Məhkəmə qərarları › İş №2(102)-5146/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5146/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5146/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “zərərin əvəzi olaraq pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pulun qaytarılması, sübutetmə yükü, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçıların vəkili Nümayəndə1 və Cavabdeh2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-575/2021 nömrəli iş ü zrə 06 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərin əvəzi kimi 880.000 ABŞ dollarının ödəniş gününə olan manatla ekvivalenti məbləğində vəsaitin və dövlət rüsumu olaraq ödədikləri 30 manat pulun tutularaq onlara ödənilməsi ba rədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında dindirilən İddiaçı1 iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, iş üzrə cavabdehləri çoxdan tanıyır. Cavabdehlərdən Namik İsayev onun doğma qardaşıdır. Digər cavabdehlər Ramin və Cavabdeh3lar isə qardaşının dostlarıdır. 2004-cü ildən Rusiya Federasiyası Dağıstan Respublikası, Mahaçqala şəhərində yerləşən «MVP Orbita» şirkətinin lisenziyası əsasında Xasavyurt-Bakı-Xosavyurt marşrutunda sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olmuşlar. O, Rusiya Federasiyasında olduğu və işlədiyi vaxtlarda qardaşı Namik İsayev ona zəng vuraraq bildirmişdir ki, hazırda iş üzrə cavabdehlər olan dostları Ramin və Əbdülfət ona iş birliyi təklif edirlər. Maraqlıdırsa Xaçmaz rayonuna gəlib onlarla görüşsün, təkliflərini bəyənsə onlarla iş bi rliyi qura bilərlər. O, 2009-cu ilin əvvəllərində Xaçmaz rayonuna gələrək cavabdehlərin hər ikisi ilə görüşmüş, söhbət əsnasında cavabdehlər ona təklif etmişlər ki, Quba rayonunda daş karxanalarından Bakı şəhərinə beton zavoduna çınqıl, daş və atsep daşınması işinə başlasınlar və onlar üçün «Nova» markalı özü qaldırıb boşaldan ağır tonnajlı maşınlar lazımdır ki, bu bizneslə məşğul olsunlar. O, cavabdehlərin təkliflərini bəyənmiş və onlara bildirmişdir ki, bu barədə iş üzrə digər iddiaçı olan arvadı İddiaçı2 ilə məsləhətləşib onlara məlumat verəcəkdir. Bundan sonra o, Rusiya Federasiyasının Dağıstan Respublikasının Xosavyurt şəhərinə qayıdaraq arvadı ilə məsləhətləşmiş, arvadı təklifi bəyəndiyindən sonradan cavabdehlərə zəng edərək onlara avtomaşın almaq üçün pul göndərə biləcəyini bildirmi şdir. Cavabdehlər onlarla razılaşmış, bundan sonra arvadı ilə birlikdə göndərdikləri pullar hesabına 7 ədəd «Nova» markalı yükdaşıma avtomaşını, əlavə olaraq Xaçmaz rayonunun Xaspolad-oba kəndində daş karxanası alınmışdır. Ümumilikdə onlar, yəni iddiaçılar bu işlərə 880.000 ABŞ dolları pul vermişlər. Həmin verdikləri pullar hesabına cavabdehlər öz işlərini başlamışlar. Həmin pulları o, Dağıstandan hissə-hissə məhkəməyə təqdim etdiyi şahidlər vasitəsilə göndərmişdir. Cavabdehlər bildirmişlər ki, hər reysə hər avtomaşından 200 dollar, ümumilikdə hər maşın 10.000 dollar qazanc gətirəcəkdir. 2011-ci ildə onlar cavabdehlərlə görüşmüş, söhbət əsnasında cavabdehlər onlara bildirmişlər ki, işləri yaxşı gedir, biznesdə inkişaf var, onun və arvadının yatırdıqları vəsait və gəlirlərin müqabilində onl ara Bakı şəhərində yeni tikilən binalarda müxtəlif yerlərdə mülk şəklində mənzillər verməklə pullarını ödəyəcəklər və ilkin olaraq Bakı şəhəri, Nərimanov rayonunda yerləşən yeni tikili binada 200 kv.m ərazili, dəyəri 300.000 manat olan mənzil göstərmişlər. Cavabdehlər həmin mənzili onlar üçün aldıqlarını, ardıcıl olaraq Bakı şəhərində 7-ci mikrorayon ərazisində yerləşən digər yeni tikili binalarda da mənzillər alacaqlarını bildirmişlər. Bundan sonra Nərimanov rayonunda mənzil alınmış və alınmış mənzilin təmirini də özü etmişdir. Mebel və digər əşyaları da o və arvadı almışlar. Lakin sonradan cavabdehlər onlara həmin mənzilləri verməmişlər. Onlar aldadıldıqlarını başa düşsələr də cavabdehlərdən biri qardaşı olduğuna görə heç bir orqana müraciət etməmişlər. Cavabdehlərlə birlikdə iş birliklə ri ilə əlaqədar danışıqlar apararkən onlar etiraf etmişlər ki, o, ümumi iş birliyinə 880.000 ABŞ dolları məbləğində pul qoymuşdur və bu danışıq X1 iştirakı ilə keçirilmiş və telefonun yaddaşına yazılmışdır. Lakin sonradan cavabdehlər onlara heç bir pul vermədiklərindən 2015-ci ildə onlar bu barədə rəsmi olaraq Bakı şəhəri, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişlər. Orada aparılan araşdırma zamanı cavabdehlər onlara pullarını ödəyəcəklərinə vəd vermişlər. Bakı şəhəri, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən iki mərtəbəli yaşayış evini onlara vermişlər və həmçinin bildirmişlər ki, 2017-ci ildə Nizami rayonunda yerləşən üç otaqlı mənzil də verəcəklər. Cavabdehlər yazılı müqavilə də bağlamışlar. Lakin söz verdikləri ikinci mənzili onlara verməmişlər. Aldadıldıqlar ını başa düşdükdən sonra o, 2019-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə yenidən müraciət etmiş və orada araşdırma aparıldıqdan sonra bildirmişlər ki, mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməlidirlər. Onlar ilk iddia tələblərində cavabdehlərdən 820.000 ABŞ dollarının və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq onlara verilməsini xahiş etmişlər. Hazırda tələblərində dəyişiklik etməklə bildirirlər ki, cavabdehlərdən onlara verməli olduqları məbləğ 880.000 (səkkiz yüz səksən min) ABŞ dolları təşkil edir. Beləliklə cavabdehlər öz hərəkətləri ilə onlara göstərilən 880.000 ABŞ dolları məbləğində zərər vurmuşlar. Ona görə də iddia tələbləri hazırki həcmdə təmin olunmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qayda da dəymiş zərərin əvəzi kimi 880.000 ABŞ dollarının ödəniş gününə olan manatla ekvivalenti məbləğində vəsaitin və dövlət rüsumu olaraq ödədikləri 30 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən İddiaçı2, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək İddiaçı1 izahatı ilə eyni məzmunlu izahat verməklə iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında dindirilən Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə ona, qardaşı Cavabdeh3 və digər cavabdeh olan Cavabdeh2 qarşı iddia qaldıraraq onlardan vurulan zərərin əvəzi olaraq 880000 ABŞ dolları pulun tutularaq onlara verilməsini xahiş edir. İddiaçıların onlara qarşı yönəlmiş iddia tələbləri tam əsassızdır. Belə ki, onun İddiaçı1 və arvadı İddiaçı2 ilə heç bir iş birliyi olmamışdır. Cavabdeh2 iddiaçılardan İddiaçı1 doğma qardaşıdır. O və qardaşı Əbdülfət uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar, onların Xaçmaz rayonu ərazisində daş karxanası və yük avtomobilləri olmuşdur. Onun və qardaşı Cavabdeh3 iddiaçının qardaşı Cavabdeh2lə iş birlikləri olmuş, Namik İsayev də onların biznesinə bir müddət qoşulmuş və bu iş birlikləri 2012-ci ildə bitmişdir. İddiaçı1 tərəfindən ona hər hansı məbləğdə pul vəsaiti verilməmişdir. O və qardaşı Cavabdeh3 Cavabdeh2lə birgə işləmişlər və hər biri özünə aid qazanca götürmüşlər. İddiaçı1 isə illərlə onlardan əsassız böhtan xarakterli şikayətlər yazmaqda davam etmişdir. Onun müxtəlif orqanlara yazdığı əsassız böhtan xarakterli şikayətləri sübut olunmamış və r ədd edilmişdir. O, qardaşı Cavabdeh3 və Cavabdeh2 müəyyən müddət ərzində birgə yük maşınları alaraq rayonlardan Bakı şəhərinə çınqıl-daş daşınması ilə məşğul olmuşlar və Xaçmaz rayonu ərazisində daş karxanası işlətmişlər. Lakin bu işlərlə iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir əlaqəsi olmamışdır. Xüsusilə də qeyd edir ki, onun və qardaşı Əbdülfətin iddiaçılarla ümumiyyətlə heç bir münasibətləri və əlaqələri olmamışdır. Cavabdeh2 özünün qardaşı İddiaçı1lə öz aralarında müəyyən müddət iş birliyi olmuş, bu iş birliyində Zaur qardaşı Namiqə müəyyən qədər köməklik etmişdir. Onların iş birliyi əsasında Namiq Zaurun üstünə Rusiyaya mal göndərmiş, Zaur isə malı sataraq pulunu Namiqə göndərmiş, əldə olunan qazancı isə aralarında bölmüşlər. Sonradan Namiq qardaşı Zaura bunun müqabilində Bakı şəhəri, Xırdalan qəsəbəsi ərazisində mənzil vermişdir. Ona görə də iddiaçıların iddia tələblərini əsassız hesab edərək təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh3 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə ona, qardaşı Cavabdeh1 və digər cavabdeh olan Cavabdeh2 qarşı iddia qaldıraraq onlardan 880000 ABŞ dolları pulun tutularaq onlara verilməsini xahiş edir. İddiaçıların onlara qarşı yönəlmiş iddia tələblərini o da tam əsassız hesab edir. Belə ki, onun İddiaçı1 və arvadı İddiaçı2 ilə heç bir iş birliyi olmamışdır. Cavabdeh2 iddiaçılardan İddiaçı1 doğma qardaşıdır. Əslində onun və qardaşı Cavabdeh1 iddiaçının qardaşı Cavabdeh2lə iş birlikləri olmuş və bu iş birlikləri 2012-ci ildə bitmişdir. İddiaçı1 tərəfindən ona hər hansı məbləğdə pu l vəsaiti verilməmişdir. O və qardaşı Cavabdeh1 Cavabdeh2lə birgə işləmişlər və hərə öz qazanclarını götürmüşlər. İddiaçı1 isə illərlə onlardan əsassız böhtan xarakterli şikayətlər yazmaqda davam etmiş, onun müxtəlif orqanlara yazdığı əsassız böhtan xarakterli şikayətləri sübut olunmamış və rədd edilmişdir. O, qardaşı Cavabdeh1 və Cavabdeh2 müəyyən müddət ərzində birgə yük maşınları alaraq rayonlardan Bakı şəhərinə çınqıl-daş daşınması ilə məşğul olmuşlar və Xaçmaz rayonu ərazisində daş karxanası işlətmişlər. Lakin bu işlərlə iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir əlaqəsi olmamışdır. Onun və qardaşı Raminin iddiaçılarla ümumiyyətlə heç bir münasibətləri və əlaqələri olmamışdır. Cavabdeh2 özünün qardaşı İddiaçı1lə öz aralarında müəyyən müddət iş birliyi olmuş, bu iş birliyində Zaur qardaşı Namiqə müəyyən qədər köməklik etmişdir. Onların iş birliyi əsasında Namiq Zaurun üstünə Rusiyaya mal göndərmiş, Zaur isə malı sataraq pulunu Namiqə göndərmiş, əldə olunan qazancı isə aralarında bölmüşlər. Sonradan Namiq qardaşı Zaura bunun müqabilində Bakı şəhəri, Xırdalan qəsəbəsi ərazisində mənzil vermişdir. Ona görə də iddiaçıların iddia tələblərinin əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iş üzrə iddiaçılardan İddiaçı1 onun doğma qardaşı, İddiaçı2 isə qardaşının arvadıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə ona, digər cavabdehlər Ramin və Cavabdeh3lara qarşı iddia qaldıraraq onlardan vurulan zərəri olaraq 880000 ABŞ dolları pulun tutularaq onlara verilməsini xahiş edir. İddiaçıların ona qarşı yönəlmiş iddia tələblərini əsassız hesab edir. Belə ki, onun iş üzrə digər cavabdehlər Ramin və Əbdülfəz Əzizovla təxminən 1998-ci ildən 2012-ci ilədək olan dövr ərzində iş birlikləri olmuş, həmin dövr ərzində onlar birgə yük avtomaşınları alaraq rayonlardan Bakı şəhərinə çınqıl-daş daşınması ilə məşğul olmuşlar və Xaçmaz rayonu ərazisində daş karxanası işlətmişlər. Lakin bu işlərlə iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir əlaqəsi olmamışdır. Onun qardaşı İddiaçı1lə aralarında 2011-ci ilədək Türkiyədən karqo üsulu ilə Azərbaycana, Azərbaycandan isə avtomaşınlarla Rusiya Federasiyasının Dağıstan Respublikasına mal mübadilələri olmuşdur. Belə ki, o, Türkiyədən malı gətizdirmiş və Dağıstan Respublikasına qardaşı Zaura satmaq üçün göndərmişdir. Zaur isə malları sataraq pulunu avtom obil sürücüləri ilə ona göndərmişdir. Bu şəkildə onlar şərikli işləyərək pul qazanmışlar. Bu işləri 2011-ci ilin noyabr ayınadək davam etmiş, sonradan qardaşı onunla iş birliyini pozmuş və özü tək Dağıstan Respublikasında bu işlə məşğul olacağını bildirmişdir. Dəfələrlə qardaşına bu işdə ziyana düşəcəyini bildirsə də öz bildiyi kimi hərəkət etmiş, ona görə də o, malın çoxunu onda qoyaraq iş birliyindən ayrılmışdır. Sonradan isə qardaşı Zaur müstəqil işləyə bilməyərək xeyli miqdarda ziyana düşmüş və çoxlu borcları yaranmışdar. Qardaşı kimi ona köməklik edərək öz qazancından onun borclarını bağlayaraq onu vəziyyətdən çıxarmış, hətta qardaşını Azərbaycana dəvət edərək yaşaması üçün 120000 manat dəyərində öz evini ona vermişdir. Sonradan o, həmin evi də dəyərdəyməzə 60000 manata satmışdır. Zau run özünün külli miqdarda borcları olduğundan ondan, keçmiş şərikləri olmuş Əbdülfət və Ramindən müxtəlif orqanlara əsassız şikayətlər etməyə başlamış və pul tələb etmişdir. Lakin onun Prokurorluğa və Daxili İşlər orqanlarına etdiyi şikayətləri öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı1 ona qarşı iddiasını əsassız hesab edir, ona hər hansı məbləğdə pul verməli deyildir, ona görə də iddianın təmin olunmamasını xahiş edir. Xaçmaz Rayon Məhkəməsinin (hakim Xıdır Quliyev) 2(067)-468/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, onların 2009-2015ci illər ərzində cavabdehlər Cavabdeh1, Cava bdeh3 və Cavabdeh2 ilə aralarında iş birliyi olmuş, bu dövr ərzində cavabdehlərə yük avtomobillərinin və daş karxanasının alınması, digər işlərin görülməsi ilə əlaqədar müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 880.000 ABŞ dolları məbləğində pul vermişlər, lakin cavabdehlər onların pulunu qaytarmayaraq onlara ziyan vurmuşlar. Belə olduğu halda iddiaçılar İddiaçı1 və İddiaçı2 üzərinə onların 2009-2015-ci illər ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə aralarında iş birliyi olması, bu dövr ərzində cavabdehlərə yük avtomobillərinin və daş karxanasının alınması, digər işlərin görülməsi ilə əlaqədar müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 880.000 ABŞ dolları məbləğində pul vermələrini, lakin cavabdehlərin onların pulunu qaytarmayaraq onlara ziyan vurmalarını sübut etmə yük ü düşür. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh2 ilə birlikdə 2012-ci ilin əvvələrinədək ortaq biznesləri olmuş, lakin 2012-ci ilin yanvar ayında atalarının vəfatından sonra öz aralarındakı şərikli bizneslərinə son vermişlər. 2015-ci ildə iddiaçı hazırkı tələblə bağlı cavabdehlər barəsində Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etmiş, Cavabdeh2 isə İddiaçı1 onu hədələməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmişdir. Hər iki şikayət üzrə araşdırmalar aparılmış, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra aralarında olan narazılığın aradan qaldırılması üçün Cavabdeh2 öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı1 mülkiyyətinə vermiş, İddiaçı1 isə öz növbəsində səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizəni imzalayaraq göstərmişdir ki, qardaşı Cavabdeh2 ilə aralarında narazılıq olmuş və həmin narazılıq bitmişdir. Bunun müqabilində qardaşı Cavabdeh2 özünə məxsus olan ünvan 1 ünvanındakı evə sərəncam vermək, satmaq üçün ünvan 25-ci il tarixdə Zaura etibarnamə vermişdir. Onun gələcəkdə Cavabdeh2, onun ailəsinə, onun tanışları Cavabdeh1, X14 qarşı heç bir əmlak, pul və digər iddiaları və şikayətləri olmayacaqdır. Hazırda İddiaçı1 tərəfindən irəli sürülən iddia tələbi ilə bağlı əvvəllər də tərəflər arasında mübahisə olmuş və həmin mübahisə 17.06.2015-ci il tarixdə Cavabdeh2 ilə İddiaçı1 arasında əldə edilmiş razılıqla bitmiş və İddiaçı1 həmin məsələlərlə bağlı Cavabdeh2, onun ailəsinə və onun tanışları Cavabdeh1, X14 qarşı heç bir tələb irəli sürməyəcəyinə dair öhdəlik götürmüşdür. Xaçmaz rayon X21 Bölməsinin müstəntiqi Sail Tağıyevin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 20 iyun 2015-ci il tarixli qərarda müəyyən olunur ki, Xaçmaz rayon X21 Bölməsində aparılan araşdırma zamanı İddiaçı1 izahatında qardaşı- iş üzrə Cavabdeh2 2012-ci ildə 7 ədəd yük avtomobilinin, daş karxanasının alınması və ümumi işlər üçün 583.000 ABŞ dolları pul verdiyini göstərmişdir. Həmçinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə Xaçmaz rayon Prokurorluğunun 26 sentyabr 2016-cı il tarixli qərarından müəyyən olunur ki, Xaçmaz rayon Prokurorluğunda aparılan araşdırma zamanı İddiaçı1 izahatında qardaşı- iş üzrə Cavabdeh2 2012- ci ildə 7 ədəd yük av tomobilinin, daş karxanasının alınması və bu kimi ümumi işlər üçün 485.000 ABŞ dolları pul verdiyini göstərmişdir. Hal-hazırda isə İddiaçı1 iddia tələbində 2009-2015-ci illər ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə aralarında iş birliyi olmuş, bu dövr ərzində cavabdehlərə yük avtomobillərinin və daş karxanasının alınması, digər işlərin görülməsi ilə əlaqədar müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 880.000 ABŞ dolları məbləğində pul verdiyini göstərir. Beləliklə Xaçmaz rayon Polis Şöbəsində və Xaçmaz rayon Prokurorluğunda aparılmış araşdırmalar zamanı İddiaçı1 verdiyi izahatlarında göstərdiyi məbləğlərin bir-birindən fərqli olduğu, iddia tələbində göstərdiyi məbləğin isə polisdə və prokurorluqda verdiyi izahatlarla tamamilə birbirinə zidd olduğu müəyyən olunur. Cavabde hlərdən 880.000 ABŞ dolları məbləğdə pulun tutulmasını tələb edən iddiaçılar 17 iyun 2015-ci il tarixdə əldə edilən sonuncu razılıqdan sonra konkret olaraq nəyə əsasən hansı məbləğdə borcun qalmasını məhkəmə iclasında sübuta yetirə bilməmiş və cavabdehlər həqiqətən də ona borclu idisə, iddiaçı nəyə görə belə bir ərizəni imzalanmasını heç bir inandırıcı və ağlabatan dəlillə əsaslandıra bilməmişdir. Bundan əlavə, işdən görünür ki, iddiaçılar irəli sürdükləri iddia tələbinin əsası olan halları təsdiq edən sübut qismində məhkəməyə təqdim etdikləri X7 tərəfindən cavabdehlərin xəbəri olmadan qeydə alınmış audio səs yazısına, şahid ifadələrinə və müxtəlif şəxslər tərəfindən məhkəməyə ünvanlanmış ərizələrə istinad edirlər. Məhkəmə MPM-nin 10.10 və 95.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından iddiaçının təqdim etdiyi səs yazısı qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirilməlidir. Belə ki, prosessual qanunvericilik gizli yolla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan etmiş və şəxsin öz xəbəri olmadan səs yazısına məruz qoyula bilməməsi Konstitusiya ilə təminat altına alınmışdır. Bu səbəbdən sözügedən səs yazısı sübut kimi qəbul edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar tərəfindən məhkəməyə şahidlər təqdim edilmişdir. Həmin şahidlərin ifadələri də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahid qismində dindirilmiş X6 iddiaçının iş yoldaşı olmuşdur. O, öz ifadəsində göstərmişdir ki, pulun cavabdehlərə verilməsində iştirak etməmiş və Cavabdeh2, o cümlədən digər cavabdehləri şəxsən tanımamış və onlarla münasibətdə olmamışdır. O, pulun verilməsini ancaq İddiaçı1 eşitdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X7 iddiaçının işçisi olmuşdur. O, öz ifadəsində İddiaçı1 500.000 ABŞ dolları pulu daş karxanası biznesinə qoymasını bildirsə də, pulun şəxsən onun vasitəsi ilə göndərilmədiyini, müxtəlif vaxtlarda başqa sürücülərin gətirib Namiqə verdiyini göstərmişdir. İfadə detallı deyil, ancaq ümumi məlumatlardan ibarətdir. Şahid qismində dindirilmiş X11 iddiaçının işçisi olmuş və öz ifadəsində 2009-2011-ci illər ərzində 170.000 ABŞ dolları pulu şəxsən Cavabdeh2 çatdırmasını bildirsə də, konkret olaraq hansı tarixdə, harada və hansı məbləğləri Namiqə verməsini, eləcə də həmin məbləğlərin hansı məqsədlə Namiqə göndərilməsi ba rədə tam, ətraflı və dəqiq məlumatlar verməmiş, həmin məbləğin daş karxanası biznesinə sərf edilməsinin birbaşa şahidi olmamışdır. Şahid qismində dindirilmiş X15 iddiaçının işçisi olmuşdur və öz ifadəsində 100.000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh2 çatdırmasını bildirsə də, onun da ifadəsi detallı olmamış və konkret olaraq hansı tarixdə, harada və hansı məbləğləri Namiqə verməsi barədə məhkəməyə dəqiq məlumatlar verməmiş, həmin məbləğin daş karxanası biznesinə sərf edilməsinin birbaşa şahidi olmamışdır. Pulun hansı məqsədlə Namiqə verilməsini isə İddiaçı1 ona dediklərinə istinad etmişdir. İddiaçılar tərəfindən təqdim edilən şahidlər onların işçiləri olmuş və ona görə də mübahisənin münasibətdə olduqları tərəfin xeyrinə həll edilməsində maraqlıdırlar. Bundan əlavə, şahidlərin ve rdiyi ifadələr təfsilatlı olmamış, həmin ifadələrdə hansı məbləğdə pulun hansı şəraitdə, hansı məqsədlə Cavabdeh2 verilməsi göstərilməmişdir. Ən önəmlisi də, pulun hansı məqsədlə verilməsi barədə verilən ifadələrdə iddiaçıların sözlərinə istinad olunmuşdur. Bu səbəbdən iddiaçılar tərəfindən təqdim edilən şahid ifadələri sübut əhəmiyyətinə malik deyillər. Bundan başqa, məhkəmə hesab etmişdir ki, hər bir sübut, o cümlədən şahid ifadələri işin digər halları ilə məcmu şəklində qiymətləndirilməlidir. Hazırkı iş materiallarından göründüyü kimi, qeyd olunan şahid ifadələri iş materiallarında başqa hər hansı sübut növü ilə təsdiq olunmur. İddiaçının təqdim etdiyi ifadə verən şahidlər İddiaçı1 Cavabdeh2 göndərdiyi pul məbləğlərinin məhz daş karxanası, yük avtomobillərinin və biznesin qurulması üçün digər zəruri ehtiyacların ödənilməsinə sərf edilməsinin bir başa şahidi olmamışlar, şahidlər ifadələrində iddiaçıdan eşitdiklərini demişlər. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf şahid ifadələrindən başqa güvənli nəticəyə gəlməkdən ötrü məhkəməyə güvənliliyi şübhə doğurmayan, bir-birini təsdiq edən və tamamlayan digər sübutlar təqdim etmədiyindən təqdim olunmuş şahidlərin ifadələri mübahisənin obyektiv həlli üçün güvənli sübut kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə həll edilərkən sadəcə iddiaçıların cavabdehə pul verilib-verilməməsi araşdırılmamalıdır. Hətta iddiaçılar tərəfindən biznes üçün Cavabdeh2 pul verilməsi fərz edilsə belə, burada əsas aydınlaşdırılmalı olan məqam 2012-ci ildə tərəflər öz aralarındakı biznes ortaqlığına son qoyarkən onların aralarındakı razılığın necə olmasıdır. Bu mənada, məhkəmə hesab etmişdir ki, şahid qismində dindirilmiş, digər şahidlərdən fərqli olaraq hər iki tərəfə eyni dərəcədə yaxın olan, işin hər hansı tərəfin xeyrinə nəticələnməsində marağı olmayan, İddiaçı1 ilə Cavabdeh2 doğma anası X2 ifadəsi mübahisənin həllində nəzərə alınmalıdır. Belə ki, X8 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, “Zaurla Namiq 2012-ci ilin əvvəllərinə kimi biznes sahəsində şərikli işləmişlər. Sonra öz razılıqları ilə şərikli bizneslərindən ayrılmışlar və hər biri ayrılıqda ticarətlə məşğul olmuşlar. Şərikli işlədikdən sonra hər kəs öz payını götürüb ayrılmışlar.” İşin hallarından da görünüdüyü kimi, nə iddiaçılar, nə də ki onların şahidləri 2012-ci ildə iddiaçılar ilə Cavabdeh2 biznes şərikliyinə son qoyark ən öz aralarındakı son razılaşmanın necə olması və Cavabdeh2 iddiaçılara borcunun qalıb-qalmaması barədə məhkəməyə heç bir mötəbər məlumat və sübut təqdim edə bilməmişlər. Əksinə, Ş.İsayevanın ifadəsinə görə 2012-ci ildə tərəflər öz razılıqları ilə paylarını götürməklə ortaqlığa (şərikliyə) son qoymuşlar. Yəni, onlar ayrılarkən birinin digərinə borcu qalmamışdır. Qeyd olunanlarla yanaşı, iddiaçılar məhkəməyə bir sıra ərizələr təqdim edərək həmin şəxslərin ərizədə göstərdiyi məlumatların sübut kimi nəzərə alınmalarını xahiş etmişlər. Həmin ərizələr (izahatlar) şahid ifadəsinə bərabər tutula və sübut qismində dəyərləndirilə bilməz. Çünki, prosessual qanunvericiliyə əsasən məhkəmə iclasında şahid qismində dindirilən şəxs yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilir və ondan bu b arədə iltizam alınır. Ona görə də hər hansı şəxsin hətta notariat qaydada təsdiq edilmiş yazılı izahatı belə şahid ifadəsinə bərabər tutula və öz-özlüyündə müəyyən faktı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçılar tələb olunan məbləğin eyni zamanda Cavabdeh1 və X12 da tutulmasını məhkəmədən xahiş edirlər. İddia tələbi bu hissədə də tam əsassızdır və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəlmişdir. Başqa sözlə, iddiaçılar hazırkı tələblə Cavabdeh1 və X14 qarşı iddia qaldırmağa subyektiv hüquqa malik deyildirlər. Belə ki, işin müəyyən olunan hallarından görünür ki, iddiaçıların Cavabdeh1 və X22 ilə birgə fəaliyyət göstərməsi, biznes şərikliyində olması və aralarında belə bir hüquq münasibətinin yaranması işdə hər hansı sübutla təsdiq olunmur. İş üzrə cavabdehlər Cavabdeh1 və X22 2015-ci ilədək ancaq Cavabdeh2 ilə şərik olmuş və sonradan ayrılmışlar. Ayrılarkən və ondan sonrakı dövrdə aralarında heç bir narazılıq və birinin digərinə qarşı hər hansı tələbinin olmaması iş materiallarında olan yazılı və digər sübutlarla da təsdiq olunur. Bundan əlavə, iddiaçılarla cavabdehlər Cavabdeh1 və X22 arasında hər hansı biznes münasibətinin olması və iddiaçıların onlara pul vəsaiti verməsi barədə iddiaçılar məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Əksinə, İddiaçı1 məhkəmə iclasında izahat verərək Cavabdeh1 və X14 pul vermədiyini və iddia etdiyi pulları Namiqə göndərdiyini bildirmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyə təqdim edilən iddia ərizəsində iddiaçılar 880.000 ABŞ dolları məbləği ndə borcun cavabdehlərdən tutulmasını xahiş etsə də, sonradan iddiaçılar Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə təqdim edilən iddia tələbinin dəyişdirilməsinə dair ərizədə 880.000 ABŞ dolları məbləğində vəsaitin dəymiş zərər olaraq cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmiş və bu zaman iddia tələbinin hüquqi əsası olaraq Mülki Məcəllənin 21 və 1092-ci maddələrinə istinad etmişlər. İşdən görünür ki, iddiaçılar iddia ərizəsində müqavilə öhdəliklərinə istinad etməsinə baxmayaraq, sonuncu ərizəsində iddia tələbinin hüquqi əsası kimi həm deliktə, həm də əsassız varlanmaya dair müddəalara əsaslanmışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər mübahisəli hüquq münasibətini necə adlandırılmasından asılı olmayaraq iddia ərizəsi və onun əlavələrində göstərilə nlər baxımından tərəflər arasındakı hüquq münasibəti mahiyyət etibarı ilə müqavilə münasibətlərinə uyğun gəlir. Çünki, iddiaçılar iddia etdikləri pul vəsaitini Cavabdeh2 ilə şərikli biznes fəaliyyəti ilə əlaqədar öz aralarında əldə etdikləri şifahi razılaşma əsasında ona verdiklərini göstərmişlər. Digər tərəfdən, nəzərə alınmalıdır ki, o halda tələb edilən məbləğ dəymiş zərər hesab edilə bilərdi ki, cavabdehlər tərəfindən delikt törədilmiş olsun. Hazırkı işdə isə deliktdən ümumiyyətlə söhbət getməmiş və iddiaçıların əmlaklarına cavabdehlərin təqsirli hərəkətləri nəticəsində zərər dəyməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Mübahisəli hüquq münasibəti əsassız varlanmaya da uyğun gəlmir. Belə ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandı ran qanuni əsas və ya müqavilə əsası olmur. Hazırki işdə isə iddiaçılar cavabdehə iddia etdikləri pulu öz aralarındakı razılaşma (şifahi müqavilə) əsasında verdiklərini qeyd etmişlər. İş materiallarından görünür ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmiş və iddia müddətinin başlanğıcının 2012-ci il tarixdən hesablanmalı olmasını və bu hesabla 7 il keçməsini göstərmişlər. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının başlanğıcı 2012-ci ildən deyil, 17.06.2015-ci il tarixdən hesablanmalıdır. Çünki, qeyd olunan tarixdə mübahisənin həlli məqsədi ilə Cavabdeh2 öz mülkiyyətindəki evi İddiaçı1 mülkiyyətinə vermiş və bununla da iddia müddəti yenidən başlamışdır. Lakin, bu halda belə iddiaçılar hazırkı iddianı 4 ildən artıq müddət keçdikdən sonra irə li sürməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1096.1, 196.2, 1091.1, 1091.2, 373, 375.1, 375.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 10.10, 95.2, 62.1, 104.3, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-468/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə işin faktiki halları araşdırılmadan, sübutlar qiymətləndirilmədən, şahidlərin ifadələri təhrif edilib rədd edilərək maddi və prosessual hüquq normaları pozularaq və düzgün tətbiq edilməyərək qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Telman Quliyev) 2(105)-575/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-468/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa onun qeyd etdiyi dəlillər məhkəmə tərəfindən araşdırılaraq qətnamədə qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-575/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-575/202İ saylı, 06.04.2021 -ci il tarixli qətnaməsi işin həqiqi halları, apellyasiya şikayətinin dəlilləri araşdırılmadan qəbul edilmiş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Sumqayıt apellyasiya məhkəməsinin qətnaməsində şahid ifadələri təhrif olunaraq qeyd edilmişdir. Belə ki, şahidlər X3, X9, X10 ifadələri dəyişdirilmiş şəkildə qeyd edilmişdir. Halbuki, iş materiallarında onların yazılı şahid ifadələri mövcuddur. Bundan əlavə Sumqayıt Apellyasiya məhkəməsində subyektiv hüquqla bağlı Xaçmaz rayon məhkəməsinin yol verdiyi pozuntu təkrarlanmışdır. Belə ki, hörmətli kassasiya kollegiyasının diqqətinə çatdırırıq ki, 17.06.2015-ci il tarixli sənədin (adsız - notarial təsdiqi) tərəfləri həm də, Cavabdeh1 və Cavabdeh3 olmuşdur. Sual yaranır, əgər həqiqətən də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı1 və onun qardaşı Cavabdeh2 ilə olan mübahisəyə aidiyyəti yoxdursa, nəyə görə onların da adı həmin sənəddə çəkilir. Ən əsası isə iş materiallarında olan və tərəflər arasında iş birliyinin - razılaşmanın sübutu kimi görünən - Xırdalan səhəri, Quşçuluq massivi, H.Əlivev prospektində yerləşən 2 mərtəbəli yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya verilməsi, həmçinin həmin razılaşma ilə nəzərdə tutulan Bakı səhəri, Nizami rayonunda 14-mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 3 otaqlı yaşayış evinin bu vaxta kimi cavabdeh tərəfindən iddiaçının istifadəsi üçün İsayevlərin anası X4 adına rəsmiləşdirilməsi məhkəmələr tərəfindən hüquqi qiymətini almır. Məhkəmənin iddia müddətinin tətbiqi barədə mövqeyi də, əsassızdır. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21.10. 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı1 şikayətinin mülki xarakter daşıdığına görə ona məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. 16.06.2015-ci il tarixli razılaşmanın tələbi kimi Bakı səhəri, Nizami rayonunda 14mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 3 otaqlı yaşayış evi iddiaçının istifadəsi üçün İsayevlərin anası X5 adına bu günə kimi rəsmiləşdirilməmişdir. İddiaçı və cavabdehlərin iştirakı ilə keçirilən və mübahisənin danışıqlar yolu ilə həll edilməsinə hesablanan görüşdə (tarix 2017-ci il, həmin görüş şahid X1 iştirakı ilə keçirilib və telefonun yaddaşına yazılıb) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 etiraf edirlər ki, İddiaçı1 şərikli qırma daş - çınqıl biznesinə 880.000 (səkkiz yüz səksən min) ABŞ dolları pul vermişdir. Həmin vəsaitin 500.000 (beş yüz min) A BŞ dolları hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən İddiaçı1 qaytarmaq üçün nəzərdə tutulmuş, ayrılmış, lakin sonuncuya çatdırılmamışdır. Eyni zamanda 380.000 (üç yüz səksən min) ABŞ dollarının İddiaçı1 tərəfindən əlavə olaraq qırma daş - çınqıl biznesinə qoyulması faktı cavabdehlər tərəfindən etiraf edilmiş, lakin Cavabdeh2 saxlanması və ümumi biznesə yatırılmaması qeyd edilmişdir. Həmçinin tərəflər arasında olan görüşdə hər üç cavabdeh etiraf etmişdir ki, Xaçmaz rayonu, Xaçmaz rayonu, Hacıqurbanoba kəndində yerləşən qırma daş-çınqıl karxanasının yarısı - 50%-i iddiaçının haqqıdır və payıdır. Hansı ki, həmin karyer İddiaçı2 tərəfindən verilən 40.000 (qırx min) ABŞ dolları pul müqabilində alınmışdır. Lakin həmin əmlak üzrə də iddiaçının haqqı və payı ona verilməmişdir. İddiaçı lar İddiaçı1 və İddiaçı2 tərəfindən pul vəsaitləri cavabdehlərə aşağıdakı qaydada çatdırılmışdır: - şahid Əhmədov Rövşən vasitəsilə - 100.000 (yüz min) ABŞ dolları, şahid Qarakişiyev Rüstəm vasitəsilə 170.000 (yüz yetmiş min) ABŞ dolları, İddiaçı2 tərəfindən şəxsən 40.000 (qırx min) ABŞ dolları cavabdehlərə verilmiş və karyerin alınmasına sərf edilmişdir, şahid Ceyhun vasitəsilə 60.000 (altmış min) ABŞ dolları “Audi Q7” markalı maşının sifariş ilə gətirilməsinə sərf edilmişdir, şahid Doskiev Davud vasitəsilə 70.000 (yetmiş min) ABŞ dolları, şahid Kadırov Alvi vasitəsilə 30.000 (otuz min) ABŞ dolları, İddiaçı1 tərəfindən şəxsən 150.000 (bir yüz əlli min) ABŞ dolları, Ağa vasitəsilə 260.000 (iki yüz altmış min) ABŞ dolları. Xaçmaz rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi kim qəbu l edilən 29 sentyabr 2016-cı il tarixli qərarda göstərilir ki, Cavabdeh2 ilə İddiaçı1 arasında 16.06.2015-ci il tarixli razılaşma olmuşdur. Həmin razılaşmanın tərkibi kimi. Xırdalan səhəri, Quşçuluq massivi, H.Əlivev prospektində yerləşən 2-mərtəbəli yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya verilməsini göstərsə də nədənsə həmin razılaşma ilə nəzərdə tutulan Bakı səhəri, Nizami rayonunda 14mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 3 otaqlı yaşayış evinin bu vaxta kimi cavabdeh tərəfindən iddiaçının istifadəsi üçün İsayevlərin anası X5 adına rəsmiləşdirilməsi öhdəliyini görməzlikdən gəlmişdir. Həmin öhdəlik bu vaxta kimi icra edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin tətbiqi barədə mövqeyi də, əsassızdır. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İda rəsinin 21.10.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı1 şikayətinin mülki xarakter daşıdığın görə ona məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri Cavabdeh2 kassasiya şikayətinə dair yazılı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı1 ünvan 3016-cı il tarixdə təsdiq edilməklə verilmiş ərizəsində bildirmişdir ki, qardaşı Cavabdeh2lə aralarında narazılıq olmuş, aralarında olan narazılıq artıq bitmiş, bunun müqabilində qardaşı Cavabdeh2 məxsus olan ünvan 1 ünvanındakı evə sərəncam vermək, satmaq üçün ünvan 3016-cı il tarixdə ona etibarnamə verilmiş, gələcəkdə qardaşı Cavabdeh2, onun ailəsinə və dostları Cavabdeh1 və Cavabdeh3 qarşı heç bir əmlak, pul və digər iddiaları və tələbləri olmayacaqdır. Qeyd olunan ərizənin m əzmunundan göründüyü kimi İddiaçı1 sonuncu iradə ifadəsi yalnız Cavabdeh2 məxsus olan ünvan 4 ünvanındakı evlə bağlı olmuş, digər mənzillə bağlı isə hər hansı bir tələbi və istəyi olmamış, əgər digər mənzillə bağlı tərəflər arasında hər hansı razılaşma mövcud olsaydı qeyd olunan ərizənin məzmununda bu hal öz əksini tapmış olardı. Yuxarıda qeyd etdiyim kimi İddiaçı1 cavabdehlərə qarşı «pul tələbinə dair» hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyinə səbəb kimi İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış 16.06.2015-ci il tarixli «Razılaşma Müqaviləsi» üzrə Bakı şəhəri Nəsimi rayonunda 14 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 3 otaqlı yaşayış evinin alınması ilə bağlı Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi icra etməməsi göstərilmişdir. İddiaçı1 tərəfindən 27 saylı Notariat Kontorun da 17 iyun 2016-cı il tarixdə təsdiq edilməklə verilmiş ərizəsində aralarında yaranmış narazalığın bitməsinin müqabilində yalnız Cavabdeh2 məxsus olan ünvan 1 ünvanındakı evin ona verilməsi razılaşmış və onun mübahisənin bitməsi ilə bağlı sonuncu iradə ifadəsi qeyd olunan ərizənin məzmunu ilə şərtləşdirilmişdir. İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış 16.06.2015-ci il tarixli «Razılaşma Müqaviləsi» üzrə Bakı şəhəri Nəsimi rayonunda 14 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 3 otaqlı yaşayış evinin alınması ilə bağlı əgər Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi icra etməmişdirsə, o zaman İddiaçı1 cavabdehlərə qarşı «pul tələbinə dair» hazırkı iddia tələbi ilə bağlı deyil, həmin «Razılaşma Müqaviləsi» üzrə öhdəliyin icrasının təmin edilməsi ilə bağlı Cavabdeh2 qarşı iddia tələbi ilə məh kəməyə müraciət etməli idi. İstər İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış 16.06.2015-ci il tarixli «Razılaşma Müqaviləsi» ilə, istərsədə İddiaçı1 tərəfindən 27 saylı Notariat Kontorunda 17 iyun 2016-cı il tarixdə təsdiq edilməklə verilmiş ərizə ilə tərəflər arasında yaranmış pul mübahisəsinin bitdiyi ehtiva olunmuş və mübahisənin başa çatması müqabilində şərtlər müəyyən edilərək öhdəliklər götürülmüşdür. 16.06.2015-ci il tarixli «Razılaşma Müqaviləsi»nin imzalanmasından və İddiaçı1 tərəfindən 27 saylı Notariat Kontorunda 17 iyun 2016-cı il tarixdə təsdiq edilməklə Ərizə verildikdən sonra tərəflər arasında pul mübahisəsi ilə bağlı deyil, yalnız öhdəliklərin icra edilməməsi ilə bağlı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ların vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş z ərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Müddətin tətbiqi ilə bağlı hesab edir ki, iddiaçıların sonuncu müraciətlərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21.10.2019-cu il tarixli məktubuna qədər, onların digər hüquq mühafizə orqanlarına da oxşar məzmunlu şikayətləri olmuş və Xaçmaz rayon X21 Bölməsinin müstəntiqi Sail Tağıyevin cinayət işinin başlanılmasının rədd edilmə si barədə 20 iyun 2015-ci il tarixli qərarı və cinayət işinin başlanılmasının rədd edilməsi barədə Xaçmaz rayon Prokurorluğunun 26 sentyabr 2016-cı il tarixli qərarı ilə də iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yəni, iddiaçı hüququnun pozulmasını 2015-ci ildən bilməklə, birgə fəaliyyətə dair müqavilə üzrə yaranmış tələb üzrə 3 illik iddia müddətini ötürmüşdür. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı maddi hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə faktiki halların müəyyən edilməsi və sübutlarla bağlı dəlillərini isə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən araşdırmır və onlara qiymət v ermir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-575/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar