Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5143/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-246/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 31 may 2013-cü il tarixli kredit müqaviləsi ilə bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 20 faizlə, 27800 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermiş və tərəflər arasında faizlər də nəzərə alınmaqla ödəniş qrafiki razılaşdırılmışdır. Tərəflərin bağladıqları eyni tarixli ipoteka müqaviləsi ilə cavabdehə məxsus «Toyota Hilux» minik markalı avtomobil ipoteka ilə yüklü edilərək bankın tələb hüququna təminat verilmişdir. İpoteka dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən bankın xeyrinə 11792 ABŞ dolları məbləğində əsas borcun, 5480 ABŞ dolları məbləğində faiz borcun, cəmi 17272 ABŞ dolları məbləğində borc, Kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən 200 manat məbləğində cərimənin, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 17 manat notariat xərclərinin tutulub bankın xeyrinə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus “TOYOTA HİLUX minik” markalı avtomaşına (qeydiyyat nömrəsi **-EM-***, tip: Pikap, buraxlış 2012, rəngi: ağ) yönəldilərək, avtomaşının açıq hərracda satılması və həmin avtomaşının satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi bar ədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh bank qarşısında öhtəliklərini bu günə kimi lazımınca yerinə yetirməmışdir, belə ki, cavabdehin hal-hazırda banka 11752 ABŞ dolları məbləğində əsas borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğini ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Odur ki, məhkəmədən Cavabdeh iddiaçının xeyrinə 11792 AB Ş dolları məbləğində əsas borcun, 5480 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 17272 ABŞ dolları məbləğində borcun, kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən 200 manat məbləğində cərimənin, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 17 manat notariat xərclərinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus «TOYOTA HİLUX» minik markalı avtomaşına (qeydiyyat nömrəsi **-EM-***, tip: Pikap, buraxlış 2012, rəngi: ağ) yönəldilərək, avtomaşının açıq hərracda satılması və həmin avtomaşının satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının təqdim et diyi 29 mart 2018-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçı banka 11792 ABŞ dolları əsas borcu, 5480 ABŞ dolları hesablanmış faiz borcu, cəmi 17272 ABŞ dolları borcu vardır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2019-cu il tarixli 18070 saylı ekspert rəyinə əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-yə 02.04.2018-ci il tarixə 12516,12 ABŞ dolları əsas, 5653,11 ABŞ dolları faiz, 764,23 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 18933,54 ABŞ dolları borcu vardır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 may 2019-cu il tarixli, 10426 saylı rəyi ilə «Toyota Hilux» minik markalı, **-EM-*** qeydiyyat nömrəli avtomobilin bazar qiyməti təxminən 35000 manat təşkil edir. Lerik Rayon Məhkəməsinin (hakim Atabəy Kiçibəyov) 23 iyul 2019-cu il tarixli, 2(048)-121/201 9 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 11792 ABŞ dolları əsas borc, 5480 ABŞ dolları faiz borcu, cəmi 17272 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) və 200 manat cərimə olmaqla borcun,17 manat notariat xərcləri və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manatın tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan «TOYOTA HİLUX» minik markalı, **-EM-*** qeydiyyat nömrəli avtomobilə yönəldilməsi, qeyd olunan əmlakın açıq hərracda satılaraq satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, «TOYOTA HİLUX» minik markalı, **-EM-*** qeydiyyat nömrəli avtomobilin ilkin satış qiymətinin 35000 manat müəyyən edilməsi və Cavabdeh ekspertiza xərci olan 240 manatın tutularaq Azərbaycan Respublika sı Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Borcun məbləği isə ekspert rəyi ilə müəyyən edilmişdir. Ekspert rəyində əsas və faiz borcu iddiaçının təlb etdiyi məbləğdən artıq olduğundan məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən məhkəmə irəli sürülmüş tələblər əsasında işə baxmış, iddiaçının tələb etdiyi məbləğdə əsas və faiz borcunun cavabdehdən tutulmasını qət etmişdir. Məhkəmə həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi hissədə tələbi əsaslı hesab etmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apelyasiya Məhk əməsinin mülki kollegiyasının hakimlər: Nüsrət Mirzəyev sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) 26 dekabr 2019-cu il tarixli, 2(106)-3267/2019 saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Zaur Əliyev - sədrlik edən və məruzəçi, İlqar Xələfov, Gündüz Quliyev) 10 iyun 2020-ci il tarixli, 2(102)-2750/2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcuna aid hissədə ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehdən tutulan faiz borcunun məbləğinə dair maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, faiz tələbləri ilə bağlı nəzərə alınmalıdır ki, kreditor, müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (müqavilə ilə şərtləşdirilmiş illik faizin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icrasının gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş faizin ödənilməsini tələb edə bilər. Başqa sözlə, müqavilə müddəti başa çatdıqdan sonra öhdəliyin icra edilməməsinə görə müqavilədə nəzərdə tutulmuş faizin tutulması mövcud qanunvericiliyə əsasən yolverilməzdir. Kreditor həmin dövr üçün ödənilməmiş əsas borcun illik beş faiz miqdarını tələb edə bilər (əgər başqa əsaslara görə daha böyük məbləğ tələb edə bilmirsə). Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Baxılan işdə isə kredit müqaviləsinin müddətinin 31.05.2017-ci il tarixdə bitməsinə baxmayaraq, cavabdehdən 02.04.2018-ci il tarixə olan faiz borcu hesablanaraq tutulmuşdur. Halbuki 31.05.2017-ci il tarixdən sonrakı dövr üzrə müqavilədk i illik 20 faiz deyil, iddiaçı tələb etdiyi halda əsas borcun illik 5 faiz məbləği tutula bilər. Göstərilənlərə əsasən kassasiya məhkəmə qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi faiz borcu tələbinə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi qiymət verməlidir. Ona görə də qətnamə tutulmuş faiz borcuna aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Tofiq Heydərov sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhmədov) 30 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin banka olan faiz borcu hissəsində dəyişdirilərək, 31.05.201 3-cü il tarixli, 2002 SBFAK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 31.05.2015-ci il tarixə banka olan faiz borcu 3560,14 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə faiz borcu hissədə kassasiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tutulmalı olan borcun müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2020-ci il tarixli 9/5156 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 31.07.2015-cı il tarixə (müqavilənin müddətinin bitməsi tarixinə) banka olan borcu əsas borc üzrə 12516,12 ABŞ dolları, faiz borcu üzrə 3560,14 ABŞ dolları olmuşdur. Məhkəmə ekspert rəyini nəzərə alaraq faiz borcunu hissədə qətnaməni dəyişdirmişivə cavabdehdən tutulacaq faiz borcunu 3560,14 ABŞ dolları məbləğində müəyyən etmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə borcun məbləğini düzgün hesablamamış, işdə olan ekspert rəyləri əsas sız olmuş, təkrar ekspertiza keçirilməsi barədə vəsatəti təmin eidlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnaməni n yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Odur ki, məhkəmə kollegiyası Lerik Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(048)-121/2019 saylı qətnaməsini yalnız faiz hissəsin də Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri həddində araşdırmalı və hüquqi qiymət verməlidir. Baxılan iş üzrə kassasiya məhkəmə qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız faiz borcu hissədə ləğv edərək həmin hissədə yeni apellyasiya baxışına göndərmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız faiz borcunun tutulması hissədə yoxlamış və qətnaməni həmin hissədə dəyişdirmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti verməmiş, tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Ona görə də,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh kassasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Mə cəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzm unu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı: “...Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsi nə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyət ləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Təkrar ekspertizanın keçirilməsi barədə kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Cavabdeh kassasiya şikayətində təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üç ün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-in 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2 46/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.