Məhkəmə qərarları › İş №2(102)-5149/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5149/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5149/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, evdən çıxarılma” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc, iddiadan imtina edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(106)-280/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və birinci, apellyasiya və kassasiya instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin (hakim Elçin Qurbanov) 06 avqust 2020-ci il tarixli 2(032)84/2020 saylı qətnaməsi ilə iddia tələbi iddia tələbi qismən təmin edilərək cavabdehlərdən gecikdirilməyə görə 14.05.2013-cü il tarixli,37R000000013 saylı kredit razılaşması üzrə hesablanmış 1777 ABŞ dolları məbləğində cərimə borcunun 100 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 14.05.2013-cü il tarixli, 37R000000013 saylı kredit razılaşması üzrə 16.05.2016-cı ilə yaranmış 8758,89 ABŞ dolları məbləğində əsas borc, 910,15 ABŞ dolları məbləğində faiz borcu,100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 9769,04 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, pulun alınması barədə tələbin ipoteka predmeti olan Şirvan şəhəri Vidadi küçəsi 39 saylı fərdi yaşayış evinə yönəldilməklə, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka predmeti olan Şirvan şəhəri Vidadi küçəsi 39 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 36000 manat məbləğində müəyyən edilməsi, İpoteka predmetini n satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi təmin edilməsi, əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğdə borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, İpoteka predmeti satıldıqda 1 ay sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Şirvan şəhəri Vidadi küçəsi 39 saylı fərdi yaşayış evindən çıxarılmaqla, onların mənzildən istifadə hüquqlarının itirilməsi, Fərdi yaşayış evinin boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. İddiaçı "xxxx" QSC kassasiya şikayəti verərək Şirvan şəhər Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 2(032)-84/2020 nömrəli qətnaməsinin 1777 ABŞ dolları cərimə borcunun azaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılma sını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər İsmayıl Əhmədov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov və Tale Kərimov) 2(106)-280/2021 nömrəli 04 mart 2021-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməyərək Şirvan şəhər Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 2(032)-84/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-280/2021 nömrəli 04 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kass asiya şikayətinin dəlilləri Kassasiya şikayətində qeyd edilmişdir ki, bank tərəfindən cavabdehlərin borcu maliyyə arayışında artıq qeyd edilmişdir. Bu barədə apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında məlumat verərək təkrar ekspertiza keçirilməsinə ehtiyac olduğu bildirilsə də məhkəmə buna məhəl verməmişdir. Bundan başqa ipoteka predmetinin cavabdehlərin yeganə yaşayış yeri olması və Cavabdeh4 1-ci qrup əlil olması nəzərə alınmamışdır. Vətəndaşla bank arasında müqavilənin xarici valyutada yəni dollarla bağlanması qanunsuzdur. Həmin müqavilə bağlandığı andan əsassızdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nicat Ələkbərov məhkəmə kollegiya sının iclasında yazılı ərizə təqdim edərək cavabdehlər tərəfindən banka olan borc məbləğləri tam ödəndiyindən iddia tələbindən imtina edildiyini, iddia tələbindən imtinanın nəticələrinin iddiaçıya aydın olduğunu, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidi r. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam ver ir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddiaçı tərəfindən iddiadan imtina edildiyindən məhkəmə kollegiyası cavabdehlərin kasasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur, buna səbəb cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcun tam bağlanmasıdır. İddiadan imtina barədə ərizə bankın səlahiyyətli şəxsi tərəfindən imzalanmış, ərizə bankın möhürü ilə təsdiqlənmiş, bankı məhkəmədə təmsil edən nümayəndəyə bu barədə səlahiyyət verilmişdir. Ona görə də iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-280/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-280/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar