Məhkəmə qərarları › İş №2(102)-515/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-515/2018

25.01.2018 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-515/2018 25.01.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 25 yanvar2018-ciil İş№ 2(102)-515/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, kassator Cavabdeh1in, onun vəkili X3, kassator X2, onun nümayəndəsi X4 və vəkili X10, habelə iddiaçının vəkili X6nın iştirakları ilə, cavabdehlər Cavabdeh1in vəX2nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6127/2017 saylı 29 iyun 2017-ci il tarixli qətnaməsindən verdikləri kassasiya ş ikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli qətnaməsi ilə (hakim K.B.Əsədov, iş № 2(001)-4866/2016)iddia tələbinin təmin edilməsi, 20.039 manat məbləğində pulun və iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh1dən müştərək qaydada tutulub İddiaçı-yə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), M.A.Bağırova və M.A.Məmmədov, iş № 2(103)-6127/2017) cavabdeh X2nin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4866/2016 saylı 17 may 2016-cı il tarixli qətnaməsi apellyasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göstərilə n qətnamədən cavabdehlər Cavabdeh1 vəX5 kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçının cavabdehlər X5 və Cavabdeh1ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan 20.039 manat məbləğində vurduqları zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 həmin MMC-də mühasib işləmişdir. O, satış üzrə sənədlərin hazırlanması, yoxlanılması və malların dəyəri kassaya mədaxil edildikdən sonra MMC-dən çıxarılmasına və buna icazə verilməsinə cavabdeh olmuşdur. 2013-cü ilin dekabr ayında MMC-nin rəhbərliyi X5 tərəfindən müştərilərə satılmış malların sifariş blanklarına “ödənilib” möhürü vurulmadan, sifariş blankına şəxsən “tam” qeydi yazaraq imza edib təhlükəsizlik x idməti əməkdaşlarından malların buraxılmasını tələb etməsi hallarını müşahidə etmişdir. Bununla əlaqədar daxili araşdırma zamanı 12643 saylı, 17 dekabr 2013-cü il tarixli və 12692 saylı, 19 dekabr 2013-cü il tarixli qaimələr əldə olunmuşdur. Bununla bağlı X1 23 dekabr 2013-cü ildə izahat tələb olunduqda o, maddi vəziyyətinin pis olmasını, müştərilərdən aldığı pulları mütəmadi olaraq kassaya mədaxil etmədiyini etiraf etmiş, lakin izahat verməkdən imtina edərək iş yerini tərk etmişdir. Digər Cavabdeh1 isə MMC-də xəzinədar vəzifəsində işləmişdir. Onun vəzifəsinə Cəmiyyətin satış menecerləri tərəfindən verilmiş sifariş blankları üzrə malların satış dəyərlərini qəbul edərək xəzinə kitabına daxil etmək, bununla yanaşı sifariş blanklarına “ödənilib” möhürü vurmaqla buraxılışına icazə vermək səlah iyyətləri daxil olmuşdur. Aparılmış yoxlama nəticəsində müəyyən olunmuşdur ki, X7 və Cavabdeh1in qanunsuz əməlləri nəticəsində MMC-yə 25.010 manat 12 qəpik məbləğində maddi zərər dəymişdir. Bu zərərdən X5 tərəfindən 30 yanvar 2014-cü il tarixdə 3.000 manat və 27 fevral 2014-cü il tarixdə 1.500 manat MMC-nin xəzinəsinə geri qaytarılmışdır.Yoxlama nəticəsində həmçinin müəyyən olunmuşdur ki, 27 dekabr 2013-cü il - 25 yanvar 2014-cü il müddətində 470 manat 19 qəpik xəzinə əməliyyatları xəzinə kitabına işlənməyərək mənimsənilmişdir. Belə ki, sifariş blanklarına Cavabdeh1 tərəfindən “ödənilib” möhürü vurularaq satılmış malların cəmiyyətdən çıxarılmasına razılıq verilsə də həmin sifariş blanklarının rekvizitləri nəzarət buraxılış kitabına işlənsə də qeyd edilən sifariş blanklarının rekvizitləri x əzinə kitabına işlənməyərək alınmış pul məbləğləri mənimsənilmişdir. Bu hal müəyyən edildikdən sonra Cavabdeh1 03 fevral 2014-cü il tarixdə MMC-nin rəhbərinə rəsmi ərizə yazaraq 470 manat 19 qəpik pulu yaddan çıxarıb kassaya mədaxil etmədiyini və həmin məbləği geri qaytarmaq istədiyini bildirmişdir. Həmin tarixdə təhvil-təslim aktı ilə 470 manat 19 qəpik pul məbləği ondan alınmışdır. X5 və Cavabdeh1 tərəfindən 2013-cü il ərzində MMC-yə 25.010 manat ziyan vurulduğu müəyyən edilmişdir. Onlar tərəfindən 4.970 manat 19 qəpik ödənilmiş 20.039 manat isə ödənilməmiş qalmışdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 və vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin l əğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin 217.1, 224cü maddələrini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh, nümayəndəsi X4 və vəkili X5 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsas landırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassator Cavabdeh1 və onun vəkili X6 ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6127/2017 saylı 29 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsinə vəonların kassasiyaşikayətinintəminolunmasınadairqərarqəbuledilməsinixahiş etmişlər. Kassator Cavabdeh2, nümayəndəsi X6 və vəkili X7 ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)61 27/2017 saylı 29 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsinə vəonların kassasiyaşikayətinintəminolunmasınadairqərarqəbuledilməsinixahiş etmişlər. İddiaçının vəkili X8 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etdiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatorları və vəkilləri dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Konstitusiyanın 13-cü maddəsində bütün növ mülkiyyətlərin eyni dərəcədə müdafiəsi nəzərdə tutulmuşdur. Qanun mülkiyyət hüququnun müdafiəsinin müxtəlif vasitə və üsullarını nəzərdə tutmuşdur. Bunlardan biri də əmək müqaviləsi tərəflərinin maddi məsuliyyətinin müəyyən olunmasıdır. Sonuncuların maddi məsuliyyətinin hüquqi tənzimlənməsi mülkiyyətin müdafiəsini təmin etməklə, ona diqqətlə yanaşmağa səbəb olur. Bu məsuliyyətin mahiyyəti ondan ibarətdir ki, əmək müqaviləsi tərəflərindən biri onun təqsiri üzundən digər tərəfə vurduğu zərəri qanunla müəyyən olunmuş qaydada və hədlərdə ödəməlidir. Əmək Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Beləliklə, qanunun yuxarıda şərh olunan maddəsinə əsasən, işçinin maddi məsuliyyəti yalnız onun təqsiri mövcud olduğu təqdirdə mümkündür. Bundan başqa, maddi məsuyyətin zəruri şərtlərindən biri də işçinin hərəkəti ilə maddi zərər arasında səbəbli əlaqənin olmasıdır. Cavabdeh1 iddiaçıya maddi zərər vurması təqdim olunmuş sübutlarla tam təsdiq olunmudur. Belə ki, işə məhkəmə instansiyaları tərəfindən baxılan zaman müəyyən olunmuşdur ki, Cavabdeh1, kassir işləməklə, eyni zamanda xəzinədar vəzifəsini icra etmişdir. O, hər gün anbardan çıxan malları qeyd etməli, onlara görə pul almalı və müəyyən olunmuş qaydada gəlirə yazmalı idi. İddiaya et iraz edən Cavabdeh1 o hala istinad etmişdir ki, malların satışından əldə olunmuş pulları hər gün iddiaçının rəhbərliyinə vermişdir. Lakin cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının kassasından pulun götürülməsi faktını İddiaçı-nin mühasibi, iş üzrə Cavabdeh da təsdiq etmişdir. Hazırki mübahisəyə əsas olan hallar istintaq orqanı tərəfindən yoxlanmışdır. Lakin, Cavabdehnın iştirakı ilə zərərin könüllü ödənilməsi barədə akt tərtib edilmiş, iddiaçı tərəfindən bu barədə ərizə verilmiş, beləliklə də, maliyyə sənədlərinin yoxlanılmasından və istintaq hərəkətlərinin aparılmasından imtina edilmişdir. Əmək Məcəlləsinin 199.1-ci maddəsi nə əsasən, işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə o halda maddi məsuliyyət daşıyır ki, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olsun. (C bəndi) Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 maddi məsuliyyətli şəxs olmuşdur (o, bunu məhkəmə araşdırması zamanı inkar etməmişdir) və öz əmək vəzifələrini icra edərkən iddiaçıya maddi ziyan vurmuşdur (iddiaçıya məxsus malları realizə edərək pulları mənimsəmişdir). Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq sonuncuya qarşı iddia tələbini əsaslı hesab etmişdir. Eyni zamanda, Cavabdeh2ya qarşı iddia tələbi də haqlı olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, Cavabdeh2 kassadan pulun götürülməsi faktını özü etiraf etmiş, zərərin bir hissəsini könüllü olaraq ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh1in vəX2nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6127/2017 saylı 29 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar