Məhkəmə qərarları › İş №2(102)-5159/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5159/2019

16.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5159/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh və vəkili Əhmədov Nəsib Ağa oğlunun iştirakı ilə, İddiaçı Masallı rayonu Masallı Bələdiyyəsinin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1824/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsinin (hakim F.H.Qasımov) 2(001)-3883/2018 nömrəli, 03 o ktyabr 2018-ci il tarixli qətnaməsi ilə Masallı rayonu X1 Akif Əlirza oğluna qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və E.Y.Şamayev) 2(103)-1824/2019 nömrəli, 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Masallı rayonu Masallı Bələdiyyəsinin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2018-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Bələdiyyənin özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Masallı rayonu X2 Akif Əlirza oğluna qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı şəhər sakini olan Cavabdeh Masallı şəhəri, Dadva yaşayış massivində, Masallı-Musaküçə avtomobil yolunun sol tərəfində, meşə zolağının arxasında yerləşən, sahəsi 0,06 ha təşkil edən, Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini (bundan sonra - mübahisəli torpaq sahəsi) mişar daşları ilə özbaşına hasara alıb orada qanunsuz tikililər inşa etmiş, Bələdiyyənin həmin torpaq sahəsindən istifadə etməsinə imkan verməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə edilmiş xəbərdarlıq bir nəticə vermədiyindən, Bələdiyyə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə həm müxtəlif bə hanələrlə məhkəmə proseslərini uzatmış, həm də Bələdiyyəyə qarşı həmin torpaq sahəsi ilə bağlı əsassız iddialar qaldırmaqla Bələdiyyəni məhkəmə proseslərinə cəlb etmişdir. Nəticədə Bələdiyyə 2013-2016-cı illər ərzində mübahisəli torpaq sahəsini icarəyə verib 360 manat gəlir əldə etmək imkanından məhrum olmuşdur. Həmçinin, Bələdiyyə məhkəmə proseslərinə əsassız olaraq cəlb edildiyindən həm hüquqi xidmətə görə, həm də məhkəmə proseslərinin keçirildiyi Şirvan şəhərinə gedibgəlməkdən ötrü 2.000 manata yaxın pul vəsaiti xərcləməli olmuşdur. Bundan başqa, cavabdehin hərəkətləri nəticəsində Bələdiyyənin işgüzar nüfuzuna xələl gəlmişdir. Belə ki, Bələdiyyə yerli özünüidarə orqanı olduğundan bütün yerli problemlərin həllində sakinlər Bələdiyyəyə müraciət edirlər. Bələdiyyənin əsas gəliri də torpa q sahəsinin dövriyyəsi, icarəsi ilə bağlıdır. Lakin cavabdehin hərəkətləri, yəni bələdiyyə torpağını özbaşına zəbt edib bir neçə il ərzində qanunsuz istifadə etməsi, heç bir vergi ödəməməsi kimi hallar yerli sakinlərdə Bələdiyyəyə olan inamın sarsılmasına, torpaq alğı-satqısı və icarəsinin azalmasına, sakinlərin istifadəsində olan torpaq sahələrinə görə vergilərin yığılmasında problemlərin yaranmasına səbəb olmuşdur ki, bu da Bələdiyyənin işgüzar nüfuzuna xələl gəldiyini göstərir. Qeyd olunan səbəblərdən Bələdiyyə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddiaçı Masallı rayonu Masallı Bələdiyyəsi cavabdehin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən özbaşına istifadə etməsi nəticəsində Bələdiyyəyə vurmuş olduğu maddi ziyanın əvə zi olaraq 360 manat, məhkəmə proseslərinə əsassız cəlb olunmağa görə dəymiş ziyanın əvəzi olaraq 2.000 manat, Bələdiyyənin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq isə 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq Bələdiyyəyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Masallı rayonu Masallı Bələdiyyəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1824/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işdə olan sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərk ən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh və vəkili Əhmədov Nəsib Ağa oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini n əzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1824/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 30.01.2015-ci il tarixli qətnaməsindən (İş № 2(050)-165/2015) görünür ki, (hazırki iş üzrə iddiaçı) Bələdiyyənin (hazırki iş üzrə cavabdeh) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi barədə” iddiası mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin “xx xx” Kiçik Müəssisəsinin istifadəsində olması, iddianın əsl olmayan cavabdehə qarşı qaldırılması əsası ilə rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12.04.2016-cı il tarixli qətnaməsindən (İş № 2(106)-30/2016) görünür ki, mübahisəli tikililərin “xxxx” Kiçik Müəssisəsinə məxsus torpaq sahəsində deyil, Cavabdeh faktiki istifadəsində olan, Bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin daxilində yerləşməsi əsası ilə Masallı Rayon Məhkəməsinin 30.01.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh zəbt etdiyi mübahisəli torpaq sahəsindən çıxarılması, orada qanunsuz inşa etdiyi qeyri-yaşayış binalarının sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.09.2016-cı il tarixli (İş № 2(102)4062/2016) qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 12.04.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2015-ci il tarixli qərarından (İş № 2(102)-4062/2016) görünür ki, (“xxxx” Kiçik Müəssisəsinin hüquqi davamçısı) “xxxx-5” X6 Masallı Rayon İcra Hakimiyyətinə və Bələdiyyəyə qarşı iddiası qismən təmin olunaraq Masallı Rayon Xalq X4 Heyətinin 30.11.1992-ci il tarixli qərarı ilə Nizami adına sovxozun ərazisindən ayrılmış 2 ha torpaq sahəsi üzərindəki “xxxx-5” X6 tikililərinin, o cümlədən hasarlarının sökülməsi, firmanın fəaliyyəti üçün maneələrin törədilməsi üzrə Bələdiyyənin hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 09.03.2017-ci il tarixli qərarından (İş № 2-1(106)-13/2017) görünür ki, Şirvan İnzibati-İ qtisadi Məhkəməsinin 12.11.2015-ci il tarixli qərarı iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin boşadılması və iddiaçı Bələdiyyəyə təhvil verilməsi ilə əlaqədar hazırki iş üzrə tərəflər arasında mübahisə yaranmış və bu mübahisənin məhkəmələrdə həll edilib nəticəyə gəlinməsi müəyyən qədər vaxt ərzində baş tutmuşdur. Həmçinin, qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahəsinin hazırki iş üzrə cavabdeh tərəfindən qanunsuz olaraq tutulması faktı öz təsdiqini tapmışdır ki, göstərilən bu hallar işin mübahisəsiz tərəfləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çə kdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göstərilən Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun tələbindən göründüyü kimi, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər də zərərin anlayışına daxildir. Lakin qanun həm də zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran yalnız təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) şəkildə törədilmiş əməlləri mülki hüquq pozuntusu (delikt) kimi tanıyır. Apellyasiya instansiyası məhkəməsi Bələdiyyənin 360 manat məbləğində pul tələbinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu səbəbdən, öz pozulmuş və pozulduğunu ehtimal etdiyi hüquqlarının müdafiəsi tələbi ilə məhkəməyə müraciət etmək, qəbul olunmuş qərarlardan şikayət vermək hər hansı bir şəxsin hüququdur. Bu əməl nə hüquqa z idd, nə də qarşı tərəfə zərər vurulmasına gətirib çıxaran təqsirli əməl hesab oluna bilməz. Bu cəhətdən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın faktiki əsası kimi istinad edilən məhkəmə proseslərinin bir qismində mübahisə tərəfinin Cavabdeh deyil, “xxxx-5” X3masını da nəzərə alaraq, iddianı müzakirə olunan hissədə təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin hərəkətlərinin qanunsuz və təqsirli əməl hesab olunmadığından və müvafiq olaraq cavabdeh tərəfindən iddiaçı Bələdiyyəyə zərər vurulması öz təsdiqini tapmadığından, Bələdiyyənin öz hüquqlarının məhkəmədə müdafiəsinə pul sərf etməsini təsdiq edən sənədlərin hər hansı bir əhəmiyyəti qalmır və onların hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilib-edilməməsi he ç bir rol oynamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.6-cı maddəsinə görə, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çı xmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü madd əsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1824/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilməd ən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Masallı rayonu Masallı Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1824/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar