Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5147/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qəhrəmanova Nailə Komu qızının cavabdeh X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin miqdarının artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, iddiaçı Qəhrəmanova Nailə Komu qızının vəkili Rüstəmov Amid Fazil oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(106)351/2021saylı qətnaməsindən iddiaçı Qəhrəmanova Nailə Komu qızı tərəfindən verilmiş k assasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Qəhrəmanova Nailə Komu qızı cavabdeh X5 nikahlarından 01 yanvar 2003-cü il tarixdə Zərifə, 02 avqust 2006-cı il tarixdə Fəridə, 07 fevral 2010-cu il tarixdə Hüseyn adlı üç uşaqları anadan olmuşdur. Tərəflərin nikahı 31 mart 2011-ci il tarixdə Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, azyaşlı uşaqlar iddiaçının yanında saxlanmış və 01 yanvar 2003-cü il təvəllüdlü X1, 02 avqust 2006-cı il təvəllüdlü X2, 07 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün X5 aylıq qazancının və ya digər gəlirlərinin yarısı miqdarında alimentin alınaraq Nailə Qəhrəmanovaya verilməsi qət edilmişdir.
2. Daha sonra Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-21/2013 saylı, 17 yanvar 2013cü il tarixli qətnaməsi ilə 01 yanvar 2003-cü il təvəllüdlü X1, 02 avqust 2006-cı il təvəllüdlü X2, 07 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün X4 13 dekabr 2012-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub Nailə Qəhrəmanovaya verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Qəhrəmanova Nailə Komu qızı cavabdeh X8 qarşı iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X9 ilə birgə nikahlarından doğulmuş 01 yanvar 2003-cü il təvəllüdlü X6, 02 avqust 2006-cı il təvəllüdlü X7 və 07 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün alimentin miqdarının dəyişdirilərək hər uşaq üçün 170 manat olmaqla cəmi 510 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-244/2020 saylı, 02 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hаkim Qurban Hacıyev) iddia tələbi qismən təmin edilmiş, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)21/2013 saylı, 17 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş ailmentin miqdarının artırılması, 01 yanvar 2003-cü il təvəllüdlü X6, 02 avqust 2006-cı il təvəllüdlü X7, 07 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixədək başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq id diaçı Qəhrəmanova Nailə Komu qızına verilməsi qət edilmişdir.
5. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallarla yanaşı uşaqların əvvəlki təminatının səviyyəsini nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci və Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh X9 аpеllyаsiyа şikаyəti vеrmiş və şikayətini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-244/2020 saylı, 02 iyul 2020-ci il tarixli qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edildiyindən və birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipi pozularaq onun xəbəri və iş tirakı olmadan işə baxıldığından qətnamə ləğv edilməli və iddia rədd edilməlidir.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(106)351/2021saylı qətnaməsi ilə (hakimlər Z.B.Babayev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və N.F.Mirzəyev) cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli qətnaməsi cavabdeh Məhəmməd Teyibov tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən “01.01.2003- cü il təvəllüdlü X6, 02.08.2006-cı il təvəllüdlü X7 və 07.02.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X4 hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Qəhrəmanova Nailə Komu qızına verilməsi” hissəsində dəyişdirilməsi, cavabdeh X4 01 yanvar 2003-cü il tarixdə anadan olmuş X1, 02 avqust 2006-cı il tarixdə anadan olmuş X2 və 07 fevral 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/2 (yarısı) hissəsi miqdarında, eyni zamanda hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Qəhrəmanova Nailə Komu qızına verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarını işin faktiki halları üzrə tətbiq edərək qeyd etmişdir ki, hazırkı mübahisə üzrə tərəflərin birgə nikahlarından üç övlad ları vardır. Həmin uşaqların saxlanılmasında bərabər məsuliyyət daşımaqla onların maddi və mənəvi tələbatlarının ödənilməsində də eyni həcmdə öhdəlik daşıyırlar. Ölkə üzrə müəyyən edilən yaşayış minimumu müəyyən edilərkən əhali kateqoriyalarının yaşayışının təmin edilməsi üçün minimum istehlak səbəti əsas götürülür ki, uşaqların saxlanılması üçün də 2020-ci il üzrə 170 manat müəyyən edilmişdir. Həmin məbləğ uşaqların saxlanılmasının minimum hədlərini müəyyən edir. Uşaqların saxlanılmasında valideynlərin bərabər məsuliyyət və öhdəlik daşımaları nəzərə alınarsa, uşaqların saxlanılması üçün onların minimum təminatı ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində Dövlət Sosial Müdafiə X15 Şəxsi n 1 saylı regional ərazi filialının 24 avqust 2020-ci il tarixli, **********6 saylı arayışına əsasən, X9 2-ci qrup əlilliyə görə 233,20 manat aylıq pensiya alır. Lakin həmin məbləğin 1/2 hissəsi kimi alimentin tutulması, valideynlərin bərabər öhdəlik daşımaları nəzərə alınarsa, uşaqların saxlanılmasının minimum təminatının ödənilməsinə yetərli hesab edilə bilməz. Bundan əlavə cavabdehin gəlirləri nəzərə alınmaqla hər uşağa görə hər ay 120 manat, yaxud cəmi 360 manat sabit pul məbləğində aliment pulunun tutulması valideyn kimi cavabdehin maddi imkanı xaricində olmaqla, gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək, cavabdehin və uşaqların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamə nin icra olunmaması həm də cavabdeh barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşaqların mənafeyinin pozulmamasından ötrü tərəflərin maddi vəziyyəti, işin faktiki halları düzgün dəyərləndirilməmiş, nəticədə maddi hüquq normaları səhv tətbiq və təfsir edilməklə mübahisələndirilən hissədə düzgün olmayan nəticəyə gəlinmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı Qəhrəmanova Nailə Komu qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəbrayıl Rayon Məhkəməsi işin hallarını nəzərə alaraq mübahisəyə obyektiv yanaşmış və uşaqların hər birinə ayda 120 manat olmaqla aliment tutulmasını qət etmişdir. Halbuki, bu məbləğ ən azı 175 manat olmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu məbləği belə lazım olandan çox hesab etmiş və sabit pul məbləğində tutulacaq alimentin məbləğini 50 manata endirmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh ananın himayəsində qalan 3 uşağın təlim-tərbiyəsi və digər xərclərinə də cəlb olunmur. Uşaqlar xəstələnərkən zəruri olan dərmanların alınmasında və müalicə xərclərində iştirak etmir. Cəbrayıl Rayon Məhkəməsi aliment tələbi ilə bağlı qətnamə çıxarakən bu məsələləri nəzərə alaraq qanuni və əsaslı qərar çıxarmışdır. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı Qəhrəmanova Nailə Komu qızının vəkili Rüstəmov Amid Fazil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı Qəhrəmanova Nailə Komu qızı və cavabdeh X9 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə
34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə
76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə - qazanc ın (başqa gəlirlərin) üçdə bir hissəsi. onların Maddə
78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə
100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 17. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsip ləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Madd ə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı iddianın təmin olunmayan (alimentin miqdarına aid) hissədə mübahisələndirildiyindən, məhkəmə aktı həmim hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının vəkili Rüstəmov Amid Fazil oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə dəyişdirilməli, cavabdehdən uşaqların saxlanması üçün cavabdehin qazancının ½ hissəsi, eyni zamanda hər ay hər uşağa görə 65 manat olmaqla cəmi 195 manat sabit məbləğdə aliment alınıb iddiaçıya verilməlidir.
23. Belə ki, apellyasiya instan siyası məhkəməsinin “valideynlərin uşaqların saxlanılmasında bərabər məsuliyyət daşımaqla onların maddi və mənəvi tələbatlarının ödənilməsində də eyni həcmdə öhdəlik daşıması” barədə dəlili, işin istənilən faktiki halı üçün aliment öhdəliyinin bərabərləşdirilməsi üçün əsas ola bilməz.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
25. Yəni iddiaçının üç uşağa fasiləsiz qayğı və qulluq göstərməsi, onların gündəlik təmizlik, gigiyena, geyim, qidalanma və digər məişət tələbatlarını qarşılaması, təhsil almalarına şərait yaratması, uşaqların saxlanmasına əvəzolunmaz töhvə olmaqla, iddiaçının gündəlik vaxtının əhəmiyyətli hissəsini əhatə edir.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hər uşağa görə müəyyən olunun alimentin məbləği 88 manat təşkil edir və bu məbləğ uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan kəskin azdır.
27. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2 020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir.
28. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
29. Cavabdehin 2-ci qrup əlilliyə görə 233,20 manat aylıq pensiya alması faktı özlüyündə uşağın minimum dolanacaq xərclərindən az aliment müəyyən edilməsinə əsas verən hal deyildir. Cavabdehin başqa gəlirlərə malik olmaması barədə sübutlar işə əlavə edilməmişdir.
30. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği qazancının ½ hissəsi, eyni zamanda hər ay hər uşağa görə 65 manat olmaqla cəmi 195 manat sabit məbləğdə müəyyən edilməlidir.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.2-ci və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Qəhrəmanova Nailə Komu qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(106)351/2021 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh X4 01 yanvar 2003-cü il tarixdə anadan olmuş X1, 02 avqust 2006-cı il tarixdə anadan olmuş X2 və 07 fevral 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/2 (yarısı) hissəsi miqdarında, eyni zamanda hər ay hər uşağa görə 65 (altmış beş) manat olmaqla cəmi 195 (bir yüz doxsan beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Qəhrəmanova Nailə Komu qızına verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.