Məhkəmə qərarları › İş №2(102)-5156/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5156/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5156/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDAD iş № 2(102)-5156/20 (Açar sözlər: müqavilənin ləğv edilməsi) 03.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Cavabdeh Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3840/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs cəlb edilməklə öhdəliyin icra edilməsi əsası ilə kredit müqavilələrinin ləğv edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi (hakim K.Əmirxanova, iş 2(005)-5166/2019) ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlmişdir ki, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinin ləğvinə əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının cavabdehə olan borcunun tam ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə mövcud borcu tam ödənilmədiyindən iddiaçının həmin müqavilə üzrə yaranmış öhdəliyinə xitam verilməsindən söhbət gedə blməz. Birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 421.1, 422.1, 423.1, 423.2-ci maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev, iş № 2(103)-3840/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5166/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xita m verilmiş, iddiaçıya müqavilənin ləğvini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən tələb etmək hüququ izah olunmuşdur. Apelyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 423.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bu baxımdan apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığına görə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələbi baxımından xitam verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardadda apelyasiya şikayətinin hansı hissəsinin qismən təmin edilməsi qərardadın tövsif hissəsində öz əksini tapmamış, qeyri-müəyyənliklə müşayət olunmuş və bu hal onun həmin hissəyə hüquqi münasibət bildirmək hüququndan məhrum olmasına səbəb olmuşdur. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli qərardadının ləğv edilməsini və Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarxli qətnməsinin dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İ ddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını dinləməmişdir. Digər tərəfə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl edilməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3840/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı və iddianın baxılmamış saxlanması barədə yeni qərardad qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (prete nziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl edilməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli və xx xxxxx 2018-ci il tarixli müqavilələrin 10-cu bəndinə əsasən bu müqavilələrə dəyişiklik və ya əlavə olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi tərəflər müqavilələrlə razılaşdırmışlar ki, müqavilənin ləğv edilməsi ilkin olaraq onlarını yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyiş dirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşin halları ilə aşkar olaraq müəyyən olunur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə bildiriş göndərməmiş və belə bildiriş göndərilməsi ilə bağlı imkan itirilməmişdir. Belə imkan itirilmədiyi üçün apelyasiya instansiya məhkəməsinin müvafiq olaraq iddiaya məhkəmə qaydasında baxılmalı olmamasının təsbit edildiyi Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tətbiq edilməsi üçün əsas mövcud olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instan siya məhkəməsi müvafiq olaraq prosessual hüquq normasını düzgün tətbiq etməmiş, yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələbi baxımından ərizə baxılmamış saxlanılmalı olduğu halda, iddiaya məhkəmə qaydasında baxılmalı olmamasına dair düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv ed ilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3840/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia baxılmamış saxlanılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar