya məhkəməsi isə buna tənqidi yanaşmamışdır.
23. Birinci instansiya məhkəməsinin qətnaməsi 10000 manat dəbbə pulunun ondan tutulması hissəsində də əsassızdır. Məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən həmin borcun ondan tutulmasını qət etmişdir.
24. Həmçinin iddiaçı “xxxx” QSC (nümayəndəsi X3) qətnamənin ipoteka predmetlərinin qiyməti hissəsindən apelyasiya şikayəti verib, qiymətin təkrar ekspertiza keçirilməklə müəyyən edilməsini xahiş etmişdir.
25. İddiaçının apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə qətnamədə “xxxx" MMC-nin xx.xx.2017-cı il tarixli, 154 və 154/1 saylı rəyini əsas tutaraq ipoteka predmetləri olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 nömrəli (1 saylı Un iversal emalatxanasının tənəkəçilik sexi) qeyri-yaşayış binasının ilkin satış qiymətini 170000 manat, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətini 350000 manat müəyyən etmişdir. İddiaçının ekspert rəyinə etiraz edib ipoteka predmetlərinin yenidən qiymətləndirilməsi barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməmişdir.
26. İpoteka predmetlərinin ilkin satış qiymətini “xxxx” MMC əsassız olaraq yüksək məbləğdə müəyyən etmişdir.
27. Qiymətləndirici ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən edərkən onların sahələrinin az olmasını, həmin ərazidə əmlakın bazar qiymətinin formalaşmasına təsir edən digər halları, eləcə də qeyri-yaşayış binasınının istifadədə olan torpaq sahəsində yerləşməsini nəzərə almamışdır.
28. Qiymə tləndirmə rəyində qiymətləndirmə zamanı 3 əsas qiymətləndirmə metodlarından tam və ya qismən istifadə edildiyi qeyd edilsə də, sadəcə həmin metodların nədən ibarət olmasını göstərmiş, gəlinən nəticə (əmlakın qiyməti) həmin metodlar üzrə izahlı şəkildə əsaslandırılmadan müəyyən edilmişdir.
29. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə xx xxxxxx 2017-ci il tarixinə borc məbləği və ipoteka predmetlərinin qiymətini müəyyən etmək məqsədilə məhkəmə-mühasibatlıq və əmttəşünaslıq ekspertizası təyin edilmişdir.
30. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli, 14321 nömrəli rəyində göstərilib ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixinə «xxxx» QSC-yə 82419,39 ABŞ dolları əsas, 14568,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 96987, 92 ABŞ dollarıdır.
31. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 rəyində göstərilib ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 100000 manat, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətini 150000 manatdır.
32. Cavabdeh R.Abdullayev ipoteka predmetlərinin qiyməti barədə sonuncu rəylə razı olmadığını, bununla bağlı bir-birinə zidd olan iki rəyin olmasını əsas göstərib, ipoteka predmetlərinin yenidən qiymətləndirilməsini xahiş etmişdir.
33. Apelyasiya instansiyası xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ipoteka predmetlərinin qiymətini müəyyən etmək məqsədilə əmttəşünaslıq ekspertizası təyin etmiş və rəyin verilməsini xxxx” MMC-yə tapşırmışdır. 34. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyində göstərilib ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının bazar qiyməti 150000 manat, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşayış evinin bazar qiyməti isə 126500 manat təşkil edir.
35. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-64/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(044)-920/2017 saylı qətnaməsi qismən – cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 83756.03 ABŞ dolları əsas borc, 17254.68 ABŞ dolları faiz borcu, cəmi 111010.71 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatı na məzənnəsi ilə alınaraq «xxxx» Qapalı Səhmdar Cəmiyyətinın xeyrinə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri-yaşayış binasına (ilkin satıl qiyməti 170000 manat müəyyən edilməklə) və Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşayış evinə (ilkin satış qiyməti 350000 manat müəyyən edilməklə) yönəldilməsi hissələrində dəyişdirilmiş, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli 06L000003093 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2013-cü il tarixli 06R000012983saylı kredit razılaşmasına görə 82.419 (səksən iki min dörd yüz on doqquz) ABŞ dolları 39 (otuz doqquz) sent məbləğində əsas kredit borcu, 14.568 (on dörd min beş yüz altmış sək kiz) ABŞ dolları 54 (əlli dörd) sent məbləğində faiz borcu, cəmi 106.987 (bir yüz altı min doqquz yüz səksən yeddi) ABŞ dolları 39 (otuz doqquz) sent məbləğində kredit borcunun (82.419,39 + 14.568,54 + 10.000) müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq «xxxx» Qapalı Səhmdar Cəmiyyətinın xeyrinə ödənilməsi, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 11 saylı qeyri yaşayış binasının bazar qiymətinin 150000 (bir yüz əlli min) manat, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 41 saylı fərdi yaşayış evinin bazar qiyməti isə 126500 (bir yüz iyirmi altı min beş yüz) manat müəyyən edilməsi, Ekspertiza xərcinin - 145 (bir yüz qırx beş) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********.AZ 34CTRE******************** nömrəlı hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanıması qət edilmişdir. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Loğman Süleymanov)
36. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayəti üzrə əsas və faiz borcu, iddiaçının apelyasiya şikayəti üzrə isə ipoteka predmetlərinin qiymətini ekspertiza rəylərinə əsasən dəyişdirmişdir.
37. Apelyasiya instansiyası dəbbə pulu hissəsində cavabdehin dəlillərini əsasız saymış və dəbbə pulunun 10000 ABŞ dolları müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi razılaşaraq qeyd etmişdir ki, cərimə (dəbbə pulu) öhdəliyin icra edilməsinin vasitələrindən biri kimi çıxış edir və məhkəmə işin hallarını nəzərə alar aq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilir ki, birinci instansiya məhkəməsi də dəbbəni azaltmaqla qanunu nəticəyə gəlib.
38. Apelyasiya instansiyası məhkəməsi bankın yaranmış devalvasiya ilə əlaqədar cavabdehin müqavilə öhdəliyini qrafik üzrə ödəmək imkanının olmadığını bildiyi halda məhkəməyə gec müraciət etməklə faiz və dəbbə pulunu süni surətdə şişirtməsi barədə cavabdehin apelyasiya şikayətinin dəlillərini qəbul etməmiş və göstərmişdir ki, azad bazar iqtisadiyyatı şəraitində valyutanın devalvasiyasının baş verməsi mümkün haldır. Mülki qanunvericiliyin tələbinə görə isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şika yətinin dəlilləri
39. Cavabdeh1 (Vəkil oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, ipoteka predmetləri kredit xətti müqaviləsi üzrə bankın xeyrinə yüklü edilib. Kredit razılaşmaları hər hansı əmlak ipotekaya qoyulmayıb.
41. İpoteka predmetinin boşaldılması barədə tələb üzrə bankın subyektiv hüququ yoxdur.
42. Həmçinin ipoteka predmetlərinin qiymətinin apelyasiya məhkəməsi tərəfindən müvafiq olaraq 150000 manat və 126500 manat müəyyən edilməsi real qiyməti əks etdirmir.
43. Dəbbə pulunun azaldılmasını xahiş etsə də, apelyasiya məhkəməsi onun ödəmə qabiliyyətinin olmamasını nəzərə almamaqla maddi və prosessual hüquq normalarını pozmuş, sübutları düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
45. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mad də 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu ha lda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü mü vafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul bor c verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanunun Maddə 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.[56] Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər y aşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
47. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş etsə də, kassasiya şikayətinin dəlili tələbin ipoteka predmetinə yönəldilməsinin, ipoteka predmetinin boşaldılmasının düzgün olmaması və ipoteka predmetlərinin qiymətinin düzgün müəyyən edilməməsi barədədir. Buna görə də hazırki kassasiya b axışının predmetini yalnız həmin hissələr təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
50. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Cavabdeh1 “xxxx” QSC-dən kredit müqaviləsi əsasında kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öh dəliklərini icra etməmişdir.
51. Məhkəmə kollegiyası ipoteka predmetlərinin kredit xətti müqaviləsi üzrə yüklü edilməsi, kredit razılaşmalarının təminatı kimi isə hər hansı əmlakın ipotekaya qoyulmaması və ipoteka predmetinin boşaldılması barədə tələb üzrə bankın subyektiv hüququnun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla məhkəmələr tərəfindən müəyyən edilib ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsi və yaşayış evindən ibarət iki ədəd daşınmaz əmlak ipoteka ilə yüklü edilib. Belə olan halda işin müəyyən edilmiş halları Mülki Məcəllənin 317.1 və 319.1-ci maddələrinin tətbiqini zəruri edir ki, məhkəmələr də bu normaları tətbiq ediblər.
52. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, kredit razılaşmalarının təminatı kimi hər hansı əmlakın ipotekaya qoyulmaması və ipoteka predmetinin boşaldılması barədə tələb üzrə bankın subyektiv hüququnun olmaması barədə dəlillər işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apelyasiya şikayətində, ümumiyyətlə, irəli sürülməyib. Buna görə də apelyasiya şikayətində irəli sürmədiyi dəlillərin apelyasiya instansiyası tərəfindən nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Həm də kassasiya şikayətlərinin bu dəlili işin əlavə faktiki hallarının araşdırılması ilə əlaqəlidir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
53. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətində faiz borcunun ekspertiza rəyinə əsasən hesablanmasını və 10000 AB Ş dolları dəbbə pulunun silinməsini xahiş etmişdir. İş materiallarından da görünür ki, apelyasiya instansiyası cavabdehin faiz borcunun məbləği ilə bağlı dəlillərini yoxlamaq üçün mühasibatlıq ekspertizası təyin etmiş və borcun məbləğini də ekspert rəyinə əsasən azaltmışdır. Cavabdeh apelyasiya şikayətində hazırda kassasiya şikayətində göstərdiyi ipoteka predmeti ilə bağlı dəlilləri göstərməmişdir.
54. İpoteka predmetlərinin qiyməti ilə bağlı apelyasiya instansiyasının qətnaməsinin düz olmaması ilə bağlı dəlilə gəldikdə, işdən görünür ki, ipoteka predmetlərinin qiyməti ilə bağlı iddiaçının apelyasiya şikayəti üzrə apelyasiya instansiyası ekspertiza təyin etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 rəyində qeyri-yaşayış binasının ilkin satış qiymətinin 100000 manat, fərdi yaşayış evinin ilkin satış qiymətini 150000 manat olması qeyd edilmiş, cavabdeh bu qiymətlə razı olmadığı üçün apelyasiya instansiyası təkrar qiymətləndirmə keçirmiş və alınmış sonuncu rəyə uyğun olaraq da məhkəmə ipoteka predmetlərinin qiymətini müvafiq olaraq 150000 manat və 126500 manat müəyyən etmişdir.
55. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
56. Bu baxımdan, qeyd edilən hissələrdə kassasiya şikayətlərinin dəlilləri əssasızdır və həmin hissələrdə qətnamə dəyişdirilmədən saxlanmalıdır.
57. Məhkəmə kollegiyası qətnamənin cavabdehdən 10000 ABŞ dolları cərimənin tutulması hissəsinə qiymət verərək hesab edir ki, apelyasiya instansiyası qeyd edilən hissə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olmamışdır.
58. Belə ki, iş materiallarından görünür ki, iddiaçı bank iddia tələbində 85425,53 dolları məbləğində cərimə ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən həmin məbləği tənasübsüz surətdə yüksək hesablandığını müəyyən edərək azaltımış və dəbbəni 10000 ABŞ dolları miqdarında saxlamışdır.
59. Cavabdeh1 dəbbənin çox hesablandığını apelyasiya şikayətində dəlil kimi irəli sürsə də, apelyasiya məhkəməsi bu dəlili qəbul etməmiş, dəbbə pulunun öhdəliyin təmini üsulu olmasına istinad edərək, dəbbə pulunun azaldılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır.
60. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, cavabdehin öhd əliyini lazımınca icra etmədiyi halı müəyyən edildiyi üçün iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
61. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
62. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsini düzgün tətbiq edib, dəbbə pulunu azaltsa da, işin hallarını tam nəzərə almamış, apelyasiya məhkəməsi də həmin hissədə şikayətin dəlillərinə formal yanaşmışdır.
63. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hə r hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz.
64. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunu 10000 ABŞ dolları müəyyən edərkən məhkəmələr qeyd olunan halları nəzərə almamışlar.
65. Buna görə də məhkəmə kollegiyası cavabdehin əsas borcunun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, apelyasiya instansiyasının qətnaməsi 10000 ABŞ dolları dəbbə pulu (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə) hissəsində dəyişdirilərək, həmin məbləğ 5000 (beş min) ABŞ dolları müəyyən edilməlidir.
66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəbbə pulunun məbləği hissəsində dəyişdirilməli, dəbbə pulu 5000 (beş min) ABŞ dolları müəyyən edilməli, apelyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
67. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(104)-64/2020 nömrəli qətnam əsi 10000 ABŞ dolları dəbbə pulu (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə) hissəsində dəyişdirilsin. Dəbbə pulu 5000 (beş min) ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.