Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-515/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əlihüeyn oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı beh müqaviləsi əsasında pulun qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: beh müqaviləsi, behin ikiqat qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2164/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 fev ral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 07.09.2017-ci il tarixli, 1672 nömrəli sərəncamının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 000 küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində yerləşən 130,0 kv/m torpaq sahəsində qeyri-yaşayış binasının yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir. 29.12.2017-ci il tarixli, 36 nömrəli tikinti obyektinin istismarına icazə sənədinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 29.12.2017-ci il tarixdən İddiaçı məxsus olan Ç.Mustafayev küçəsinin T.Ozal küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində yerləşən qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. 06.10.2018-ci il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 111 ünvanında yerləşən fərdi yaşayış evini almaq məqsədi ilə Cavabdeh2 şahidlərin iştirakıilə 10000 (on min) manat beh vermiş, Cavabdeh2 tərəfindən alqı- satqının həyata keçirilməsi üçün evin vərəsəlik sənədlərinin noyabr ayınadək əldə olunacağı təqdirdə yerdə qalan 140000(bir yüz qırx min) manat iddiaçı tərəfindən ödənilməklə alqı-satqı müqaviləsinin bağlanması tərəflər arasında razılaşdırılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(043)- 5513/2018 nömrəli qətnaməsinin surətindən görünür ki iddiaçı X4 cavabdehlər Cavabdeh2 və Gəncə şəhər 1 saylı notariat kontoruna qarşı «05.11.2018-ci il tarixli 2V-207 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və və rəsəlik hüququnun tanınması» tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 06.10.2018-ci il tarixli beh müqaviləsi üzrə ödədiyi 10000 (on min) manat pulun və ona yaşatdıqları fiziki və mənəvi zərər görə 10000 (onmin) manat olmaqla, cəmi 20000 (iyirmi min) manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə iddia həcminin artırılmasına dair ərizə verərək cavabdehlərdən müştərək qaydada 06.10.2018-ci il tarixli beh müqaviləsinə əsasən 20000 (iyirmi min) manat pulun və vurulmuş mənəvi zərər görə 10000 (on min) manat olmaqla cəmi 30000 (otuz min) manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Çingiz Mustafayev küçəsində yaşadığı Turqut Ozal 82 ünvandakı evin giriş darvazasına bitişik qeyri-yaşayış binasının tikintisinə icazə verilməsini xahiş etmişdir. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətibaşçısının 07 sentyabr 2017-ci il tarixli 1672 saylı sərəncamı ilə, onun bu müraciəti və Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq ona Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Çingiz Mustafayev küçəsinin Turqut Ozal küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində yerləşən 130 kv.m torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. ünvan 3 ünvanda qeydiyyatda olan Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 müxtəlif qurumlara çox saylı ərizə və teleqramlar göndərməklə ona mane olmağa çalışmış, inşaat işləri aparılarkən işləri dayandırmağa və başa çatmasına imkan verməməyə çalışmışlar. O, işə başlayan gündən Cavabdeh1 və Cavabdeh2 hər gün səs tonlarını yüksəldərək onun ünvanına qarğışlar tökmüş və nalayiq sözlər danışaraq onun şərəf və ləyaqətini alçaltmışlar və həmişə ona hədə-qorxu gələrək hər yerə aramsız olaraq şikayət edəcəklərini bildirmişlər. Onun inşa etdirdiyi qeyri-yaşayış sahəsi Çingiz Mustafayev küçəsində yerləşir və yaşadığı evin giriş darvazasına bitişikdir. Cavabdeh1 və Cavabdeh2 yaşadığı ev isə başqa küçədə, yəni İ.Əliyev küçəsində yerləşir və giriş darvazası da İ.Əliyev küçəsindədir. Çingiz Mustafayev küçəsi ilə İ.Əliyev küçəsinin kəsişməsindən 20-25 metr aralıdadır. Onun inşa etdiyi qeyri- yaşayış sahəsinin onlara heç bir aidiyyatı yoxdur. Onların yaşadığı məhlə evi dörd bir tərəfdən hasarın içərisindədir və giriş darvazaları da Çingiz Mustafayev küçəsi ilə İ.Əliyev küçəsinin kəsişməsindən 20-25 metr aralıdadır. Cavabdehlərin bu hərəkətləri və gündəlik qarğış tökmələri onu bezdirib, hər gün onu narahat edərək sağlamlığına zərər vururlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona mənəvi sarsıntılar yaşatmışlar, dəfələrlə stress keçirtmişdir. Bir neçə dəfə onlara bu işdən əl çəkərək mehriban qonşuluqmünasibətləri saxlamağı təklif etmişdir. O, 2018-ci ilin oktyabr ayında Cavabdeh2lə onun həyət evini almaq barədə razılaşmışlar. Ancaq Cavabdeh2 evinin sənədi alqı-satqı müqaviləsi bağlamaq üçün qaydasında olmamışdır. Buna görə də cavabdehlər bildirmişdirlər ki, evin vərəsəlik sənədlərini həll edib və sənədləri alqı-satqı müqavilləsi bağlanması üçün hazırlayacaqlar və 2018-ci ilin noyabr ayı ərzində alqı-satqı müqaviləsi bağlanacaqdır. Aralarında olan razılaşmadan sonra o, 2018-ci ilin oktyabr ayında şahidlərin iştiraki ilə cavabdehlərə 10000 (on min) manat beh vermişdir. Cavabdeh2 evin sənədlərini düzəldərkən digər vərəsə qardaşı ilə aralarında mübahisə yaranmış və bir il keçdikdən sonra sənədləri hazırlamışdır. Cavabdeh2 sənədləri hazırolanda artıq onun cavabdehin tələb etdiyi qədər pulu qalmamışdır. O, cavabdehə verdiyi 10000 manat behdən əlavə 100.000 (bir yüz min) manat təklif etmişdir ki, aralarında alqı satqı müqaviləsi bağlansın. Cavabdehlər yenə də hədəqorxu gələrək ondan evi yüksək qiymətə almasını tələb etmişlər. Lakin evin bazar qiymətinin aşağı düşməsi və onda onların tələb etdiyi məbləğdə pulu olmadığını bildirərək cavabdehlərə bildirmişdir ki, onların təqsiri nəticəsində alqı-satqı baş tutmamışdır. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, evini 150000 (bir yüz əlli min) manata iddiaçıya satmaq qərarına gəlmişdir. İddiaçı ilə aralarında 10000 (on min) manat pula dair beh müqaviləsi bağlanmışdır və iddiaçı həmin məbləğiona ödəmişdir. Həmin müddət ərzində, o, evin sənədlərini qaydasına salmışdır ki, alqı-satqı müqaviləsi bağlana bilsin. Lakin sənədlər hazır olduqdan sonra iddiaçı evin qiymətilə razılaşmamışdır. Beh müqaviləsində sənədlərin 2019cu ilin noyabr ayınadək həll edilməsi nəzərdə tutulmuşdu r. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)-193/2021 nömrəli, 24.02.2021-ci il tarixli qətnaməsi ilə (hakim-C.Tağıyev) iddia qismən təmin olunmuş, Cavabdeh2 20000 (iyirmi min) manat pul alınaraq İddiaçı xeyrinə verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı ilə cavabdehlərdən Cavabdeh2 arasında 06 oktyabr 2018-ci ildə beh müqaviləsi bağlanaraq İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 111 ünvanında yerləşən fərdi yaşayış evini almaq məqsədi ilə Cavabdeh2 10000 (on min) manat beh vermiş, Cavabdeh2 tərəfindən alqı-satqının həyata keçirilməsi üçün evin vərəsəlik sənədlərinin noyabr ayınadək əldə olunacağı təqdirdə yerdə qalan 140.000(bir yüz qırx min) manat iddiaçı tərə findən ödənilməklə alqı-satqı müqaviləsinin bağlanması tərəflər arasında razılaşdırılmışdır. İddiaçı iddia etmişdir ki, aralarında alqı-satqı müqaviləsinin baş tutmamasının səbəbi cavabdeh tərəfindən sənədləşməninrazılaşdırılmış müddətdə əldə edilməməsi ilə bağlı olmuşdur. Cavabdeh tərəf isə iddia tələbini mübahisələndirərək sənədləşmənin 2018-ci ilin noyabr ayına kimi deyil, 2019-cu ilin noyabr ayınadək əldə olunmasının razılaşdırılmasını göstərmişdir. Birinci instansiya məhkəməsi cavabdehin göstərdiyi dəlillə razılaşmayaraq qeyd edir ki, alqısatqı müqaviləsinin bağlanması üçün sənədlərin bir il ərzində əldə edilməsi və bunun üçün iddiaçı tərəfindən cavabdehə 10000 manat beh verməsi işin hallarına uyğun deyildir. Beləki, tərəflər arasında bağlanmış beh müqaviləsindən görünür ki, müqaviləd ə sənədlərin noyabr ayına kimi əldə edilməsi və alqı-satqı müqaviləsinin noyabr ayında bağlanması qeyd olunmaqla, iddiaçının X1 məhz 01.11.2018-ci il tarixli 2V-207 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişdir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin nədən ibarət olması və sarsıntı keçirməsi ilə bağlı hər hansı birsübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 491,492, MPM-nin 14,77,217-ci maddələrinə istinad etmişdir. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)-193/2021 nömrəli, 24.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış dır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, YYY adlı şəxs onun evinə çox yaxın inşa edilmiş qanunsuz tikili ilə bağlı onu susdurmaq üçün evini 150000 manata ona satmağı təklif etmiş, ona 10.000 manat beh vermiş, öz xətti ilə beh müqaviləsi yazaraq öz tərəfindən hazırki iş üzrə İddiaçı imzalatmışdır. Lakin, o, İddiaçıla yox, YYYla razılığa gəlmişdir. Beh müqaviləsi bağlanarkən YYYona alqı-satqı müqaviləsinin bağlanması üçün 1 il vaxt vermişdir. Belə ki, ev miras evdir və atasından qalmışdır. Qardaşı evi satdığını bilmiş və ondan pul almaq üçün məhkəmə mübahisəsi yaratmışdır. Mübahisə onun xeyrinə nəticələndiyindən 21.08.2019-cu ildə çıxarış almışdır. Bundan sonra, YYYmüqavilə bağlamaq üçün ondan vaxt istəmişdir. Həmin ərəfələrdə o, ürəyindən əməliyyat olmuş və 2020-ci ilin əvvəllərində müqavilənin bağlanmasını Rasimdən tələb etmişdir. Qeyd edir ki, alqı-satqı müqaviləsinin 2018-ci ilin noyabr ayında bağlanılacağı uydurmadır. Mətndə yalnız noyabr ayında sözləri var. 1 il 1 ay ərzində ondan bir dəfə də olsun ona irad tutlmamışdır ki, alqı-satqı müqaviləsi bağlanılması vaxtı gecikir, əksinə başının qarışıq olması, maddi imkansızlıq barədə söhbətlər olmuş, müqaviləni YYYtərtib etdiyindən qəsdən 2019-cu ilin noyabr ayı nəzərdə tutulduğunu göstərməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər-X8 (sədrlik edən və məruzəçi) X5 və X3 ) 2(104)-2164/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-193/2021 saylı, 24 fevral 2021-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin mövqeyinə görə, cavabdeh evin alqı-satqı müqaviləsi üçün sənədləşmənin 2018-ci ilin noyabr ayına kimi deyil, 2019-cu ilin noyabr ayınadək aparılması barədə razılaşdıqlarını bildirsə də, sözügedən müqavilədə tərəflərin buna dair iradə ifadəsi müəyyən olunmur, müqavilədə evin alqı-satqı müqaviləsinin bağlanması üçün sənədləşmənin 2019-cu ilin noyabr ayınadək aparılmasına dair heç bir işarə yoxdur, müqavilədən aydın olur ki, tərəflər alqı-satqı müqaviləsinin bağlanması vaxtı kimi növbəti ilin noyabr ayını deyil, məhz 2018-ci ilin noyabr ayını nəzərdə tutmuşlar, İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəf öz üzərinə götürdüyü öhdəlikləri beh müqaviləsində nəzərdə tutulan müddətdə yerinə yetirməmişdir. Behlə təmin olunmuş öhdəliyə xi tam verilməsinin və onun icra edilməməsinin nəticələrindən bəhs edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşayırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə uyğun olaraq iddianın təmin edilmiş hissəsi üzrə qətnamənin əsaslı olub olmamasını yoxlamış, son nəticədə belə qənaətə gəlmişdir ki, irəli sürülən iddianı qismən təmin etməkdə birinci inst ansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 386, 404, 491, 492-ci maddələrə istinad etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2164/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsi bardə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətlərinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin əsassız olduğunu göstərsə də, apellyasiya şikayətinin yalnız bir dəlilini əsas dəlil kimi göstərərək gəldiyi nəticəsini əsasən həmin dəlilə hüq uqi qiymət vermək üzərində qurmuş, lakin şikayətin bu və digər mühüm dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyatorun əsas dəlili kimi beh müqaviləsi bağlanarkən Rasimin ona alqısatqı müqaviləsinin bağlanması üçün 1 il vaxt verməsini, ona görə də müqaviləni bağlayarkən onların alqı-satqmm ediləcəyi vaxt kimi 2019-cu ilin noyabr ayını nəzərdə tutulmasını, yəni, satılması barədə beh müqaviləsinin bağlandığı evin sənədlərinin 2019-cu ilin noyabr aymadək hazırlamalı olmasına dair dəlilini əsassız sayarkən, bu dəlillə bağlı işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, 06.10.2018-ci il tarixli beh müqaviləsinin bağlanması və alqı-satqı ilə bağlı bütün danışıqları iddiaçının adından YYYadlı şəxs həyata keçirirdi. Hətta müqaviləni də həmi n şəxs öz xətti ilə icra etmişdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən müqavilədə tərəflərin buna dair iradə ifadəsinin müəyyən olunmaqla, müqavilədə evin alqı-satqı müqaviləsinin bağlanması üçün sənədləşmənin 2019-cu ilin noyabr ayınadək aparılacağına dair heç bir işarə olmamasını qeyd etsə də, nəzərə almamışdır ki, beh müqaviləsi bağlanarkən mübahisəli evin sənədi onun adına hələ sənədləşdirilməmişdir. X1 ata evimizi satmaq üçün beh müqaviləsi bağlandığını biləndən sonra vərəsəliklə bağlı onu məhkəməyə vermiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 dekabr 2018- ci il tarixli 2(043)-5513/2018 nömrəli qətnaməsi ilə onun cavabdehlər Cavabdeh2 və Gəncə şəhər 1 saylı notariat kontoruna qarşı «05.11.2018-ci. il tarixli 2V-207 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətna mənin ləğv edilməsi və vərəsəlik hüququnun tanınmasın tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 1(104)-1876/2019 nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsində sözügedən işə baxılana qədər isə o, 2019-cu ilin yanvar ayında açıq ürək əməliyyatına məruz qalmışam. Bu müddət ərzində iddiaçı tərəf vərəsəliklə bağlı məhkəmələrdən, eləcə də onun düşdüyü vəziyyətdən xəbərdar idi və evin sənədinin vaxtında alınmasına qardaşının iddiası ilə bağlı hüquqi baxımdan müəyyən çətinliklər olmasını bilirdilər. Belə ki, onun evinin sənədinin alqı-satqı müqaviləsi bağlamaq üçün qaydasında olmamasını, evin sənədlərini düzəldərkən digər vərəsələrdən qardaşı ilə arasında mübahisə nin yaranmasını və bir il keçdikdən sonra sənədlərin hazırlanmasını iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir. Bununla bağlı iddiaçı tərəf ona heç vaxt alqı-satqı müqaviləsi bağlamağı təkid etmirdilər. Evin çıxarışını 21.08.2019-cu ildə alandan sonra, evin alınması ilə bağlı bütün danışıqları aparan YYYadlı şəxs alqı-satqı müqaviləsini bağlamayaraq bir qədər vaxt istəmişdir. Xeyli müddət gözləyəndən sonra 2020-ci ilin əvvəllərindən başlayaraq mütamadi olaraq Rasimdən müqavilənin bağlanmasını təkid etməyə başlamış, bu hal birinci instansiya məhkəməsinə təqdim etdiyi audio diskdə Rasimlə olan telefon danışıqlarının məzmunu ilə təsdiq edilir. Həmin telefonların tarixi və danışıq saatlarını apellyasiya şikayətimdə ətraflı qeyd etmişdir. Bu söhbətlərin birində YYY“dünyanın dəyşdiyini” “qiym ətlərin düşdüyüyü” bildirirərək ona 140000 deyil, 100000 manat verilməklə bu söhbətin başını bağlamağı təklif etmişdir. O razı olmayanda isə ona beh müqaviləsində 2018-ci ilin noyabr ayının göstərilməsini xüsusilə qeyd edərək {guya ki, yadıma salaraq) onu məhkəməyə verməyi ilə təhdid etməyə başlamışdır. Rasimin ona evə görə 150000 manat deyil, 100000 manat təklifini edilməsi iddia ərizəsində də etiraf edilir, lakin bu iddiaçının adından göstərilir. Qeyd edilən danışıqların məzmunu audio disk formasında iş materiallarında olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş bu disklərin məzmununa qulaq asmamışdır. Bu qənaətə ona görə gəlir ki, məhkəmə bu disklədə olan danışıqları dinləsə idi, onun nə qədər haqlı, qarşı tərəfin isə tam haqsız olması nəticəsinə gələrdi. Apell yasiya instansiyası məhkəməsi işin bu mühüm və diqqətəlayiq halına qiymət verməmiş və ya vermək istəməmişdir ki, alqı-satqı müqaviləsinin bağlanmamasınm günahkarı cavabdeh deyil, iddiaçı tərəf olmuşdur. İşin bu halını iddiaçı öz iddia ərizəsində açıq-aydın etiraf edir. Cavabdeh ondan evi yüksək qiymətə deyil, beh müqaviləsində göstərilən qiymətə almalı olmasını həmin müqavilənin şərtinə əsasən tələb etmişdir. O isə müqavilədə noyabr ayı ərzində alqı-satqı müqaviləsi bağlanacaq şərtinin qeyd olunmasından sui-istifadə edərək 20 aydan sonra hazırki iddia ilə ona və həyat yoldaşıma qarşı məhkəmədə əsassız iddia qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsi beh müqaviləsində 2018-ci ilin noyabr ayı ərzində alqısatqı müqaviləsi bağlanacaq şərtinin qeyd olunmasına istinad etsə də, həmin şərtin də tərəfindən oobyektiv və subyektiv səbəblərdən icra edilməsinin mümkünsüzlüyünə, müqavilənin bu səbəblərdən həmin vaxtda icra edilməməsini bilən iddiaçı tərəfin həmin və sonrakı vaxtlarda heç bir iradı və ya şikayəti olmamasına, sonda isə iddiaçı tərəfin beh müqaviləsində göstərilən 150000 manat qiymətlə deyil, 110000 manat qiymətlə almaq təklifi irəli sürməsi ilə məhz iddiaçı tərəfin beh müqaviləsinin icra edilməməsi üçün məsuliyyət daşımalı olmasına düzgün hüquqi qiymət verməmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəllə 404.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddəyə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işg üzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən beh müqavilənin şərtlə (təxirəsalıcı şərt) bağlanmış pozitiv əqdlər kaeqoriyası aid olmasını, bu və digər hallarla bağlı həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü və 328-ci maddələrinin tələblərini də nəzərə almamışdır: Cavabdeh beh müqaviləsi bağlanarkən qardaşının onunla vərəsəliklə bağlı ev mübahisəsi qaldıracağını gözləmirdi. Həmçinin də, apellyasiya instansiyası məhkəməsi onun bu beh müqaviləsinin bağlanmasının əsil səbəblərini araşdırmamış, iddiaçının iddia ərizəsində göstərdiyi kimi, onun eviin yanında inşa etdiyi tikili ilə bağlı aralarında yaranmış mübahisələrin nəticəsində də bu müqavilənin bağlanmasına bir növ vadar olmağına da diqqə t yetirməmişdir. Kassator kassasiya şikayətində Mülki Məcəllənin 324, 328, 404, 491, 492-ci maddələrinin düzgün tətbiq olunmadığına istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilmə mişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.4- Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5 - İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6- Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 328.1 - Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Maddə 328.4- Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş v erəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Maddə 328.6 - Əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. Maddə 491.1. - Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 492.1- Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Maddə 492.2- Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət da şıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Maddə 404.3 - Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Maddə 405.1- Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflə rdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı ətraflı araşdırma aparmamış və behlə təmin olunmuş öhdəliyin icra edilməməsinə dair tərəflərin izahatlarına işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verməyərək səhv nəticəyə gəlmişdir İlk növbədə məhkəmə beh müqaviləsinin müddəti ilə bağlı işin hallarına tam aydınlıq gətirməmişdir. Belə ki, 06.10.2018-ci il tarixli beh müqaviləsində İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 111 ünvanında yerləşən fərdi yaşayış evini almaq məqsədi ilə Cavabdeh2 şahidlərin iştirakıilə 10000 (on min) manat beh verməsi faktı işin mübahisəsiz halı olsa da, müqavilədən aydın görünür ki, onun müddəti Cavabdeh2 tərəfindən alqı-satqının həyata keçirilməsi üçün evin vərəsəlik sənədlərinin noyabr ayınadək əldə olunması ilə şərtləndirilmişdir. Başqa sözlə, Cavabdeh2 hələ adına rəsmiləşdirilməmiş evin vərəsəlik sənədlərini hazırlayaraq satış üçün tam hazır edəndən sonra yerdə qalan 140000 (bir yüz qırx min) manat İddiaçı tərəfindən ona ödənilməklə alqı satqı müqaviləsinin noyabr ayında bağlanması tərəflər arasında razılaşdırılmışdır. Lakin apellyasiya məhkəməsi müqavilədəki noyabr ayının hansı il üçün nəzərdə tutulmasının qeyd olunmamasına və tərəflər arasında bunla bağlı fikir ayrılığı olmasına baxmayaraq müqavilədən tərəflərin alqı-satqı müqaviləsinin bağlanması vaxtı kimi növbəti ilin noyabr ayını deyil, məhz 2018-ci ilin noyabr ayını nəzərdə tutmalarının aydın olması kimi əsaslandırılmamış səhv nəticəyə gəlmiş, müqaviləyə həm MM-nin 328.4, 328.6, həm də 404.1 404.2-ci maddələrin in tələbləri baxımından hüquqi qiymət verməmişdir. Belə ki, kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi müqavilədə evin alqı-satqı müqaviləsinin bağlanması üçün sənədləşmənin məhz 2019-cu ilin noyabr ayınadək aparılacağına dair heç bir işarə olmamasını qeyd etsə də, faktiki olaraq müqavilənin evin vərəsəlik sənədlərinin hazır olması ilə şərtdən asılı olmasına, vərəsəlik yolu ilə rəsmiləşdirilmənin isə qısa müddətdə həyata keçirilə bilməməsinə diqqət yetirməmişdir. Həmçinin kollegiyanın qənaətinə görə müqavilədən tərəflərin alqı-satqı müqaviləsinin bağlanması vaxtı kimi növbəti ilin noyabr ayını deyil, məhz 2018-ci ilin noyabr ayının nəzərdə tutulduğu halda belə, İddiaçı hazırki iddia ilə 2019-cü ildə deyil, 2020-ci ilin axırında məhkəməyə müraciət etməsinin səbəbləri də apellyasiya məhk əməsi tərəfindən araşdırılmamışdır. Belə ki, işin materiallarından görünür ki, beh müqaviləsi bağlanarkən mübahisəli evin sənədi Cavabdeh2 adına hələ sənədləşdirilməmişdi və vərəsəliklə bağlı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(043)-5513/2018 nömrəli qətnaməsi ilə X4 cavabdehlər Cavabdeh2 və Gəncə şəhər 1 saylı notariat kontoruna qarşı «05.11.2018-ci il tarixli 2V-207 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və vərəsəlik hüququnun tanınması» tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 1(104)-1876/2019 nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin işin materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(043)-5513/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində baxılana qədər Cavabdeh2 2019-cu ilin yanvar ayında açıq ürək əməliyyatına məruz qalmışdır. İddiaçı da hətta iddia ərizəsində Cavabdeh2 evin sənədlərini düzəldərkən digər vərəsələrdən qardaşı ilə aralarında mübahisə yaranması və bir il keçdikdən sonra sənədlərinin hazırlamasını qeyd etmişdir. Apellyasiya məhkəməi isə bu halları ümumiyyətlə müzakirə etməmiş, cavabdehin öz öhdəliyini hansı səbəblərdən icra edilməməsi, onu öz öhdəliyinin icrasının gecikdirilməsin görə məsuliyyətdən azad edən halların olub-olmamasını aydınlaşdırmamış və bu halları maddi hüquq normalarına uyğun qiymətləndirməmişdir İşin materiallarından görünür ki, evin çıxarışı 21.08.2019-cu ildə alınmışdır. Lakin evin çıxarışı alınandan sonra alqı-satqı müqaviləsinin hansı səbəblərə görə baş tutmamasının və bununla bağlı məhkəməyə iddia verilənə kimi tərəflər arasında hansı danışıqlar olmasını, nəhayət behlə təmin olunmuş öhdəliyin icra edilməməsinin kimin təqsiri üzündən baş verməsinə apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə tam və dolğun qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya məhkəməsi işin bu halına da diqqət yetirməmişdir ki, iddiaçı məhz cavabdehin evin sənədlərini düzəltməsi ilə bağlı müəyyən çətinliklərinin olmasından xəbərdar olsa da, qaldırdığı iddiasının əsasını Cavabdeh2 sənədləri hazırolanda artıq onun cavabdehin tələb etdiyi qədər pulu qalmaması, həmçinin evin bazar qiymətinin aşağı düşməsi səbəblərindən aralarında alqı-satqı müqaviləsi bağlanması üçün cavabdehə verdiyi 10.000 manat behdən əlavə 100.000 (bir yüz min) manat təklif etməsi, sonuncunun isə bu təklifə razı olmaması, beləliklə də, alqı-satqının təkcə cavabdehin deyil, iddiaçının da təqsirinə görə baş tutması təşkil etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi behlə təmin olunmuş öhdəliyin kimin tərəfindən icra edilməməsinin, başqa sözlə müqavilə üzrə şərtlərin kim tərəfindən pozulması, həmçinin icra edilməməsi üçün kimin məsuliyyət daşıması ilə bağlı ətraflı araşdırma aparmayaraq tərəflərin bununla bağlı izahatlarına və irəli sürdükləri dəlillərə MM-nin 492.2-ci, MPM-nin 80.1, 88 və 106.1 maddələrinin tələbləri baxımından düzgün, bununla bağlı apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət ve rməmiş, işi hallarını tam və hərtərəfli araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kolegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməyə davam edərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən biri olan birinci instansiya məhkəməsindəişə baxılarkən Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin artırılmasına dair ərizənin cavabdehə rəsmi təqdim edilməsi nə dair işdə sübut olmamasına da diqqət yetirməyərək bu hala prosessual qanunvericiliyin tələbləri baxımından qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 168.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir. Həmin Məcəllənin 168.2-ci maddəsinə əsasən mülki iş üzrə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsi iddiaçı tərəfindən də edilə bilər. Bu halda iddiaçı məhkəməyə göndərilən sənədlərin rəsmi qaydada verilməsini təsdiq edən sənəd təqdim etməlidir. Həmçinin apellyasiya məhkəməsi qətnaməsində yanız iddianın təmin edimiş h issəsini araşdıraraq, iddianın təmin edilməyən hissələrinin apellyasiya baxışının predmetinə aid olmadığını qeyd etsə də, qətnamnin nəticə hissəsində qətnaməni tam dəyişdirilmədən saxlamaqla, yenə də apellyasiya baxışının hədlərinə riayət etməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, bu hissədə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, iddiaçının kassasiya şikayəti q i s m ə n təmin edilməlidir, çünki i üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar müəyyən edilməmişd ir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq nor malarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli 2(104)2164/2011 saylı qətnaməsi ləğv edilsin və iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.