Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5143/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-371/2019 nömrəli iş üzrə 20 fevral 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin (hakim A.B.Əliyev) 2(005)-315/2015 nömrəli, 23 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabd eh3, Cavabdeh2 Tağdurəli oğluna, Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın boşaldılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər (borclu) Cavabdeh4 və (zamin) Cavabdeh3 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 68.387,60 manat əsas borc, 9228,24 manat faiz borcu, cəmi 77.615,84 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh2 Tağdurəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsində istifadədə olan 0,147 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1 -ci mərtəbəsində yerləşən 98,66 kv.m ümumi, 70,16 kv.m yaşayış sahəsində ibarət 4 otaqlı 1 nömrəli mənzilə və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində istifadədə olan 0,12181 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən 98,3 kv.m ümumi, 76,2 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 36 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsində istifadədə olan 0,147 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 98,66 kv.m ümumi, 70,16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 1 nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 98000 manat, Ba kı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində istifadədə olan 0,12181 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən 98,3 kv.m ümumi, 76,2 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 36 nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 114.000 manat müəyyən edlməsi, mənzillərin satılması və ondan əldə ediləcək vəsaitin Cavabdeh4 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin müvafıq olaraq cavabdehlər Cavabdeh2 Tağdurəli oğluna və Cavabdeh1 qaytarılması, mənzillər hərracdan satıldıqdan bir ay sonra cavabdehlər tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehlərdən mü ştərək qaydada tutularaq X1 hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), A.A.Abdullayeva və A.Q.Hüseynov) 2(103)-8348/2015 nömrəli, 28 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Tağdurəli oğlunun etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh1 və üçüncü şəxslər X7, X5, X11 və X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(005)-315/2015 saylı qətnaməsinin apelyantlara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və Ə.A.Mirzəliyev) 2(102)-2452/2016 nömrəli, 10 iyun 2016-cı il tarixli tarixli qəra rı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tağdurəli oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 dekabr 2015-ci il tarixli qətnaməsi qismən-borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 Tağdurəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən 1 nömrəli evin, 98.66 kv.m ümumi, 70.16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzilinə və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində yerləşən 4 nömrəli evin 98,3 kv.m ümumi, 76.2 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 36 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Cavabdeh2 mülkiyyətində olan mənzilin açıq hərracda ilkin satış qiymət inin 98000 manat, Cavabdeh1 mülkiyyətində olan mənzilin ilkin satış qiymətinin 114000 manat müəyyən edilməsi, mənzillərin satılması və ondan əldə ediləcək vəsaitin Cavabdeh4 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tağdurəli oğluna qaytarılması, mənzillər hərracdan satıldıqdan bir ay sonra cavabdehlər tərəfindən boşaldılması hissələrində ləğv edilməsi və işin ləğv olunan hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissələrinin Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və Ş. Ə.Məhərrəmova) 2(103)-371/2019 nömrəli, 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 və 3-cü şəxslər X7, X5, X11, X3 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(005)-315/2015 saylı qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmə ilə bağlı tədqiqat dəyəri olan 450 (dörd yüz əlli) manatın Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada alınaraq, “xxxx” MMC-nin hesabına “VÖEN:**********, Hesab No **********1406A60: İBAN AZ98JBBK000**********1406A60, Bank: “xxxx” ASCnin MXD filialı VÖEN ********** Kod 506924, Müxbir hesab:AZ27NABZ********************4, S.W.İ.F.T.Bik JBBK AZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh 1, Cavabdeh3, Cavabdeh2 Tağdurəli oğluna, Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın boşaldılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.12.1009-cu il tarixli 084 (F.S) nömrəli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 əsas borc üzrə 68.387,60 manat, faiz borcu üzrə 2.341,76 manat, cərimə 1.105,04 manat, ümumilikdə 71.834,40 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə verilməsi, tələbin Cavabdeh2 Tağdurəli oğlu tərəfindən ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, QaraÇuxur qəsəbəsi, Şərq yaşayış sahəsində isti fadədə olan 0,147 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində, 98.66 kv.m ümumi, 70.16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzilə və Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində istifadədə olan 0,12181 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən, 98,3 kv.m ümumi, 76.2 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 36 nömrəli mənzilə yönəldilməsi, göstərilən əmlaklara dair cavabdehlərin hüquqlarının itirilməsi, əmlakların açıq hərracdan satılması, qeyd olunan əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlaklardan çıxarılması, əmlakların açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "x xxx" ASC-yə 71.834,40 manat və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)371/2019 nömrəli iş üzrə 20 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya məhkəməsində müəyyən edilmiş sübutlar əsasında iddianın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində istifadədə olan 0,12191 olan ha torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən 98,3 kv.m ümumi, 76,2 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 36 nömrəli mənzilə yönəldilməsi hissəsində təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kolle giyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)371/2019 nömrəli iş üzrə 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktl ara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: “xxxx” ASC-nin “Sahil” filialı ilə Cavabdeh4 arasında bağlanmış № 084 (F.S) nömrəli, 09 dekabr 2009-cu il tarixli kredit müqaviləsindən görünür ki, sonuncuya “Lənkəran rayonu Bürcəli kəndində Arıçılıq sahəsinin genişləndir iməsi” yönümlü investisiya layihəsinə əsasən Arı ailəsinin və avadanlıqların alınması məqsədi ilə X6 İnkişafı və Kreditləşməsi Layihəsi üzrə 5 il müddətinə, illik 7 % hesablanmaq şərti ilə 18 ay güzəşt müddəti olmaqla 125 000 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC-nin “Sahil” filialı ilə Cavabdeh3 arasında bağlanmış 09 dekabr 2009-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 084 (F.S) №-li 09.12.2009-cu il tarixli, kredit müqaviləsinə əsasən Bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borclu” kimi tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 09 dekabr 2009-cu il tarixli № 084/1 (İ) nömrəli ipoteka müqaviləsinin surətindən gö rünür ki, “xxxx” ASC-nin “Sahil” filialı ilə Cavabdeh4 arasında bağlanmış № 084 (F.S) nömrəli, 09 dekabr 2009-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində istifadədə olan 0,12181 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən 98,3 kv.m ümumi, 76,2 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 36 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpotekaya qoyulan əmlak “xxxx” MMC tərəfindən 130.000 (bir yüz otuz min) ABŞ dollarına qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın s urətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində istifadədə olan 0,12181 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən 98,3 kv.m ümumi, 76,2 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 36 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 6200 nömrəli vərəqində 31.05.2006-cı ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 08.12.2009-cu il tarixli arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində istifadədə olan 0,12181 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişin də, 9-cu mərtəbəsində yerləşən 98,3 kv.m ümumi, 76,2 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 36 nömrəli mənzilin üzərində 24.11.2009-cu il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. 38 saylı MKİS tərəfindən verilmiş № 033664 nömrəli arayışın (Forma №2) surətindən görünür ki, Çaykovski küçəsindəki 4 №-li 9 mərtəbəli evin, 9-cu mərtəbəsində 76,20 kv.metr sahəsi olan 5 otaqlı 36 №-li mənzili Cavabdeh1 məxsusdur. Cavabdeh1, X7, X5, X11 və X9 orada daimi qeydiyyatdadırlar. X7, X5, X11 və X9 tərəfindən yazılmış və notariat kontoruna ünvanlanmış 08.12.2009-cu il tarixli ərizələrin surətindən görünür ki, onlar Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etmirlər. İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdələrinə götürmüşl ər ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən mənzili qeyd-şərtsiz tərk edəcəklər. “xxxx” ASC tərəfindən Cavabdeh3 ünvanlanmış 06 may 2013-cü il tarixli, № M/11-2309 nörməli bildirişdən görünür ki, 084 (F.S) saylı kredit müqaviləsində göstərilən öhdəlikləri 5 (beş) iş günü ərzində icra edilməsi, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. “xxxx” ASC tərəfindən Cavabdeh1 və Cavabdeh4 ünvanlanmış 25 aprel 2013-cü il tarixli, № M/112107 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, 09.12.2009-cu il tarixli 084 (F.S) saylı Kredit müqaviləsində göstərilən öhdəliklərin 5 (beş) iş günü ərzində icra edilməsi tələb edilmiş, əks halda Azərbaycan Resp ublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 30 aprel 2013-cü il tarixli, № M/11-2201 nörməli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin tərəflərindən qeydə alınması xahiş edilmişdir. Bildiriş 30.04.2013-cü ildə qeydiyyata alınmışdır. “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 30 aprel 2013-cü il tarixli, № M/11-2200 nörməl i ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin tərəflərindən qeydə alınması xahiş edilmişdir. Bildiriş 30.04.2013-cü ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən “xxxx” ASC-nə ünvanlanmış 04.05.2013-cü il tarixli, № **********27 nörməli məktubdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu,Çaykovski küçəsi, 4 saylı evin, 36 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası “xxxx” MMC-nin 28.01.2015-ci il tarixli, 04 və 05 nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh 2 Tağdurəli oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində 1 saylı evin 1 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 98000 manat təşkil edir. Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, 4 saylı evin 36 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 114000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habe lə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh4 kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra etməmişdir. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməlidir. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəld ilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipote ka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda on a tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhd əlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyənləşdirərkən qiymətləndirmə ekspertizası keçirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka müqaviləsi 2009-cu ildə bağlanmış, müqavilədə qeyd olunan qiymətlər həmin ilə uyğun götürülmüş qiymətlər olmaqda, birinci instansiya məhkəməsi tərəfindən 6 il sonra qiymətləndirmə ilə bağlı rəy alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş qiymətləndirmə ilə bağlı “xxxx” MMC-nin rəyindən müəyyən olunur ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində istifadədə olan 0,1218 1 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən 98,3 kv.m ümumi, 76,2 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 36 nömrəli mənzilin 2018-ci ilin dekabr ayına real bazar qiyməti 117000 manat, likvid qiyməti 115000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qiymətləndirmə ilə bağlı rəyə qiymət verərək hesab etmişdir ki, rəy kifayət qədər əsaslandırılmış, əmlakın mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunduğundan, mötəbər sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsi nə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edi lmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-371/2019 nömrəli iş üzrə 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-371/2019 nömrəli iş üzrə 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5143/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5143/2019
16.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver