Məhkəmə qərarları › İş №2(102)-5149/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5149/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5149/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının vəkili X3, Cavabdeh və vəkili Vəkil qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X5 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Mingəçevir ŞPŞ-nin İB-nin rəisi X5 02 noyabr 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan(cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə) Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qəbul edilmiş qərarın surəti İddiaçı göndərilməklə qəbul edilmiş qərardan ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən yuxarı prokurora yaxud məhkəməyə şikayət etmək, həmçinin Cavabdeh pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 17.07.2013-ü il tarixdə 2550 manat, 09.09.2013-cü il tarixdə isə 2000 manat almaqla, ümumilikdə 4550 manat pulunu ələ keçirib, sonuncuya ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 31.10.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X4 9 illik məktəbi bitirdiyinə görə onu Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən musiqi koll ecinə qəbul etdirmək istəmişdir. 2013-cü ilin iyun ayında tanışı Aişə Süleymanovanın köməkliyi ilə X1 müəllim işləyən Cavabdeh ilə tanış olmuş, bu məqsədlə Cavabdeh ilə telefonla danışmış və qızını X5 düzəltmək üçün X5 ondan 5000 manat pul istəmişdir. 13 iyul 2013-cü il tarixdə bankdan 3000 manat kredit götürərək 17 iyul 2013-cü il tarixdə Mingəçevir şəhəri Müəllimlər İnstitutunun qarşısında 2550 manat pulu Cavabdeh vermişdir. Lakin onun qızının 2013-cü ilin sentyabr ayında X9 qəbul olunduğunu X5 ona bildirmiş, bundan sonra 2000 manat pulu da düzəldib 09 sentyabr 2013-cü il tarixdə X5yə vermişdir. X5 isə 500 manat qalıq olduğunu bildirərək tələbə biletini pul kəsrinə görə vermədiklərini bildirmişdir. Sonradan qızı Nigarın kollecə qəbul olunmadığını bilmiş, X5nin onu aldadaraq 4550 manat pu lu dələduzluq yolu ilə ələ keçirdiyinə görə dəfələrlə X5dən həmin pulu tələb etmiş, X5 ona müxtəlif vaxtlarda 2550 manatı qaytarıb vermiş, qalan 2000 manat pulu isə qaytarmamışdır. Ona görə də, bu barədə Mingəçevir Şəhər Prokurorluğuna 2017-ci ildə ərizə ilə müraciət etmiş, Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsində uzun müddət araşdırılma aparılaraq Cavabdeh barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Həmin ittihamda göstərilir ki, Cavabdeh ondan 4550 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin ittiham iş üzrə Cavabdeh ifadəsindən başqa şahid Aişə Süleymanovanın ifadəsi və iş materialları ilə öz təsdiqini tapmışdır. Lakin Mingəçevir şəhər Polis Şöbəsinin istinta q bölməsinin 02 noyabr 2018-ci il tarixli cinayət işinin xitam edilməsi barədə qərara əsasən Cavabdeh cinayət əməli CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti ona bəraətedici əsaslar olmadan xitam edilmiş, ona pul tələbi barədə iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Qərarın surətini 2019-cu ilin əvvəllərində almışdır. Lakin xəstəliyilə əlaqədar məhkəmədə iddia qaldıra bilməmişdir. Hesab edir ki, pul tələbi barədə iddia müddətini keçirməmişdir. Cavabdeh iddiaya etiraz edərək, həyat yoldaşının iddiaçıdan 2000 manat sələmə pul aldığını, 3-4 ay ərzində isə həmin pulu faizi ilə birlikdə 2550 manat qaytardıqlarını, tələb edilən məbləğin borca görə sələm məbləği olduğunu, tələb üzrə qanunla müəyyən edilmiş iddia müddətinin buraxıldığını bildirmişdir. Yevlax Ra yon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cinayət işinin icraatına xitam verilməsi barədə qərarına əsasən Cavabdeh dələduzluq yolu ilə iddiaçıya məxsus 4550 manat pulu ələ keçirdiyi öz təsdiqini tapmışdır. İş üzrə borc müqaviləsi mövcud deyil, bu səbəbdən də hazırki iddia üzrə ümumi iddia müddəti on il təşkil edir və iş üzrə iddia müddəti ötürülməmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasın ın (bundan sonra - apelyasiya instansiyası məhkəməsi) (hakimlər – Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev, Ayaz Mahmudov) 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı onun övladını kollecə düzəltmək məqsədi ilə ümumilikdə 4550 manat almış, həmin məbləğin 2550 manatını qaytarmış, qalan 2000 manatını hal-hazıra kimi qaytarmamaqla ona ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətini dəlilləri isə əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırlmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməmiş, apellyasiya şikayəti obyektiv araşdırılmamış, qaldırılmış məsələnin ədalətli həlli öz təsdiqini tapmamışdır. İddiaçının ona qarşı qaldırdığı iddianı ilk gündən qəbul etməmişdir. iddiaçıdan 2000 manat sələmə pul almış, 3-4 ay ərzində isə həmin pulu faizi ilə birlikdə 2550 manat qaytarmış, tələb edilən 2000 m anat məbləğ borca görə sələm məbləği kimi əsassız olaraq ondan tələb edilir. Cinayət işi üzrə xitam qərarından şikayət vermişdir, həmin şikayətə baxılaraq qərar qəbul edilənədək mülki işin icraatın dayandırılması xahiş olunsa vəsatət təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazı mi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qa ydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqe yi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, Mingəçevir ŞPŞ-nin İB-nin rəisi X5 02 noyabr 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarına əsasən Cavabdeh İddiaçı 17.07.2013-ü il tarixdə 2550 manat, 09.09.2013-cü il tarixdə isə 2000 manat almaqla, ümumilikdə onun 4550 manat pulunu ələ keçirib, sonuncuya ziyan vurmaqla dələduzluq etməsi faktı müəyyən edilmiş, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Kollegiya qeyd edir ki, həmin qərar qanuni qüvvədədir və onu ləğv edilməsi barədə iş materiallarına hər hansı sübut təqdim edilməmişdir. Buna görə də, həmin qərarla müəyyən edilmiş dələduzluq hadisəsinin olması və cavabdehin həmin hadisəyə aidiyyətinin yenidən sübuta yetirilməsinə zərurət yoxdur. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Ka ssasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlilləri kassasiya baxışının predmetini təşkil etmir. Kassasiya şikayətinin cinayət işi üzrə xitam qərarından şikayət verilməsi və həmin şikayətə baxılaraq qərar qəbul edilənədək mülki işin icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsatət məhkəməyə işə baxıldıqdan sonra daxil olmuşdur. Həmçinin məhkəməyə həmin şikayətə baxılması, təmin edilməsi, qərarın ləğvi barədə hər hansı sübutlar təqdim edilməmişdir. Belə ola halda, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 254.1.-cü maddəsi ilə müəyyən edilmiş hallar mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X5 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar