Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5144/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Süleymanova Gülnaz Şirzad Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5144/20 (Açar sözlər: pul tələbi) qızının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1145/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 5100 (beş min bir yüz) ABŞ dolları borc pul vermişdir. Cavabdehlə ailəvi münasibətləri olduğuna görə və cavabdeh əməliyyata ehtiyacı olması ilə əlaqədar ondan borc istədiyindən ona inanaraq, cavabdehin aldığı məbləği yaxın günlərdə qaytaracağı əminliyi ilə borc vermişdir. Ancaq cavabdeh dediyi vaxtda borcu qaytarmamış, maddi vəziyyətinin çətin və ağır olmasını nəzərə alıb borcu hissə-hissə qaytarması üçün ona şərait yaratmasını xahiş edəndə, o, cavabdehin xahişinə əməl edərək onunla razılaşmışdır. Həmin vaxtdan sonra cavabdeh ona ayrıayrı vaxtlarda 250 manat, 250 manat və 500 manat olmaqla cəmi 1000 (bir min) manat qaytarmışdır. Cavabdeh ona olan borcunun qalan hissəsini qaytarmamışdır. O, borc məbləğinin qaytarılması üçün cavabdehə 20 dəfədən artıq müraciət etmiş, onun yaşadığı evə dəfələrlə getmişdir. Cavabdeh borcu ödəməkdən imtina etməsə də, ödənişlə bağlı real addımlar atmır. Ona görə də o, məhkəməyə müraciət etməli olmuş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunan əsaslara görə cavabdehdən 5100 (beş min bir yüz) ABŞ dolları borc və məhkəməyə müraciət etmək üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu məbləğinin tutularaq ona ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov, iş № 2(054)-49/2020) iddia tələbinin təmin edilməməsi qət edilmişd ir. İddiaçı iddia tələbində göstrəmişdir ki, o, Yevlax rayonunda yaşayır və cavabdehi Yevlax şəhər sakini Famil Əzizovun vasitəsilə tanımışdır. Belə ki, təxminən, 10-15 il əvvəl tanışı Famil Əzizov ona demişdir ki, Oğuz rayonunda yaşayan Cavabdeh adlı şəxs, yəni hazırki iş üzrə cavabdeh maddi ehtiyacı olduğuna görə borc pul istəyir. Həmin vaxtadək cavabdehlə hər hansı tanışlıq münasibəti olmamışdır. Famil Əzizov cavabdehin etibarlı adam olduğunu deyərək həmin şəxsə borc pul verməsini ondan xahiş etmiş, o da Famil Əzizovun sözünə etibar edərək cavabdehə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 5100 (beş min bir yüz) ABŞ dolları borc pul vermişdir. O həmin pulu iki və ya üç dəfəyə, xatırladığı qədər, 2500 ABŞ dolları, 1500 ABŞ dolları və 1000 ABŞ dolları olmaqla vermişdir. O, cavabdehə verdiyi pulların hamısını xarici valyuta - ABŞ dolları ilə vermişdir. İddia tələbində qeyd etməsə də, o, bundan başqa cavabdehə, onunla müntəzəm olaraq əlaqə saxlaya bilməsi üçün 160 ABŞ dolları dəyərində bir ədəd mobil telefon da alıb vermişdir. Borc verilən pulun təminatı olaraq cavabdeh öz evinin sənədlərini ona vermiş, ancaq sonradan evi girov qoyaraq kredit alacağı və borcunu qaytaracağı vədi ilə evin sənədlərini ondan almışdır. Cavabdeh aldığı pulları qısa müddət ərzində qaytaracağını vəd etsə də, sonradan vədinə əməl etməmiş, ona ayrı-ayrı vaxtlarda cəmi 1000 (bir min) manat pul qaytarmışdır. Ancaq 1000 (bir min) manat pulun nə vaxt qaytarıldığı dəqiq yadında deyil. Borc məbləğini nə üçün məhz xarici valyuta ilə verdiyini də xatırlamır, ancaq cavabdeh borcun bir hissəsi kimi ona v erdiyi pulu manatla qaytarmışdır. Borcun bir hissəsinin manatla qaytarılmasına etiraz etməməsinə səbəb onun həmin məbləği xarici valyutanın (ABŞ dollarının) məzənnəsinə uyğun hesablayacağı ilə əlaqədar olmuşdur. O zaman həmin məbləğin xarici valyutaya nisbətinin nə qədər olmasını xatırlamır. O, verdiyi pulun tam şəkildə qaytarmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. O, borcun qaytarılması ilə bağlı özünün yaşadığı Yevlax şəhərindən cavabdehin yaşadığı Oğuz rayonu Kərimli kəndinə dəfələrlə gəlib-getmişdir. X2 da bir neçə dəfə onunla birlikdə Oğuz rayonuna, cavabdehin yaşadığı evə gəlmişdir. Cavabdeh hər dəfə borcunu tam şəkildə ödəyəcəyini vəd etsə də, bu günədək borcu ödəməmişdir. Ona görə də o, hazırki tələblə məhkəm əyə müraciət etmişdir və hazırda 5100 (beş min bir yüz) ABŞ dolları məbləği cavabdehdən tələb edir. Eyni zamanda, qeyd edir ki, cavabdeh ona olan borcunu tam şəkildə qaytarmadığına görə cavabdehin ona ödədiyi cəmi 1000 (bir min) manat məbləği borcdan ödənilən məbləğ kimi deyil, 2009-cu ildən indiyədək olan müddət ərzində borcun qaytarılmasını tələb etmək üçün Yevlax rayonundan Oğuz rayonuna cavabdehin ünvanına gələrkən yol-nəqliyyat xərclərinə sərf etdiyi vəsait kimi nəzərə alır. Ona görə də hazırda o, 5100 (beş min bir yüz) ABŞ dolları borc və məhkəməyə müraciət etmək üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu məbləğini cavabdehdən tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində Cavabde h iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə iclasında izahat verərək göstərmişdi ki, o, 2004-cü ildə maddi ehtiyacı olduğuna görə Yevlax şəhərində yaşayan tanışı Famil Əzizovdan 1000 (bir min) manat borc pul istəmişdir. Famil Əzizov da onu iddiaçı ilə tanış etmiş və o, Famil Əzizovun vasitəsilə iddiaçıdan cəmi 1000 (bir min) manat borc pul almışdır. Qısa müddətdən sonra həmin borcu hissə-hissə olmaqla, iddiaçıya ayrı-ayrı vaxtlarda 250 manat, 250 manat və 500 manat verərək cəmi 1000 (bir min) manat məbləği tam şəkildə qaytarmışdır. Onun iddiaçıya hər hansı miqdarda borcu qalmamışdır. İddiaçı isə guya ona 5100 (beş min bir yüz) ABŞ dolları borc pul verdiyini iddia edir və hazırda ondan həmin miqdarda pul tələb edir. Güman edir ki, iddiaçı 2004-cü ildə verdiyi cəmi 1000 (bir min) manat borc pula görə hazırda ondan həmin vaxtdan sonra keçən müddət üçün faizlərin ödənilməsini tələb edir. Halbuki, iddiaçının ona borc olaraq verdiyi 1000 (bir min) manat pula görə faizlər ödənilməsi ilə bağlı onlar arasında hər hansı danışıq və ya razılaşma olmamışdır. İddiaçı ondan pul istəmək üçün, həqiqətən də, bir neçə dəfə ona müraciət etmiş, onun yaşadığı evə də gəlmişdir. Ancaq o, iddiaçıya borcu qalmadığını bildirmiş və ona əlavə olaraq hər hansı miqdarda pul verəcəyini vəd etməmişdir. İddiaçının onun yaşadığı evə hansı tarixlərdə gəldiyini dəqiq xatırlamasa da, yadındadır ki, həmin vaxtlarda onun birinci arvadı hələ sağ olmuş, 2009-cu ildə arvadı vəfat etmişdir. Borcun verilməsindən 15 ildən artıq müddət keçəndən sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Onun i ddiaçıya hər hansı miqdarda borcu olmadığına görə iddia tələbini əsassız hesab edir. Eyni zamanda, bildirir ki, borcun verildiyi vaxtdan 15 ildən də artıq müddət keçmiş və iddiaçı iddia müddətini də keçirmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdi ki, o, Yevlax şəhərində yaşayır və həm iddiaçı ilə, həm də cavabdehlə ayrı-ayrılıqda tanışlıq münasibətləri vardır. Cavabdehi 2002-2003-cü illərdən tanıyır və işi ilə əlaqədar onların münasibətləri yaranmışdır. İddiaçı isə onun həmyerlisidir və cavabdehi iddiaçı ilə o özü tanış etmişdir. Belə ki, cavabdeh ondan borc pul istəmiş və o, iddiaçıdan xahiş etmiş dir ki, cavabdehə faiz hesablamadan borc pul versin. Çünki, cavabdeh ona söz vermişdir ki, aldığı pulu qısa müddətdə qaytaracaqdır. Cavabdehə 8000 (səkkiz min) ABŞ dolları borc pul lazım olmuş, ancaq iddiaçı cavabdehə 5000 (beş min) ABŞ dolları borc pul vermişdir. Onun məlumatına görə iddiaçı həmin məbləği üç dəfəyə 2500 ABŞ dolları, 1300 ABŞ dolları və 1200 ABŞ dolları olmaqla, hissə-hissə cavabdehə vermişdir. Həmin pullar cavabdehə Yevlax şəhərində verilmiş, cavabdeh ilk dəfə özü tək, ikinci dəfə isə arvadı ilə gəlib pulu götürmüşdür. Sonuncu dəfə cavabdehin oğlu və gəlini gəlib iddiaçıdan pulu götürmüşlər. Sonuncu məbləğ Yevlax şəhərində “Sahil” restoranının qarşısında verilmiş və həmin vaxt o özü də orada olmuşdur. Ancaq əvvəlki məbləğlərin verilməsində o, şəxsən iştirak etməmişdir. Ca vabdeh iddiaçıdan borc pul alarkən borcun zəmanəti olaraq öz evinə aid hüquqmüəyyənedici sənədləri iddiaçıya versə də, sonradan guya evi girov qoyaraq bankdan kredit alacağını bəhanə edib onu aldadaraq evin sənədlərini onun özünün vasitəsilə iddiaçıdan almışdır. Cavabdeh iddiaçıdan borc alandan sonra bir neçə dəfə az miqdarda ödənişlər etsə də, sonradan borcunu tam şəkildə ödəməkdən yayınmışdır. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdi ki, o, Yevlax şəhərində yaşayır və qızıl zinət əşyalarının satışı mağazasını işlədir. Maddi ehtiyacı olan şəxslərə, qızıl zinət əşyalarının girov qoyulması şərti ilə borc pul verir. Həmin şəxslər də sonradan gəlib qızıl zinət əşyalarını geri götürərkən borc verilməsinin müqabili olara q ona müəyyən məbləğdə pul verirlər. Onun iddiaçı ilə yaxın tanışlıq münasibətləri vardır, cavabdehi isə əvvəllər tanımamış və onunla hər hansı münasibəti olmamışdır. Cavabdehin iddiaçıya borcu olması, həmin borcu qaytarmaqdan yayınması barədə, təxminən, 10-12 il əvvəl iddiaçıdan eşitmiş, iddiaçının xahişi ilə borcu istəmək üçün onunla birlikdə üç dəfə Oğuz rayonu Kərimli kəndinə cavabdehin yaşadığı evə də gəlmişdir. Cavabdehin yaşadığı evə nə vaxt gəldiyini dəqiq xatırlamır, ancaq ilk dəfə gəldikləri zaman cavabdehin arvadı hələ sağ olmuş, onlara çay da hazırlayıb vermişdir. Cavabdeh və arvadı müəyyən problemlərinin olduğunu, maddi vəziyyətlərinin ağır olduğunu, imkan tapan kimi borcu qaytaracaqlarını deyərək iddiaçını sakitləşdirmiş, ondan isə iddiaçını da götürüb aparmasını xahiş etmişl ər. Növbəti dəfələrdəcavabdehin yaşadığı evə gəldikləri vaxtlarda isə o, avtomobildən düşməmiş və iddiaçını həyət qapısının qarşısında gözləmişdir. İddiaçını cavabdehlə tanış edən Famil Əzizov adlı şəxsin ünvanına isə iddiaçı ilə birlikdə dəfələrlə getmişdir. O, cavabdehə borc pulun verilməsinin şəxsən şahidi olmamış, pulun verilməsində iştirak etməmiş, bu barədə yalnız iddiaçıdan eşitmişdir. Borc pulun hissə-hissə və ya bir dəfəyə verildiyini, həmçinin, hansı şərtlərlə verildiyini də bilmir, ancaq iddiaçının deməsinə görə pulun 5000 (beş min) ABŞ dollarından artıq olduğu ona məlumdur. İddiaçının səhhətində problemlər olduğu üçün və yaxın rəfiqə olduqlarına görə iddiaçının xahişi iləborcu istəmək üçün onunla birlikdə Oğuz rayonunda cavabdehin evinə və Yevlax şəhərində Famil Əzizovun ünvanı na getmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı iş materialları, işdə iştirak edən şəxslərin izahatları və şahidlərin ifadələri ilə müəyyən edilmişdi ki, cavabdehlə iddiaçı arasında 2009-cu ildən əvvəlki müddətlərdə borc alınıb verilməsi ilə bağlı şifahi danışıq və razılaşmalar olmuşdur. İddiaçı, təxminən, 10-15 il əvvəl cavabdehin ondan ayrı-ayrı vaxtlarda hissəhissə olmaqla cəmi 5100 (beş min bir yüz) ABŞ dolları borc pul aldığını, həmin borc üzrə ona cəmi 1000 (bir min) manat ödədiyini, cavabdehin ona olan borcunu indiyədək qaytarmadığını bildirərək hazırda cavabdehdən 5100 (beş min bir yüz) ABŞ dolları borc və məhkəməyə müraciət etmək üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu məbləğini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi onunla cavabdeh arasın da olan şifahi danışıq və razılaşmalara, hazırki iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrinə istinad edir. Eyni zamanda, iddiaçı cavabdehin ona ödədiyi cəmi 1000 (bir min) manat məbləği borcdan ödənilən məbləğ kimi deyil, 2009-cu ildən indiyədək olan müddət ərzində borcu qaytarılmasını tələb etmək üçün Yevlax rayonundan Oğuz rayonuna cavabdehin ünvanına gələrkən yol-nəqliyyat xərclərinə sərf etdiyi vəsait kimi nəzərə aldığını, ona görə də 5100 (beş min bir yüz) ABŞ dolları borc məbləğini hazırda cavabdehdən tam şəkildə tələb etdiyini bildirir. Cavabdeh iddiaçının ona qarşı olan hazırki iddiasını əsassız hesab etdiyini bildirir və həmin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq qeyd edir ki, o, 2004-cü ildə iddi açıdan aldığı cəmi 1000 (bir min) manat borc məbləğini ona tam şəkildə qaytarmışdır və hazırda iddiaçıya hər hansı miqdarda borcu yoxdur. Cavabdeh, eyni zamanda, bildirir ki, iddiaçıdan borc pul aldığı vaxtdan 15 ildən də artıq müddət keçmiş və iddiaçı iddia müddətini də keçirmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı iddia edilən vaxtlarda, yəni 2009-cu ildə və ondan əvvəlki illərdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddiaçının cavabdehdən 5100 (beş min bir yüz) ABŞ dolları borc məbləği tutulmasına dair hazırki iddia tələbi, həmin iddia tələbinin məhkəmə araşdırması zamanı sübuta yetirilməməsi əsası ilə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi, həmin tələbin sübuta yetirilməməsi əsası ilə təmin edilmədiyindən və hazırda iddia müddət inin keçib-keçməməsi hazırki iş üçün hər hansı əhəmiyyət kəsb etmədiyindən məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair verdiyi vəsatətlə bağlı araşdırma aparılmasına heç bir zərurət görmür. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətn aməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-1145/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-49/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı təxminən 10-15 il bundan əvvəl cavabdehin ondan ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla cəmi 5100 (beş min bir yüz) ABŞ dolları borc pul aldığını, həm in borc üzrə ona cəmi 1000 (bir min) manat ödədiyini, cavabdehin ona olan borcunu indiyədək qaytarmadığını bildirərək hazırda cavabdehdən 5100 (beş min bir yüz) ABŞ dolları borc və məhkəməyə müraciət etmək üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu məbləğini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi onunla cavabdeh arasında olan şifahi danışıq və razılaşmalara, hazırki iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrinə istinad edir. Eyni zamanda, iddiaçı,cavabdehin ona ödədiyi cəmi 1000 (bir min) manat məbləği borcdan ödənilən məbləğ kimi deyil, 2009-cu ildən indiyədək olan müddət ərzində borcu qaytarılmasını tələb etmək üçün Yevlax rayonundan Oğuz rayonuna cavabdehin ünvanına gələrkən yolnəqliyyat xərclərinə sərf etdiyi vəsait kimi nəzərə aldığını, ona görə də 5100 (beş min bir yüz) ABŞ dolları borc məbləğini hazırda cavabdehdən tam şəkildə tələb etdiyini bildirir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdə sinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanma lıdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahidlər 10-12 il bundan əvvəl iddiaçı tərəfindən cavabdehə pul verildiyinin eşitdiklərini bildirsələr də, bununla bağlı əsaslı arqumentlər gətirə bilməmiş, yalnız formal mülahizələr əsasında ifadə vermişlər. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1145/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə g öndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1145/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxıl masını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1145/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.