Məhkəmə qərarları › İş №2(102)-515/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-515/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-515/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-515/20 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, müddətin axımı) Bakı şəhəri, 09 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Məmmədtağıyev Gəray Hüseyn oğlu, Cavabdeh2 vəkili Məmmədəliyeva Sevinc Etibar qızının iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 51 nömrəli Notariat Kontoruna və Ca vabdeh2 qarşı borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12245/2019 nömrəli, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən cavabdeh Cavabdeh2 kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçıxxxxCavabdeh2 arasında bağlanmış xx xxx 2014-cü il tarixli borcun etirafı müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 145.780 ABŞ dollar məbləğində pulu borc aldığın etiraf etmişdir.

2. Müqavilə Bakı şəhəri, 51 saylı Notariat Kontorunun xüsusi notariusu Ü.Kərimov tərəfindən təsdiq edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Bakı şəhəri 51 nömrəli Not ariat Kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsixxxxNərimanov rayon Məhkəməsinə müraciət edərək, xx xxx 2014-cü il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, Türkiyə Respublikasının vətəndaşı olan Cavabdeh2 iddiaçıya qarşı borc tələbi üzrə iddiaxxxxŞamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə məhkəmənin gedişatı zamanı Cavabdeh2 olğu iddia tələbinin əsası kimi Bakı şəhəri 51 nömrəli Notarial Kontoru tərəfindən təsdiq edilmiş xx xxx 2014-cü il tarixli borcun etirafı müqaviləsinə istinad etmişdir. Həmin müqaviləyə görə iddiaçı guya Cavabdeh2 145.780 (bir yüz qırx beş min yeddi yüz səksən) manat pul borclu olduğunu bəyan etmişdir.

5. Göstərilən müqavilə barədə iddiaçının hər- hansı məlumatı olmayıb və həmin müqavilə barədə iddiaçı yalnız Şamaxı Rayon Məhkəməsində cavabdeh qismində iştirakı zamanı məlumat alaraq, müqavilənin surətini əldə edə bilmişdir. Müqavilədə mövcud imzanın isə iddiaçıya, ümumiyyətlə, aidiyyatı yoxdur.

6. İddiaçı Cavabdeh2 cəmi bir dəfə Bakı şəhərində təsadüfən görmüş və qısa tanışlıqları olmuşdur. İddiaçı cavabdehlə xüsusilə geniş tanışlığa malik deyil və hər-hansı şəxsi işgüzar münasibətlərdə olmamışdır.

7. İddiaçının bildiyinə görə cavabdeh Bakıda cəmi bir neçə gün olub. Tanımadığı cavabdehin iddiaçıya belə yüksək məbləğdə borc verməsi real deyil. Hətta belə bir hal olsaydı tərəflər arasında borc müqaviləsi bağlanardı və bu, cavabdehin mənaveyinə daha uyğun olardı.

8. Formal yanaşma olmasın deyə, əksər hallarda notariuslar müqavilənin rə smiləşdirilməsi zamanı borc pulun notariusun depozit hesabına yerləşdirilməsi şərtini mütləq irəli sürürlər. Başqa sözlə, formal borclanmaya yol verilmir. Yəni, ortada real pul olmadan, müqavilənin formal rəsmiləşdirilməsi mümkünsüz olur.

9. Belə olan halda isə iddiaçının hər hansı şəxsə borcu təsdiq olunmur. Cavabdeh2, iddiaçının xəbəri və iradəsi olmadan, hansısa yolla real olmayan və formal xarakter daşıyan borcun etirafı müqaviləsinin tərtib və təsdiq edilməsinə nail olmuşdur. 10.İddiaçı hesab edir ki, qeyd edilənlərə əsasən xx xxx 2014-cü il tarixli borcun etirafı müqaviləsi, onun iradə ifadəsi olmadan qanunvericiliyin tələblərinə zidd formada bağlandığından etibarsız hesab edilməlidir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1 və 337-ci maddələrinə istinad etmişd ir.

12. İddiaçının nümayəndəsinin vəsatətixxxxiş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında mübahisələndirilən müqavilədəki imzanın iddiaçıya məxsus olub-olmaması barədə sual qoyulmuşdur.

13. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 14238 nömrəli ekspert rəyində qeyd edilib ki, xx xxx 2014-cü il tarixli 3M-472 reyestr nömrəli borcun etirafı müqaviləsində” İddiaçı İntiqam oğlu” qrafasında “Məmmədov ” yazısı və həmin yazının qrafasındakı imza İddiaçı tərəfindən icra olunub.

14. Birinci instansiya məhkəməsində cavabdeh Bakı şəhəri 51 nömrəli Notariat Kontorunun nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, müqavilə qanuna uyğun şəkildə tərtib olunmuş və müqaviləni tərəflər imzalamışlar.

15. Cavabdeh2 vəkili və nümayəndəsi iddiaya həm şifahi, həm də yazı lı etiraz verərək göstərib ki, tərəflər arasında olan borc münasibətləri xx.xx.2014-cü il tarixli '‘borcun etirafı müqaviləsi”xxxxtəsdiq olunur. Müqavilənin etibarsız olması barədə məhkəməyə başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, notarial qaydada təsdiq edilmiş müqavilə iddiaçının mülahizələrinə əsasən qeyri-mötəbər hesab oluna bilməz. İddiaçı müqavilənin onun tərəfindən imzalanmadığını iddia etsə də, keçirilmiş ekspertiza nəticəsində mübahisələndirilən müqavilənin məhz iddiaçı tərəfindən imzalanması müəyyən edilmişdir.

16. Bundan başqa, 3 ildən artıq müddətdir ki, tərəflər arasında məhkəmə mübahisələri gedir. xx.xx.2016-cı il tarixdə Cavabdeh2 İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəsixxxxŞamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə işə baxıl arkən İddiaçı müqavilədə göstərilən pulu Cavabdeh2 aldığını inkar etsə də, sözügedən müqaviləni bağladığını və müqavilənin notariat kontorunda təsdiq edildiyini bildirmişdir.

17. Hazırkı işdə isə iddiaçı, ümumiyyətlə, müqavilənin bağlanmasını inkar etməklə öz izahatlarında və mövqeyində ardıcıl olmamasını, irəli sürdüyü dəlillərin isə əsassız və qeyri-səmimi olmasını nümayiş etdirir.

18. İddiaçı borc öhdəliyixxxxəlaqədar Cavabdeh2 xx.xx.2016-cı il tarixdə məhkəmədə iddia qaldırmış və Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsixxxxiddia tələbi təmin edilərək İddiaçı 145780 ABŞ dolları məbləğində pulun iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

19. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı hazırkı iddianı qal dırmış və elə onun vəsatəti əsasında da bu iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək həmin iş üzrə apellyasiya icraatı dayandırılmışdır. Bu iddianın irəli sürülməsi məhz Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan işin uzadılmasına, yekun məhkəmə aktının qəbulunun və icraya göndərilməsinin yubadılmasına yönələn məqsədli hərəkətlərdir.

20. Eyni zamanda Cavabdeh2 vəkili və nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə də verərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi “borcun etirafı müqaviləsi” xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Bununla yanaşı sözügedən əqdlə bağlı tərəflər arasında üç ildən çoxdur ki, məhkəmə mübahisələri gedir.

21. Belə ki, iddiaçı hazırkı iddianı müqavilənin bağlanmasından 5 il, Ali Erşənin borc tələbinə dair Şamaxı Rayon Məhkəməsinə müraciət etməs indən isə 3 il keçdikdən sonra vermiş və Mülki Məcəllənin 354.1, 375.2 və 377.1-ci maddələrinə əsasən iddia müddətini ötürmüşdür.

22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-769/2019 nömrəli, 18 iyul 2019-cu il tarixli qətnaməsixxxxiddia tələbi rədd edilmiş, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir. (hakim Gütəkin Əsədova)

23. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, xx xxx 2014-cü il tarixli borcun etirafı müqaviləsinə əsasən borcverən Cavabdeh2 145.780 ABŞ dollar məbləğində pulu İddiaçı borc vermiş, İddiaçı göstərilən məbləği xx.xx.2016-cı il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür.

24. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı iddia ərizəsində müqavilə barədə əvvəllər onun hər-hansı məlum atının olmamasını, həmin müqavilə barədə yalnız Şamaxı Rayon Məhkəməsində cavabdeh qismində iştirakı zamanı məlumat almasını göstərsə də, iddiaçının bu dəlili Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 14238 nömrəli ekspert rəyixxxxtəkzib edilib. Həmin rəydə xx xxx 2014-cü il tarixli 3M-472 reyestr nömrəli borcun etirafı müqaviləsində” İddiaçı İntiqam oğlu” qrafasında “Məmmədov ” yazısı və həmin yazının qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunması göstərilib.

25. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallaırna istinad edərək hesab edib ki, iddiaçı iddia ərizəsində göstərdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir.

26. Birinci instansiya məhkəməsinin mövqeyinə görə əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığıxxxxbağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində, tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərinin, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onl arın sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur.

27. Məhkəmə qeyd edib ki, iddiaçı tərəfindən iddia tələblərində göstərilən halların məhkəmə araşdırmasında heç biri təsdiqini tapmamışdır.

28. Həmçinin məhkəmə onu da vurğulayıb ki, əqdin bağlandığı tarix (xx xxx 2 014-cü il) iddiaçıya bəlli olmuşdur. Lakin buna baxmayaraq, iddiaçı hazırki iddia tələbixxxxhəmin tarixdən 05xxxxyaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla da, Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddətini ötürmüşdür.

29. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 337, 339, 340.2, 354.1, 354.2, 372.1, 375.2, 376, 377.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat

30. İddiaçı apellyasiya şikayəti vermiş və qətnamənin ləğv olunmaqla iddiasının təmin edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, şikayətdə Cavabdeh2 Azərbaycanda cəmi bir gün olması faktının araşdırılmamasına, ekspert rəyinin məhkəmə üçün məcburi ol mamasına, ekspert rəyi alındıqdan sonra məhkəmə iclasında iştirakının təmin edilməməsinə istinad edilmişdir.

32. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı göstərib ki, əvvəllər onun Türkiyə Respublikasında fəaliyyət göstərən “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkətixxxxişgüzar münasibətləri olmuşdur. “X1 Dış. Tic. A.Ş.”xxxx“xxxx MMC” arasında xx.xx.2013-cü ildə müqavilə bağlanmış, həmin müqavilə əsasında o, göndərilən mallarıoyuncaqları qeyd edilən firmadan alaraq, Azərbaycanda satışını təşkil etmişdir. Həmin vaxt o, şirkətdə Avni bəy və Qadir bəy adlı şəxsləri tanımışdır. Cavabdeh2 isə ümumiyyətlə, tanımır. Bir müddət sonra şirkətdən Avni bəy ona zəng edərək malların verilməsi ”üçün bir nəfərin gələcəyini, onunla formal bir sənəd imzalamalı olduğunu qeyd etmiş, o da onlara inanar aq razılaşmışdır. Bundan sonra həmin şəxs bir günlük Azərbaycana gəlmiş və onlar xx.xx.2014-cü ildə borcun etirafına dair hazırkı müqaviləni bağlamışlar.

33. İddiaçı apellyasiya baxışında qeyd edib ki, həmin müqavilə “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkətixxxxolan işgüzar münasibətinə görə görünüş üçün bağlanıb, həmin müqavilənin heç” bir əhəmiyyəti yoxdur, nə müqavilə bağlananda, nə də ondan əvvəl onun Cavabdeh2 adlı şəxslə heç bir əlaqəsi, danışığı olmamışdır.

34. Həmçinin iddiaçı apellyasiya instansiyasına “xxxx MMC” (alıcı)xxxx“X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti (satıcı)” arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləni, “xxxx MMC”-nin ünvanına daxil olan bütün yüklərin, sənədlərin götürülməsinin, sənədləşdirilməsinin, boşaldılmasının İddiaçı etibar edilməsi b arədə etibarnaməni, “xxxx MMC”-yə məxsus malların sığortlanması barədə şəhadətnamələri, “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti (göndərən) tərəfindən “xxxx MMC”-yə ”(alıcı) göndərilmiş malların invoysunu (invoice) təqidm etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12245/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsixxxxiddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-769/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, İddiaçıxxxxvə Cavabdeh2 arasında Bakı şəhəri 51 nömrəli Notariat Kontorunda xx xxx 2014-cü il tarixdə bağlanmış borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik ed ən və məruzəçi), Tofiq Səmədov və Elşən Kazımov)

36. Apellyasiya instansiyası qeyd edib ki, hər hansı əqdin etibarsız, xüsusən də uydurma əqd olması kifayət qədər güclü və bir-birixxxxuzlaşan sübutlarla təsdiq olunmalıdır. Hazırkı halda iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin görününüş üçün bağlanmış uydurma əqd olduğunu, “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkətixxxxişgüzar münasibətlərinin olduğunu, Cavabdeh2 adlı şəxsi tanımadığını, hazırkı müqaviləni məhz həmin şirkətin istəyi nəticəsində bağlandığını qeyd edir.

37. Apellyasiya instansiyası iddiaçının apellyasiya baxışında təqdim etdiyi sübutlara qiymət verərək qeyd edib ki, biri-birini tanımayan və heç vaxt hər hansı münasibəti və ünsiyyəti olmayan” şəxslərin” (bir an içində) bağladığı hazırkı müqavilənin onların həqiqi niyyətinə uyğun olması ağlabatan və inandırıcı görünmür. Türkiyə vətəndaşı Cavabdeh2 sonuncu dəfə dövlət sərhədindən hərəkətinin xx.xx.2014-cü il tarixdə çıxış istiqamətində olması iddiaçının həmin dəlilini təsdiq edir.

38. Apellyasiya instansiyası cavabdehin vəkilinin iddiaya qarşı etirazının əsas kimi istinad etdiyi müqaviləyə münasibətdə qeyd edib ki, cavabdehin istinad etdiyi hər iki hal mübahisəsizdir, lakin bu halların mövcudluğu həmin əqdin uydurma əqd olmasını istisna etmir. Belə ki, hər hansı əqdin uydurma (elə yalan) əqd olması qətiyyən onun forma və məzmunuxxxxbağlı deyildir.” Əqddə iştirak edən tərəfin müqaviləni şəxsən, həm də könüllü olaraq” imzalaması, eləcə də həmin müqavilənin lap elə notariat qaydasında təsdiqlənməsi belə, hələ həmin əqdin etiba rlı olması üçün yetərli deyildir. Əqdin etibarlı olması üçün həm də və mütləq qaydada tərəflərin onun nəticələrinə yönələn həqiqi iradəsinin mövcud olması vacibdir.

39. Apellyasiya instansiyası ona da qiqqəti yönəldib ki, müqavilə şərtlərinin və əqdə tərəfin iradə ifadəsinin təfsirinin zəruriliyini nəzərdə tutan qanunvericilik normalarının tələbləri imperativdir və buna görə də tərəflər arasında bağlanmış həmin müqavilə görünüş üçün bağlanmış uydurma (puç) əqddir.”

40. Apellyasiya instansiyası eyni zamanda müddətin tətbiqi barədə də birinci instansiya məhkəməsinin mövqeyixxxxrazılaşmayaraq qeyd edib ki, iddiaçı əhəmiyyətsiz əqdlə bağlı iddianı, onun icrasına başlandığı gündən hesablanmaqla bir il ərzində irəli sürə bilər. Hazırkı halda müəyyən edilən müddət buraxılmamışdır.

41. Aplellyasiy a məhkəməsi öz öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.5, 329.1, 329.2, 331.1, 337.1-337.4, 340, 404.1 və 404.2-ci maddələrixxxxəsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh2 (vəkil Məmmədəliyeva Sevinc Etibar qızı) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilkin olaraq müqaviləni imzalmadığını bildirmiş, ekspert rəyixxxximzanın iddiaçıya məxsus olması müəyyən ediləndən sonra iddiaçı apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında anidən mövqeyini (iddianın h üquqi əsasını) dəyişdirmiş və borcun etirafı haqqında müqavilənin iddiaçı tərəfindən imzalanmasını etiraf etmiş, lakin əlavə olaraq bildirmişdir ki, müqavilə borc olmadan “X1 Dış. Tic. A.Ş.” şirkətinin gələcəkdə göndərəcəyi malların təminatı olaraq bağlanmışdır.

44. İddiaçının borcun etirafı müqaviləsixxxxbağlı qəti fikrə malik olmaması, proses gedişində fikrini dəyişdirərək qeyri-ardıcıl mövqe sərgiləməsi onun məhkəməyə bildirdiklərində qeyri-səmimi olmasını və iddianın təmin edilməsi üçün iddiaçının seçdiyi yeni taktiki gediş olmasını açıq-aydın göstərir.

45. Apellyasiya instansiyası məhkəməsi isə iş üçün xüsusi önəm kəsb edən bu hala diqqət yetirməmiş və iddiaçının anidən mövqe dəyişdirməsinin səbəblərini araşdırmamışdır.

46. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən müqavilən i uydurma əqd hesab edərkən, iddiaçının “X1 Dış. Tic. A.Ş.” şirkətixxxxişgüzar münasibətinin olduğuna, cavabdehi tanımadığına və hazırkı müqavilənin də məhz həmin şirkətin istəyi nəticəsində bağlandığına əsaslanmışdır. Lakin adıçəkilən şirkətin cavabdehlə hüquqi bağlılığının olması, eləcə də məhz həmin şirkətin istəyi nəticəsində iddiaçının müqaviləni bağlamağa məcbur olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya instansiya isə qeyd olunan halları nəyin əsasında müəyyən etməsini göstərməmiş və konkret sübutlara istinad etməklə mövqeyini əsaslandırmamışdır.

47. İddiaçının apellyasiya instansiyasına təqdim etdiyi müqavilə, ödəniş tapşırığı (invoice), qablaşdırma siyahısı (packing list) və etibarnamə “xxxx” MMCxxxx“X1 Dış. Tic. A.Ş.” şirkəti arasındakı işgüzar münas ibətləri təsdiq etsə də, həmin sənədlər sözügedən şirkətlə cavabdeh arasında hər hansı əlaqənin olması və ya həmin şirkətin iddiaçı və cavabdeh arasındakı borc hüquq münasibətinə hər hansı aidiyyətinin olmasını təsdiq etmir. Əksinə, bu sənədlər iddiaçının bildirdiklərini təkzib edir. Belə ki, ödəniş tapşırığından görünür ki, “xxxx” MMCxxxx“X1 Dış. Tic. A.Ş.” şirkəti arasında bağlanmış müqavilə üzrə ödənişlərin ümumi məbləği 14.227 ABŞ dolları təşkil etmişdir. Halbuki, İddiaçı iddia edir ki, 145.780 ABŞ dolları məbləğində borcun verilməsinə dair bağlanmış borcun etirafı müqaviləsi guya həmin müqavilənin təminatı olaraq bağlanmışdır. Belə olan halda, heç bir insan 14.227 ABŞ dolları vəsaitinin təminatı olaraq 145.780 ABŞ dolları məbləğində borc müqaviləsini imzalamazdı.

48. Bundan başqa, idd iaçı bildirir ki, borcun etirafı müqaviləsi gələcəkdə şirkətin göndərəcəyi malların təminatı olaraq bağlanmışdır. Halbuki, iddiaçının özünün təqdim etdiyi ödəniş sənədlərindən də görünür ki, şirkətlər arasında müqavilə xx.xx.2013-cü il tarixdə bağlanmış və müqavilənin dəyəri xx.xx.2013-cü il tarixdə ödənilmişdir. Amma borcun etirafı müqaviləsi isə xx.xx.2014-cü il tarixdə, borc münasibətindən 1 il əvvəl baş vermişdir.

49. İddiaçı cavabdehi tanımadığını bildirsə də, digər məhkəmə mübahisəsində cavabdehi tanıdığını, onunla işgüzar münasibətdə olduğunu demişdur.

50. Apellyasiya məhkəməsi cavabdehin xx xxx 2014-cü ildə ölkədən çıxışına istinad edərək, müqavilənin bir an işində bağlanması barədə gəldiyi nəticə də düz deyil. Çünki cavabdehin xx xxx 2014-cü ildə Azərbaycanı tərk etməsi onun 1 gün lüyə Azərbaycana gəlməsini təsdiq etmir.

51. Həmçinin apellyasiya məhkəməsi müddətin ötürülüb-ötürülməməsini aydınlaşdıra bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

53. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 oğlunun vəkili Məmmədəliyeva Sevinc Etibar qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

54. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Məmmədtağıyev Gəray Hüseyn oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.

55. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə digər cavabdeh Bakı şəhəri 51 nömrəli Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəl məmiş, gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəx slər tərəfindən imzalanmış sənədin tərtibi yoluxxxxbağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yoluxxxxhəyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığıxxxxbağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibars ızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənasıxxxxmüqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələr ə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

371. Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandı rsın. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsixxxxnəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə id diaçı Cavabdeh2 oğlu tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

59. Əvvəla, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində işə baxılarkən tələbinin faktiki əsası kimi yalnız mübahisələndirilən müqaviləni imzalamadığına istinad etmiş və onun bu dəlili ekspert rəyixxxxtəkzib edilmişdir.

60. Apellyasiya məhkəməsində isə iddiaçı iddia tələbinin faktiki əsasını dəyişib, həmin müqavilənin “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkətixxxxolan işg üzar münasibətinə görə görünüş üçün bağlandığını bildirmiş və bununla bağlı apellyasiya instansiyasına yeni sübutlar təqdim etmişdir.

61. Göründüyü kimi, iddiaçı birinci və apellyasiya instansiyalarında bir-birinə zidd olan fərqli faktiki əsaslara istinad etmişdir. Lakin apellyasiya məhkəməsi bu ziddiyyətə aydınlıq gətirməmiş, əksinə, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 371.1-ci maddəsinin ziddinə olaraq iddiaçının təqdim etdiyi yeni sübutları qəbul edib, onlara qiymət verməklə iddianı təmin etmişdir.

62. Halbuki yeni sübutları apellyasiya instansiyası məhkəməsi o halda qəbul etməlidir ki, işdə iştirak edən şəxs həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

63. Hazırki işdə isə apellyasi ya instansiyası iddiaçının qeyd edilən sübutları özündən asılı olmayan hansı səbəblərə görə birinci instansiya məhkəməsinə təqdim etməməsini müəyyən etmədən, həmin sübutları qəbul etməklə, prosessual hüquq normasını pozmuşdur.

64. Üstəlik, apellyasiya instansiyası qəbul etdiyi yeni sübutları da MPM-in 80 və 88-ci maddələrinin tələblərinə uyğun gəlməyən şəkildə qiymətləndirmiş, tərəflərin biri-birini tanımamasına istinad etsə də, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsində iddiaçının cavabdehi tanımasına dair əks olunmuş izahatını araşdırmadan kənarda saxlamış, “xxxx MMC”xxxx“X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin hazırki işin tərəflərinə hüquq münasibətinə nə dərəcədə əlaqəsi olduğunu qətnamədə göstər məmişdir.

65. Bundan başqa, apellyasiya məhkəməsi mübahisələndirilən əqdə müddətin tətbiqixxxxbağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəxxxxrazılaşmayaraq, müddətin ötürülməməsini qeyd etsə də, gəldiyi bu nəticəni kifayət qədər əsaslandırmamış, iddiaçının Bakı şəhəri 51 nömrəli Notariat Kontoruna və Cavabdeh2 qarşı “xx xxx 2014-cü il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair analoji iddiasının baxılmamış saxlanması barədə Səbail rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərardadına müddətin axımı kontekstində qiymət verməmişdir.

66. Bu baxımdan, məhkəmə kollegiyası iddianı təmin etmək üçün apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

67. Məhkəmə kollegiyası be lə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd olunanlara əsasən ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

68. Yuxarıda göstərilənləri əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12245/2019 nömrəli iş üzrə 01 noyabr 2019-cu il t arixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar