Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5144/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbi barədə 22.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 may 2022-ci il tarixli, 2(104)490/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, 01 noyabr 2018-ci il tarixli kirayə müqaviləsinə əsasən, İddiaçı (bundan sonra iddiaçı) Abşeron rayonu, Qobu qəsbəsində yerləşən tikinti materialları dükanını hər ay 200 manat kirayə haqqı ödəmək şərti ilə 01 noyabr 2020-ci il tarixədək Cavabdeh (bundan sonra cavabdeh) kirayəyə verib Sözügedən müqavilənin şərtlərinə görə, iddiaçı tərəfindən dükanda olan mal qalığı sayılaraq 8.811,2 manat məbləğində qiymətləndirilib və nisyə olaraq hissə-hissə ödəmək şərti ilə cavabdehə təhvil verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən 7.983.5 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən öz adına olan tikinti materialları dükanını 01 noyabr 2018-ci il tarixdə cavabdehə kirayəyə verib. Dükanı icarəyə verərəkən, onun içərisində olan tikinit materiallarını sayıb 8.811 manat məbləğində qiymətləndirərək hissə-hissə ödəmək şərti ilə qaimə fakturasına əsasən cavabdehə təhvil verib. Cavabdeh ilk iki ay icarə haqqını ödəsə də, sonrakı aylar üçün maliyyə vəziyyətinin pis olmasını səbəb gətirərərək, icarə haqqını ödəməyib. O, icarə haqını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək bundan imtina edib. Bundan sonra o, dükanda hesablama aparıb və ona məlum olub ki, cavabdehə verdiyi 8.811,20 manat tikinti materiallarından 4788.5 manat dəyərində olan materiallar yoxdur. Bunun qarşılığında cavabdeh ona cəmi 410 manat pul verib. Cavabdehin tikinti materialları üzrə ona 4.588,5 manat, habelə icarə haqqına görə 3.400 ma nat borcu vardır. Abşeron Rayon Polis İdarəsinin 11 iyul 2020-ci il tarixli “Cinayət işinin başlanması haqqında” Qərarına əsasən, iddiaçı tikinti materialları olan dükanını cavabdehə icarəyə verib. Həmçinin dükanda olan 8.811 manat tikinti materiallarını satıb pulunu qaytarmaq üçün cavabdehə verib, lakin cavabdeh 4.788,5 manat tikinti materiallarını satsa da pulunu ona qaytarmayıb. Bərdə Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia təmin edilərək, cavabdehdən 7.983,5 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlib və cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib. Cava bdehin iddiaçıya ödənilməmiş 7.983,5 manat borcu qalıb. Belə ki, cavabdehin iddiaçıya satdığı materiallara görə 4588.50 manat və 17 ay icarə haqqını ödəmədiyi üçün 3.400 manat olmaqla, cəmi 7.983,5 manat borcu vardır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 675, 700.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, tərəflər arasında ticarətlə bağ lı heç bir sənədləşmə aparılmayıb. Cavabdeh iddiaçıya məxsus dükanı 2019-cu ilin əvvəllərində icarəyə götürüb və 3-4 ay işlədikdən sonra qazanc olmadığı üçün onu bağlayıb. Buna baxmayaraq iddiaçı dükanın işləmədiyi müddət üçün də cavabdehdən kirayə haqqı tələb edir. Həmin dükanda olan 3.500 manat dəyərində tikinti materialları cavabdehə məxsus olub və dükan bağlandıqdan təxminən 20 gün sonra o, əməliyyat olunub. Həmin vaxt iddiaçı cavabdehə məxsus 3500 manat dəyərində olan tikinti materiallarını əvvəllər satıcı işləmiş Xn iştirakı ilə 3-4 gün ərzində öz avtomobili ilə aparıb. İddiaçı həmin malları x birlikdə digər satış məntəqələrinə paylayıb. İddiaçı həmin malların dəyərini istədikdə o, bildirib ki, həmin malların dəyərini pul şəklində icarə haqqından çıxır. Cavabdeh icarə müqaviləsinə im za atmayıb və iddiaçı tərəfindən siyahı şəklində verilmiş mal təxminən 4.500 manat dəyərində olub. Məhkəmə-xətşünaslıq ekspertinin 06 aprel 2022-ci il tarixli ekspert rəyinə görə, işə əlavə edilmiş 18 ədəd qaimə-fakturalarda “təhvil aldı” qrafasındakı imzalar eyni şəxs, yəni cavabdeh tərəfindən icra edilib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev sədrlik edən, məruzəçi, Ə.Abdullayev və A.İsgəndərova) apellyasiya şikayəti qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 7.983,5 manat pulun tutulmasına dair iş üzrə Bərdə rayon məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsi qismən 2.000 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddiaçının cavabdehə qarşı 7.983,5 manat pul tələbinə dair iddiası 2.000 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində rədd edilib. Qətnamə qalan hissədə cavabdehdən 5.983,5 manat pulun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdehin izahatından və şahid ifadəsindən görünür ki, cavabdeh icarəyə götürdüyü dükanı 5 ay işlədib, bundan sonra dükanı bağlayıb və 2 ay keçdikdən sonra dükanı iddiaçıya təhvil verib, yəni həmin dükan cəmi 7 ay cavabdehin istifadəsində olub. Daha sonra, cavabdeh dükanı iddiaçının özünə təhvil verib. Göstərilənlərə əsasən, cavabdehdən icarə haqqı olaraq 7 aya görə ödənilməmiş 1.400 (07 ay x 200 manat) manat pul tutularaq iddiaçıya verilməlidir. Birinci ins tansiya məhkəməsi iddianı tam təmin etməkdə haqlı olmayıb və iş üzrə dügün nəticəyə gəlməyib. Cavabdehdən iddiaçının xeyrinə 7.983,5 manat pulun tutulmasına dair 2.000 manat pulun alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329.2, 406.1, 675, 684.2, 700.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, tərəflər arasında ticarətlə bağlı heç bir rəsmi sənədləşmə aparılmayıb. Cavabdeh tərəfindən iddiaçıya məxsus dükan 2019-cu ilin əvəllərində icarəyə götürülüb, 3-4 ay işlədikdən sonra qazanc olmadığından dükan bağlanıb. Lakin, buna baxmayaraq iddiaçı həmin dükanı işlətmədiyi müddət üçün icarə haqqını cavabdehdən tələb edib. Həmin dükanda olan 3.500 manat dəyərində tikinti materialları cavabdehə məxsus olub. Dükan bağlandıqdan təxmnən 20 gün sonra cavabdeh əməlyyat olunub. Həmin vaxt iddiaçı cavabdehə məxsus 3.500 manat dəyərində olan tikinti materiallarını satıcı işləmiş X iştirakı ilə 3-4 gün ərzində öz avtomobili ilə aparıb. İddiaçı həmin malları X birlikdə digər satış məntəqələrinə paylayıb. Cavabdehin iddiaçıya bo rclu olmadığını məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X da təsdiq edib. Lakin, apellyasiya instansiyası məhkəməsi şahid ifadəsini və yxarıda qeyd edilən xüsusatları nəzərə almayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsində göstərilir ki, əqdlər şifahi və ya yazılı (sad ə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o, halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 684.2-ci maddəsinə görə, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyəyerilmiş əşyadan istifadə zamanı qənaə t edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır; 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənəmüəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiy ası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 01 noyabr 2018-ci il tarixli kirayə müqaviləsinə əsasən iddiaçı, Abşeron rayonu, Qobu qəsbəsində yerləşən tikinti materialları dükanını hər ay 200 manat kirayə haqqı ödəmək şərt i ilə 01 noyabr 2020-ci il tarixədək cavabdehə kirayəyə verib. Sözügedən müqavilənin şərtlərinə görə, iddiaçı tərəfindən dükanda olan mal qalığı sayılaraq 8.811,2 manat məbləğində qiymətləndirilib və nisyə olaraq hissə-hissə ödəmək şərti ilə cavabdehə təhvil verilib. Məhkəmə-xətşünaslıq ekspertinin 06 aprel 2022-ci il tarixli ekspert rəyinə görə, işə əlavə edilmiş 18 ədəd qaimə-fakturalarda “təhvil aldı” qrafasındakı imzalar eyni şəxs, yəni cavabdeh tərəfindən icra edilib. Abşeron Rayon Polis İdarəsinin 11 iyul 2020-ci il tarixli “Cinayət işinin başlanması haqqında” Qərarına əsasən, iddiaçı tikinti materialları olan dükanını cavabdehə icarəyə verib. Həmçinin dükanda olan 8.811 manat tikinti materiallarını satıb pulunu qaytarmaq üçün cavabdehə verib, lakin cavabdeh 4.788,5 manat tikinti mat eriallarını satsa da pulunu ona qaytarmayıb. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin izahatını, şahid ifadəsini tədqiq edib müəyyən etmişdir ki, cavabdeh icarəyə götürdüyü dükanı 5 ay işlədib, bundan sonra dükanı bağlayıb və 2 ay keçdikdən sonra dükanı iddiaçıya təhvil verib, yəni həmin dükan cəmi 7 ay cavabdehin istifadəsində olub. Daha sonra cavabdeh dükanı iddiaçının özünə təhvil verib. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehdən icarə haqqı olaraq 7 aya görə ödənilməmiş 1.400 (7 ay x 200 manat) manat pul tutularaq iddiaçıya verilməlidir. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqd lər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; Həmin Məcəllənin 329.3-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə ) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; Həmin Məcəllənin 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə yerilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələ bini tam təmin etməkdə haqlı olmayıb və iş üzrə dügün nəticəyə gəlməyib. Odur ki, cavabdehdən iddiaçının xeyrinə 7.983,5 manat pulun tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi qismən- 2.000 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu, iddiaçıya ödənilməmiş borcunun qalmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14. 2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məz munu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(104)-490/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5144/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5144/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver