Məhkəmə qərarları › İş №2(102)-5151/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5151/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5151/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" QSC Cavabdeh1 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5151/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: "xxxx" QSC -nin vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(106)-1374/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" QSC kasasiya şikayəti üzrə iş ə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" QSC məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, 29 iyul 2015-ci il tarixli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada əsas borca görə 764 ABŞ dolları, hesablanmış faizə görə 1.621,59 ABŞ dolları, cəriməyə görə 414,26 ABŞ dolları olmaqla, cəmi 2.799 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.İ.Seyfullayev) iddia qismən təmin edilərək, 29 iyul 2015-ci il tarixli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada əsas borca görə 764 ABŞ dolları, hesablanmış faizə görə 1.621,59 ABŞ dolları, cəriməyə görə 40 ABŞ dolları olmaqla, cəmi 2.425,59 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 29 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə 30.000 ABŞ dolları kredit xətti açılıb. 29 iyul 2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 18 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla 3.500 ABŞ dolları kredit verilib. Həmin kredit razılaşması üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün digər cavabdeh Cavabdeh2la 29 may 2014-cü il tarixli və Cavabdeh3la 29 may 2015-ci il tarixli zaminlik müqavilələri bağlanıb. Lakin, borclu Cavabdeh1 sözügedən kredit razılaşması üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.2.1, 448ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Əhmədov sədrlik edən, məruzəçi, T.S.Kərimov və T.X.Hey dərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddia tələbləri rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, 29 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə 30.000 ABŞ dolları kredit xətti açılıb. 29 iyul 2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 18 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla 3.500 ABŞ dolları kredit verilib. Həmin kredit razılaşması üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün digər cavabdeh Cavabdeh2la 29 may 2014-cü il tarixli və Cavabdeh3la 29 may 2015-ci il tarixli zaminlik müqavilələri bağlanıb. Hazırda iddia tələblərinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, 29 aprel 2021-ci il tarixli internet portalından çıxarışa əsasən, iddiaçının mübahisələndirdiyi kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanı ilə əhatə olunan kredit olmaqla cavabdehlər tərəfindən kredit razılaşması üzrə borc tam məbləğdə iddiaçıya ödənilib. Bundan əlavə, cavabdehlərə əlavə olaraq Fərmana müvafiq qaydada 2.100 manat kompensasiya ödənilib. Sözügedən Fərmanın 8.3-cü bəndinə əsasən, Fərmanın 5 və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 01 yanvar 2012-ci ildə n bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Ona görə də iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsasland ırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mü lki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəs ində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işdən görünür ki, 29 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Ca vabdeh1 60 ay müddətinə 30.000 ABŞ dolları kredit xətti açılıb. 29 iyul 2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 18 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla 3.500 ABŞ dolları kredit verilib. Həmin kredit razılaşması üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün digər cavabdeh Cavabdeh2la 29 may 2014-cü il tarixli və Cavabdeh3la 29 may 2015-ci il tarixli zaminlik müqavilələri bağlanıb. Eyni zamanda, 29 aprel 2021-ci il tarixli internet portalından çıxarışa əsasən, iddiaçının mübahisələndirdiyi kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanı ilə əhatə olunan kredit olmaqla cavabdehlər tərəfindən k redit razılaşması üzrə borc tam məbləğdə iddiaçıya ödənilib. Bundan əlavə, Cavabdeh1 əlavə olaraq Fərmana müvafiq qaydada 2.100 manat kompensasiya ödənilib. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanınının 6.2-ci bəndinə əsasən, Banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 6.3-cü maddəsində göstərilir ki, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbir lər görsünlər. Həmin Fərmanın 8.9-cu bəndinə görə, faizlərin silinməsi dedikdə- vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh1 sözügedən kredit borcunun restrukturizasiya olunmalı olan kredit borcuna aid olmasını, həmin borcun bilavasitə Fərmanın təsiri altına düşməsini, Cavabdeh1 borc yükünün yüngülləşdirilməsi ilə bağlı iddiaçının hər hansı tədbirlər görməməsini və beləliklə də vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməli olmasını nəzərə alıb, haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd edib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, sözügedən Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunub və orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac verir. Son dövrdə Respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin x arici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradır. Göründüyü kimi sözügedən Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilib. Dəstək göstərmək- borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunub və illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilib. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Eyni zamanda qeyd olunan Fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmayıb. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Yəni dövlət, borclunun buna razılığının olub-olmamasından asılı olmayaraq borcun bir hissəsini qarşılamağı öz üzərinə götürüb və icra edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, iddia tələblərini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və pros essual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(106)-1374/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar