Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5144/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-yə və Cavabdeh3 ASC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin başqasının sahibliyindən qaytarılması, ziyanın ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2, Üçüncü şəxs "xxxx" MMC-nin vəkili xxx oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(105)598/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 06 may 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə "xxxx" MMC ünvan 1ində yerləşən 0,2082 ha torpaq sahəsini Cavabdeh2 52050 manata satmışdır. 27 iyun 2013-cü il tarixli Torpaq sahəsinin alqı-satqı və ipoteka müqaviləsi ilə xxxX2 rayonu, Masazır kəndi ünvanında yerləşən 0,0317 ha torpaq sahəsini İddiaçı1 satmış, əmlakın satış qiyməti 10500 manat məbləğində müəyyən olunmuş və həmin məbləğ tam olaraq Cavabdeh3 ASC tərəfindən 27 iyun 2013-cü il tarixli Kredit müqaviləsinə əsasən ödənilmiş, torpaq sahəsi isə kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 sentyabr 2017-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən İddiaçı1 mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 0,0313 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) 0,0253 ha hissəsi ilə üst-üstə düşdüyü, həmin 0,313 ha torpaq sahəsinin 0.0065 ha hissəsinin ümumi istifadədə olan yola düşdüyü, "xxxx" MMC tərəfindən iddia olunan torpaq sahəsinə hər hansı müdaxilə hallarının və tikililərin mövcud olmadığı müəyyən olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 ASCyə və "xxxx" MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və digər tələblərinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, “Park Solero” evlər kompleksində "xxxx" MMC tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertiza ilə müəyyən edilmiş faktiki sahəsi ilə 187,4 kv.m. sahəsi arasında fərqin hər kv.m. 550 manata vurulmaqla müəyyən edilən məbləğin, mənzilə quraşdırılmış su, qaz, elektrik enerjisi sayğaclarının sərfiyyatının əhali üçün nəzərdə tutulmuş tariflərə vurulmaqla alınan məbləğə həmin sərfiyyatın hüquqi şəxslər üçün nəzərdə tutulmuş tariflərə vurulmasından alınan fərqin məbləğinin və mənəvi zərərin əvəzi kimi 15000 manatın "xxxx" MMC-dən alınaraq ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış dır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-yə və Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354088/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən iddiaçıya satılmış ünvan 1ində yerləşən, 0,313 ha torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ünvan 1ndə yerləşən “Park Solero” evlər kompleksində inşa edilmiş fərdi yaşayış evinin razılaşdıq ları sahədən az olan 44 kv.m. görə, 1 kv.m-nin qiyməti 800 manat olmaqla, 35200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və iddiaçının arasında olan məhkəmə çəkişmələri ilə məlum olmuşdur ki, iddiaçıya satılan torpaq sahəsinin faktiki sahəsi 0,01 ha azdır. Cavabdehdən torpaq sahəsinin az olan hissəsinin yerində təhvil verilməsini və ya dəyərinin ödənilməsini tələb etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də, müqavilədə nəzərdə tutulmuş və iddiaçının mülkiyyətində olan torpaq sahələrinin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Müb ahisəli torpaq sahəsi kommersiya məqsədilə ayrıldığına baxmayaraq, Cavabdeh5 həmin torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi barədə Sərəncam vermişdir. Alqı-satqı müqaviləsində qeyd olunan torpaq sahəsi az olmasına baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Abşeron rayon Ərazi İdarəsi Cavabdeh2 və ondan sonra iddiaçıya çıxarışlar vermişdir. Həmçinin, Cavabdeh3 ASC ilə bağlanmış alqı-satqı və ipoteka müqaviləsində tərəf kimi iştirak etmiş, lakin bilərəkdən torpaq sahəsinin bir hissəsinin mövcud olmamasına əhəmiyyət verməmişdir. Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(012)-1649/2020 nömrəli qətnaməsi ilə (hakim E.M.Kazımov) İddiaçı1 iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəmə si hesab etmişdir ki, iddiaçı ona satılmış 0,0313 ha torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia etsə də, həmin torpaq sahəsinin 0,0065 ha hissəsinin ümumi istifadədə olan torpaq sahəsi olduğu yola düşdüyü müəyyən edilmişdir. İddiaçı ona satılmış torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia etsə də, torpaq sahəsinin ümumi istifadədə olan yola düşməsi mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyərləndirilə bilməz. Belə olan halda, iddiaçı ona satılmış torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyul masına dair iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Bundan başqa, iddiaçı ünvan 1ndə yerləşən “Park Solero” evlər kompleksində inşa edilmiş fərdi yaşayış evinin razılaşdıqları sahədən az olan 44 kv.m görə, 1 kv.m-nin qiyməti 800 manat olmaqla, 35200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini bildirsə də, iddiaçı tikinti ilə bağlı hər hansı bir müqaviləni məhkəməyə təqdim edə bilmədiyindən, həmin pulun ödənilməsi tələbi də əsassızdır. Mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tələbin həmin hissəsi əsas tələbə nisbətdə törəmə tələb hesab olduğundan və əsas tələb təmin edilmədiyindən, mənəvi zərərə görə hissədə də təmin edilə bilməz. Daha sonra birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini aldığını bi ldirdiyi 2013-cü ildən artıq 7 ildən çox vaxt keçməsinə baxmayaraq, bu dövrdə məhkəməyə müraciət etmədiyindən, müraciət etməməsini əsaslandıran üzrlü səbəblər təqdim etmədiyindən, iddia müddəti də tətbiq edilməklə iddia rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(012)-1649/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(105)-598/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Ab şeron Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(012)-1649/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının dəlilləri iş materialları ilə təkzib edilir. Apellyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(105)-598/2021 nömrəli qət naməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlar düzgün qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 vəkili Vəkil2 və üçüncü şəxs "xxxx" MMC-nın vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin e dilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Cavabdeh3 ASC vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq ed ilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna v urulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ə saslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birb aşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə cavabdehdən alınan torpaq sahəsinin tamamlanmasını xahiş edir. İş üzrə İddiaçı1 mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 0,0313 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0,0253 ha hissəsi ilə üst-üstə düşməsi, 0,0065 ha hissəsinin isə ümumi istifadə olan yola düşməsi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tələb olunan torpaq sahəsinin cavabdehin sahibliyində olması faktı iş üzrə müəyyən olunmadığından, iddiaçının həmin tələbinin əsassız olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni olmuşdur. İddiaçının ikinci tələbi i sə mübahisələndirilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikilməsi ilə əlaqədar ziyanın əvəzinin ödənilməsindən ibarətdir. Lakin iddiaçı onunla cavabdeh arasında evin tikilməsi ilə bağlı hər hansı müqavilə münasibətlərinin olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, həmin tələbi də rədd edərkən apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını pozmamışdır. Daha sonra, məhkəmə kollegiyası hesab edir ki, iddianın əsassız olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni olunduğundan, iddia müddətinin tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə əlavə hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipinə əsasən zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə ra zılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(105)-598/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №2(102)-5144/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5144/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver