Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5147/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X5un iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli, X5 nömrəli qətnaməsindən Cavabdeh1 Abdulsalam oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-“xxxx” QSC) bank kreditinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 16.102,8 ABŞ Dolları məbləğində kredit borcu, 6.126,47 ABŞ Dolları məbləğində faiz borcu və 17.712,44 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 39941 (otuz doqquz min doqquz yüz qırx bir) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində borcun, məhkəmədə iddia qaldirmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 04 fevral 2020-ci il tаrixli, X5 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 27 fevral 2014-ci il tarixli 01 9L000001914 nömrəli kredit xətti müqaviləsi üzrə 27 fevral 2014-ci il tarixli 019R********** nömrəli kredit razılaşmasına, 27 fevral 2014-ci il tarixli 019S000003497 nömrəli, 01 dekabr 2014-ci il tarixli 019S**********01 nömrəli, 27 fevral 2014-ci il tarixli 019S000003496 nömrəli zaminlik müqavilələrinə əsasən, 26 aprel 2019-cu il tarixə olan 16.102,8 (on altı min bir yüz iki ABŞ dolları səksən sent) ABŞ dolları əsas kredit borcu, 6.126,47 (altı min bir yüz iyirmi altı ABŞ qırx yeddi sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 50 (əlli) ABŞ dolları cərimə olmaqla cəmi 22.279,27 (iyirmi iki min iki yüz yetmiş doqquz ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları məbləğində vəsait ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla alınaraq, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli - sədrlik edən və məruzəçi, Ə.Məcidov və A.Mahmudov) 11 iyun 2020-ci il tarixli X5 nömrə li qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tаrixli, X5 saylı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 tərəfindən iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli, X5 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmişdir. İddiaçı QSC-nin İdarə Heyətinin sədri X5 ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən banka olan borcun sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənildiyi, iddia tələbindən imtina edildiyi və iddiadan imtinanın nəticələrinin iddiaçıya aydın olduğunu qeyd etmiş, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair X5 nömrəli mülki iş üzrə iddiadan imtinanın qəbu l edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya iqtisadi mübahisəyə dair işlərin başlanması, bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in: - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə ed ilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verild ikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. - 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası İddiaçı QSC-nin iddiadan imtina edilməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üz rə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC -nin iddiadan imtinası qəbul edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “bank kreditinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5147/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5147/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver