Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5142/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, Cavabdeh1 vəkili X5nun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc və həmin borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” barədə ilkin iddia və X2 cavabdehlər İddiaçı ASC, Cavabdeh1 və X5na qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında 24 oktyabr 2008ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 22.000 manat əsas borc, 7.662 manat 50 qəpik faiz borcu olmaqla, cəmi 29.662 manat 50 qəpik məbləğində borcun ipotekaya qoyulmuş, cavabdeh X2 mülkiyyətində olan,X5ndə yerləşən 17 saylı binanın 30-cu mənzilinə yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüquqları itirilməklə qeydiyyatının ləğv edilməsi, həmin evin boşaldılaraq açıq hərracda satılması və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş e tmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iddianın mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair hissəsi üzrə icraata məhkəmənin 10 avqust 2010-cu il tarixli qərardadı ilə xitam verilmişdir. Cavabdeh, qarşılıqlı tələb üzrə iddiaçı X1 Cəlil Faiq oğluna, X5na və İddiaçı ASC-nin Mingəçevir filialına qarşı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Fərhad Əfəndiyev) 23 avqust 2011-ci il tarixli, X5 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh1 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə 22.000 manat əsas borcu, 7.662 manat 50 qəpik faiz borcu olmaqla, cəmi 29.662 (iyirmi doqquz min altı yüz altmış iki) manat 50 (əlli) qəpik məbləğində borcu, dövlə t rüsumu kimi ödənilmiş 20 manat pulun ödənilməsi ipotekaya qoyulmuş, cavabdeh X2 mülkiyyətində olan, qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən olunmuş, X5, 17 saylı evin 4 otaqlı 30cu mənzilinə yönəldilməklə, həmin mənzil açıq hərracdan satılması, X5, 17 saylı evin 4 otaqlı 30-cu mənzili satıldıqdan sonra 1 aydan gec olmayaraq cavabdeh X5 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaqla, həmin mənzil boşaldılması, X5, 17 saylı evin 4 otaqlı 30-cu mənzili satıldıqdan sonra, cavabdeh X5nın və onun ailə üzvlərin həmin mənzildə olan hüquqlarına xitam verilməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mirbahəddin Hüseynov) 06 fevral 2014-cü il tari xli qətnaməsi ilə X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 23 avqust 2011-ci il tarixli, X5 saylı qətnaməsi Cavabdeh1 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə 22.000 manat əsas borcu, 7.662 manat 50 qəpik faiz borcu olmaqla, cəmi 29.662 (iyirmi doqquz min altı yüz altmış iki) manat 50 (əlli) qəpik məbləğində borcu, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun ödənilməsi ipotekaya qoyulmuş, cavabdeh X2 mülkiyyətində olan, qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən olunmuş, X5, 17 saylı evin 4 otaqlı 30-cu mənzilinə yönəldilməklə, həmin mənzil açıq hərracdan satılması, X5, 17 saylı evin 4 otaqlı 30-cu mənzili satıldıqdan sonra 1 aydan gec olmayaraq cavabdeh X5 ailə üzvləri ilə birlikdə mənzildən çıxarlımaqla, həmin mənzil boşaldılma sı, X5, 17 saylı evin 4 otaqlı 30-cu mənzili satıldıqdan sonra, cavabdeh X5nın və onun ailə üzvlərin həmin mənzildə olan hüquqlarına xitam verilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əsəd Mirzəliyevsədrlik edən və məruzəçi, Tatyana Qoldman və Gündüz Quliyev) 28 fevral 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2014-cü il tarixli qətnaməsi “qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın” hissəsində yəni, 22.000 manat əsas borc, 7.662 manat 50 qəpik faiz borcu olmaqla, cəmi 29.662 manat 50 qəpik məbləğində borcun və 20 manat dövlət rüsumunun tu tulması hissəsində ləğv edilmiş, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermək hüququ tanınmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Mahir Əsədli-sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mirbahəddin Hüseynov) 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 avqust 2011-ci il tarixli, X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi həll edilmişdir. Cavabdeh1 və vəkili X5 kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli qətnaməsinin pulun Cavabdeh1 tutulması hissəsində ləğv edilməsi və işə yenidən baxılması üçün işin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə etirazın dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli kredit müqaviləsi üzrə götürülmüş pulun Cavabdeh1 tərəfindən götürülməsi tərəflərindən mübahisələndirilmişdir. Bununla bağlı olaraq, tərəflərindən yazılı şəkildə vəsatət verilmişdir ki, kreditin götürülməsini təsdiq edən kassa məxaric orderindəki imzanın Cavabdeh1 aid olub olmadığı müəyyən edilsin. İş ekspertizadan qayıtdıqdan sonra ekspert rəyi ilə tanış olduqda məlum olmuşdur ki, məhkəmə iş üzrə qəbul etmiş olduğu qərardadda yalnız kredit müqaviləsindəki imzanın yoxlanılması ekspert qarşısında sual qoymuşdur və nəticə etibarı ilə ekspert yalnız kredit müqaviləsindəki imza nın ekspertizasını həyata keçirmişdir. İş ekspertizadan qayıtdıqdan sonra sonuncu məhkəmə prosesində tərəflərindən yazılı şəkildə yenidən vəsatət verilərək kassa məxaric orderindəki imzanın Cavabdeh1 tərəfindən icra edilib edilməməsinin yoxlanılması xahiş edilmişdir. Məhkəmə vəsatəti rədd etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “pul bankdan iki dəfə 29 oktyabrda 10000 manat, 30 oktyabrda 15000 manat olmaqla götürülmüşdür”. Məlum olduğu kimi, hər dəfə kassadan pul götürüldükdə kassa məxaric orderinin verilməsi zəruridir. Kreditin verilməsini təsdiq edən sənəd kassa məxaric orderidir. Həmin kassa məxaric orderindəki imzanın yoxlanılması hazırkı iş üzrə xüsusi əhəmiyyət daşımasına baxmayaraq məhkəmə kobud şəkildə prosessual pozuntuya yol verərək kassa məxaric orderindəki imzanın yoxlanı lmasına dair ekspertiza keçirilməsindən imtina etmişdir. Kreditin verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi) heç iş materiallarında mövcud deyildir və məhkəmə də həmin sənədi tələb etməmişdir. Kassa məxaric orderi olmadığı halda və mövcud olduğu təqdirdə həmin sənəddəki imzanın Cavabdeh1 tərəfindən icra edilibedilməməsini yoxlamadan məhkəmə tərəfindən kreditin Cavabdeh1 tərəfindən götürülməsi qənaətinə gəlməsi tamamilə əsassızdır. Mübahisəsi gedən kredit müqaviləsi üzrə pul Cavabdeh1 tərəfindən deyil, X5 tərəfindən götürülmüşdür. Bununla bağlı X5 yazılı olaraq ərizə ilə məhkəməyə müraciət etmişdir ki, həqiqətən də hazırda mübahisəsi gedən kredit müqaviləsi üzrə pul məbləğini kassadan özü götürmüşdür, həmin pul məbləği Cəlil tərəfindən götürülməmişdir. Həmçinin, mübahisəli kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsi də ipoteka qoyan tərəfindən mübahisələndirilmiş və nəticədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. (iş materiallarında sözügedən qətnamə mövcuddur). Həmin qətnamədə də ipoteka qoyan Əhmədova Rəkanət də ifadəsində bildirmişdir ki, o Cəlil adlı şəxsi tanımır. Həmin işdən də görünür ki, cavabdeh qismində cəlb edilən X5 etibarnamə ilə ipoteka qoyaraq kredit götürmüş və həmin puldan faydalanmışdır. İpoteka qoyanın Cəlili tanımaması, həmçinin X5nun kredit müqaviləsi üzrə pulu kassadan onun götürməsini etiraf etməsi kimi hallar bir daha təsdiq edir ki, həqiqətən də kredit Cəlil tərəfindən götürülməmişdir. İşin bu kimi önəmli halları ekspert tərəfindən verilmiş rəyi də şübhə altına alır. Belə olan halda mə hkəmə tərəfindən yenidən xəttşünaslıq ekspertizası keçirilməli və kassa məxaric orderindəki imzanın Cavabdeh1 aid olub olmaması müəyyən edilməli idi. Məhkəmə MPM-nin 102.3-cü maddəsinin tələbini pozmaqla kobud şəkildə prosessual pozuntuya yol vermiş və iş üçün çox zəruri xarakter daşıyan məsələni araşdırmamışdır. Kassasiya şikayətinə etirazda qeyd edilmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin 05.08.2019-cu il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Cavabdeh1 tərəfindən sərbəst xətt nümunələrinin təqdim edilməməsi səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 05.03.2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək, suallar əlavə edilməklə qərardad icra olunması üçün Azərbaycan Respubl ikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 08.05.2020-ci il tarixli ekspert rəyindən məlum olur ki, 24.10.2008-ci il tarixli kredit müqaviləsindəki imza Cavabdeh1 məxsusdur. Cavabdeh apelyasiya şikayətində əsas kimi kredit müqaviləsində imzanın ona məxsus olmadığı, ümumiyyətlə kredit müqaviləsinin tərəfi olmadığı bildirmişdir. Ekspert rəyi ilə də cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. 24.10.2008-ci il tarixli kredit müqaviləsini imzalayan şəxsin uzun müddət keçəndən sonra müqaviləni mübahisələndirməsi və pulun onun tərəfindən götürülməməsinin qeyd edilməsi hüquqi məntiqə sığmır. Göründüyü kimi cavabdehin şikayəti əsassızdır və formal mülahizələrə əsaslanır. PROSESSUAL MƏSƏL ƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X5 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, C avabdeh1 İddiaçıın Mingəçevir filialı ilə 24 oktyabr 2008-ci il tarixdə 049 saylı kredit müqaviləsi bağlayaraq, 29 oktyabrda 10.000 manat, 30 oktyabrda 15.000 manat olmaqla, cəmi 25000 manat kredit almış, krediti 12 ay müddətinə illik 20 faiz əlavəsi ilə banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcun ödənilməsinin təminatı olaraq, 06 mart 2009-cu il tarixdə bağlanmış ipoteka müqaviləsi əsasında X2 mülkiyyətində olan, X5ndə yerləşən, 17 saylı binanın 30-cu mənzili banka ipotekaya qoyulmuşdur. İpotekaya qoyulmuş əmlak 45.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, 2010-cu ilin iyun ayı üçün onun banka 22.000 manat məbləğində əsas borcu və 7662 manat 50 qəpik məbləğində faiz borcu yaranmışdır. Bank tərəfindən borcun öd ənilməsinin ipotekaya yönəldiləcəyi barədə cavabdehlərə 28 sentyabr 2009-cu il tarixdə xəbərdarlıq edilmişdir. 21 aprel 2009-cu il tarixdə xxx tutmanın ipotekaya yönəldilməsi barədə bildiriş göndərilmiş və tutmanın ipotekaya yönəldilməsi X5 Ərazi İdarəsində qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739, 442, 445.2.1, 448.1, 448.2, 449.1-ci maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticələrə əsasən apelyator 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsinin əslində onun tərəfindən imzalanmadığını və qeyd edilən kredit məbləğinin onun tərəfindən götürülmədiyini bildirsə də, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 08 may 2020-ci il tarixli ekspert rəyindən məlum olur ki 24 oktyabr 2008 -ci il tarixli kredit müqaviləsindəki imza Cavabdeh1 məxsusdur. Buna görə də, onun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə göstərilən nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, onların tələblərini pozmuşdur. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2014-cü il tarixli qətnaməsi “qətnamə qalan hissədə dəy işdirilmədən saxlanılsın” hissəsində yəni, 22.000 manat əsas borc, 7.662 manat 50 qəpik faiz borcu olmaqla, cəmi 29.662 manat 50 qəpik məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədən Cavabdeh1 apelyasiya şikayəti vermək hüququ tanınmışdır. Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin kredit borcunun Cavabdeh1 tutulması hissəsinin ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Lakin Cavabdeh1 apelyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 avqust 2011-ci il tarixli, X5 saylı qətnaməsini apellyasiya şikayəti həddində deyil, bütünlüklə dəyişdirilmədən saxlamaqla, həmin qətnamənin “kredit borcunun X5, 17 saylı evin 4 otaqlı 30-cu mənzilinə yönəldilməklə, həmin mənzil açıq hərracdan satılması, X5, 17 saylı evin 4 otaqlı 30-cu mənzili satıldıqdan sonra 1 aydan gec olmayaraq cavabdeh X5 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaqla, həmin mənzil boşaldılması, X5, 17 saylı evin 4 otaqlı 30-cu mənzili satıldıqdan sonra, cavabdeh X5nın və onun ailə üzvlərin həmin mənzildə olan hüquqlarına xitam verilməsi hissəsində ləğv edilməklə, iddianı həmin hissədə rədd edilməsi barədə qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin 06.02.2014-cü il tarixli qətnaməsi ilə ziddiyyət yaratmışdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, “ Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. MPM-in 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfi n qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. MPM-in 372.6-cı maddəsinin birinci cümləsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.” Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə dəyişdirilmədən saxlanılması barədə nəticəsi prossesual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsinin əslini cavabdeh tərəfindən imzalanmadığını və qeyd edilən kredit məbləğinin onun tərəfindən götürülmədiyinin təkzibi kimi iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 08 may 2020-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Qeyd edilən rəyə əsasən isə 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsindəki imza Cavabdeh1 məxsusdur. Lakin iş materiallarından görünür ki, iş ekspertizaya göndərilməmişdən əvvəl cavabdeh tərəf yazılı vəsatətlə məhkəməyə müraciət edərək kredit məbləğinin götürülməsini təsdiq edən kassa məxaric orderindəki imzanın Cavabdeh1 aid olub-olmadığının müəyyən edilməsini də xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu vəsatətə hüquqi mövqeyini bildirmədən eksper tiza qarşısında yalnız 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsindəki imza Cavabdeh1 məxsus olubolmamasını kim sual qoymaqla kifayətlənmiş, ekspert də kredit müqaviləsindəki imzanın ekspertizasını həyata keçirməklə müvafiq rəy vermişdir. Apellyasiya məhkəməsi qətnaməsində müəyyən etmişdir ki, Cavabdeh1 İddiaçıın Mingəçevir filialı ilə 24 oktyabr 2008-ci il tarixdə 049 saylı kredit müqaviləsi bağlayaraq, 29 oktyabrda 10.000 manat, 30 oktyabrda 15.000 manat olmaqla, cəmi 25000 manat kredit almışdır. Lakin apellyasiya instansiyası məhkəməsi kreditin verilməsini təsdiq edən əsas sənəd olan kassa məxaric orderlərinin iş materiallarında olmamasına, eləcə də, cavabdeh X5nun mübahisəsi gedən kredit müqaviləsi üzrə pulun Cavabdeh1 tərəfindən deyil, onun özü tərəfindən götürülməsi barədə iş ma teriallarında yazılı ərizəsinin olmasına baxmayaraq, bu məsələ ilə bağlı ətraflı araşdırma aparmamış, işin həqiqi hallarının müəyyən edilməsinə cəhd etməmişdir Məhkəmə kollegiyası hesab edir ki, kredit müqavilədəki imza Cavabdeh1 aid olsa da, faktiki olaraq cavabdeh kredit məbləğini özü tərəfindən almamasını mübahisələndirdiyi halda bu dəlil də yoxlanılaraq ona müvafiq hüquqi qiymət verilməklə cavabdehin iddiaçı qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739, 442, 445.2.1, 448.1, 448.2-ci maddələrinin tələbləri baxımından öhdəlik daşıyıcısı olub-olmaması müəyyən edilməli idi. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın kreditə görə faizin düzgün hesablanıb- hesablanmamasını araşdırmamışdır. İşin materiallarından g örünür ki, Cavabdeh1 İddiaçıın Mingəçevir filialı ilə 24 oktyabr 2008ci il tarixdə 049 saylı kredit müqaviləsinin müddəti 2009-cu ilin oktyabr ayında bitmişdir. İddiaçı isə 2011-ci ildə qaldırdığı iddiasında həmin vaxta qədər kredit üzrə faiz məbləğini hesablayaraq tələb etmiş, məhkəmələr də iddianın bu hissəsini təmin etmişlər. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilənlərə diqqət yetirməmişdir. Belə ki, həmin qərarda Plenum göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlə rin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, k reditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kollegiya həmçinin qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birin in xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətlərinin dəlillə rinə müfəssəl hüquqi qiymət verilməklə, MPMin 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Beləliklə də kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli, X5 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5142/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5142/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver