Məhkəmə qərarları › İş №2(102)-516/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-516/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-516/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) 31.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6283/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkili Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12 iyun 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı 12 iyun 2021-ci il tarixədək qaytarmaq şərti ilə, faizsiz olaraq 25.000 manat borc almışdır.

2. İddiaçı cavabdehə pretenziya qaydasında 15 mart 2022-ci il tarixdə müraciət edərək, borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.000 manat borc və 165 manat dövlət rüsumu olmaqla, cəmi 25.165 manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Bakı şəhərində kirayədə yaşadığı evdə onunla birgə qalan tanışı Tofiqin vasitəsi ilə tanış olmuşdur. Tanış olandan sonra məlum olmuşdur ki, Cavabdeh sahibkardır və xaricdən mal (kafel-metlax) gətirməklə satışını təşkil edir. Cavabdeh təklif etmişdir ki, növbəti malın gətirilməsi üçün ona 25.000 manat tələb olunur və əgər həmin pulu versə, üstündə pulu qaytarana qədər hər ay iki min manat əlavə olaraq qazanc verəcək. Cavabdehə pul vermək qərarına gəlmiş və ona borc pulun verilməsini kredit müqaviləsi ilə rəsmiləşdirmişlər. Aralarında bağlanan xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh borca aldığı 25.000 manat pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Göstərilən məbləğdə ver diyi puldan cavabdeh hər hansı məbləğdə pul qaytarmamışdır. Pulun qaytarılması ilə bağlı dəfələrlə cavabdehə etdiyi müraciətləri cavabsız qalmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2539/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin edilmiş, 25.000 manat borc və ödənilmiş 165 manat dövlət rüsumu olmaqla, cəmi 25.165 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir və iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyət daşıyır.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 739.1, 739.2, 740.1, 740.2, 385.1, 38 6.1, 442, 445, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(006)-2539/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində guya cavabdeh tərəfindən heç bir ödəniş olunmadığı qeyd olunsa da, göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, cavabdeh borc müqaviləsi bağlandığı tarixdən iddiaçıya 8.000 (səkkiz min) manat məbləğində ödəniş etsə də, iddiaçı bunu nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında bildirməmişdir. Bu da birinci instansiya məhkəməsi tərəfindən işin tam araşdırılmadığın ın daha bir sübutudur. Daha sonra müqavilə bağlandıqdan sonra bütün dünyada tüğyan edən pandemiya şəraiti cavabdehin biznes fəaliyyətinə də öz təsirini göstərmişdir. O, uzun müddət maliyyə böhranı yaşadığından kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirə bilməmişdir. Bununla bağlı Cavabdeh iddiaçıya ona möhlət verilməsinə dair iddiaçıya müraciət etsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. 10.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6283/2022 nömrəli iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruz əçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)2539/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Məhkəmə kollegiyasının mövqeyinə görə, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehə 25.000 manat məbləğində borc pul vermiş, lakin cavabdeh həmin pul məbləğini alsa da, müqavilə ilə nəzərdə tutulan öhdəliklərini icra etməmiş, borcu müqavilədə müəyyən edilmiş müddətdə iddiaçıya qaytarmamışdır. Qeyd edilən müqavilənin bağlanmasını və göstərilən məbləğdə pulun alınmasını cavabdeh mübahisələndirməmişdir. 12.Kollegiya cavabdehin borc məbləğindən 8.000 manatın geri qaytarıldığı barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh bu dəlilini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Belə ki, tərəflər arasında borc müqaviləsi yazılı şəkildə bağlandığından, cavabdehin borcun bir hissəsini qaytarmasına dair dəlilinə Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Həmin maddənin tələbinə görə isə cavabdehin hazırkı müqavilə üzrə borcunun bir hissəsini qaytarması borc sənədində (müqavilədə) qeyd aparılmaqla, yaxud iddiaçı tərəfindən ona borcun qaytarılmasını təsdiq edən sənədin verilməsi ilə təsdiq olunmalıdır. Lakin cavabdeh tərəfindən məhkəməyə belə sənədlər təqdim edilməmişdir. 13.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 529.3, 739.1, 739.2, 740.1, 740.2-ci m addələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 14.Qətnamədən Cavabdeh (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasıya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6283/2022 saylı qətnaməsini ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 15.Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edilməklə tərtib edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə 17.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 20.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə dax il olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 22.Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni k eyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 23.740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Prosessual Məcəllə 24.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 27.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 28.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıq lı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 30.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 31.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən a sılı olmayaraq yoxlanılmalıdır. 32.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 33.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 34.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəf indən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 37.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 38.Ona gör ə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6283/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar