Məhkəmə qərarları › İş №2(102)-5146/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5146/2022

20.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5146/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı ilk, Cavabdeh Firmasının İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və başqa məneələrə son qoyulması, əlavə qanunsuz tikililərin sökülməsi, blokda icazəsiz edilmiş bəzək-tamamlama işlərinin aradan qaldırılması, blokun əvvəlki vəziyyətinə qaytarılması və kommunal xidmət haqlarının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, id diaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı “mülkiyyətə qəsd və başqa məneələrə son qoyulması” tələbinə dair ilk, Cavabdeh Firmasının İddiaçı1 və İddiaçı2 qarşı “əlavə qanunsuz tikililərin sökülməsi, blokda icazəsiz edilmiş bəzək-tamamlama işlərinin aradan qaldırılması, blokun əvvəlki vəziyyətinə qaytarılması və kommunal xidmət haqlarının ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3715/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı ço xmənzilli yaşayış binası üzərində RX seriyalı ******* saylı hüququn tanınması barədə Cavabdeh firmasına xx.xx.2014-cü il tarixində çıxarış verilmişdir.

2. Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı evin 90 saylı mənzili (yeni qayda ilə Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 113, M9, mənzil 1) və 91 saylı mənzili (yeni qayda ilə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 113, M9, mənzil 2) İddiaçı1, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı evin 96 saylı mənzili (yeni qayda ilə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 113, M12, mənzil 1) isə İddiaçı2 xüsusi mülkiyyətindədir.

3. Bakı şəhəri Nəsimi Rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)4525/2019 saylı qətnaməsi ilə İddiaçı2 iddiası təmin edilmiş, B akı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 685-ci məhəllə, ev 143a (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 113, M12, m1) ünvanında yerləşən 96 saylı mənzilə xidmət göstərən liftdən, digər avadanlıq və qurğulardan İddiaçı2 istifadə etməsinə Cavabdeh Firması tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır.

4. Bakı şəhəri Nəsimi Rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)4526/2019 qətnaməsi ilə İddiaçı1 iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 685-ci məhəllə, 143 a saylı evin 90 saylı mənzili (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 113, M9, m1) və 91 saylı mənzili (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 113, M9, kvadrat metr) üzərində sahiblik və is tifadə hüququna - xidmət göstərən liftdən, digər avadanlıq və qurğulardan istifadə etməsinə dair Cavabdeh Firması tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı mülkiyyətə qəsd və başqa məneələrə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firması tərəfindən onların Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 «a» saylı evin 90, 91 və 96 saylı mənzilləri üzərində mülkiyyət, istifdə və sahiblik hüquqlarını həyata keçirmələrinə mane olan hərəkətlərə – həmin mənzillərdən və mənzillərə xidmət edən ümumi otaqlardan, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texni ki və digər avadanlıqlardan istifadə etməyə, bəzək tamamlama işləri aparmağa, liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla – mənzilləri olan mərtəbələrdə liftin açılmasının yalnız onlara aid olan kartlar vasitəsi ilə istifadə etməyə, qarajdan istifadə etməyə mane olan, onlardan lift və digər kommunal xidmətlərə görə haqq tələb etməyə yönələn qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçılar tələbini onunla əsaslandırmışlarr ki, Cavabdeh Firması uzun müddətdir ki, müxtəlif üsullarla onların yaşayış binasının tərkib hissəsi olan mənzillərindən və yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən ümumi sahələrdən mexaniki, elektrik və digər avadanlıqlardan istifadələrinə maneələr törədərək bu istif adəni çətinləşdirir. Sözügedən binanın onların mənzilləri yerləşən mərtəbələrindəki ümumi dəhliz yalnız bir mülkiyyətçiyə, yəni hər mərtəbədəki ümumi dəhliz birinə xidmət edir. Daha dəqiq dedikdə, İddiaçı2 mənzili binanın bir mərtəbəsində İddiaçı1 mənzilləri isə binanın digər mərtəbəsində yerləşməklə, həmin mərtəbələrdə başqa mənzillər yerləşmir və mərtəbələrin ümumi otaqları yalnız ayrı-ayrılıqda bu şəxslərə xidmət edir. Onlar mənzillərinin yerləşdiyi mərtəbələrdən mənzillərinə xidmət edən ümumi dəhlizdən istifadə etməklə bəzək tamamlama işləri aparmışlar, İddiaçı1 isə kondisioner aqreqatı quraşdırmışdır. Həmin sahələrdə apardıqları bəzək-tamamlama işləri digər mülkiyyətçilərin eyni hüquqları həyata keçirməsini çətinləşdirmir və ümumi tikinti elementlərini, qurğuları zədələmir və ya onl arın funksiyasını və ya zahiri görkəmini pisləşdirmir. Cavabdeh Firması buna heç bir səlahiyyəti olmadığı halda onların mülkiyyətçi hüquqlarına müdaxilə edir, dəfələrlə şifahi və yazılı formada apardıqları bəzək tamamlama işlərini aradan qaldırmalarını, kondisioner aqreqatını götürmələrini tələb edir, binada bir şəxsə aid olan mənzillərin yerləşdiyi mərtəbələr üzrə liftin qapısının həmin mərtəbədə açılması yalnız həmin mərtəbədə yerləşən mənzil sahibinə verilən xüsusi kartla həyata keçirildiyi halda, onların mənzillərinin yerləşdiyi və ancaq onların mənzillərə aid olan 9 və 12-ci mərtəbələrdə başqa şəxslərə aid mənzillər olmamasına baxmayaraq, onlara digər mənzil sahibləri ilə bərabər imkanlar yaradılmır. Belə ki, onların mərtəbədə liftin qapıları istənilən adama açılır. Yəni, mərtəbə onla ra aid olduğu halda lift ancaq onlara xidmət etməlidir, lakin istənilən adam liftlə onlara aid olan mərtəbələrə də çıxışa malikdir. 2020-ci ilin iyun ayına qədər onlar da 7, 8, 10, 13, 14-cü mərtəbələrdə bir şəxsə aid olan mənzillərin sahibləri kimi öz mərtəbələrində liftin çıxışının müstəsna hüququna malik idilər, lakin 2020-ci ilin iyun ayından onlarda olan xüsusi karta cavabdeh tərəfindən müdaxilə olunmuş və onlar bu hüquqdan məhrum edilmişlər. Bundan başqa yaşayış binasının saxlanılması və xidməti üçün xərclər smetası yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilməli, birgə xərcləri bölüşdürməli, idarəçi isə bu xərclərə uyğun ayrı-ayrı mülkiyyətçilərin yüklüklərini bölüşdürməklə yuxarıda göstərilən maddələrin tələbinə uyğun digər vəzif ələri icra etməlidir. Mənzillərinin yerləşdiyi yaşayış binasında yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı bir dəfə də olsun keçirilməmiş, idarəçi təyin edilməmişdir. Cavabdeh Firması bu binadakı mənzilləri alğı-satqı müqaviləsi əsasında onlara satmışdır, yəni həmin mənzillərin əvvəlki mülkiyyətçisi olmaqla mənzillərə və mənzillərə aid olan ümumi sahələrə aid bütün hüquqlarını əvəzli şəkildə onlara ötürmüşdür. Hazırda bu firmanın keçmiş mülkiyyətçi kimi, onların mülkiyyət hüquqlarına müdaxilə etmək hüququ yoxdur. Firma yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən təyin edilmiş idarəçi və yaxud digər səlahiyyətli şəxs deyil, lakin buna baxmayaraq dəfələrlə onların sahiblik və mülkiyyət hüquqlarına müdaxilə edir və onlarda n lift və digər kommunal xidmətlərdən istifadə etmələrinə görə haqq tələb edir, eyni zamanda yuxarıda göstərildiyi kimi istifadələrində və mülkiyyətlərində olan ümumi sahələrdə bəzək tamamlama və digər işləri aparmalarına mane olur. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki İddiaçı2 ona məxsus olan mənzili aldığı tarixdən ona ümumi istifadədə olan 2 yerlik qarajdan da istifadə hüququ verilmişdir. Hər iki istifadəçi mənzili alarkən 1 kvadrat metr üçün 3.300 manat ödədiyi halda, müqavilələrdə 1 kvadrat metr üçün 1.000 manat dəyərində rəsmiləşdirilmişdir. İddiaçı2 bir kvadrat metr üçün 3.300 manat alınmaqla, 2 yerlik qarajdan istifadə hüququ da verilmişdir. Lakin Cavabdeh Firması heç bir əsas olmadan İddiaçı2 qarajdan istifadəni qadağan etmişdir.

7. Cavabdeh Firması İddiaçı1 v ə İddiaçı2 qarşı «əlavə qanunsuz tikililərin sökülməsi, blokda icazəsiz edilmiş bəzək-tamamlama işlərinin ilk iddia üzrə iddiaçıların hesabına aradan qaldırılması, blokun əvvəlki vəziyyətinə qaytarılması və kommunal xidmət haqlarının ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsi, ilk iddiaçılar tərəfindən özlərinə məxsus mənzillərin arasındakı boş sahəni qanunsuz zəbt edərək orada apardıqları əlavə qanunsuz tikililərin sökülməsi; blokda icazəsiz aparılmış bəzəktamamlama işlərinin onların öz hesabına aradan qaldırılması və blokun əvvəlki vəziyyətinə qaytarılması; indiyə qədər ödənilməyən 30 aylıq yığılmış kommunal xərcin (24.000 manatın) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hər iki iddiaçı ümumi birgə yaşayış qaydalarını pozaraq və binanın mülkiyyətçisindən hər hansı razılıq almadan özbaşına şəkildə özlərinə məxsus olan mənzillərin arasındakı boş sahəni qanunsuz zəbt ediblər və orada tikinti apararaq 2 mənzili birləşdiriblər. Bundan başqa, ümumi blokda binanın ümumi görüntüsünə və birgə yaşayış qaydalarına zidd olaraq istədikləri dizaynda bəzək tamamlama işləri aparıblar. Həmçinin, özlərinin də iddia ərizəsində qeyd edikləri kimi, ümumi blokda böyük həcmdə kondisioner aqreqatı avadanlığı yerləşdirməklə ümumi sahənin azalmasına səbəb olublar. Halbuki, binanın ümumi dizayn və tikinti proyektində belə avadanlıqarın yerləşdirilməsi üçün müvafiq balkon əraziləri nəzərdə tutulub. Hər 2 iki ilkin iddiaçının belə təyinatlı bir neçə balkonu mövcuddur. Bununla yanaşı, onların özlərinin də qeyd etdiyi kimi ilkin iddiaçılar artıq 30 aydan çoxdur ki, binanın saxlanması və texniki xidmətlərin göstərilməsi təyinatı üçün nəzərdə tutulan kommunal xərcləri (lift, zibillərin daşınması, binanın işıqlandırılması, həyətin təmizlənməsi, işçilərin əmək haqqı və sair üçün xərclənən) ödəməkdən qərəzli şəkildə imtina edirlər. Mübahisəli bina hər hansı mənzil tikinti kooperativi deyil, bütün bina bötüvlükdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əsasında Cavabdeh Firmasına məxsusdur. Buna görə də, müvafiq alğı-satqı müqaviləsi əsasında oradan mənzil əldə edən sahə mülkiyyətçiləri binadakı ümumi ərazilərdən yalnız ümumi yaşayış qaydalarna uyğun məhdud istifadə hüququ əldə edə bil ərlər, orada istədikləri kimi hərəkət edə bilməzlər. Bu, qanunvericiliklə onların üzərinə qoyulmuş vəzifədir. O ki qaldı kommunal xərclərin ödənilməsinə, ilkin iddiaçılar özləri də iddia ərizəsində etiraf edilər ki, onlar bir müddət əvvələ qədər mülkiyyətlərində olan hər mənzil üçün ayrılıqda ayda 200 manat kommunal xidmət üçün haqq ödəyirdilər. Lakin artıq 30 aydır ki, onlar bu haqqı ödəməkdən əsassız olaraq imtina edirlər (indiyə qədər təxminən 24.000 azn məbləğində borc yığılıb). Həmçinin, bu münasibəti rəsmiləşdirmək üçün müqailəni imzalamaqdan da imtina edirlər. Halbuki, binada yaşayış olan məzillərdə bu 2 birgə iddiaçıdan başqa kommunal xidmət haqqını ödəməyən və müqaviləni imzalamayan digər mülkiyyətçi yoxdur.

9. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiy a məhkəməsi) 2(006)- 593/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı mülkiyyətə qəsd və başqa məneələrə son qoyulması tələbinə dair ilk iddia tələbi təmin, qarşılıqlı iddia isə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara əsasən ilk iddia ərizəsində qeyd olunan halların həqiqətən mövcud olduğunu, Cavabdeh Firması tərəfindən iddiaçıların ilk iddia ərizəsində qeyd olunan mənzillər üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə maneələr yaradıldığını hesab edərək, ilk iddia üzrə iddiaçıların Dövlət tərəfindən təminat verilən mülkiyyət hüquqları müdafiə edilməli olduğu qənaətinə gəlmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, nə qədər ki tərəf lər arasında xidmət müqaviləsi bağlanmamış, binanın saxlanılması və xidməti üçün xərclər smetası yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilməmiş, birgə xərcləri bölüşdürülməmiş, idarəçi isə bu xərclərə uyğun ayrı-ayrı mülkiyyətçilərin yüklüklərini bölüşdürməklə vəzifələri icra etməmişdir. Belə olan halda ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçılardan kommunal xərclərin ödənilməsini tələb edə, buna ilk iddia üzrə iddiaçıları vadar etmək üçün mülkiyyətlərində olan mənzillərdən istifadə etmələrinə və s. işləri həyata keçirmələrinə qadağa qoyması və maneələr yaradılası əsassız olmuşdur.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 229, 235, 236, 237, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5, 135.1, 135.2.3, 136.2,137.1, 137.4 137.5, 137.6, 138.4, 138.5, 141.2, 142.1, 142.2, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Plenum qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh Firması qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

14. Cavabdeh Firması apellyasiya şikayətini qarşılıqlı iddiaya uyğun olaraq əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin Cavabdeh Firmasının faktiki mülkiyyət hüququnu tanımayaraq həmin sahənin sadəcə çoxmənzilli binanın digər otaqlarına xidmət etmək vəzifəsi üçün mövcud olduğu qənaətinə gəldiyini, ilkin iddia üzrə birgə iddiaçıların binanın qeyd olunan mərtəbələrində üzbəüz mənzillər əldə etməsi faktının bu mənzillər arasında qalan sahəni zəbt etməyə haqq yaratdığı hesab edilməklə onun mənzillər arasında qalan sahəyə olan mülkiyy ət hüququnun pozulduğunu, qətnamədə hansı maneənin olması, qarajın olub-olmamasının araşdırılmadığını, məhkəmənin yerli baxış keçirmədiyi, müayinə aparmadığı və mütəxəsis rəyi almadığını qeyd etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3715/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəm əsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 229, 235, 236, 237, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5, 135.1, 135.2.3, 136.2,137.1, 137.4 137.5, 137.6, 138.4, 138.5, 141.2, 142.1, 142.2, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətlə ri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Plenum qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh Firması (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilərək işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, ilkin iddia üzrə iddiaçılar tərəfindən mənzillər arasındakı ərazini qanunsuz zəbt etmə, blo kda yenidənqurma və bəzək tamamlama işləri çoxmənzilli binada ümumi əmlak hesab edilə və mülkiyyət hüququ əsasında ona məxsus olan dəhlizdə aparılmaqla cavabdehə məxsus olan dəhliz sahəsi özbaşına zəbt edilib, çünki mənzillərin yerləşdiyi bina bütövlükdə cavabdehə məxsusdur, buna görə də binada mənzil əldə edən mükiyyətçilər ümumi ərazilərə münasibətdə məhdud istifadə hüququ əsasında istədikləri kimi hərəkət edə bilməzlər, o cümlədən cavabdeh tərəfindən verilmiş vəsatətlərə münasibət bildirilməməsi tərəfin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

20. Kassator şikayətini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1, 27.1, 36.4.1, 35.3, 38, 135, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual maddələrinə istinadla əsaslandı rmışdır. Məcəlləsinin 78.2, 106.1, 217.5-ci b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə

235. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır.Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı: yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi və ya əgər o təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər; yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

24. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

25. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçis inin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq.

26. Maddə 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 82.3. Bir mülk i iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətlərində qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən həm ilk iddianın təmin, həm də qarşılıqlı iddia tələbinin rədd edilən hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqqının tutulmasının rədd edilməsi hissədə ləğ v edilməli, mülki həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi qətnaməni tərtib edərkən ziddiyətli nəticəyə gəlmiş, qeyri müəyyənliyə yolvermişdir.

38. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən cavabdeh Firma qətnaməni bütövlükdə, yəni həm ilk iddianın təmin edilən, həm də qarşılıqlı iddianın rədd edilən hissəsində mübahisələndirmişdir.

39. Lakin apellyasiya məhkəməsi qətnamənin əsaslandırıcı hissələrdə (səh 177, 6-cı abzas) və nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxılanılmasını qeyd etmişdir.

40. Halbuki məhkəmə qətnaməni bütövlükdə yoxlamışdır. 41. “Məhkəmə qətnaməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.

42. İşin mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı çoxmənzilli yaşayış binasında yerləşən 90 və 91 saylı mənzillər İddiaçı1, 96 saylı mənzil isə digər İddiaçı2 mülkiyyətindədir.

43. Həmin mənzilləri iddiaçılar cavabdeh Firma t ərəfindən satılmışdır və binaya ümumi nəzarəti cavabdeh Firma həyata keçirir, binanın saxlanma, təmir xərcləri cavabdehn Firma tərəfindən qarşılanır. Eytni zamanda binada yaşayan sakinlərə kommunal xidmətlər cavabdeh Firma tərəfindən göstərilir.

44. Tərəflər arasında olan mübahisə iddiaçıların mülkiyyətində olan mənzillərlə bağlı onlarla Firma arasında çoxmənzilli yaşayış binasında mənzillərin saxlanması, onlara sahiblik və istifadə ilə bağlı yaranmışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr ilkin iddia tələbinin təmin edilməsi hissədə düzgün nəticəyə gəlmişlər.

46. Cavabdehin kassasiya şikayətinin bu hissədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Firma iddiaçıların həmi mənillərə özbaşına olaraq əlavə tikintiu və qurğular edildiyini göstərir, bunun isə mülkiyyətçi Firmanın icazəsi olmadan aparıldığını bildirir.

47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən mənzillər cavabdehin deyil, iddiaçıların mülkiyyətindədir və iddiaçılar mülkiyyətçi kimi həmin mənzillər üzərində istətikləri kimi sahiblik, istifadə və sərəncam vermək kimi konstituson hüquqlara malikdirlər. Bu hüquqların məhdudlaşdırılması yalnız qanuni həddlər daxilində yolverilədir.

48. Cavabdeh tərəf binanın firmanın mülkiyəytində olmasını qeyd etmiş, iddiaçılarn mənzillərinin qarşışında olan sahənin boş sahə olmasını və binanın mülkiyyətçilərinin ümumi istifadəsində olmasını göstərərək iddiaçıların həmin sahədə özbaçına olaraq hər hansı müdaxilə etməsinin digər mülkiyyətçilərin hüquqlarına xələl gətirməsini qeyd edir.

49. Lakin işin mübahisələndirilmə yən hallarına görə binanın müvafiq mərtəblərində olan mənzillər yalnız iddiaçılara məxsusdur və iddiaçıların yaşadığı mərtbədə başqa mülkiyyətçilər yaşamır. Belə olan halda cavabdeh firma iddiaçıların etdiyi artırmaların, əlavə qurğuların digər şəxslərin, eyni zamanda cavabdeh Firmanın hansı hüquq və mənafeyinə müdaxilə edilməsini, xələl gətirməsini əsaslandıra bilməmişdir.

50. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında Firma tərəfindən maneələrin aradan qaldırılması ilə bağlı başqa bir məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdeh Firmanın iddiaçılara maneələr yaratması halı müəyyən edilmişdir.

51. Həmin məhkəmə mübahisəsi üzrə müəyyən edilmiş faktlar və hallar hazırki işə baxan məhkəmələr üçün MPM-in 82.3-cü maddəsinin tələbləri nə görə preyudisial xarakter daşıyır və sübutsuz müəyyən edilən hallardır.

52. Ona görə də, qətnamə ilk iddianın təmin edilməsi hissədə, eyni zamanda ilk iddianın mahiyyəti ilə eynilik təşkil edən, qarşılıqlı iddia tələbinin həmin hissələrində yəni, qarşılıqlı iddia tələbinin iddiaçılar tərəfindən əlavə qanunsuz tikililərin sökülməsi, blokda icazəsiz edilmiş bəzək-tamamlama işlərinin aradan qaldırılması, blokun əvvəlki vəziyyətinə qaytarılmasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmətlərə görə xidmət haqqının tutulmasının rədd edilməsi hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişlər.

54. Belə ki, yuxarıda qeyd edildiyi kimi işin mübahisələndirilməyən hall arına görə, binadakı mülkiyyətçilərə kommunal xidmətlər (binanın işıqlandırılması, saxlanması, lift xidmətinin göstərilməsi, binanın saxlanılması və təmiri xərcləri) cavabdeh Firma tərəfindən həyata keçirilir.

55. Eyni zamanda işin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçılar bir müddətdir ki həmin kommunal xidmət haqlarını ödəmirlər. Bu halı iddiaçılar iddia ərizəsində də təsdiq edərək cavabdehin onlardan əsassız olaraq yüksək xidmət haqqı tələb etdiklərini göstərmiş və bunu Firma tərəfindən ümumi yığıncağın keçirilməməsi, yazılı müqavilənin bağlanmaması, xidmət haqları ilə bağlı xərclərin smetasının təqdim edilməməsi ilə əsasalandırmışlar.

56. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Firma tərəfindən iddiaçılara kommunal xidmətlərin göstərilməsi və bununla bağlı xə rclərin Firma tərəfindən ödənilməsi mübahisəsizdir.

57. Eyni zamanda kommunal xidmət haqqlarının, binanın saxlanmasına və təmirinə çəkilən xərclərin müəyyən edilməsi ilə bağlı iddiaçıların mülkiyyətçisi olduğu mənzillərin yerləşdiyi çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməməsi də işin mübahisəsiz halıdır.

58. Tərəflər kommunal xidmətlərin göstərilməsi ilə bağlı şifahi olaraq xidmət müqaviləsi bağlamış və iddiaçılar bir müddət bu müqavilə münasibətləri çərçivəsində xidmət haqqlarını ödəmişlər.

59. Lakin binanın saxlanması və təmiri ilə bağlı cavabdeh tərəfindən tutulan xərclərin məbləği iddiaçıları qane etmədiyindən onlar yazılı surətdə cavabdehə müraciət edərək bu haqqların müəyyən edilməsi üçün ümumi yığıncağın çağırılmasını xahiş etmiş, lakin sonuncu bu tə klifə heç bir münasibət bildirmədiyi üçün tərəflər arasında hazırkı iş üzrə mübahisə yaranmışdır.

60. Binanın saxlanması və təmirinə görə göstərilən xidmət haqqlarının tutulması və həmin haqqların məbləği ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri sayır.

61. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9.-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. (Maddə 137.10.)

62. Həmin Məcəllənin 138.4.-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.

63. Həmin Məcəllənin 140.1.-ci maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu dur. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. (Maddə 140.2.)

64. Öz növbəsində həmin Məcəllənin 142.1.-ci maddəsi imoerativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V. Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikası nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1 -ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

66. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.

67. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: • binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; • mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; • idarəedici təşkilat tərəfindən idarə edilməsi.

68. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi).

69. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər.

70. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.

71. Bununla yanaşı həmin işdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçi lərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1 -ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

72. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1.-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir.

73. Çox mənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.

74. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.

75. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-cı maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.

76. Digər tərəfdən, mənzil mülkiyyətçilə rinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur.

77. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1 ci maddələri).

78. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər.

79. Beləliklə Mənzil M əcəlləsinin yuxarıda qeyd edilən normalarının və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarının məzmunundan göründüyü kimi çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçiləri yaşayış sahəsi onların mülkiyyətinə təhvil verildiyi gündən həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilmiş qaydada keçirilən ümumi yığıncağında müəyyən edilən, binanın saxlanması, təmiri xərclərini, həmçinin binanın sahə mülkiyyətçilərinin ümumi istifadəsində olan yerlərə görə ödənilməli olan kommunal haqların hər ay üzrə ödənilməsi vəzifəsini daşıyırlar.

80. Ona görə də, işə yeni apellyasiya baxışında baxan məhkəmə kollegiyası binanın saxlanması, təmiri və kommunal xidmətlərlə bağlı tərəflər arasında mübahisə ya ranana qədər binanın sahə mülkiyyətçilərinin bu xərclərin məbləğinin müəyyən edilməsi ilə bağlı ümumi yığıncağının keçirilmədiyini nəzərə almaqla və zərurət olduğu təqdirdə ekspertiza təyin etməklə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı çoxmənzilli yaşayış binasının saxlanması, təmiri xərclərini və ümumi istifadədə olan yerlərə göstərilən kommunal xidmətlərin məbləğini və bu xərc və məbləğlərə münasibətdə hər bir sahə mülkiyyətçisinə düşən xərci müəyyən etməklə binanın saxlanması, təmiri və kommunal xidmətlərə görə pulun tutulması barədə hissədə iddia tələbinə qiymət verməlidir.

81. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqqının tutulmasının rədd edilməsi hissəsində qəbul etdiyi qətnamə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.

82. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

83. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüqu qun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

84. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Firmasının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3715/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqqlarının tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar